2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə32/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   28   29   30   31   32   33   34   35   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Nikolay Kuzanski
İntibah dövrünün ilk görkəmli panteistidir. Onun fikrincə, təbiət, o cümlədən 
də insan ən ali mütləq varlıq kimi qəbul etdiyi Allahdan yaranmışdır. Lakin panteizm ideyasını 
inkişaf etdirən Kuzanski faktiki olaraq dünyanın Allah tərəfindən yaradıldığını inkar edir. Filosof 
təsdiq edirdi ki, Yer dünyanın mərkəzi deyildir, hərəkətsiz ulduzlar sahəsi isə dünyanı qapayan 
çevrəni təşkil etmirlər. Dünyanın sonluğuna inam Kuzanskini idrak prosesinin özünü belə 
tamamilə başqa cür anlamağa gətirib çıxarır.
İntibah dövrü dahiləri içərisində 
C. Bruno
mühüm yer tutur. Onun dünyagörüşü bütövlükdə 
materialist olsa da, öz formasına görə panteist xarakter daşıyır. Brunoda Allah birdəfəlik təbiətə 
“köçür” və onun fikrində “Allah şeylərdədir”. Brunonun panteizmdən çıxartdığı ən mühüm 
nəticələrdən biri təbiətin sonsuzluğu haqqında tezisin qəti təsdiq edilməsi oldu. Əgər Kuzanskidə 
dünyanın sonsuzluğu haqqında təlim hələ dumanlı, yarıteoloji təlimdirsə, Brunoda artıq tam 
naturalist təlimdir: o yalnız təbiət haqqında təlim kimi formalaşmışdır.
İntibah dövrü fəlsəfəsində üçüncü istiqamət 
sosial-siyası təlimlərdir.
İntibah dövrü cəmiyyətin 
mahiyyəti haqqında, insanın təbiəti haqqında və s. yeni baxışları canlandırdı. Cəmiyyətə yeni 
baxışın ən başlıca anlarında biri - cəmiyyətin bir-birindən asılı olmayan fərdlər məcmusu kimi 
anlaşılması idi. 
İlk burjua siyasi ideoloqlarından biri - florensiyalı 
Nikkolo Makiavelli
olmuşdur. Makiavelli öz 
əsərlərində sübut edirdi ki, insanların fəaliyyətinin sövqedici motivi – eqoizm, maddi maraqdır. O 
yazırdı ki, insanlar atalarının ölümünü unuda bilərlər, ancaq var-dövlətdən mərhum olmağı unuda 
bilmirlər.
Makiavelli dövlətin Yer üzündə ali hakimiyyət kimi mövcud olan kilsədən asılılığı haqqında orta əsrlər 
teokratik konsepsiyaları rədd edirdi. O, dünyəvi dövlətlərin zəruriliyinə əsaslanırdı, dövlət 
hakimiyyətinin teoloji anlaşılmasına qarşı mənəvi dəyərlərə üstünlük verən, öz hüququ qanunları ilə 
dinin irəli sürdüyü göstərişlərdən ayrılan hüquqi dünyagörüşü qoyurdu. Makiavellinin təliminə görə, bir 
halda ki, dövlətin firavanlığı və qüdrəti siyasətin ali qanununu təşkil edir, onda bu məqsədə nail olmaq 
üçün hər cür vasitə, o cümlədən, hər cür əxlaq qaydalarına zidd olan vasitə - pulla, rüşvətlə ələ almaq, 
ölüm, zəhərləmə, xəyanətkarlıq - yararlıdır.
Xalqın mənafeyi naminə cəmiyyətin daha dərin prinsiplərlə yenidən qurulmasını ingilis humanisti 
dövlət xadimi 
Tomas Mor
özünün "Utopiya" əsərində verilən ictimai quruluşun başlıca 
xüsusiyyəti xüsusi mülkiyyətin yoxluğudur. Müəllifin təsəvvür etdiyi bu adada əmək cəmiyyətin 


44 
bütün üzvlərinin vəzifəsidir. Mor istehsalı kustar istehsal kimi fikirləşirdi ki, onun vaxtında artıq 
kapitalist manufakturası tərəfindən əhəmiyyətli dərəcədə sıxışdırılıb aradan çıxarılmışdır. Dövlət 
əhalinin istehsal etdiyi bütün məhsulların hesabatını və bölünməsini aparır, istehsalın bilavasitə 
təşkili ilə yerli icmalar məşğul olurdular. Mor təsdiq edirdi ki, orta əsrlərin dini-asketik baxışlarının 
əksinə olaraq Utopiya əhalisi öz təbiətləri ilə tam həmrəylik əsasında yaşayır, həyatdan ləzzət 
almağa cəhd edirlər və s. 
Utopik sosializmin digər görkəmli nümayəndəsi İtaliya filosofu və sosioloqu 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin