31
brahmanizm dini təlimi və ona müxalif şəkildə formalaşmış «
Vedlər
»də («ved» - «bilik»
deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxunan dini himnlərin və mahnıların
məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və
s. ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan «vedlər»in
sonuncu
hissəsini upanişadlar təşkil edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında
oturanlar» deməkdir. Görünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas
biliciləri və
təbliğatçıları yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab
olunurdular.
Sutrılar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində ifadəsı
idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - lokayat və çarvak baxışları
formalaşmışdır.
Lokayat təlimi (ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik
axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ edirdi.
Çarvak təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını
verir) bütün mövcudatın əsasında dörd ünsür - od, su, hava, torpaq durur. Varlıq bu ünsürlərin
birləşməsindən meydana çıxır, parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı
vəhdəti ideyasını təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasıni
qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər.
Çində də fəlsəfi fikrin meydana çıxması və
inkişafı, Babilistan, Misir, Hindistan və başqa
Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın inkişafı, quldarlığa keçilməsi, əqli əməklə
məşğul olan xüsusi insanların - müdriklərin əmələ gəlməsi, astronomiya,
riyaziyyat, tibb və s.
elmlərin meydana çıxması fəlsəfənin də yaranmasına imkan vermişdir. «Müxalif» mövqedən
ölkəni dolaşan müdrik kahinlər qəbilə inamlarına qarşı çıxır, «Şi tszin» («Şerlər qanunu»), «İ
tszin» (Təbəddülatlar kitabı) və başqa kitab və mənbələrdə ifadə olunmuş fəlsəfi ideyaları
yayırdılar.
Qədim Çin fəlsəfəsini altı məktəb(konfusiyaçılıq, daosizm,moizm, naturfəlsəfə,legizm,
adlar) təmsil edirdi ki, bunlardan da üçü(konfusiyaçılıq, daosizm,moizm) daha geniş yayılmışdı.
Konfusiyaçılıq - e.ə.VI əsrdə Konfutsi və onun ardıcıllıqlarının adı ilə bağlı formalaşmiş
dini-fəlsəfi etik cərəyandır, baxışlar sistemidir. Yeni eranın ərəfəsində xüsusi dinə çevrilmişdir.
Əsas mənbəyi «Söhbətlər və mühakimələr» («Lun-yuy») adlı kitab hesab olunur.
Bu təlim
əvvəlkilərdən fərqli olaraq maddi dünya və kosmoqoniya(kainatın yaranması) məsələlərinə az
maraq göstərmişlər. Onun fələfəsinin əsas predmetini insan təşkil edirdi. Konfutsi insan
tərbiyəsini, əqli və əxlaqi cəhətdən yüksək inkişaf etmiş insanı ön plana çəkir. Konfutsiançılığın
məqsədi mövcud üsul - idarəni, quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət olmuşdur.
Bu cərəyana görə cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən
göndərilmiş qanun fəaliyyət
göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki davranış normalarına, rəsmi
qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi qeyd edırdı ki, cəmiyyətə ağıllı adamlar
rəhbərlik etməli, möhkəm nizam-intizam olmalı, «hakim-hakim, tabe-tabe, ata-ata,
oğul-ogul
olmalıdır».
Qədim Çində daosizm(dao-yol, qanun deməkdir) məktəbi də geniş yayılmışdı (e.a. lV-III
əsrlər). Bu dini-fəlsəfi təlimin əsasını qoyan Lao-Tsziyə görə bütün mövcudatın ilkin əsası və
mahiyyiəti «dao»dan («qanun» mənasındadır) ibarətdir. Daosizmin əsas abidəsi olan «Dao-de-
tezin»a görə (e.ə. IV-II əsrlər) bütün maddi cisimlər «daonun təzahürləri» hesab olunur, Bu təlim
32
hər şeyin «dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini qəbul edir. Bu, daxili,
təbii «yoldur» ki, bütün əşya, cisim və insanlar onu izləməlidirlər. Bu təlimə görə «dünyada
daonun olmadığı heç bir şey yoxdur. Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə
etibarilə, fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır.
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə bağlı moizm fəlsəfi təlimi də
olmuşdur. E.ə. V-III əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər
yayırdılar. Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış, 51 fəsildən ibarət olan «Moizmin
traktatı»dır. «Hikməti sevmək», «Vəhdətə inam», «Ümumi sevgi», «Hücuma qarşı»,
«Xərcləməkdə qənaət haqqında», «Göylərin iradəsi» və s. adlı fəsillərdə varlıq, insan, ailə,
davranış,
idarəçilik, məntiq, qnoseologiya və i.a, məsələlərin fəlsəfi təhlili verilmişdi. Moizm
məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. kateqoriyaların ümumi
xarakteristikasını verib, onları mənimsəməyə çalışmışlar. Onlar gerçəkliyin dərk edilməsinə
hadisənin səbəbinin müəyyən edilməsindən başlamağı, onun başqaları ilə oxşar və fərqli
cəhətlərinin
müəyyən edilməsi, novləri parçalanması və s. halların manimsənilməsi kimi
baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç qaydasını irəli sürmüşlər:
«əsaslandırma», «mənbələr» və «tətbiq edilmə». Bunlar isə naturalist materializm mövqeyindən
təhlil edilirdi.
Legizm
- qədim Çində konfusiançılıq dini-fəlsəfi cərəyanına müxalif meydana çıxmışdı
(latınca «legis» - «qanun» deməkdir). Leqizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında
fəlsəfi, etik, sosioloji təlimdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan Çjın, Şan Yan,
Xan Vey və b. olnıuşlar. Leqizmə görə cəmiyyət və dövlət idarəçiliyi, konfusiançılıqdakı kimi
mənəvi, əxlaqi təkmilləşməyə deyil, «qanuna»,
intizama, siyasətə, fəlsəfi biliyə əsaslanmalıdır.
Leqizmin əsas tələbləri bunlar idi: «hökmdar - qanunun yeganə yaradıcısıdır»; «hökmdar
kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onlan nəzərə almalıdır»; «hamı
qanun qarşısında bərabər olmalıdır»; «əsas fəaliyyət metodu mükafat və cəzadan ibarəl olmalıdır»;
«nizamlı ordu dovlətin dayağıdır» və s.
Qədim Şərq fəlsəfəsi Avropa və dünya mədəniyyətinin sonrakı inkişafında çox
böyük rol oynamışdır.
Dostları ilə paylaş: