Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi


Təbii qаzın itkisi, оnun yаrаnmа səbəbləri və аzаldılmаsı



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə86/147
tarix01.08.2023
ölçüsü12,82 Mb.
#138220
1   ...   82   83   84   85   86   87   88   89   ...   147
Qаz хiDM T S N n sоr u kitаbi

 
Təbii qаzın itkisi, оnun yаrаnmа səbəbləri və аzаldılmаsı
tədbirləri bаrədə 
 
Hər il üçün respublikanın yanacaq balansı müvafiq qurumlar 
tərəfindən hazırlanıb (proqnozlaşdırılıb) Azərbaycan Respublikası Baş 
Nazirinin birinci müavini tərəfindən təsdiq edilir. Buraya il ərzində
respublikada hasil olunacaq qazın həcmi (buraya ARDNŞ və Benəlxalq
Əməliyyat Şirkətləri tərəfindən ayrı-ayrı göstərilir), qazın hasilatında 
daxili texniki-texnoloji əməliyatların və daxili təlabatların aparılması 
üçün sərf olunacaq təbii qazın həcmi nəzərə alındıqdan sonra nəql 
olunacaq qazın miqdarı təyin edilir. Nəqlə hazırlanan təbii qaz 
respublikada bütün qaz istehlakçılarının, bütün hüquqi və fiziki 
şəxslərə məxsus işlədilicilərin il ərzində qaza olan təlabatı tam nəzərə 
alınmaqla il ərzində ixrac olunacaq qazın miqdarı da proqnozlaşdırılır. 
01 mart 2010-cu ilə kimi respublikada təbii qaza olan təlabatı tam 
ödəmək, Rusiya Federasiyası, Gürcüstan Respublikası və mübadilə 
yolu ilə İran İslam Respublikasına təbii qaz ixrac olunması ARDNŞ-
nə həvalə edilmişdir. Bu məqsədlə ARDNŞ-ın “Azneft” İB-dən, o 
cümlədən Qalmaz və Qaradağ yeraltı qazsaxlama anbarından (YQSA), 
“Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, Qaz Emalı zavodundan, “Qaz 
İxrac” İdarəsindən, İran İslam Respublikasından təbii qaz qəbul olunur. 
Cəmi ümumi resurs hesablanılır. Yaranmış itki və texnoloji sərf, 
boruya qoyulan qaz da hesablanır. Bundan sonra cəmi paylama “B”, 
QAİİ-nə, Qalmaz YQA, Qaradağ YQA KS-1, Qaradağ YQA KS-2, 
“Qaz İxrac” İdarəsinə, o cümlədən İran İslam Respublikasına mübadilə 
qazı, ixraca - Gürcüstan Respublikasına, Rusiya Federasiyasına, 
“Azərenerji” ASC, iri sənaye, Bakı, buraya Abşeron QİS, Sumqayıt 
QİS-də aiddir. Bundan əlavə Bakı şəhərinin 12 rayonu, regionlar üzrə 
QİS-lər, o cümlədən 54 QİS daxil olmalıdır. 
Onu da qeyd etmək lazımdır ki, hər gün üçün gündəlik 
(“Azəriqaz” İB üzrə) qazın qəbulu və istehlakçılara paylanması 
haqqında operativ məlumat toplanır. 
ARDNŞ özünün qurumu olaraq “Azəriqaz” İstehsalat Birliyinə
hər il üçün təbii qazın qəbulu (burada daxili təlabat, texnoloji sərf və 
itki üzrə bölgü də daxildir) göstərilən bölgülər çıxarıldıqdan sonra 


201 
əmtəəlik (satış) proqnozlaşdırılmalıdır. Təbii qazın satışının təmin 
olunması ən əsas amil olmaqla maliyyə təsərrüfatı üçün əsas 
göstəricilərdən sayılır. 
ARDNŞ şurasının 22 dekabr 2010-cu il 69 №-li “Magistral və 
paylayıcı qaz kəmərləri sistemində yaranan qaz itkiləri barədə” 
01.01.2011-ci ilin qazın qəbulu və paylanması balansında “Azəriqaz” 
İB üzrə texnoloji qaz itkilərinin norması qəbula görə 9 %, o cümlədən 
magistral qaz kəmərləri üzrə 2 %, şəbəkə üzrə 7 % müəyyən edilmişdir.
Hazırda hər il üçün səmt və təbii qazın qəbulu, paylanması və istehlakı 
zamanı yaranan itkilərin azaldılması istiqamətində tədbirlər görülür.
Magistral qaz kəmərlərinin xətti hissəsinin, kompressor 
stansiyaların istismarında təbii qazın nəqli zamanı xüsusi texnoloji 
ehtiyaclara qaz sərfi tələb olunur, həm də müxtəlif səbəblərdən 
texnoloji 
qaz 
itkiləri 
baş verir. Həmçinin qaz təsərrüfatı 
müəssisələrində texnoloji ehtiyaclara qaz sərfi və qaz paylayıcı 
şəbəkələrində texniki itkilər və müxtəlif səbəblərdən də qaz itkiləri 
yaranır.
MQKS-lər üzrə xüsusi texnoloji ehtiyaclara qazın sərfi 
göstəriciləri hər ay üçün aşağıdakı kimi tərtib edilir. 
Qаz nəqlеtmə sistеmi, mаgistrаl qаz kəmərləri, şəhər, qəsəbə və 
kənd yаşаyış məskənlərində оnlаr üzərində müхtəlif аvаdаnlıqlаrın,
о cümlədən sərf ölçən cihаzlаrın dəqiq işləməsindən çох аsılıdır. 
MQKS-lər 
KS-də 
yanacaq qazı 
Başqa texnoloji ehtiyaclara qaz sərfi 
Kompressor 
sexlərində 
MQK-nin xətti 
hissələrində 
Sair 
Cəmi 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin