2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   2   3   4   5   6   7   8   9   10   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

“Materiya”
anlayışı dünyada mövcud olan hər şeyin başlanğıc vəhdətini aydınlaşdırmağa, 
şeylərin və hadisələrin müxtəlifliyini bir ümumi, başlanğıc əsasa gətirməyə cəhddən yaranmışdır. 
Tutaq ki, biz çoxlu ağac və gildən hazırlanmış predmetlər tanıyırıq – onlar sonsuz dərəcədə 
müxtəlif ola bilərlər, lakin onları başlanğıc əsas, onların hazırlandıqları materiallar birləşdirir. 
(Yeri gəlmişkən “materiya” sözünün etimoloji kökü yunan dilindən tərcümədə ağac, salınmış meşə 
mənasını verir – qədim yunanlar öz gəmilərini bu ağaclarla düzəltmişlər). Düşüncələrimizi davam 
etdirərək belə güman etmək olar ki, bütövlükdə dünyanın, yəni istisnasız olaraq bütün predmetlərin 
və hadisələrin hansısa vahid əsası, “yarandıqlar” ilkin “materialı” vardır. 
Fəlsəfə tarixindən xatırlayırıq ki, antik yunanlarda dünyanın ilkin əsası kimi su (Fales), hava 
(Anaksimen), od (Heraklit), o cümlədən bu ünsürlərin hamısı birlikdə (Empedokl) ardıcıl olaraq 
iddaçı olmuşlar. İlkin baçlanğıca ideal xarakter verməyə göstərilən cəhdlər də (Platonda 
“eydoslar”, Anaksaqorda “nus”, yəni əql və s.) az əhəmiyyət kəsb etmir. Bu baxımdan ən uğurlu 
konsepsiyalardan biri də əsas ideyaları müasir dünyagörüşə daxil olmuş Demokritin
 atomist
fərziy-
yəsidir. 
Bir az sonra güman olunan ilkin başlanğıcı ifadə etmək üçün “
substansiya”
anlayışından 
istifadə olunmağa başlandı. Fəsləfədə substansiya kateqoriyası müxtəlif şeylərin proseslərin və 
hadisələrin başlanğıc daxili vəhdətini və ilkin əsasını ifadə etmək üçün bu gün də istifadə olunur: 
konkret şeylər yaranır və yox olur, onların mövcudluğu digər şeylərlə şərtlənir. Onların baza əsası 
isə - substansiya – yaradılmayan və yox olmayandır, o özündən başqa heç nə ilə şərtlənə bilməz. 
Materiya kateqoriyası əsaslı fəlsəfi anlayışdır. Onun ən uğurlu tərifini V.İ. Lenin “Materializm 
və empriokritizm” kitabında vermişdir: “Materiya insan duyğuları ilə verilən, duyğularımızdan 
asılı olmayaraq mövcud olan duyğularımızda şəkli alınan, əksi alınan, obyektiv reallığı əks etdirən 
fəlsəfi kateqoriyadır”. Bu tərifdə iki əsas əlamət ayrılır: birincisi materiya şüurumuzdan asılı 
olmayaraq mövcuddur, ikincisi, duyğularımızla əksi, şəkli alınır. Birinci əlamət şüura nisbətən 
materiyanın birinciliyini qəbul edir, ikinci isə maddi aləmin dərk olunanlığını bildirir. Beləliklə, 
materiyanın tərifi fəlsəfənin əsas məsələsinin materialist həllinin yığcam şərhini göstərir. Ona görə 
də o bir tərəfdən materializm, digər tərəfdən isə idealizm və aqnostisizm arasında olan sərhəd 
xəttini ayırmağa imkan verir. 
Bütün bu ideyalar atomların bölünməsini göstərən hadisələri düzgün izah etməyə mane olurdu. 
1896-cı ildə A.Bekkerel tərəfindən aşkar olunan radioaktivlik hadisəsi altı il özünə zidd olan 
izahını tapmadı. Dramatik vəziyyət yaranmışdır - əgər uran və digər radioaktiv maddələr daimi 


13 
olaraq öz nüvəsindən enerji verirsə bu haradandır? Müəyyən olunmuşdur ki, bu şüalanma əvvəllər 
udulan enerjidən ayrılan kimi izah oluna bilməz. Əgər güman etsək ki, atomlar heç haradan 
almadan enerji verirlərsə, onda enerjinin saxlanılması qanunu pozulur. Yalnız 1902-ci ildə 
E.Rezerford və F.Soddi bu paradoksuhəll edə bildilər. Onlar sübut etdilər ki, radioaktivlik 
atomların kortəbii dağılması və kimyəvi elementlərə çevrilməsinin nəticəsidir. Atomların 
bölünməsi fərziyyəsini irəli sürmək üçün Rezerford və Soddi atomların bölünməzliyini 
materiyanın saxlanılması iləeyniləşdirən materiyanın metafizik konsepsiyasını atmalı idilər. Hələ 
tələbəlik illərində E.Rezerford təbiətin bütün obyektlərinə təkamül nəticəsi kimi baxmaq ideyasını 
irəli sürmüşdür. Əgər atomlar haqqında baxışlara bu mövqedən yanaşılsa onda atomlara 
əvvəlcədən verilən, dünyanın dəyişməz “kərpicləri” kimi yox, digər obyektlərdən yaranan kimi 
baxmaq lazım gəlir. 
Bu fəlsəfi fərziyyə atomların bölünməsinin kəşfi üçün ilkin şərt oldu. Bu mütərəqqi elmi 
ideyalara və onların dialektik ümumiləşməsinə əsaslanan materiyanın anlaşılmasına yeni 
yanaşmanın nəticəsi oldu. Rezerford öz mühakimələrində fəlsəfi fikirin əvvəlki tarixlərdə qət 
etdiyi yolun hansısa xüsusiyyətlərini təkrarlamış oldu: materiyaya dialektik-materialist baxışların 
inkişafında mühüm rolu XIX əsrdə olmuş təbiətşünaslıqdakı böyük kəşflərin mənimsənilməsi 
oynadı – bunların içərisində Ç. Darvinin nəzəriyyəsi mühüm yer tuturdu. Materiyaya metafizik 
baxışların dəf edilməsində yalnız atomların bölünməsinin kəşfi deyil, həm də bu kəşfin sonrakı 
düzgün şərhi mühüm şərt oldu. XIX əsrin sonu XX əsrin əvvəllərindəki təbiətşünaslıqda olan 
inqilab dövründə dünyanın elmi mənzərəsinə atomların bölünməsi və strukturluq prinsipinin daxil 
edilməsinin qiymətləndirilməsi ilə bağlı ciddi çətinliklər yarandı. O dövrdə fiziklər arasında 
materiyanın məhv olmamasının atomların dağılmaması ilə eyniləşdirilməsi kimi hakim fikir kimi 
materiyanın yox olması atomların bölünməsinin şərhinə gətirib çıxardı. 
“Materiya” - bizim təfəkkürün ən ümumi kateqoriyalarından biridir, daha çox mücərrəd və 
“boşdur”. Bu deyilənlərin mənasını izah etmək üçün ümumi anlayışların yaranması yolunun 
sxemini təsəvvür edək “Anlayış” deyərkən ümumiyyətlə fikri yaradılma başa düşülür – burada bir 
sıra predmetlər onların ümumi əlamətləriniqeyd etməklə ümumiləşdirilir. Anlayışın yaranması 
prosesi 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin