16
**
1-Materiyanın atributları: hərəkət, məkan və zaman
Dünyanın maddi vəhdətinin dialektik anlaşılması müasir təbiətşünaslığa, insan və cəmiyyət
haqqında elmə daha dərin daxil olur. Metafizik təfəkkür dünyanı yalnız keyfiyyətcə bir-birindən
fərqlənən deyil, həm də öz aralarında keçilməz maneələrlə ayrılan müxtəlif substansiyalardan
təşkil olunmuş kimi qəbul edir – bir sözlə, reallığa monist yanaşma inkar edilir. Materialist
dialektika isə, onunla yanaşı cəmiyyət və təbiət haqqında bütün müasir elmlər ondan çıxış edirlər
ki, bütün mövcud olan hadisələr və proseslərin əsasında
vahid materiyanın hərəkəti
dayanır.
Bundan başqa, bilirik ki, filosflar lap çoxdan başqa bir sual da qoyurdular dünyanı “saxlayan”
nədir, ona sabitlik verən, onun nizamlı olmasını qoruyan nədir? Bu gün verilən sualın cavabı çox
sadə, həm də paradoksaldır:
hərəkət.
Maddi aləm öz sistem-struktur quruluşunu hərəkət etdiyinə
(dəyişikliyinə) görə saxlayır. Axı istənilən sistem yalnız qarşılıqlı fəaliyyət, yəni onu təşkil edən
elementlərin hərəkəti hesabına mövcuddur. Qarşılıqlı fəaliyyət yox olsa sistem özü dağılar.
Atomlar nüvə və onun örtüyünün qarşılıqlı fəaliyyəti hesabına sabitdir,
orqanizm maddələr
mübadiləsi, cəmiyyət-əmək bölgüsü və s. hesabına yaşayırlar. Deməli, həm istənilən obyektin,
həm də bütövlükdə maddi aləmin mövcudluğu hərəkət hesabına mümkündür.
Fəlsəfədə
hərəkət
deyərkən ümumiyyətlə istənilən dəyişiklik – predmetlərin məkanda sadə
yerdəyişməsindən başlamış və insan təfəkküründə qurtarana qədər - başa düşülür. Hərəkət
materiyanın atributudur, yəni istənilən maddi obyektin ayrılmaz xassəsidir. Hərəkətsiz materiya
yoxdur və əksinə: materiyasız da hərəkət yoxudr. Bu tezisin ikinci yarısı o deməkdir ki,
“ümumiyyətlə hərəkət”, özlüyündə hərəkət – mücərrədlikdir,
yəni şüurumuzun real maddi
predmetlərindən ayrılan öz parametrlərinin dəyişən xassəsidir. Ona görə də hərəkət “təmiz
şəkildə” yalnız beynimizdə, təfəkkürümüzdə mövcuddur; reallıqda isə yalnız hərəkət edən maddi
obyektlər mövcuddur.
Materiyanın hərəkəti
dedikdə yalnız maddənin məkanda mexaniki yerdəyişməsi başa düşülür,
həm də istənilən qarşılıqlı fəaliyyət, eyni zamanda bu qarşılıqlı fəaliyyətdən yaranan obyektlərin
vəziyyətinin dəyişməsi nəzərdə tutulur.Hərəkət – həm elementar hissəciklərin qarşılıqlı surətdə
bir-birinə çevrilməsi, həm Metaqalaktikanın genişlənməsi, həm
orqanizmin hüceyrələrində
maddələr mübadiləsi, həm də və sosial həyatda adamlar arasında olan fəaliyyət mübadiləsidir.
Materiya hərəkətdən kənarda mövcud ola bilməz. Onun istənilən obyekti onlarda müəyyən
hərəkət tiplər olduğuna görə mövcuddurlar. Onların məhv edilməsi ilə obyekt öz mövcudluğunu
dayandırır, digər obyektlərə keçir, bu da öz növbəsində hərəkətin tiplərinin və formalarının
17
müəyyən yığını ilə xarakterizə olunur. Başqa sözlə desək,
hərəkət daxilən materiyaya xasdır
. O da
materiya kimi mütləqdir.
Gündəlik həyatda hərəkət çox vaxt məkanda maddələrin yerdəyişməsi kimi qəbul olunur.
Ancaq bir cisim Yerin səthinə nisbətdə yerini dəyişə, digəri isə sükunətdə ola bilər,
deməli
gündəlik şüur bu iki vəziyyəti – sükunət və hərəkəti qarşı-qarşıya qoyur –onları eyni hüquqlu kimi
qəbul edir.
Predmetləri yaradan hərəkətin üsulları və növlərinin bu “zaman daxilində təkrarlanması
hesabına o digər obyektlərdən fərqlənən, keyfiyyətcə spesifik obyekt kimi mövcuddur. Beləliklə
sükunət
anlayışı predmetin sabitliyini təmin edən, onun keyfiyyətini saxlayan hərəkətin
vəziyyətini ifadə etmək üçün istifadə olunur. Ona görə də
sükunət nisbidir, hərəkət isə mütləqdir,
o materiyanın ayrılmaz xassəsi, materiyanın atributudur.
Hərəkətin iki əsas tipi haqqında
danışmaq düzgün olardı. Birincisi – predmetin, onun
keyfiyyətinin sabitliyinin saxlanması ilə bağlı hərəkətdir. Predmetdə həmişə bəzi dəyişiklik baş
verir, ancaq o heç vaxt zamanca öz-özünün oxşarı olmur.
Adi
insan təfəkkürü, adətən gerçəkliyi ciddi sərhəddi olan möhkəm şeylərə və möhkəm
şeylərin qarşılıqlı fəaliyyəti kimi nəzərdən keçirilən proseslərə ayırır. Ancaq elmi məlumatlara
söykənən fəlsəfi təhlil bizi əmin edir ki,
istənilən şey
(maddə)
həm də prosesdir.
Hətta ən sadə
predmetlər
olan stol, stul, ev haqqında danışanda və deyəndə ki, onlar öz keyfiyyətlərini
saxlayırlar, özlərinin eynidirlər bu o demək deyil ki, onlarda müxtəlif cür dəyişikliklər baş vermir.
Nə stolun düzəldildiyi ağacın molekulundakı nüvəyə nisbətdə elektronun vəziyyəti nə də nüvədəki
proton və neytronların vəziyyəti eyni olmur. Hətta stola Günəş şüası düşəndə belə onda dəyişiklik
baş verir: stolun üstünə düşən protonlar elektronu parçalayır (fotoeffekt hadisəsi). Lakin bütün bu
cür dəyişikliklər vaxtı bəzi əlamətlər yığını qalır ki, bu da stol haqqında başqa predmetlərdən fərq-
lənən müəyyən predmet kimi danışmağa imkan verir.
Beləliklə,
hərəkətin birinci tipi – predmetin keyfiyyətinin saxlandığı hərəkətdir.
Bundan başqa
bir keyfiyyətdən digərinə keçidlə
, predmetin keyfiyyət vəziyyətinin dəyişməsi
ilə bağlı olan daha
bir hərəkət tipi mövcuddur. Bu predmetin dağılması, onu təşkil edən elementlərin parçalanması
ola bilər – bu başlangıc predmetin dəyişməsi nəticəsində yaranan xüsusi keyfiyyətdir. Həm də
daha mürəkkəb proses ola bilər, bu vaxt obyektlərin qarşılıqlı fəaliyyəti nəticəsində daha mürəkkəb
sistem, yeni obyekt yaranır.
Praktikada biz daimi bu proseslərlə toqquşuruq. İstehsalın inkişafı gedişində bəşəriyyət təbiət
materiallarından daha mürəkkəb sistem yaratmağı öyrənirlər.
Bizim dünya ilə praktiki qarşılıqlı fəaliyyətimiz gedişində bizdən asılı olmayaraq təbiətdə baş
verən proseslərə nəzər sala bilərik. Burada keyfiyyət dəyişikliyi ilə bağlı olan proseslər baş verir,
predmetlərin mürəkkəbləşməsi prosesi gedir, daha sadə obyektlərdən daha mürəkkəb obyektlərin
vəziyyəti yaranır. Predmetlərin keyfiyyətinin dəyişməsi ilə, yeni keyfiyyət vəziyyətinin meydana
gəlməsi ilə bağlı olan proseslər - əvvəlki keyfiyyət vəziyyətində gizli qalan, açılmayan potensial
imkanların açılması –
inkişaf kimi
xarakterizə olunur. İnkişaf prosesi – quruluşun əvvəlki, sistem
əsasında yaranan yeni tiplərinin, yeri sistemlərin formalaşmasına istiqamətlənən bir keyfiyyətdən
digərinə keçiddir. İnkişaf prosesi haqqında “Dialektika” bölməsində danışılacaqdır. Burada
inkişaf
prosesinin iki müxtəlif növlərini
ayırmaqla kifayətlənəcəyik. Birinci növ müxtəlifliyi –
materiyanın
müvafiq növləri, onun quruluşunun müəyyən səviyyəsinə çərçivəsində, başverən
keyfiyyət dəyişikliyi prosesidir. İkincisi-bir keyfiyyətdən digərinə keçid prosesləridir. Cansız
təbiətdə inkişafın birinci növ müxtəlifliyinə ulduzların təkamülü nümunə kimi qeyd oluna bilər.
Materiyanın inkişafını bu növ müxtəlifliyi ilə yanaşı ikinci növ müxtəlifliyini də - materiyanın
18
bir səviyyəsi üçün xarakterik olan keyfiyyət vəziyyətindən materiyanın
quruluşunun
digər
səviyyəsinin
keyfiyyət vəziyyətinə keçidlə bağlı olan – ayırmaq olar. Atomların elementar
hissəciklərindən və molekullardan formalaşan, qeyri-üzvi təbiətdən quruluşun bioloji səviyyəsinə
keçid, insan və onun ictimai həyatının qurulması – bütün bunlar materiyanın quruluşunun
səviyyəsinin mürəkkəbləşməsi ilə materiyanın quruluşunun yeni səviyyələrinin, yeni növlərinin
meydana gəlməsi ilə müşaiyət olunan inkişafın nümunəsidir.
Materiyanın formasının ierarxiyasına müvafiq olaraq onun
hərəkətinin keyfiyyətcə müxtəlif
formaları
mövcuddur. Materiyanın hərəkətinin formaları və onların qarşılıqlı əlaqələri haqqında
ideyanı F.Engels irəli sürmüşdür. Hərəkətin formalarının təsnifatının əsasında o aşağıdakı
prinsipləri irəli sürmüşdür: 1) hərəkətin formaları materiyanın
quruluşunun müəyyən maddi
səviyyəsi ilə əlaqəlidir, yəni bu quruluşun hər bir səviyyəsinə öz hərəkət forması uyğun gəlməlidir.
2) hərəkətin formaları arasında genetik əlaqə mövcuddur, yəni hərəkətin forması aşağı formanın
əsasında yaranır; 3) hərəkətin ali forması keyfiyyətcə spesifikdir və aşağı formaları ilə bərabər-
ləşdirilə bilməz.
Bu prinsiplərdən çıxış edərək və öz dövrünün elmlərinin nailiyyətlərinə əsaslanaraq F.Engels
materiyanın hərəkətinin
beş formasını: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial formaları –
ayırmış və onların aşağıdakı təsnifatını vermişdir. F.Engels “Təbiətin dialektikası” əsərində
hərəkətin beş əsas formasını bir-birindən fərqləndirir:
Dostları ilə paylaş: