41
Foma elə hesab edirdi ki, bədənsiz ruhu Allah hər hansı fərdi bədən üçün, onun ölçüsündə
yaratmışdır. Həm də insan ruhu konkret bədənin ölümündən sonra da öz fərdiliyini itirmir, yenidən
dirilir. Bu Allahın xüsusi köməyi ilə, ruhun fərdi mahiyyətini bədənsiz şəraitdə belə saxlayan
xüsusi akt hesabına mümkün olur. Lakin bədənsiz ruhun mövcudluğu itki hesab olunur, çünki
insanın tam substansiyası ruh və bədənin vəhdətini tələb edir. O, məhz məhşər günü həyata keçir,
bu vaxt ruh dirilən bədənlə birləşir. Beləliklə, Foma xristianlığın ehkamlarından biri olan (qeyd
edək ki, yəhudi və islam dini üçün də bu xarakterikdir) ölünün dirilməsi ehkamının “nəzəri
bazasını” yaratmışdır.
Fomanın etik doktrinasının əsas ideyası avqustinçilərin ideyaları ilə eynidir: Allahı seyr etmək və
əbədi, ölümdən sonrakı həyata hazırlıq. Lakin ona çatmaq vasitəsi avqustinçilərin yeganə düzgün
hesab etdikləri vasitədən əhəmiyyətli dərəcədə fərqlənirdi. İdrakı fəaliyyət hissi obrazlarsız
mümkün olmadığı kimi, insanın Yerdəki həyatı da onun bədən tələbatının ödənilməsi və müəyyən
ehtiraslar olmadan mümkün deyildir. Fomanın bu mülahizələrində zamanın yeni əlamətləri özünü
göstərir. Foma Aristotelin ardınca insanın xoşbəxt olmaq hüququnu qəbul edir və idraka bunun
həyata keçməsi vasitəsi kimi baxır.
Beləliklə, orta əsrlərdə yeni dövrün rasionalizminin çıxış nöqtəsini təşkil edən “Mən” anlayışının
formalaşması prosesi başlanmışdır. Mistisizmə ayrıca bir sual kimi nəzər salmağımız bununla
bağlı idi. Orta əsrlərin ən başlıca nailiyyətlərindən biri kimi fərdi və ümumi arasındakı
münasibətlər haqqında birinci dərəcəli qneseoloji məsələlərin işlənib hazırlanması oldu. Qeyd
etmək lazımdır ki, orta əsrlər dinin min illər boyu hökmranlığından irəli gələn tarixi gedişin sadəcə
olaraq fasilsəsi deyildir. Bu bəşər tarixinin zəruri mərhələsi idi. Fəlsəfə isə “obyektiv ruhun başlıca
forması” (Hegel) kimi orta əsrlər mənəvi mədəniyyətin mühüm ünsürünü təşkil edirdi.
Dostları ilə paylaş: