Əlavə 4.
Yaşayış evlərində və ictimai binalarda
daxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işlərinin
keçirilməsi haqqında
TƏLİMAT.
1. Ümumi hissə.
1.1.
Hazırki təlimat təsdiq olunan andan “Azəriqaz” İstehsalat Birliyinin 01.02.2010-
cu il tarixli 21 saylı əmri ilə təsdiq olunmuş “Yaşayış evlərində və ictimai
binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə
təlimat” qüvvədən düşmüş hesab edilsin.
1.2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli,
80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.7.-ci
bəndinə əsasən qaz paylayıcısı istehlakçının qaz qurğularına altı ayda bir
dəfədən az olmayaraq texniki baxışın keçirilməsini təmin etməlidir.
1.3.
Bu təlimatın “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan Azərbaycan
Respublikasının şəhər və digər yaşayış məntəqələrində yaşayış və ictimai
binaların daxili qaz avadanlıqlarının istismarı ilə məşğul olan qaz istismar
sahələri tərəfindən yerinə yetirilməsi mütləqdir.
1.4.
Texniki xidmətin növləri aşağıdakılardır;
texniki baxış (fərdi mənzillərdə hər 6 ayda bir dəfədən az olmayaraq, ictimai
təyinatlı və məişət xidməti müəssisələrinin qaz avadanlıqlarına ayda bir dəfədən
az olmayaraq);
sifarişlər əsasında növbədənkənar xidmət.
1.4.1.
Texniki baxış – yaşayış mənzillərinin və ictimai binaların daxili qaz
avadanlıqlarına texniki xidmətin əsas növüdür. Texniki baxış zamanı hazırki
Qaydalarla nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilməlidir.
1.4.2.
Sifarişlər əsasında növbədənkənar xidmət – abonentlərin sifarişləri əsasında
yerinə yetirilir.
1.4.3.
Keçirilən hər bir texniki baxış zamanı abonentlər qazdan təhlükəsiz istifadə
qaydalalrı barədə təlimatlandırılmalıdır.
1.5.
Texniki xidmət işlərinə kvalifikasiyası 2-ci dərəcədən aşağı olmayan, “Qaz
təsərrüfatında
təhlükəsizlik
qaydaları”
üzrə
imtahan
vermiş
Qaz
avadanlıqlarının istismarı və təmiri üzrə çilingərlər buraxılır.
Mənzillərə gedərkən çilingər “Azəriqaz” İB tərəfindən verilmiş vəsiqəni təqdim
etməlidir.
2. Daxili qaz avadanlıqlarına texniki baxışın keçirilməsinin
təşkili.
2.1.
Texniki baxışın keçirilməsi məqsədi ilə hər bir rayon Qaz istismar sahəsi üzrə
(bütün ünvanlar göstərilməklə, QİS-in rəhbərliyi tərəfindən təsdiq edilmiş, Forma-1),
və ayrıca xidmət sahələri üzrə (hər bir çilingər üçün nəzərdə tutulmuş
Forma-2
)
289
cədvəllər hazırlanmalıdır. Texniki baxış bu cədvəllərdə nəzərdə tutulmuş tarixlərdə
həyata keçirilməlidir.
Cədvələ əsasən xidmətin ustası və ya mühəndisi tərəfindən hər bir çilingərə
gündəlik tapşırıq verilir və bu barədə xüsusi jurnalda müvafiq qeydiyyat aparılır.
Çilngərlərin və ustaların xidməti əraziləri, ünvanları göstərilməklə QİS-in daxili
əmri ilə müəyyən edilir.
2.2.
Texniki baxışın keçirilməsi, aşkar olunmuş çatışmazlıqlar və görülmüş tədbirlər
barədə abonent kitabçalarında və hər bir çilingərdə olan “Yaşayış evlərində və digər
obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işlərinin
keçirilməsinin qeydiyyat və təlimat jurnalı”-nda qeydiyyat aparılır.
Görülmüş işlərin nəticələri barədə 2 nüsxədən ibarət akt tərtib olunur (Forma-3).
Aktın bir nüsxəsi abonentə təqdim olunur və bu nüsxəni almasını abonent jurnalda öz
imzası ilə təsdiq etməlidir.
Qeyd: Kitabçalar, aktlar və jurnallar “Azəriqaz” İB tərəfindən verilmiş sifarişə
uyğun hazırlanaraq QİS-lərə tələbatlarına əsasən verilir.
3. Daxili qaz avadanlıqlarına texniki baxış zamanı yerinə yetirilən
işlər.
3.1.
Yaşayış evlərində və ictimai binalarda qoşulma nöqtəsindən başlayaraq mənzilə
gedən və mənzildaxili qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, məişət qaz
sayğaclarına, qaz cihazlarına və bağlayıcı armaturlara texniki baxış keçirilir. Yivli və
qaynaq birləşmələrində, kranlarda və digər armaturlarda qaz sızmasının mövcudluğu
sabun köpüyü və ya xüsusi detektorlar vasitəsi ilə yoxlanılır.
Baxış zamanı qaz cihazlarının, qaz kəmərlərinin və onların quraşdırıldıqları
otaqların qüvvədə olan norma və qaydalara uyğunluğu, sayğacın normal işləməsi,
qeyri-standart qaz cihazlarının mövcudluğu, tüstü bacalarının və ventilyasiya
kanallarının sorma qabiliyyəti (qaz cihazlarının işlək və qeyri işlək vəziyyətlərində),
evdaxili qaz xətlərinin, avadanlıqlarının və cihazların kipliyi yoxlanılır. Qazın
cihazlarda yanması tənzimlənir.
Texniki baxış və xidmət işləri qaz təsərrüfatının inventarlaşdırılması və
reviziyası şəklində təşkil olunmalıdır.
İstehlakçılar tərəfindən qazdan təhlükəsiz istifadə qaydaları pozulduqda qaz
təsərrüfatının məsul işçisi tərəfindən məişət qaz cihazları şəbəkədən ayrılmalı, akt
tərtib edilməli və jurnalda qeydiyyat aparılmalıdır.
Qaz cihazlarında sızma ilə əlaqədar olan nasazlıqların bir çilingər tərəfindən
aradan qaldırılması mümkün olmadıqda və yaxud ehtiyat hissələri olmadıqda cihaza
tıxac yaxud plomb vurulmaqla qazın verilişi dayandırılır. Bu barədə aktda, kitabçada
və jurnalda qeydiyyat aparılır, abonentə xəbədarlıq edilir və QİS-ə yazılı məlumat
verilir.
Mənzildaxili qaz kəmərlərindən və ya armaturlarından qaz sızmasının qarşısının
alınması mümkün olmadıqda mənzilə verilən qazın verilməsi dayandırılaraq, yuxarıda
göstərilən qaydada sənədləşdirilir və QİS-ə məlumat verilir.
Qazın sızmasının və yaxud iyinin digər kəmərlərdən (mənzilin xaricindən)
gəldiyini ehtimal olunursa, QİS-in rəhbərliyinə yazılı məlumat verilməli və QDX-dən
qəza briqadası dəvət olunmalıdır.Qazın verilişinin dayandırılması tüstü bacasının
290
çəkməməsi səbəbindən olduqda, həmin cihazlara qazın verilməsi yalnız tüstü bacası
təmizləndikdən sonra mümkündür.
3.2.
Qaz cihazlarının tənzimləyici və təhlükəsizlik funksiyalarını yerinə yetirən
avtomatikası yoxlanmalıdır.
3.3.
Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə zidd olan hallarda.
Qaz kəmərlərinə qanunsuz qoşulma halları aşkar edildikdə, müvafiq texniki sənədlər
olmadan quraşdırılmış cihazlara qaz verildikdə, eləcə də tüstü bacaları çəkməyən qaz
cihazlarına təbii qazın verilməsi dayandırılmalıdır.
3.4.
Daxili qaz kəmərlərinə xidməti yerinə yetirən şəxs aşağıdakıları bilməlidir;
“Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”na əsasən qazlaşdırılmasına icazə
verilən mənzil və binaların ölçülərinə olan tələblər;
hamam otaqlarına olan tələblər;
hər bir qaz cihazının quraşdırılmasına aid tələblər;
yaşayış binalarında qaz kəmərləri polad borularla çəkilməlidir;
binalarda qaz kəmərləri görünən yerlərlə çəkilməlidir və kəmərlərin çəkilməsinə
aid digər tələblər;
başqa qayda ilə çəkilməsi mümkün olmadıqda alçaq təzyiqli qaz tranzit
kəmərlərini yaşayış otaqları ilə çəkmək olar. Bu halda qaz kəməri keçən yaşayış
ərazisində yivli birləşmələr və armaturlar olmamalıdır;
qaz cihazlarının işlədiyi və işləmədiyi hallarda tüstü bacasında sormanın
yoxlanılması qaydaları;
bu hallarda qaz cihazlarının quraşdırılmasına icazə verilmir;
zirzəmilərdə yerləşən, təbii işıqlanması olmayan mətbəxlərdə yaxud mətbəx
kimi istifadə olunan otaqlarda;
maye qaz işlədilən zirzəmilərdə və sokol(kürsü) mərtəbələrdə yerləşən
mətbəxlərdə yaxud mətbəx kimi istifadə olunan otaqlarda;
ümumi istifadəli dəhlizlərdə;
qaz cihazları quraşdırılmış otaqların havası daim dəyişdirilməlidir, ventilyasiya
kanallarını bağlamaq qəti qadağandır;
qaz kəmərlərində və cihazlarda qaz sızmasını təyin etmək üçün oddan istifadə
etmək qadağandır;
qaz cihazlarının yeri ancaq qaz təsərrüfatı müəssisəsinin tərəfindən dəyişdirilə
bilər;
təbii qazdan təhlükəsiz istifadə qaydalarını bilməli və bu barədə abonentləri
təlimatlandırmalıdır;
öz vəzifə təlimatlarını və texniki təhlükəsizlik qaydalarını bilməli və ona riayət
etməlidır.
3.5.
Texniki xidmət işləri başa çatdıqdan sonra qaz kəmərlərinin, armaturların və
cihazların kipliyi xüsusi cihazlar və ya sabun köpüyü vasitəsi ilə yoxlanmalıdır.
4. Sifarişlər əsasında növbədənkənar xidmətin təşkili.
4.1.
Sifarişlər əsasında növbədənkənar xidmətin aparılması və sənədləşdirilməsi
“Azəriqaz” İB üzrə təsdiq edilmiş “Qəza hallarının qarşısının alınması və
məhdudlaşdırılması Planı”-nda göstərilmişdir. Sifarişlər “Qəza sifarişlərinin
291
qeydiyyatı jurnalı”nda qeydiyyatdan keçirilərək, “çağırış vərəqəsi” əsasında
aşağıda göstərilən müddətlərdə yerinə yetirilməlidir;
a)
qaz sızması ilə əlaqədar çağırışlar – dərhal (briqada və ya çilingər
5 dəqiqə ərzində çağırışdakı ünvana yola düşməlidir).
b)
yemək hazırlama cihazlarının nasazlığı – 1 sutka ərzində.
c)
isitmə mövsümündə qızdırıcı cihazların nasazlığı – 1 sutka ərzində.
d)
digər cihazların nasazlığı – 2 sutka ərzində.
4.2.
Sifarişlər əsasında növbədənkənar xidmətin nəticələri barədə “Çağırış”
vərəqəsində qeydiyyat aparılır, görülmüş işlər barədə akt tərtib edilir.
Aktın bir nüsxəsi abonentə təqdim edilir, digər nüsxəsi isə QİS-də saxlanılır.
5. Əlavə məlumatlar.
5.1.
Yerli İcra Hakimiyyətlərinə məxsus yaşayış binalarında binadaxili qaz
kəmərlərinin və avadanlıqlarının saxlanmasına və saz halda olmasına mənzil
istismar təşkilatları, idarə tabelikli yaşayış binalarında və yataqxanalarda bina
sahibləri, özəl və kooperativ yaşayış binalarında bina sahibləri, fərdi yaşayış
evlərində isə həmin evlərin sahibləri cavabdehdirlər.
5.2.
Yaşayış binalarının bilavasitə mənzillərində və fərdi evlərdə mənzildaxili qaz
kəmərlərinin, işləyən məişət qaz cihazlarının təhlükəsiz istismar edilməsinə və
onların lazımi səviyyədə saxlanmasına mənzil və ev sahibləri cavabdehdirlər.
5.3.
Tüstü bacalarının və ventilyasiya kanallarının texniki saz vəziyyətdə
saxlanılmasına binaların və fərdi evlərin sahibləri cavabdehdirlər.
5.4.
Tüstü və ventilyasiya kanalları dövri olaraq yoxlanılmalı və aşağıda göstərilən
müddətlərdə mülkiyyətçi tərəfindən təmizlənməsi təmin edilməlidir;
kvartalda bir dəfə düz axımlı su qızdırıcılarının və restoran plitələrinin
kərpicdən tikilmiş tüstü bacaları;
ildə bir dəfə avtomat sorması olan axımlı su qızdırıcılarının tüstü bacaları;
ildə bir dəfə qızdırma mövsümündə əvvəl qızdırıcı və qızdırıcı-bişirici
sobaların, tutumlu su qıdırıcılarının, qızdırıcı mənzil qazanlarının tüstü bacaları;
ildə bir dəfə ventilyasiya kanalları.
5.5.
Tüstü bacalarının və ventilyasiya kanallarının yoxlanılması, təmizlənməsi və
yoxlamanın yekunları üzrə aktın tərtib edilməsi “Qaz təsərrüfatında
təhlükəsizlik qaydaları”na uyğun aparılmalıdır. Aktın bir nüsxəsi nəzarət
aparılması üçün qaz təsərrüfatı müəssisəsinə təqdim edilməlidir. Göstərilən akt
qaz təsərrüfatı müəssisəsinə təqdim edilmədikdə istehlakçıya qazın verilməsi
dayandırıla bilər (QTTQ. Bakı ş. 1987-ci il. bənd 9.243. hal-hazırda
qüvvədədir.)
|