Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Sobanın tüstü bacasına olan əlavə tələblər



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə90/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   86   87   88   89   90   91   92   93   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

 
Sobanın tüstü bacasına olan əlavə tələblər 
Sobanın tüstü bacasına olan tələblər: 

Tüstü bacası yanmayan odadavamlı materialdan hazırlanır; 

Tüstü bacasının daxili diametri 125mm-dən az olmamalıdır; 

Tüstü bacasının binanın konstruktiv elementlərindən keçən yerlərdə 
kərpicdən araqatları quraşdırılmalıdır. Araqatı üfüqi və şaquli ola 
bilər. Üfüqi ara qatı, tüstü bacası şaquli olaraq, binanın yana bilən 
konstruktiv elementini kəsərək keçən və yaxud yana bilən 
konstruktiv elementinə bitişik yerdə qurulur, şaquli ara qatı isə tüstü 
bacası üfüqi olaraq binanın yana bilən konstruktiv elementini 
kəsərək kecən və yaxud yana bilən konstruktiv elementinə bitişik 
yerdə qurulur.

Ara qatı təkcə odadavamlı kərpicdən qurulur. 

Ara qatının ölçüləri sobanın istismar müddətindən və yana bilən 
konstruktiv elementinin yanmadan əlavə mühafizəsinin olmasından 
asılı olaraq 25 sm (soba 3 saata qədər istismar olunur və yana bilən 
konstruksiya yanmadan əlavə mühafizə olunur), 38 sm (soba 3 saata 
qədər istismar olunur və yana bilən konstruksiya yanmadan əlavə 
mühafizə olunmayıb və yaxud soba 3 saatdan çox istismar olunur və 
yana bilən konstruksiya yanmadan əlavə mühafizə olunub), 51 sm 
(soba 3 saatdan cox istismar olunur və yana bilən konstruksiya 
yanmadan əlavə mühafizə olunmayıb) təşkil edir.

Bütün hallarda tüstü bacasının hündürlüyü binanın üst örtüyündən 
ən azı 0,5 m hündür olmalıdır. Tüstü bacası binanın üst örtüyünün 
çardağının ən yüksək nöqtəsinə qədər 1,5 m məsafədədirsə, tüstü 
bacası həmin nöqtədən 0,5 m hündür olmalıdır, tüstü bacası qeyd 


210 
olunan nöqtədən 1,5m-dən 3m-rə qədərdirsə, tüstü bacası həmin 
nöqtə səviyyəsindən aşağı olmamalıdır Tüstü bacası qeyd olunan 
nöqtədən 3 m-dən cox aralıdırsa, həmin yerdən kecən üfüqi xətdən 
10
0
bucaq xəttindən aşağı olmamalıdır. Tüstü bacası olan binaya 
bitişik hündür bina varsa, tüstü bacasının hündütlüyü yüksək 
binanın ən yüksək nöqtəsindən 45
0
bucaq xəttindən aşağı 
olmamalıdır. 

Tüstü bacalarının qapağlığı olmalıdır (kənar əşyaların, heyvan və 
quşların tüstü bacasına daxil olmaması üçün, hava çəkiminə 
atmosfer hava axınlarının təsirindən qorumaq ücün). 

Tüstü bacaları çöl tərəfdən gil məhlulu ilə suvaqlanmalıdır və əhəng 
ilə ağardılmalıdır (istismar müddətində çatlar əmələ gələrsə onların 
rahat aşkar edilməsi üçün). 

Tüstü bacası xaricdən gil və əhəng məhlulu ilə suvaqlanır (bacada 
çatlar əmələ gəldikdə aşkar olunması üçün). 
Tüstü bacaları keçən şaquli ara qatının konstruksiyası. 
A - sobanın 3 saata qədər qalanması; B - sobanın 3 saatdan çox 
qalanması; 1 - yanar konstruksiya; 2 - əlavə mühafizə qatı;
3 - araqatı; 4 - tüstü bacasının divarı; 5 – tüstünün istiqaməti. 
Tüstü bacalarının yerləşdirilməsi sxemi. 
45
0
0,5 m
0
,5 m
1,5 m 
1,5-3m 
3 m 
10
0
51 
sm 
38 
sm 



38 
sm 

25 
sm 





211 
Hər il isitmə mövsümünün başlanmasından əvvəl sobalar və 
onların tüstü bacaları təmizlənməlidir, lazım olan hallarda təmir 
olunub, ağardılmalıdır. Sobaların təmizlənməsini və təmir işlərini 
aparmağa rəsmi lisenziyası olan Yanğından Mühafizə Cəmiyyəti və 
mənzil-istismar sahələrinin mütəxəssisləri həyata keçirə bilərlər. 


212 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin