Qazın alqı-satqısı müqaviləsinin qüvvədə olma müddəti
Müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minməklə
tərəflər üçün məcburidir. Müqavilənin müddəti tərəflərin qarşılıqlı
razılığına əsasən müəyyən edilir. İstehlakçı bu müqavilənin ləğv
edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs
göstərmədikdə, müqavilənin müddəti müqavilə üzrə müəyyən edilmiş
müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin
bağlanılması tələb olunmur. İstehlakçı müqavilənin vaxtından əvvəl
ləğv edilməsi hüququnu özündə saxlayır. Lakin bu, tərəflərin müqavilə
üzrə öhdəliklərinin icra edilməsi məsuliyyətindən azad etmir. Müqavilə
iki nüsxədə tərtib edilir və hər iki nüsxə eyni hüquqi qüvvəyə malik
olmaqla, tərəflərin hər birində bir nüsxəsi saxlanılır.
278
ƏLAVƏLƏR
Əlavə 1.
Qaz İstismarı Sahəsinin
qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin peşə təlimatı
Ümumi hissə.
1.1. Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər öz işində hazırkı peşə
təlimatını və tabe оlduğu sahə və ya xidmət rəisinin göstərişlərini əsas tutur.
1.2. Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər öz peşəsini bilməklə
yanaşı, təhlükəsizlik teхnikasının qayda və nоrmalarını bilməli və həmin qaydalara
riayət etməlidir.
1.3. Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin işə qəbul edilməsi
(işdən azad edilməsi) Sahə rəisi ilə işçi arasında şərtləri qarşılıqlı razılaşdırılmış fərdi
əmək müqaviləsi bağlanması (əmək müqaviləsinə xitam verilməsi) yolu ilə əmrlə
rəsmiləşdirilməklə həyata keçirilir.
1.4. Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər Sahənin daxili intizam
qaydalarını bilməli və həmin qaydalara riayət etməlidir.
4-cü dərəcəli çilingər
İşin xüsusiyyəti.
2.1. Qazla işləyən müxtəlif növ su qızdırıcıların, qızdırıcı sobaların, yemək
bişirmə və restoran peçlərinin dəyişdirilməsi, təmiri, sazlanması, quraşdırılması;
2.2. Qaz tənzimləyici şkafların, məntəqələrin, qurğuların, avadanlıqların təmiri,
sazlanması və işə buraxılması;
2.3. İstismarda olan qaz kəmərlərində təmir-bərpa işlərinin aparılması;
2.4. Təbii qazdan istifadə edən abonentlərin fərdi həyətlərində, eləcə də
çoxmərtəbəli yaşayış binalarında olan qaz cihazlarına, sayğaclara və qaz xətlərinə,
onların üzərində yerləşən tıxac qurğuların–ventil və kranların sazlığına nəzarət
edilməsi, xidmət sahəsi üzrə tərtib edilmiş qrafikə uyğun olaraq qaz cihazlarına,
avadanlıqlara, qaz xətlərinə, kran və siyirtmələrə texniki baxışların keçirilməsi;
2.5. Binaların fasadından keçən qaz kəmərlərindən mənzillərə və otaqlara
ayrılan qaz xətlərinə vizual baxışın keçirilməsi, bağlayıcı qurğuların, qaynaq
birləşmələrin və yivlərin müvafiq qaydada yoxlanılması, aşkar olunan nasazlıq və ya
qaz sızmasının ləğv edilməsi və bu barədə xidmət rəisinə və ya xidmət ustasına rəsmi
məlumatın təqdim edilməsinin təmin edilməsi;
2.6. Yaşayış evlərində və çoxmərtəbəli yaşayış binalarında daxili qaz
avadanlıqlarına texniki baxışın və evdaxili qaz cihazlarının təhlükəsiz istifadə
qaydalarına dair abonentlərə il ərzində 2 dəfə təlimatın keçirilməsi və bu barədə
nəzarət kitabçalarında müvafiq qeydlərin aparılması;
2.7. Qaz istismarı Sahəsinin rəsmi razılığı olmadan abonentlər tərəfindən qaz
cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni qaz xəttinin çəkilməsi, yeni qaz
cihazlarının quraşdırılması, ləğv edilməsi və yerinin dəyişdirilməsi kimi hallara yol
279
verilməməsi və göstərilən faktların aşkar olunduğu təqdirdə bu haqda xidmət rəisinə
və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsinin təmin edilməsi;
2.8. Əsaslı təmir işləri aparılan, yaşayış olmayan (qonşuların imzası ilə akt tərtib
olunmalıdır) evlərdə profilaktiki baxış keçirilməsi zamanı dəfələrlə qapı açmayan
abonentlərin qaz xəttinin girəcəkdən (sayğacdan qabaq) bağlanması və bu haqda
xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi;
2.9. Mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi,
sayğaclara müdaxilə, sayğacların sоkülməsi, sındırılması, sayğaclara vurulmuş
plоmblara müdaxilə hallarına rast gəldikdə dərhal qaz təminatının dayandırılması və
bu haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi;
2.10. Təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə
qoşulma və ya rezin borularla qoşulma hallarına rast gəldikdə qaz verilməsinin
dayandırılması və bu haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın
təqdim edilməsi;
2.11. Abonentlərin mənzillərindən ayda bir dəfə olaraq vaxtlı-vaxtında sayğac
göstəricilərinin çıxarılması, “Abonent kitabçasında” qeyd edilməsi və reyestr
formasında imzalanaraq xidmət rəisinə təqdim edilməsinin təmin edilməsi;
2.12. Bildirişlərin vaxtlı-vaxtında abonentlərə təqdim edilməsi və istifadə
olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin
edilməsi, bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyər məbləğinin
ödənilmədiyi təqdirdə, abonentlərə verilən qaz təminatının dayandırılması və bu haqda
xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi.
Bilməlidir.
3.1. Yaşayış və komunal məişət idarələrinin, qazanxanaların qaz təchizatı
qaydalarını, məişət və avtomatikası olan komunal-məişət qaz cihazlarının iş prinsipi
və quraşdırılmasını;
3.2. Yaşayış evlərində, komunal-məişət müəsisələrində və qazanxanalarda qaz
avadanlıqlarının quraşdırılması və qazın buraxılması qaydalarını;
3.3. Məişət-qaz cihazlarının növləri və təmir üsullarını;
3.4. QTM-in texniki sanitar qurğularının yığılması, quraşdırılması, iş prinsipi və
təmir qaydalarını;
3.5. İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmalarını.
5-ci dərəcəli çilingər
İşin xüsusiyyəti.
2.1. Qaz tənzimləyici məntəqə və stansiyaların təmirdən sonra avadanlıq və
avtomatikasının nizamlanması və sazlanması üzrə çilingər işlərinin yerinə yetirilməsi;
2.2. Qazla işləyən yemək bişirən cihazların və avtomat restoran plitələrin cari
təmiri və onlara xidmət;
2.3. İstismarda olan qaz kəmərlərində təmir-bərpa işlərinin aparılması;
2.4. Qazın buraxılması, qaz avadanlıqları, yaşayış binalarının qazanxanalarının,
kommunal-məişət və sənaye müəssisələrinin təmiri və onlara xidmət, qazanxanaların
280
qaz odluğu qurğularının və nizamlayıcı mexanizmlərin verilmiş iş rejimində
(buraxılma və istismarda) sınaqdan çıxarılması və sazlanması;
2.5. Nəzarət-ölçü cihazlarının sazlanması;
2.6. Qazanxana, çən və təmizləyici qurğuların qaz avadanlıqlarının təmiri üçün
qüsur siyahısının tərtib olunması;
2.7. Təbii qazdan istifadə edən abonentlərin fərdi həyətlərində, eləcə də
çoxmərtəbəli yaşayış binalarında olan qaz cihazlarına, sayğaclara və qaz xətlərinə,
onların üzərində yerləşən tıxac qurğuların–ventil və kranların sazlığına nəzarət
edilməsi, xidmət sahəsi üzrə tərtib edilmiş qrafikə uyğun olaraq qaz cihazlarına,
avadanlıqlara, qaz xətlərinə, kran və siyirtmələrə texniki baxışların keçirilməsi;
2.8. Binaların fasadından keçən qaz kəmərlərindən mənzillərə və otaqlara
ayrılan qaz xətlərinə vizual baxışın keçirilməsi, bağlayıcı qurğuların, qaynaq
birləşmələrin və yivlərin müvafiq qaydada yoxlanılması, aşkar olunan nasazlıq və ya
qaz sızmasının ləğv və bu barədə xidmət rəisinə və ya xidmət ustasına rəsmi
məlumatın təqdim edilməsinin təmin edilməsi;
2.9. Yaşayış evlərinə və çoxmərtəbəli yaşayış binalarına daxili qaz
avadanlıqlarına texniki baxışın və evdaxili qaz cihazlarının təhlükəsiz istifadə
qaydalarına dair abonentlərə il ərzində 2 dəfə təlimatın keçirilməsi və bu barədə
nəzarət kitabçalarında (jurnalda) müvafiq qeydlərin aparılması;
2.10. Qaz istismarı Sahəsinin rəsmi razılığı olmadan abonentlər tərəfindən qaz
cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni qaz xəttinin çəkilməsi, yeni qaz
cihazlarının quraşdırılması, ləğv edilməsi və yerinin dəyişdirilməsi kimi hallara yol
verilməməsi və göstərilən faktların aşkar olunduğu təqdirdə bu haqda xidmət rəisinə
və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsinin təmin edilməsi;
2.11. Əsaslı təmir işləri aparılan, yaşayış olmayan (qonşuların imzası ilə akt
tərtib olunmalıdır) evlərdə profilaktiki baxış keçirilməsi zamanı dəfələrlə qapı
açmayan abonentlərin qaz xəttinin girəcəkdən (sayğacdan qabaq) bağlanması və bu
haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi;
2.12. Mənzillərdə quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi,
sayğaclara müdaxilə, sayğacların sоkülməsi, sındırılması, sayğaclara vurulmuş
plоmblara müdaxilə hallarına rast gəldikdə dərhal qaz təminatının dayandırılması və
bu haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi;
2.13. Təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə
qoşulma və ya rezin borularla qoşulma hallarına rast gəldikdə qaz verilməsinin
dayandırılması və bu haqda xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın
təqdim edilməsi;
2.14. Abonentlərin mənzillərindən ayda bir dəfə olaraq vaxtlı-vaxtında sayğac
göstəricilərinin çıxarılması, “Abonent kitabçasında” qeyd edilməsi və reyestr
formasında imzalanaraq xidmət rəisinə təqdim edilməsinin təmin edilməsi;
2.15. Bildirişlərin vaxtlı-vaxtında abonentlərə təqdim edilməsi və istifadə
olunmuş qazın dəyər məbləğinin yalnız poçt və ya bank vasitəsilə ödənilməsinin təmin
edilməsi, bildirişlərin təqdim edilməsindən bir ay ərzində qazın dəyər məbləğinin
ödənilmədiyi təqdirdə, abonentlərə verilən qaz təminatının dayandırılması və bu haqda
xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumatın təqdim edilməsi.
Dostları ilə paylaş: |