Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Qazın dəyərinin ödəmə şərtləri



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə129/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   125   126   127   128   129   130   131   132   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

Qazın dəyərinin ödəmə şərtləri 
Qazın 
pərakəndə 
satış 
qiyməti 
(tarifləri) 
Azərbaycan 
Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz 
paylayıcısının qaz istehlakçısına satdığı, istiliktörətmə qabiliyyəti
7600 kkal/m
3
olan təbii qazın 1000 m
3
-nin qiyməti 100 manat təyin 
edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız 
qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay 
istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli 
qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında 
hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi 
(göndərilməsi) tələb edilmir.
İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz 
paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış 
qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb 
edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank, kütləvi ödənişlər 
üzrə elektron informasiya sistemləri və ya poçt şöbələri vasitəsilə 
ödənilir.
Qaz sayğacları qaz paylayıcısı tərəfindən “Qazdan istifadə 
Qaydaları”nda nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), 
qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır 
və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı 
gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz 
paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən 
hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən 
(göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz 
paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi 
bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının 
göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
 
 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin