Poema – yunan sözü olub «poiema» - yaratmaq
deməkdir. Qədim zamanlarda yaranan xalq dastanlarına
poema deyirdilər. Poemada həyatın lirik və epik təsviri üs-
tünlük təşkil edir. Ona görə də poemaya bəzən mənzum
povest – yəni şeirlə yazılan povest deyirlər. Poemanı şeirdən
fərqləndirən səciyyəvi cəhət onun həcminin böyüklüyü və
kiçikliyi deyildir. Hər iri həcmli şeir də hələ poema deyildir.
Poema nadir qəhrəmanın və nadir hadisənin geniş, pafoslu və
dəbdəbəli şəkildə şeir dilində təsvir və tərənnüm olunması
deməkdir. Buna görə də poemaya qəhrəmannamə də
deyirlər. Poemanın mərkəzində bir qəhrəmanın və ya bir
hadisənin lirik-epik təsvir və tərənnümü verilir. Adi lirik
şeirdən fərqli olaraq poema müəyyən bir süjetə malik olur.
Poemalar öz quruluşuna, formasına görə, lirik, epik,
lirik-epik və dramatik xarakterli olur. Bütövlükdə isə poema
bir ədəbi forma olaraq epik və lirik cəhətlərin müştərək
vəhdəti ilə yaranır. Bunun nəticəsidir ki, onun spesifikası
haqqında polemik fikirlər hələ indi də qalmaqdadır. Bəzi
nəzəriyyəçilər poemada epik, bəziləri isə lirik
xüsusiyyətlərin aparıcı, dominant olduğunu qeyd edirlər.
Hazırda bir sıra nəzəriyyəçilər poema haqqında danışarkən
onun epik, lirik və dramatik keyfiyyətləri birləşdirən bir janr
olduğunu göstərirlər. Bu isə tədqiqatçılar tərəfindən onunla
əsaslandırılır ki, bəzi poemalarda mənzum təhkiyəçilik
üstünlük təşkil edir və epik xarakterli olur. Bir sıra
poemalarda isə demək olar, süjet olmur və orada hisslərin
tərənnümü əsas götürülür. Başqa poemalarda isə hadisələrin
axarı dialoqlar vasitəsilə inkişaf etdirilir.
Poema janrının tarixinə nəzər salsaq görərik ki, onun
təşəkkülü, yaranması da müəyyən ictimai-tarixi proseslərlə
182
bağlı olmuşdur. Belə ki, poemanı bir ədəbi janr, forma kimi
klassik epopeyaların, qəhrəmanlıq eposlarının sələfi
adlandırırlar. Poemanın Avropada yaranmasını Dirçəliş
dövrü ilə bağlayırlar. Kilsə ideologiyasının tədricən iflas edib
burjua münasibətlərinin formalaşdığı bir dönəmdə insana,
onun mənəvi aləminə, hisslərinə olan maraq daha da artır. Bu
zaman poemaların qəhrəmanları əvvəlki dövrlərdən fərqli
olaraq sərkərdələr, feodal-mütləqiyyət nümayəndələri yox,
xalis insani keyfiyyətlərinə görə seçilən şəxsiyyətlər
olurdular
1
.
Poema janrının çiçəklənməsi romantizm dövrünə
aiddir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərində
romantizmin bir ədəbi-estetik cərəyan kimi təşəkkül tapdığı
dövrdən sonraya təsadüf edir. Romantik poemanın əsas
predmeti feodal və burjuaziya quruluşuna qarşı, onun
antihumanist mahiyyətinə qarşı mübarizə aparan həqiqi
vətəndaş – insan seçilir. İnsanın bütün daxili – psixoloji
keyfiyyətlərini, intim duyğularını açmaq janrın əsas tələbinə
çevrilir.
Qəhrəmanın daxili hiss və həyəcanlarının, ürək
çırpıntılarının, şücaət və qəhrəmanlığının, duyğu və
düşüncələrinin tərənnüm olunduğu poemalara l i r i k
poemalar deyilir. S.Vurğunun «Bəsti», «Talıstan»,
C.Cabbarlının «Qız qalası», B.Vahabzadənin «Muğam»,
«Təzadlar», H.Arifin «Dilqəm», «Azərbaycan simfoniyası»,
M.Müşfiqin «Şəhər» və s. lirik hisslərin aparıcı olduğu
poemalar lirik poemalara misal ola bilər. Lakin bu tipli
poemaları da öz təsvir xarakterinə görə epik elementlərdən
təcrid etmək mümkün deyildir. Lirik şeirdən fərqli olaraq
1
Н.А.Гуляев. Теория литературы, Москва, 1985, стр. 123-124.
183
burada şair, onun poetik «mən»i tək bir qəhrəman olaraq qal-
mır. Burada qəhrəmanın həyatı, mübarizəsi onu əhatə edən
həyatla, gerçəkliklə konteksdə götürülür. Lirik poemalarda
adından göründüyü kimi, qəhrəmanın, şəxsiyyətin lirik
düşüncələrini, qəlb aləmini açmağa xidmət edir. Lakin bu
tipli poemaları epik təsvirlərdən, hadisələrdən, müəyyən
hallarda müəllif müdaxiləsindən, olmuş hadisələrə
münasibətindən ayrı təsəvvür etmək də mümkün deyildir.
Yuxarıda dediyimiz kimi, poema bir poetik janr olaraq
öz forma-məzmun xüsusiyyətlərinə görə qəhrəmannamədir.
Lakin sənətkar qəhrəmanın taleyini, həyatını tərənnüm
obyektinə gətirərkən onu təkcə vəsf, mədh etməklə
kifayətlənmir. Əksinə, şair təsvir və tərənnüm obyekti kimi
götürdüyü qəhrəmanın keçmişinə, tərcümeyi-halına,
xatirələrə, həyat yoluna bu və ya digər dərəcədə ekskurs edir.
Bu zaman hətta sırf lirik poemaların da bədii mətnində
poetik təhkiyədən, lirik söyləmədən istifadə olunur.
Bu baxımdan yanaşan bir sıra nəzəriyyəçilər hətta lirik
poemanın ayrıca mövcud olmadığını göstərirlər. Çünki lirik
poemaların özündə də xarici aləmin, gerçəkliyin təsvirinə
əsas önəm verilir. Bir sıra nəzəriyyəçilər də bu
qənaətdədirlər ki, xalis epik və lirik poemaya rast gəlmək
mümkün deyildir. Onlar bunu əsaslandıraraq bildirirlər ki, bu
tipli poemalarda epik və lirik elementlər bir-birinə
çulğalaşaraq, qovuşuq şəkildə verilir. Belə poemaların
bəzilərində lirik, bəzilərində isə epik ünsürlər, komponentlər
üstünlük təşkil edir.
N.Gəncəvinin «Leyli və Məcnun», «Yeddi gözəl»,
M.Füzulinin «Leyli və Məcnun», M.F.Axundovun «Şərq»,
M.Müşfiqin «Bakının dastanı», M.Rahimin «Leninqrad
184
göylərində», B.Vahabzadənin «Şəbi-hicran», «Atılmışlar»
poemaları lirik-epik poemalardır. Belə poemalarda
qəhrəmanın hiss və həyəcanlarını verən həm lirik hisslərin
tərənnümünə, həm də həyat hadisələrinin epik lövhələrlə
təsvirinə rast gəlirik. Lirik-epik poemalarda müxtəlif hadisələr
və xarakterlər verilsə də, əsas süjet xəttinin inkişafı lirik
qəhrəmanların ətrafında cərəyan edir.
Epik poemalar möhkəm bir süjet üzərində qurulur. Belə
poemaların bədii məzmun və mündəricəsində bitkin bir
əhvalat təsvir olunur. Beləliklə, möhkəm bir süjetə malik
olan, bitkin əhvalat və qüvvətli xarakterlər təsvir edilərək
yaradılan poemalara epik poemalar deyilir.
N.Gəncəvinin «Sirlər xəzinəsi», «İsgəndərnamə»,
S.Vurğunun «Aslan qayası», «Muğan», «Aygün», M.Müş-
viqin «Azadlıq dastanı», «Sındırılan saz», H.Arifin
«Yollarda», B.Vahabzadənin «Yollar – oğullar», M.Arazın
«Atamın kitabı», «Üç oğul anası», Ə.Kürçaylının «Durnalar
cənuba uçar» və s. epik poemalara nümunə ola bilər.
Lirik, epik və epik-lirik poemaların özlərində də bəzən
dramatik elementlərə rast gəlirik. Epik poemaya ən yaxşı
nümunə olan S.Vurğunun «Komsomol», «Muğan»
poemalarında da sənətkarlıqla verilmiş güclü dramatizmlə
qarşılaşırıq. Müasir ədəbiyyatımızda da dramatik dialoqların
iştirak etdiyi bir çox poemalar qələmə alınmışdır.
B.Vahabzadənin, H.Arif, N.Həsənzadə, M.Araz və b.
şairlərimizin hətta lirik, epik səciyyəli poemalarına belə
qüvvətli dramatizmin nüfuz etdiyinin şahidi oluruq.
A.Səhhətin «Şair, Şeir pərisi və Şəhərli» (1916) poe-
ması dramatik poemanın ən yaxşı nümunəsi sayıla bilər.
Şairin şeir, sənət görüşlərini, fəal ictimai mövqeyini əks
185
etdirən bu poema dramatik mükalimə, dialoqlarla qurulan bir
əsərdir. Lirik hisslərin, intim duyğuların təsvir olunduğu bu
poema eyni zamanda lirik-dramatik bir poema nümunəsidir.
«Şair, Şeir pərisi və Şəhərli» poemasında şair «tək-
tənha oturub» fikrə getmişdir. O, «öz dərdinə dərman»
axtarır. Bu «dərdlər» isə çox böyükdür. Bu, xalqın, millətin,
vətənin dərdidir. Şeir pərisi isə bu «Səfalı mayıs axşamı»nda
şairi danlayır. Onun şair rübabının susmasına irad edir. Şairə
təklif edir ki, «bahar əyyamı»nda şeir söylə, «cuşə» gəl, «öp
şirin ləblərimi» bir daha «vəcdə gəl», göylərə uçaq,
pərvazlanaq.
Şair Şeir pərisinin bu təklifini qəbul etmir. Çünki onun
mövzuları da, problemləri də başqadır. Onun daha güldən-
bülbüldən, eşqdən yazmağa vaxtı və həvəsi yoxdur…
Şair özünü bəxti olmamaqda təqsirləndirir. Çünki Şeir
pərisi ona şairlik ilhamı verməklə «yaman hala» salmışdır.
Şair isə «dərsi, bəhsi buraxıb, şeirə həvəskar oldum» - deyə
şikayətlənir.
Şairin Şeir pərisinə etdiyi başqa bir iradı bundan
ibarətdir ki, o, şair olmaqla böyük bir dərdə düçar olmuşdur.
«Qoca millətin» «amalına» biganə qala bilməyən şair
millətin problemlərini olduğu kimi vermişdir. Bu isə şairin
düşmənlərinin çoxlamasına səbəb olmuşdur…
Şeir pərisi isə Şairi ruhdan düşməməyə çağırır. Çünki
haqqı deyən şairin düşməni də çox olmalı idi. Şəhərli də şairi
ruhdan düşməməyə çağırır. Onun təbiətincə, indi qəlbi və
vicdanı olan hər bir şəxs «millətin halına yanmalıdır». Odur
ki, Şəhərli şairi danlayır ki, «fəlakətdə qalan millətinə imdad
et», indi «fasiləsiz nəğmə, qəzəl» yazmaq vaxtı deyildir.
186
Millətin «nalə»lərinə «həmavaz» olmaq lazımdır
1
.
Poemadan gördüyümüz kimi, orada süjetin inkişafı,
əhvalatın təfsilatı lirik obrazların dialoqları, mükalimələri
üzərində qurulmuşdur. Bu xüsusiyyətlər poemanın lirik-
dramatik poema növünə aid olduğunu göstərir.
1
Б.Бабайев. Романтизм вя бядии характер проблеми. Бакы, Шир-
ванняшр, 1998, сящ. 67-69.
187
ƏDƏBİYYAT SİYAHISI
Aristotel. Poetika. Bakı, Azərbaycan Dövlət nəşriyyatı,
1974.
Azərbaycan Sovet Ensiklopediyası, 10 cilddə, 2-ci cild,
Bakı, 1977.
Axundov M.F.
Axundov M.F. Komediyalar. Povest. Şeirlər. Bakı,
Yazıçı, 1982.
Aşıq Ələsgər. Seçilmiş əsərləri. Şeirlər, Bakı, Yazıçı,
1988.
Araslı H. Böyük Azərbaycan şairi Füzuli. Bakı,
Uşaqgəncnəşr, 1958.
Araslı H. Ş.İ.Xətai və onun yaradıcılığı (ön söz). Bu
kitabda: Ş.İ.Xətai. Dəhnamə, Uşaqgəncnəşr, Bakı, 1959.
Axundov A. Şeir sənəti və dil. Yazıçı, Bakı, 1980.
Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars
sözləri lüğəti. «Maarif» nəşriyyatı, Bakı, 1981.
Abdullayev C. Səməd Vurğun poetikası, Gənclik, Bakı,
1976.
Bualo. Poeziya sənəti. Azərbaycan Dövlət nəşriyyatı,
Bakı, 1969.
Belinski V. Seçilmiş məqalələri. Gənclik, Bakı, 1979.
Bayatılar. Bakı, yazıçı, 1985.
Babayev B. Nizami və xalq ədəbiyyatı. «Azərbaycan
müəllimi» qəzeti, 5 iyul, 1989-cü il.
Babayev B. Uşaq folklorunun poetikası. «Ədəbiyyat»
qəzeti, 25 may, 2001-ci il.
Babayev B. Romantizm və bədii xarakter problemi.
Bakı, Şirvannəşr, 1998.
188
Babayev B. Klassik ədəbiyyatda bahariyyələr. Bakı,
BDU nəşriyyatı, 2000.
Babazadə B. Ədəbiyyat nəzəriyyəsi (metodik vəsait).
Bakı, BDU nəşriyyatı, 2002.
Babazadə B. Azərbaycan sentimentalizmi. Bakı, BDU
nəşriyyatı, 2003.
Babazadə B. Aşıq yaradıcılığının nəzəri və estetik
məsələləri. «Ədəbiyyat» qəzeti, 11 mart, 2005-ci il.
Cavid H. Əsərləri. 4 cilddə, 1-ci cild, Bakı, Yazıçı,
1982.
Cəmil Ə. Vaxtında gəlmişik bu dünyaya biz, Yazıçı,
Bakı, 1979.
Elçin, Quliyev V. Özümüz və sözümüz. Azərbaycan
Dövlət nəşriyyatı, Bakı, 1993.
Əkrəm C. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu.
Bakı, «Elm» nəşriyyatı, 1977.
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı,
«Maarif» nəşriyyatı, 1981.
Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, «Maarif»
nəşriyyatı, 1988.
Əlizadə S. Şah beytlər. Azərbaycan Dövlət nəşriyyatı,
Bakı, 1995.
Füzuli M. Seçilmiş əsərləri. Bakı, Gənclik, 1984.
Füzuli M. Əsərləri. 5 cilddə, 4-cü cild, Bakı,
Azərbaycan SSR EA nəşriyyatı, 1961.
Füzuli M. Seçilmiş əsərləri. Bakı, «Şərq-Qərb»
nəşriyyatı, 1992.
Füzuli M. Leyli və Məcnun, Bakı, Gənclik, 1993.
Füzuli M. Leyli və Məcnun (nəsr variantına çevirəni:
S.Əliyev), «Maarif» nəşriyyatı, Bakı, 1991.
189
Gəncəvi N. Lirik şeirlər. Bakı, Gənclik, 1976.
Hacıyev C.X. Ədəbiyyat nəzəriyyəsi. Bakı, Azərnəşr,
1958.
Hadi M. Seçilmiş əsərləri, 2 cilddə, 1-ci cild, Bakı,
«Elm» nəşriyyatı, 1978.
Huseyn A. Ayrı düşəli, Gənclik, Bakı, 1983.
Hüseynoğlu G. Seçilmiş əsərləri. 2 cilddə, 1-ci cild,
Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1993.
Hikmət xəzinəsi (tərtibçilər: Ə.Səfərli, X.Yusifov),
Bakı, «Maarif» nəşriyyatı, 1992.
Xalqın söz xəzinəsi (tərtibçi: P.Əfəndiyev), Bakı,
«Maarif» nəşriyyatı, 1985.
Xətai Ş.İ. Dəhnamə. Azərbaycan Uşaq və Gənclər
ədəbiyyatı nəşriyyatı, Bakı, 1959.
Koroğlu. Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1965.
Kərim Ə. Qayıt. Bakı, Yazıçı, 1992.
Quluzadə M. Füzuli lirikası. Bakı, «Elm» nəşriyyatı,
1965.
Laçınlı A. Alın yazımız. Bakı, Yazıçı, 1992.
Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları.
«Maarif» nəşriyyatı, Bakı, 1988.
Mir Cəlal. Füzuli sənətkarlığı. ADU nəşriyyatı, Bakı.
1958.
Molla Cümə. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1983.
Müşfiq M. Əbədiyyət nəğməsi. Bakı, Yazıçı, 1978.
Muradəliyeva N. Ədəbiyyatda romantik peyzaj, Bakı,
Yazıçı, 1991 (rus dilində).
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lü-
ğət. «Azərbaycan ensiklopediyası», NPB, Bakı, 1998.
Nəsimi İ. Mən bu cahana sığmazam, Bakı, Gənclik,
190
1991.
XIX
əsr Azərbaycan
ədəbiyyatı müntəxəbatı
(tərtibçilər: R.Həsənova, T.Əhmədov), Bakı, BDU
nəşriyyatı, 1992.
«Oğuz evi» qəzeti, ayrıca buraxılış: Yazıçı Gülhüseyn
Hüseynoğlu, sentyabr, 2001-ci il.
Rüstəm S.Seçilmiş əsərləri. 2 cilddə, 2-ci cild,
Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1976.
Rəsul R. Dünən, bu gün, sabah. Gənclik, Bakı, 1973.
Rəsul R. Üzü küləyə. Şeirlər və poemalar. Yazıçı,
Bakı, 1978.
Rüstəmova A. Klassik Azərbaycan poeziyasında qəzəl.
Bakı, «Elm» nəşriyyatı, 1990.
Sabir M.Ə. Hophopnamə. Bakı, Yazıçı, 1980.
Səhhət A. Əsərləri. 2 cilddə, 1-ci cild, Azərnəşr, Bakı,
1975.
Səfərli Ə., Yusifov X. Qədim və Orta əsrlər
Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif» nəşriyyatı, 1982.
Şaiq A. Əsərləri. 5 cilddə, 2-ci cild. Azərnəşr, Bakı,
1968.
Vaqif M.P. Əsərləri. Yazıçı, Bakı, 1988.
Vurğun S. Əsərləri. 6 cilddə, 2-ci cild. Şeirlər.
Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960.
Vurğun S. Seçilmiş əsərləri. 2 cilddə, 1-ci cild,
Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1976.
Vəliyev V. Azərbaycan folkloru. Bakı, «Maarif»
nəşriyyatı, 1985.
Vahabzadə B. Payız düşüncələri. Yazıçı, Bakı, 1981.
Zakir Q.B. Seçilmiş əsərləri. Yazıçı, 1984.
191
Rus dilində
Гуляев Н.А. Теория литературы, Москва, 1985.
Литературный энциклопедический словарь. Моск-
ва, 1987.
Реизов Б.Г. История и теория литературы, Ленин-
град, 1986.
Тимофеев Л.И., Венгров Н. Краткий словарь лите-
ратуроведческих терминов. Москва, 1963.
Теория литературы, Москва, 1964.
Словарь литературоведческих терминов, Москва,
1974.
192
MÜNDƏRİCAT
Ədəbi növlər və janrlar ........................................3-7
Lirik növ ..............................................................8-20
Nəzm və nəsr .......................................................21-32
Mənsur şeir ..........................................................33-39
Azərbaycan şeirində vəzn. Heca vəzni ...............40-68
ölçü.............................................................40-44
bölgü...........................................................44-47
qafiyə..........................................................47-58
misra ..........................................................58-62
beyt ............................................................62-66
bənd ...........................................................66-68
Sərbəst vəzn ........................................................69-78
Əruz vəzni............................................................79-88
Azərbaycan şeirində lirik növün janrları .............89-171
bayatı ..........................................................89-98
ağılar...........................................................98-100
laylalar........................................................100-105
qoşma .........................................................105-113
gəraylı.........................................................113-116
qəzəl ...........................................................116-122
qəsidə..........................................................122-127
tərkibbənd...................................................127-128
tərcibənd.....................................................128-129
məsnəvi ......................................................129-131
dördlük (mürəbbe)......................................131-132
beşlik (müxəmməs) ....................................132-133
beşləmə (təxmis) ........................................133-134
müstəzad ....................................................134-136
tuyuq...........................................................136-138
bahariyyə ....................................................138-164
himn............................................................165-166
poema .........................................................155-171
193
İstifadə olunmuş ədəbiyyat..................................172-176
Dostları ilə paylaş: |