43
Qaliley filosof olmamışdır, lakin onun elmi baxışlarının böyük nəticələri olmuşdur. O, aşağıdakı
ideyanı irəli sürmüşdür: təbiətin kitabı bizim üçün bağlıdır, onu oxumağı bacarmaq üçün riyaziyyat
lazımdır, çünki bu kitab riyaziyyat dilində yazılmışdır.
Qalileyin rasionalizmində Yeni dövrün təbiətşünaslığı və onun fəlsəfi metodologiyası duyulur.
Fəlsəfə tarixində Qalileyin fəxri yeri var, o, materialist dünyagörüşünün, xüsusilə, təbii elmi
tədqiqat nöqteyi-nəzərdən formalaşmasına kömək etmişdir.
İntibah dövrü fəlsəfi fikrinin xüsusiyyəti onun antisxolastik xarakter daşımasıdır. Qeyd etmək
lazımdır ki, nəzərdən keçirdiyimiz dövrün bütün mərhələlərində sxolastika rəsmi fəlsəfə kimi hələ
qalırdı və əksər universitetlərdə tədris olunurdu. Fəlsəfə isə humanistlər tərəfindən inkişaf
etdirilirdi, lakin sxolastikadan fərqli olaraq, ilahiyyatın kənizi funksiyasını yerinə yetirmirdi.
Fəlsəfənin teologiyadan ayrılması
Dostları ilə paylaş: