19
hissəciklərin çevrilməsi və subelementar səviyyənin qarşılıqlı fəaliyyəti ilə bağlı olan mikroaləm
prosesləri; meqaaləm prosesləri – qalaktik qarşılıqlı fəaliyyət və Metaqalaktikanın genişlənməsi.
Hərəkətin fiziki və kimyəvi formaları arasındakı qarşılıqlı münasibət problemi də yeni qaydada
qoyulmuşdur: hərəkətin kimyəvi forması bir tərəfdən mikroaləmin qarşılıqlı fəaliyyətindən
yaranır, digər tərəfdən isə molekulyar fiziki hərəkət kimi formaların yaranmasının şəraitidir. O
sanki mikroaləm fizikasından makrofizik proseslərə keçidi təmin edir.
Müasir elm
bioloji hərəkətin
təbiətini anlamağa çox yenilik gətirdi. Onun ilkin maddə
daşıyıcıları dəyişdirildi. Biosferanın bütövlüyü haqqında baxışlar formalaşdı, hərəkatın bioloji
formasının müxtəlif növaltıları aşkarlandı. Elmin gələcək tərəqqisi həm materiyanın, həm də
hərəkətin yeni formalarının kəşfinə gətirib çıxaracaqdır, müasir baxışları dəqiqləşdirəcək və
dəyişəcəkdir. Bu inkişaf prosesində materiyanın hərəkət formaları haqqında dialektik – materialist
təlim konkretləşdiriləcək, yeni məzmunla zənginləşdiriləcək, bir çox hallarda dəyişdiriləcəkdir.
Materiyanın hərəkət formaları haqqında təlimin ən mühüm tərəflərindən biri
ictimai
proseslərin materiyanın hərəkətinin sosial forması
kimi şərhidir.Bu şərh tarixin materialist
anlaşılmasının kəşfi və işlənib hazırlanması hesabına mümkün olmuşdur. Ona görə də o dünyaya
marksist fəlsəfi baxışlar üçün xasdır. İctimai həyatda maddi və mənəvi prosesləri ayıran dialektik
materializm maddi proseslərin birinciliyini qeyd edir, ancaq onları cəmiyyətin mənəvi həyatından
ayırmır. Yalnız mücərrəd şəkildə ictimai həyatın bu sahələrini bir-birindən ayırmaq olar. Real
gerçəklikdə isə onlar qarşılıqlı şəkildə fəaliyyət göstərir, məhz bunun hesabına materiyanın quru-
luşunun xüsusi səviyyəsi kimi cəmiyyət mövcuddur.
Materiyanın hərəkətinin ali formasını bütövlükdə və tam şəkildə aşağı formaya endirmək,
azaltmaq olmaz
– tutaq ki, yalnız fiziki-kimyəvi xassələrdən çıxış edərək, materiyanın
quruluşunun bioloji səviyyəsinin keyfiyyət xüsusiyyətlərini nəzərə almadan, biotəkamülü, təbii
seçməni inkar etməklə və s. bioloji prosesləri təsvir etmək olmaz. Eyni ilə insan cəmiyyətinin
inkişafını da yalnız bioloji qanunauyğunluğa əsaslanaraq, sosial inkişafın xüsusiyyətlərini nəzərə
almadan başa düşmək mümkün deyildir.
Hərəkətin keyfiyyətcə müxtəlif formaları arasındakı genetik əlaqənin inkar edilməsi maddi
gerçəkliyin bu və ya digər obyektlərinin elmi tədqiqindəhəqiqətin cidditəhrifinə gətirib çıxara
bilər.
Fəlsəfəni həmişə predmetin keyfiyyətinin dəyişməsi, yəni onun əsas xassələrinin dəyişməsi
müşahidə olunan hərəkət növləri maraqlandırmışdır. Predmetin xassələri qaldıqca o özü olaraq
qalır. Oxuduğun dərsliyin kağızları sarala bilər, yazılar pozular, çirklənə bilər, ancaq nə qədər ki,
mətni oxumaq mümükündür o öz keyfiyyətini saxlayır – dərslik olaraq qalır. Bu keyfiyyətlər
itdikdə isə kitab artıq kitablıqdan çıxır və başqa şeyə çevrilir – kirli kağız parçası olur. Lakin
predmetin dəyişikliyi prosesində keyfiyyət yalnız yox olmur, bu vaxt predmet yeni keyfiyyər də
kəsb edə bilər. Deyirlər ki, nə vaxtsa meymunlar insana çevrilmişlər, südəmər, düşüncəsiz uşaq
çox vaxt ağıllı yetkin olur, kareta avtomobilə çevrilir və s. Bundan başqa keyfiyyətin dəyişməsinin
həm geriyə dönən (su-buz-su), həm də geriyədönməz (uşaq-yeniyetmə) ola - bilər sonuncu
dəyişiklik növü
inkişaf
adlanır.
Beləliklə,
inkişaf
– geriyədönməz keyfiyyət dəyişikliyidir. Belə hesab olunur ki, inkişaf həm
mütərəqqi,
yəni artan mürəkkəbliklə və obyektin nizamlanması ilə baş verən, həm də
tənəzzül
–
obyektin cırlaşması, onun dağılması, məhv edilməsi və s. kimi olur.
Dostları ilə paylaş: