12
ali formasına xas olan materiyanın xüsusi xassəsi kimi başa düşülür. Strukturluq hərəkət, məkan
və zaman materiyanın atributları kimi verilir –bunlar materiyanın xassələridir, onlarsız materiya
mövcud ola bilməz. Bununla belə bu xassələr materiyadan ayrı ola bilməzlər.
Yaşadığımız və bir hissəsi olduğumuz dünya
maddi aləmdir
– o müxtəlif predmetlərdən və
proseslərdən təşkil olunmuşdur, onlar bir – birinə çevrilir, yaranır və yox olur, şüurumuzda
inikas
olunur, ondan asılı olmayaraq mövcuddur. Bu predmetlərdən heç biri ayrıca götürülmüş şəkildə
materiya ilə eyniləşdirilə bilməz, lakin onların, əlaqələri də daxil
olmaqla müxtəlifliyi maddi
gerşəkliyi təşkil edirlər.
Materializmin ilkin mərhələlərində materiya şeylərlə yanaşı mövcud olan,
konkret şeylərin
yarandığı və yox olduğu bəzi cisimlər kimi qəbul olunurdu. Dialektikmaterializm materiyanın
substansiallığı haqqında başqa baxışları inkişaf etdirən – ona vahid maddi aləmin sonsuz inkişaf
edən müxtəlifliyi kimi baxmağa başladı. Bu nöqteyi-nəzərdən materiya konkret obyektlərlə yanaşı
deyil, yalnız onların müxtəlifliyi, onlar vasitəsi ilə mövcuddur.
Dostları ilə paylaş: