Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
1   2   3   4   5   6   7   8   9   10   11

Poema  – yunan sözü olub «poiema» - yaratmaq 

deməkdir. Qədim zamanlarda yaranan xalq dastanlarına 

poema deyirdilər. Poemada həyatın lirik və epik təsviri üs-

tünlük təşkil edir. Ona görə  də poemaya bəzən mənzum 

povest – yəni şeirlə yazılan povest deyirlər. Poemanı şeirdən 

fərqləndirən səciyyəvi cəhət onun həcminin böyüklüyü və 

kiçikliyi deyildir. Hər iri həcmli şeir də hələ poema deyildir. 

Poema nadir qəhrəmanın və nadir hadisənin geniş, pafoslu və 

dəbdəbəli  şəkildə  şeir dilində  təsvir və  tərənnüm olunması 

deməkdir. Buna görə  də poemaya qəhrəmannamə  də 

deyirlər. Poemanın mərkəzində bir qəhrəmanın və ya bir 

hadisənin lirik-epik təsvir və  tərənnümü verilir. Adi lirik 

şeirdən fərqli olaraq poema müəyyən bir süjetə malik olur.  

Poemalar öz quruluşuna, formasına görə, lirik, epik, 

lirik-epik və dramatik xarakterli olur. Bütövlükdə isə poema 

bir  ədəbi forma olaraq epik və lirik cəhətlərin müştərək 

vəhdəti ilə yaranır. Bunun nəticəsidir ki, onun spesifikası 

haqqında polemik fikirlər hələ indi də qalmaqdadır. Bəzi 

nəzəriyyəçilər poemada epik, bəziləri isə lirik 

xüsusiyyətlərin aparıcı, dominant olduğunu qeyd edirlər. 

Hazırda bir sıra nəzəriyyəçilər poema haqqında danışarkən 

onun epik, lirik və dramatik keyfiyyətləri birləşdirən bir janr 

olduğunu göstərirlər. Bu isə  tədqiqatçılar tərəfindən onunla 

əsaslandırılır ki, bəzi poemalarda mənzum təhkiyəçilik 

üstünlük təşkil edir və epik xarakterli olur. Bir sıra 

poemalarda isə demək olar, süjet olmur və orada hisslərin 

tərənnümü əsas götürülür. Başqa poemalarda isə hadisələrin 

axarı dialoqlar vasitəsilə inkişaf etdirilir.  

Poema janrının tarixinə  nəzər salsaq görərik ki, onun 

təşəkkülü, yaranması da müəyyən ictimai-tarixi proseslərlə 



 

 

182



bağlı olmuşdur. Belə ki, poemanı bir ədəbi janr, forma kimi 

klassik epopeyaların, qəhrəmanlıq eposlarının sələfi 

adlandırırlar. Poemanın Avropada yaranmasını Dirçəliş 

dövrü ilə bağlayırlar. Kilsə ideologiyasının tədricən iflas edib 

burjua münasibətlərinin formalaşdığı bir dönəmdə insana, 

onun mənəvi aləminə, hisslərinə olan maraq daha da artır. Bu 

zaman poemaların qəhrəmanları  əvvəlki dövrlərdən fərqli 

olaraq sərkərdələr, feodal-mütləqiyyət nümayəndələri yox, 

xalis insani keyfiyyətlərinə görə seçilən  şəxsiyyətlər 

olurdular

1

.  


Poema janrının çiçəklənməsi romantizm dövrünə 

aiddir. Bu isə XVIII əsrin sonu, XIX əsrin  əvvəllərində 

romantizmin bir ədəbi-estetik cərəyan kimi təşəkkül tapdığı 

dövrdən sonraya təsadüf edir. Romantik poemanın  əsas 

predmeti feodal və burjuaziya quruluşuna qarşı, onun 

antihumanist mahiyyətinə qarşı mübarizə aparan həqiqi 

vətəndaş – insan seçilir. İnsanın bütün daxili – psixoloji 

keyfiyyətlərini, intim duyğularını açmaq janrın əsas tələbinə 

çevrilir.  

Qəhrəmanın daxili hiss və  həyəcanlarının, ürək 

çırpıntılarının,  şücaət və  qəhrəmanlığının, duyğu və 

düşüncələrinin tərənnüm olunduğu poemalara l i r i k  

poemalar deyilir. S.Vurğunun «Bəsti», «Talıstan», 

C.Cabbarlının «Qız qalası», B.Vahabzadənin «Muğam», 

«Təzadlar», H.Arifin «Dilqəm», «Azərbaycan simfoniyası», 

M.Müşfiqin «Şəhər» və s. lirik hisslərin aparıcı olduğu 

poemalar lirik poemalara misal ola bilər. Lakin bu tipli 

poemaları da öz təsvir xarakterinə görə epik elementlərdən 

təcrid etmək mümkün deyildir. Lirik şeirdən fərqli olaraq 

                                                           

1

 Н.А.Гуляев. Теория литературы, Москва, 1985, стр. 123-124.  



 

 

183



burada şair, onun poetik «mən»i tək bir qəhrəman olaraq qal-

mır. Burada qəhrəmanın həyatı, mübarizəsi onu əhatə edən 

həyatla, gerçəkliklə konteksdə götürülür. Lirik poemalarda 

adından göründüyü kimi, qəhrəmanın,  şəxsiyyətin lirik 

düşüncələrini, qəlb aləmini açmağa xidmət edir. Lakin bu 

tipli poemaları epik təsvirlərdən, hadisələrdən, müəyyən 

hallarda müəllif müdaxiləsindən, olmuş hadisələrə 

münasibətindən ayrı təsəvvür etmək də mümkün deyildir.  

Yuxarıda dediyimiz kimi, poema bir poetik janr olaraq 

öz forma-məzmun xüsusiyyətlərinə görə  qəhrəmannamədir. 

Lakin sənətkar qəhrəmanın taleyini, həyatını  tərənnüm 

obyektinə  gətirərkən onu təkcə  vəsf, mədh etməklə 

kifayətlənmir.  Əksinə,  şair təsvir və  tərənnüm obyekti kimi 

götürdüyü qəhrəmanın keçmişinə, tərcümeyi-halına, 

xatirələrə, həyat yoluna bu və ya digər dərəcədə ekskurs edir. 

Bu zaman hətta sırf lirik poemaların da bədii mətnində 

poetik təhkiyədən, lirik söyləmədən istifadə olunur.  

Bu baxımdan yanaşan bir sıra nəzəriyyəçilər hətta lirik 

poemanın ayrıca mövcud olmadığını göstərirlər. Çünki lirik 

poemaların özündə  də xarici aləmin, gerçəkliyin təsvirinə 

əsas önəm verilir. Bir sıra nəzəriyyəçilər də bu 

qənaətdədirlər ki, xalis epik və lirik poemaya rast gəlmək 

mümkün deyildir. Onlar bunu əsaslandıraraq bildirirlər ki, bu 

tipli poemalarda epik və lirik elementlər bir-birinə 

çulğalaşaraq, qovuşuq  şəkildə verilir. Belə poemaların 

bəzilərində lirik, bəzilərində isə epik ünsürlər, komponentlər  

üstünlük təşkil edir.  

N.Gəncəvinin «Leyli və  Məcnun», «Yeddi gözəl», 

M.Füzulinin «Leyli və  Məcnun», M.F.Axundovun «Şərq», 

M.Müşfiqin «Bakının dastanı», M.Rahimin «Leninqrad 



 

 

184



göylərində», B.Vahabzadənin «Şəbi-hicran», «Atılmışlar» 

poemaları lirik-epik poemalardır. Belə poemalarda 

qəhrəmanın hiss və  həyəcanlarını verən həm lirik hisslərin 

tərənnümünə, həm də  həyat hadisələrinin epik lövhələrlə 

təsvirinə rast gəlirik. Lirik-epik poemalarda müxtəlif hadisələr 

və xarakterlər verilsə  də,  əsas süjet xəttinin inkişafı lirik 

qəhrəmanların ətrafında cərəyan edir.  

Epik poemalar möhkəm bir süjet üzərində qurulur. Belə 

poemaların bədii məzmun və mündəricəsində bitkin bir 

əhvalat təsvir olunur. Beləliklə, möhkəm bir süjetə malik 

olan, bitkin əhvalat və qüvvətli xarakterlər təsvir edilərək 

yaradılan poemalara epik poemalar deyilir.  

N.Gəncəvinin «Sirlər xəzinəsi», «İsgəndərnamə», 

S.Vurğunun «Aslan qayası», «Muğan», «Aygün», M.Müş-

viqin «Azadlıq dastanı», «Sındırılan saz», H.Arifin 

«Yollarda», B.Vahabzadənin «Yollar – oğullar», M.Arazın 

«Atamın kitabı», «Üç oğul anası»,  Ə.Kürçaylının «Durnalar 

cənuba uçar» və s. epik poemalara nümunə ola bilər.  

Lirik, epik və epik-lirik poemaların özlərində də bəzən 

dramatik elementlərə rast gəlirik. Epik poemaya ən yaxşı 

nümunə olan S.Vurğunun «Komsomol», «Muğan» 

poemalarında da sənətkarlıqla verilmiş güclü dramatizmlə 

qarşılaşırıq. Müasir ədəbiyyatımızda da dramatik dialoqların 

iştirak etdiyi bir çox poemalar qələmə alınmışdır. 

B.Vahabzadənin, H.Arif, N.Həsənzadə, M.Araz və b. 

şairlərimizin hətta lirik, epik səciyyəli poemalarına belə 

qüvvətli dramatizmin nüfuz etdiyinin şahidi oluruq.  

A.Səhhətin «Şair,  Şeir pərisi və  Şəhərli» (1916) poe-

ması dramatik poemanın  ən yaxşı nümunəsi sayıla bilər. 

Şairin  şeir, sənət görüşlərini, fəal ictimai mövqeyini əks 

 

 

185



etdirən bu poema dramatik mükalimə, dialoqlarla qurulan bir 

əsərdir. Lirik hisslərin, intim duyğuların təsvir olunduğu bu 

poema eyni zamanda lirik-dramatik bir poema nümunəsidir.  

«Şair,  Şeir pərisi və  Şəhərli» poemasında  şair «tək-

tənha oturub» fikrə getmişdir. O, «öz dərdinə  dərman» 

axtarır. Bu «dərdlər» isə çox böyükdür. Bu, xalqın, millətin, 

vətənin dərdidir. Şeir pərisi isə bu «Səfalı mayıs axşamı»nda 

şairi danlayır. Onun şair rübabının susmasına irad edir. Şairə 

təklif edir ki, «bahar əyyamı»nda şeir söylə, «cuşə» gəl, «öp 

şirin ləblərimi» bir daha «vəcdə  gəl», göylərə uçaq, 

pərvazlanaq.  

Şair Şeir pərisinin bu təklifini qəbul etmir. Çünki onun 

mövzuları da, problemləri də başqadır. Onun daha güldən-

bülbüldən, eşqdən yazmağa vaxtı və həvəsi yoxdur… 

Şair özünü bəxti olmamaqda təqsirləndirir. Çünki Şeir 

pərisi ona şairlik ilhamı verməklə «yaman hala» salmışdır. 

Şair isə «dərsi, bəhsi buraxıb, şeirə həvəskar oldum» - deyə 

şikayətlənir.  

Şairin  Şeir pərisinə etdiyi başqa bir iradı bundan 

ibarətdir ki, o, şair olmaqla böyük bir dərdə düçar olmuşdur. 

«Qoca millətin» «amalına» biganə qala bilməyən  şair 

millətin problemlərini olduğu kimi vermişdir. Bu isə  şairin 

düşmənlərinin çoxlamasına səbəb olmuşdur… 

Şeir pərisi isə  Şairi ruhdan düşməməyə çağırır. Çünki 

haqqı deyən şairin düşməni də çox olmalı idi. Şəhərli də şairi 

ruhdan düşməməyə çağırır. Onun təbiətincə, indi qəlbi və 

vicdanı olan hər bir şəxs «millətin halına yanmalıdır». Odur 

ki, Şəhərli şairi danlayır ki, «fəlakətdə qalan millətinə imdad 

et», indi «fasiləsiz nəğmə, qəzəl» yazmaq vaxtı deyildir. 


 

 

186



Millətin «nalə»lərinə «həmavaz» olmaq lazımdır

1



Poemadan gördüyümüz kimi, orada süjetin inkişafı, 

əhvalatın təfsilatı lirik obrazların dialoqları, mükalimələri 

üzərində qurulmuşdur. Bu xüsusiyyətlər poemanın lirik-

dramatik poema növünə aid olduğunu göstərir.  

 

                                                           



1

  Б.Бабайев.  Романтизм  вя  бядии  характер  проблеми.  Бакы,  Шир-

ванняшр, 1998, сящ. 67-69. 

 

 



187

ƏDƏBİYYAT SİYAHISI 

 

Aristotel. Poetika. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 



1974.  

Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, 2-ci cild, 

Bakı, 1977. 

Axundov M.F. 

Axundov M.F. Komediyalar. Povest. Şeirlər. Bakı, 

Yazıçı, 1982.  

Aşıq  Ələsgər. Seçilmiş  əsərləri.  Şeirlər, Bakı, Yazıçı, 

1988.  


Araslı H. Böyük Azərbaycan  şairi Füzuli. Bakı, 

Uşaqgəncnəşr, 1958.  

Araslı H. Ş.İ.Xətai və onun yaradıcılığı (ön söz). Bu 

kitabda: Ş.İ.Xətai. Dəhnamə, Uşaqgəncnəşr, Bakı, 1959.  

Axundov A. Şeir sənəti və dil. Yazıçı, Bakı, 1980.  

Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars 

sözləri lüğəti. «Maarif» nəşriyyatı, Bakı, 1981.  

Abdullayev C. Səməd Vurğun poetikası, Gənclik, Bakı, 

1976.  

Bualo. Poeziya sənəti. Azərbaycan Dövlət nəşriyyatı, 



Bakı, 1969.  

Belinski V. Seçilmiş məqalələri. Gənclik, Bakı, 1979.  

Bayatılar. Bakı, yazıçı, 1985.  

Babayev B. Nizami və xalq ədəbiyyatı. «Azərbaycan 

müəllimi» qəzeti, 5 iyul, 1989-cü il.  

Babayev B. Uşaq folklorunun poetikası. «Ədəbiyyat» 

qəzeti, 25 may, 2001-ci il.  

Babayev B. Romantizm və  bədii xarakter problemi. 

Bakı, Şirvannəşr, 1998.  


 

 

188



Babayev B. Klassik ədəbiyyatda bahariyyələr. Bakı, 

BDU nəşriyyatı, 2000.  

Babazadə B. Ədəbiyyat nəzəriyyəsi (metodik vəsait). 

Bakı, BDU nəşriyyatı, 2002.  

Babazadə B. Azərbaycan sentimentalizmi. Bakı, BDU 

nəşriyyatı, 2003.  

Babazadə B. Aşıq yaradıcılığının nəzəri və estetik 

məsələləri. «Ədəbiyyat» qəzeti, 11 mart, 2005-ci il. 

Cavid H. Əsərləri. 4 cilddə, 1-ci cild, Bakı, Yazıçı, 

1982.  


Cəmil  Ə. Vaxtında gəlmişik bu dünyaya biz, Yazıçı, 

Bakı, 1979.  

Elçin, Quliyev V. Özümüz və sözümüz. Azərbaycan 

Dövlət nəşriyyatı, Bakı, 1993.  

Əkrəm C. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. 

Bakı, «Elm» nəşriyyatı, 1977.  

Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı, 

«Maarif» nəşriyyatı, 1981.  

Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, «Maarif» 

nəşriyyatı, 1988.  

Əlizadə S. Şah beytlər. Azərbaycan Dövlət nəşriyyatı, 

Bakı, 1995.  

Füzuli M. Seçilmiş əsərləri. Bakı, Gənclik, 1984.  

Füzuli M. Əsərləri. 5 cilddə, 4-cü cild, Bakı, 

Azərbaycan SSR EA nəşriyyatı, 1961.  

Füzuli M. Seçilmiş  əsərləri. Bakı, «Şərq-Qərb» 

nəşriyyatı, 1992.  

Füzuli M. Leyli və Məcnun, Bakı, Gənclik, 1993.  

Füzuli M. Leyli və  Məcnun (nəsr variantına çevirəni: 

S.Əliyev), «Maarif» nəşriyyatı, Bakı, 1991.  

 

 

189



Gəncəvi N. Lirik şeirlər. Bakı, Gənclik, 1976.  

Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Azərnəşr, 

1958.  

Hadi M. Seçilmiş  əsərləri, 2 cilddə, 1-ci cild, Bakı, 



«Elm» nəşriyyatı, 1978.  

Huseyn A. Ayrı düşəli, Gənclik, Bakı, 1983.  

Hüseynoğlu G. Seçilmiş  əsərləri. 2 cilddə, 1-ci cild, 

Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1993.  

Hikmət xəzinəsi (tərtibçilər:  Ə.Səfərli, X.Yusifov), 

Bakı, «Maarif» nəşriyyatı, 1992.  

Xalqın söz xəzinəsi (tərtibçi: P.Əfəndiyev), Bakı, 

«Maarif» nəşriyyatı, 1985.  

Xətai  Ş.İ. Dəhnamə. Azərbaycan Uşaq və  Gənclər 

ədəbiyyatı nəşriyyatı, Bakı, 1959. 

Koroğlu. Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1965.  

Kərim Ə. Qayıt. Bakı, Yazıçı, 1992.  

Quluzadə M. Füzuli lirikası. Bakı, «Elm» nəşriyyatı, 

1965.  


Laçınlı A. Alın yazımız. Bakı, Yazıçı, 1992.  

Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın  əsasları. 

«Maarif» nəşriyyatı, Bakı, 1988.  

Mir Cəlal. Füzuli sənətkarlığı. ADU nəşriyyatı, Bakı. 

1958.  

Molla Cümə. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1983.  



Müşfiq M. Əbədiyyət nəğməsi. Bakı, Yazıçı, 1978.  

Muradəliyeva N. Ədəbiyyatda romantik peyzaj, Bakı, 

Yazıçı, 1991 (rus dilində). 

Mirəhmədov  Ə.  Ədəbiyyatşünaslıq. Ensiklopedik lü-

ğət. «Azərbaycan ensiklopediyası», NPB, Bakı, 1998.  

Nəsimi  İ. Mən bu cahana sığmazam, Bakı, Gənclik, 



 

 

190



1991.  

XIX 


əsr Azərbaycan 

ədəbiyyatı müntəxəbatı 

(tərtibçilər: R.Həsənova, T.Əhmədov), Bakı, BDU 

nəşriyyatı, 1992.  

«Oğuz evi» qəzeti, ayrıca buraxılış: Yazıçı Gülhüseyn 

Hüseynoğlu, sentyabr, 2001-ci il.  

Rüstəm S.Seçilmiş  əsərləri. 2 cilddə, 2-ci cild, 

Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1976.  

Rəsul R. Dünən, bu gün, sabah. Gənclik, Bakı, 1973.  

Rəsul R. Üzü küləyə.  Şeirlər və poemalar. Yazıçı, 

Bakı, 1978.  

Rüstəmova A. Klassik Azərbaycan poeziyasında qəzəl. 

Bakı, «Elm» nəşriyyatı, 1990.  

Sabir M.Ə. Hophopnamə. Bakı, Yazıçı, 1980.  

Səhhət A. Əsərləri. 2 cilddə, 1-ci cild, Azərnəşr, Bakı, 

1975.  


Səfərli  Ə., Yusifov X. Qədim və Orta əsrlər 

Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif» nəşriyyatı, 1982.  

Şaiq A. Əsərləri. 5 cilddə, 2-ci cild. Azərnəşr, Bakı, 

1968.  


Vaqif M.P. Əsərləri. Yazıçı, Bakı, 1988.  

Vurğun S. Əsərləri. 6 cilddə, 2-ci cild. Şeirlər. 

Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960.  

Vurğun S. Seçilmiş  əsərləri. 2 cilddə, 1-ci cild, 

Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1976.  

Vəliyev V. Azərbaycan folkloru. Bakı, «Maarif» 

nəşriyyatı, 1985.  

Vahabzadə B. Payız düşüncələri. Yazıçı, Bakı, 1981.  

Zakir Q.B. Seçilmiş əsərləri. Yazıçı, 1984.  

 

 



 

191


Rus dilində  

Гуляев Н.А. Теория литературы, Москва, 1985.  

Литературный  энциклопедический  словарь.  Моск-

ва, 1987.  

Реизов  Б.Г.  История  и  теория  литературы,  Ленин-

град, 1986.  

Тимофеев  Л.И.,  Венгров  Н.  Краткий  словарь  лите-

ратуроведческих терминов. Москва, 1963.  

Теория литературы, Москва, 1964. 

Словарь  литературоведческих  терминов,  Москва, 

1974.  


 

 

192



MÜNDƏRİCAT 

 

Ədəbi növlər və janrlar ........................................3-7 



Lirik növ ..............................................................8-20 

Nəzm və nəsr .......................................................21-32 

Mənsur şeir ..........................................................33-39 

Azərbaycan şeirində vəzn. Heca vəzni ...............40-68 

ölçü.............................................................40-44 

bölgü...........................................................44-47 

qafiyə..........................................................47-58 

misra ..........................................................58-62 

beyt ............................................................62-66 

bənd ...........................................................66-68 

Sərbəst vəzn ........................................................69-78 

Əruz vəzni............................................................79-88 

Azərbaycan şeirində lirik növün janrları .............89-171 

bayatı ..........................................................89-98 

ağılar...........................................................98-100 

laylalar........................................................100-105 

qoşma .........................................................105-113 

gəraylı.........................................................113-116 

qəzəl ...........................................................116-122 

qəsidə..........................................................122-127 

tərkibbənd...................................................127-128 

tərcibənd.....................................................128-129 

məsnəvi ......................................................129-131 

dördlük (mürəbbe)......................................131-132 

beşlik (müxəmməs) ....................................132-133 

beşləmə (təxmis) ........................................133-134 

müstəzad ....................................................134-136 

tuyuq...........................................................136-138 

bahariyyə ....................................................138-164 

himn............................................................165-166 

poema .........................................................155-171 

 

 



193

İstifadə olunmuş ədəbiyyat..................................172-176 



 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin