Təbiət cəmiyyətin həyat fəaliyyətinin əsasıdır. Təbiət və cəmiyyətin qarşılıqlı surətdə bir- birinə təsiri. İnsan və təbiətin münasibətindəki dəqiq balansın, müvazinətin axtarışı bu gün təbiət və
cəmiyyətin münasibətlərinin real durumunu aydınlaşdırmadan, eyni zamanda onların hər birinin
çəkisini müəyyən etmədən mümkün deyildir. Bəşəriyyət, özünün bugünkü qüdrətinə və
müstəqilliyinə baxmayaraq təbiətin tərkib hissəsi və təbiətin təkamülünün davamıdır. Cəmiyyət
təbiətlə sıx bağlıdır, ondan kənarda mövcud ola və inkişaf edə bilməz - ilk növbədə insanı əhatə
edən ətraf mühit olmasa insan yaşaya bilməz. Təbii mühitin cəmiyyət həyatına təsiri istehsal
sahəsində daha aydın şəkildə özünü göstərir. İnsanları təbiətdən ayrılmağa imkan verən bütün
maddi istehsal öz əsasında təbii tərkib hissələrə əsaslanır. Faydalı yeraltı qazıntılar, enerji
mənbələri, əmək məhsulları - hamısı təbiətdəndir. İstehsal prosesində təbiət insan tərəfındən əmək
predmeti kimi, cəmiyyətin marağı naminə islahatçılıq fəaliyyətinin obyekti kimi istifadə olunur.
Təbii zənginliklər (ilk növbədə faydalı qazıntılar) maddi istehsalın və cəmiyyət həyatının təbii
əsasına xidmət edir. Təbiətdən ayrılan bəşəriyyət maddi istehsal nəticəsində alınan əmək
məhsulları olmadan yaşaya bilmir.
Əhali artımını ictimai inkişafın əsas qüvvəsi hesab edən nəzəriyyələr yaranmaqda olan
burjuaziyanın qeyri-istehsal təbəqələrə zadəganlara və ruhanilərə qarşı mübarizədə ideologiyasını
ifadə edirdi. O dövrdə bu cür ideyalar müəyyən
Yer kürəsinin əhalisi öz tarixi ərzində həmişə artan sürətlə getmişdir. Əgər bizim eranın I
əsrində Yer kürəsinin əhalisi 300 milyon nəfər idisə, 1965-ci ildə bu rəqəm 3 milyard 280 milyona
çatdı. Otuz il sonra, 1995-ci ildə Yer kürəsinin əhalisi 5 milyardı keçdi. XX əsr ərzində əhali 3
dəfə artmış və hal- hazırda 6 milyarda çatımşdır. Yer kürəsində əhalinin yaşaması üçün qəbul
edilən imkan, BMT-nin hesablamalarına əsasən 10-12 milyard ola bilər. - İndiki inkişafla Yer
kürəsində XXI əsrin ortalarında əhalinin sayı bu rəqəmə çatacaqdır. Əhali artımını saxlamaq üçün
təklif olunan tədbirlərdən biri də Cənub ölkələrində ailələrin planlaşdırılması ilə bağlı proqlamların
qəbul edilməsidir. - hər ailə üçün iki-üç uşaq normal hesab olunur. Bu ölkələrdə əhalinin
məşğuliyyət və mədəniyyət səviyyəsinin yüksəldilməsi inkişaf etmiş ölkələr tərəfindən onlara
göstərilən köməyin artırılması planlaşdırılmış proqramın tərkib hissəsidir. Əhali artımı
probleminin müsbət həll edilməsi həm də cəmiyyət və təbiətin qarşılıqlı münasibətinə, təbii
sərvətlərin qorunmasına yaxşı təsir edəcəkdir. Əgər bütövlükdə cəmiyyəti, demoqrafık sistemi
götürsək, onda ailə həyatına insan həyatının təkrar istehsalı mövqeyindən baxmaq olar ki, bu da
demoqrafıyanın (yunan sözü olub demos - xalq və qrapho - yazıram mənasını verir) predmetini
təşkil edir. Demoqrafiya əhalinin təkrar istehsalını («ölüm-doğum» dünyasını), onun dinamikasını,
miqrasiyasını, demoqrafık vahid kimi ailəni və s. öyrənir.