24
özünüməxsusluğundan insan fəaliyyətinin konkret istiqamətləri, xüsusi ilə də müxtəlif ölkələrdə
və kontinentlərdə istehsalın bu və ya digər sahələrinin inkişafı asılıdır. Konkret coğrafi mühitin bu
və ya digər xalqın tarixi inkişafına təsiri şübhəsizdir, eyni zamanda bu təsir olduqca müxtəlifdir.
İstehsal üçün əlverişli təbii şəraitin olduğu yerlərdə hər hansı kənd təsərrüfatı məhsulunun istehsalı
üçün 6-7 saat sərf etmək lazım gəlir (Bolqarıstanda, Türkiyədə). Eyni zamanda əlverişli olmayan
iqlim şəraitində bunun üçün 20 və ya 30 saat sərf etmək lazım olur. Bu fərqlər cəmyyətin
inkişafının ilkin mərhələsində, təbiət predmetlərinin yenidən hazırlanması onların bilavasitə hazır
şəkildə istifadə olunması ilə müqayisədə çox az faiz təşkil etdiyi vaxtda, xüsusi ilə hiss olunurdu.
Aydındır ki, Yer kürəsinin müxtəlif ərazilərində kifayət qədər yaxşı olmayan və əlverişsiz iqlim
şəraiti ictimai inkişafı xeyli ləngitmişdir.
«Noosfera»
(hərfi mənası-əql sahəsi) terminini ilk dəfə 1927-ci ildə E. Lerua, sonra isə P.
Teyyar de Şarden istifadə etmişdir. Vernadskinin özü noosfera haqqında təlimin əsas ideyalarını
artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz fikirlərini söyləmişdir. Artıq o vaxt dünyanın
qlobal yenidən qurulmasında insan əqlinin imkanları götür-qoy edilmiş, insann təbiətə təsirinin
prespektivləri, onların qarşılıqlı münasibətlərinin tezliklə harmonikləşməsinin zəruriliyi təhlil
olunmuşdur. Bu anlayışın müəyyən edilməsində mövcud olan müxtəlif yanaşmalar haqqında
demək olar ki, noosfera biosferanın və bütün planetin mövcud olmasının yeni mərhələsidir, bu
vaxt insanın şüurlu fəaliyyəti, Əqli biosferanın təkamülündə yalnız həlledici amil olmayıb, həm
də eyni zamanda onun qorunmasıdır. Bu vaxt cəmiyyət kortəbiiliyi əvvəllər zəif nəzarət olunan
məhsuldar qüvvələrin inkişafına, təbiətə müdaxiləyə şüurlu nəzarət edir, onu nizama salır.
Noosfera mərhələsində cəmiyyətin təlabatı geo və biosferanın imkanları ilə ölçülür. Biosfera və
sivilizasiya müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid bütövün tamı kimi, bir-
birini tamamlayan, bir-birinə kömək edən bir orqanizm kimi qəbul olunmalıdır.
Dostları ilə paylaş: