Qəzəl – klassik Azərbaycan şeirinin ən geniş yayılmış
janrlarından biridir. Qəzəlin lirik şeir janrı olaraq uzun bir
təşəkkül və inkişaf tarixi vardır. Onun haqqında mübahisələr
şərqşünas alim və nəzəriyyəçilər arasında hələ indi də
qalmaqdadır. Bu da təbiidir. Çünki qəzəlin yayılma, yaranma
arealı çox genişdir. Qəzəl Yaxın və Orta Şərq xalqları
ədəbiyyatında da konkret desək, ərəb, fars, türk, Azərbaycan,
özbək, tacik ədəbiyyatında da ən kütləvi, geniş yayılan
klassik şeir şəkli olmuşdur.
Məlumdur ki, qəzəl şeiri ərəb dilinin daxili qanunlarına
uyğun olaraq əruz vəzninin tələbləri əsasında yaranmışdır.
Belə ki, əruz şeirində misradakı hecaların sayı deyil,
sözlərdəki sait səslərin uzun və qısa tələffüzü əsas götürülür.
Türk dillərindən fərqli olaraq ərəb və fars dilində bəzi sait
səslər həm uzun, həm də qısa şəkildə tələffüz olunur. Qəzəl
şeirində də misradaxili bölgü məhz misralardakı uzun və qısa
saitlərin ahəngdar bölgüsünə əsaslanır.
Bütün bunlarla yanaşı, tədqiqatçılar VII-VIII əsrlərdə
yaranıb XII əsrə qədər davam edən ərəb qəzəlinin bəzi başqa
xüsusiyyətlərini də qeyd edirlər. Belə ki, ilkin təşəkkül
dövrlərində qəzəlin məzmununda qısa təfsilatçılıq, epizm,
süjetlilik elementləri nisbətən dominantlıq təşkil etmişdir.
Şübhəsiz ki, qəzəlin süjetli olmasının əsas səbəblərindən biri
128
də oradakı obrazların sayının çoxluğu olmuşdur. Əlbəttə, bu
xüsusiyyət qəzəlin yaranmasının daha ilkin dövrlərinə aiddir.
Şərq xalqları ədəbiyyatında farsdilli qəzəlin yaranması
əsasən XII əsrdən başlayır. Q.Təbrizi, Xaqani, Nizami kimi
klassik Azərbaycan şairləri farsdilli qəzəlin ən yaxşı
nümunələrini yazmışlar. Qəzəl şeiri həqiqi lirikanın əsas
janrlarından biri kimi əsl poetik xüsusiyyətlərini bəlkə də
məhz bu dövrlərdən mənimsəyir. Xaqani, Nizami kimi
şairlərin qəzəllərində bədii məzmun, mövzu genişliyinə
baxmayaraq, poetik «mən»in tərənnümü, lirik hisslərin,
əhval-ruhiyyənin təsviri önə çəkilir. Ani hisslərin
tərənnümünə həsr edilən qəzəl şeiri tez yazılır, xalq
tərəfindən məclislərdə, kütləvi yerlərdə əzbərlənir və
yayılırdı. Nizaminin poetik istedadı farsdilli qəzəlin həm
forma – məzmun, həm də bədii təsvir, dil-üslub baxımından
zənginləşməsində müstəsna rol oynamışdır. Nizaminin
qəzəllərində insan ehtiraslarının, onun daxili aləminin
çırpıntılarının təsvir və tərənnümünə daha çox üstünlük
verilir. Duyğuların, hisslərin tərənnümü mövzuya olan
münasibətdən əsas götürülür. Bununla da qəzəl lirik şeir janrı
olaraq öz həqiqi bədii-poetik xüsusiyyətlərini ehtiva etmiş olur.
N.Gəncəvinin aşağıdakı qəzəlinə diqqət edək:
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
129
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
1
Nizaminin qəzəllərində məhəbbət və gözəlliyin
mənəvi-psixoloji və fəlsəfi təsviri daha güclüdür. Onun
qəzəllərinin mövzusunu, obrazlar aləmini real həyatdan ayrı
düşünmək mümkün deyildir. Şairin qəzəllərinin mərkəzində
əsasən iki obrazın – sevən aşiqin və onun məşuqəsinin obrazı
canlandırılır. Göründüyü kimi, dahi şairin qəzəllərində
istifadə olunan təşbehlər, bənzətmələr, ifadə üsulu və
vasitələri tamamilə yeni və orijinaldır.
Nizaminin qəzəlləri fars dilində yazılmasına
baxmayaraq, bu şeirlərin bədii məzmunu türk təfəkkürü ilə
yoğrulmuşdur. Çünki Nizaminin istər qəzəllərində, istərsə də
epik həcmli poemalarında türk-Azərbaycan təfəkkürünü,
psixologiyasını, deyim tərzini, xalq təfəkkürünü əks etdirən
çoxlu sayda ifadələrdən, frazemlərdən istifadə edilmişdir. Bu
da təsadüfi deyildir. Çünki bu bənzərsiz ifadələr, hər şeydən
əvvəl, Nizami yaradıcılığına xalq ədəbiyyatından süzülüb
gəlirdi. Şairin qəzəllərinin sadə, aydın, anlaşıqlı, ahəngdar
olmasının da səbəbi bununla bağlı olmuşdur.
Şairin əsərlərinə dərindən bələdlik bir daha sübut edir
ki, dahi sənətkar öz qarşısına… xalq ruhunun, onun
dünyagörüşünün ifadəçisi olmaq kimi çətin və məsul bir
vəzifə qoymuşdur. Öz xalqının qədim mənşəyindən, həyat
tərzindən mövzu götürən Nizami yaradıcılığında Azərbaycan
şifahi xalq təfəkkürünün dərin və silinməz izləri ilə
1
Гязялин фарсъадан тяръцмяси Ъяфяр Хяндана мяхсусдур.
130
qarşılaşırıq
1
.
Yuxarıda deyildiyi kimi, Nizami qəzəlləri XIII əsrdən
başlayaraq təşəkkül tapmağa başlayan anadilli qəzəlin
inkişafında təsirli rol oynamışdır. «XIII əsrdən başlayaraq
bütün Yaxın Şərq bədii fikrində olduğu kimi, Azərbaycan
ədəbiyyatında da qəzəl bir janr kimi öz tam təsdiqini tapdı.
Həm də maraqlıdır ki, ənənəvi orta əsr ədəbi-nəzəri
traktatlarında qəzəlin qarşısında qoyulan tələblərdən fərqli
olaraq, poetik təcrübədə janrın mövzu dairəsi daha geniş
vüsət və əhatəlilik kəsb edir. Aşiq və məşuqə münasibətləri,
məhəbbətin nəşəsi və kədəri, vüsal, hicran səhnələri öz
hakim mövqeyini saxlasa da, təbiət mənzərələri, ictimai-
siyasi, didaktik-etik motivlər də qəzəlin predmetinə çevrilir,
sırf fəlsəfi, sufi-panteist qəzəllər yazılır»
2
.
Anadilli ədəbiyyatımızın tarixi XIII əsrdən başlayır.
İzəddin Həsənoğlunun «Apardı könlümü bir xoş qəmərüz,
canfəza dilbər» qəzəli anadilli şeirimizin ilk nümunəsidir.
Apardı könlümü bir xoş qəmər yüz canfəza dilbər.
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi – sərvər.
Mən ölsəm sən büti-şəngül, sürahi, eyləmə gülgül.
Nə gülgül? Qülgüli-badə. Nə badə? Badeyi – əhmər.
Başımdan getmədi hərgiz sənünlən içtigüm badə.
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.
Əzəldə canim içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.
1
Бах: Баба Бабайев. Низами вя халг ядябиййаты. «Азярбайъан мцяллими»
гязети, 5 ийул, 1989-ъу ил.
2
Азадя Рцстямова. Классик Азярбайъан поезийасында гязял. Бакы,
131
Həsənoğlu sana gərçi duaçidir, vəli sadiq.
Nə sadiq? Sadiqi – bəndə. Nə bəndə? Bəndeyi – çakər.
Həsənoğlunun bu qəzəli ana dilində yazılan şeirin ilk
nümunəsi olmaqla yanaşı, həm də dil, süjet – kompozisiya
baxımından mükəmməl bir sənət nümunəsidir. Şairin bu
qəzəli XIII əsr Azərbaycan ədəbi dili haqqında aydın
təsəvvür yaradır. Qəzəlin poetik dil sistemi, məcazları
göstərir ki, bu əsər Həsənoğlunun ana dilində yazdığı yeganə
şeiri deyildir. Ədəbi-tarixi mənbələr onun Azərbaycan
dilində «Divan»ı olduğunu və şairin əsərlərinə türk və fars
dillərində nəzirələr yazıldığını göstərir.
Həsənoğlunun bu qəzəlində ərəb-fars dilinin təsiri ilə
əcnəbi sözlərdən, izafət tərkiblərindən də çox istifadə
edilmişdir. lakin şairin ana dilinə həssaslıqla yanaşması,
poetik ustalığı ərəb-fars mənşəli sözlərin işlənilməsini o
qədər də qabarıq hiss etdirmir. Çünki bu sözlər, tərkiblər bir
növ Azərbaycan dilinin qanunlarına tabe tutulur. Qəzəldə
hal, mənsubiyyət, xəbərlik, zaman, şəxs kateqoriyasına aid
olan sözlər indi dilimizdə işləndiyi kimidir. Bütün bunlar
görkəmli şairin böyük ciddi-cəhdlə ana dilində əsər yazmaq
istəyindən irəli gəlmişdir.
Sonrakı dövrlərdə Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xə-
tayi, Həbibi, Kişvəri, M.Füzuli anadilli qəzəli inkişaf
etdirərək yeni poetik zirvələrə qaldırmışlar. Q.Bürhanəddin,
İ.Nəsimi, S.İ.Xətayi kimi şairlərin yaradıcılığında qəzəl şeiri
daha mübariz, döyüşkən ruh qazanmışdır. Bu dövrdə yazılan
qəzəllərin məzmununda ictimai-siyasi, fəlsəfi ruh hakim
olmuşdur. Nəsiminin sufi-hürufi məzmunlu qəzəlləri fəlsəfi
«Елм», 1990.
132
şeirimiz tarixində əsas yer tutur.
Məhəbbət və gözəllik qəzəl şeirinin əsas mövzusudur.
Nəsimi, Xətayi, Füzuli kimi klassik şairlərimizin
yaradıcılığında ictimai-fəlsəfi mövzulara da geniş yer
verilmişdir.
Azərbaycan ədəbiyyatında qəzəl şeirinin ən böyük
ustadı M.Füzulidir. Füzulinin qəzəllərində istifadə etdiyi
təşbehlər, məcazlar tamamilə yeni və bənzərsizdir. Odur ki,
böyük şair məhəbbət mövzusunda yazdığı qəzəlləri ilə qəlbin
dialektikasını açmağa nail olmuşdur. Ümumiyyətlə, qəzəl
yazmaq, yüksək sənətkarlıq tətəl edir. Aşiqin öz məhəbbəti
yolunda çəkdiyi iztirablar, onun bu yolda göstərdiyi
fədakarlığı, hicran dərdi, vüsal sevinci Füzuli qəzəllərinin
əsas-aparıcı motivini təşkil edir.
Qəzəl öz quruluşuna görə əsasən 5, 7, 9, 11 beytdən
ibarət olur. Qəzəlin 1-ci beyti həmqafiyə olur. Qalan
beytlərdə isə 1-ci misra sərbəst buraxılır, 2-ci misra isə
qəzəlin 1-ci beyti ilə həmqafiyə olur.
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, /a/
Bir ah ilə verərdi min Bisütunu badə. /a/
Versəydi ahi-Məcnun fəryadımın sədasın, /b/
Quşmu qərar edərdi başındakı yuvadə? /a/
Fərhada zövqi-surət, Məcnuna seyri-səhra, /v/
Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə /a/
Gəh qəmzən içmək istər qanımı, gah çeşmin, /q/
Qorxum budur ki, nəgah qanlar olar aradə /a/
133
Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli, /d/
Olma vəfaya talib dünyai-bivəfadə.
/a/
Qəzəlin ilk beyti mətlə, son beyti isə məqtə adlanır.
Şairlər qəzəlin son beytində özlərinin təxəllüsünü verirlər.
Azərbaycan ədəbiyyatında Füzulidən sonra qəzəl şeirinin ən
böyük ustadı S.Ə.Şirvani hesab olunur. Müasir ədəbiy-
yatımızda S.Vurğun, S.Rüstəm, B.Vahabzadə, M.Seyidzadə,
Ə.Vahid qəzəl şeirinin məzmunca rəngarəng, çağdaş
nümunələrini yaratmışlar.
Qəsidə – Şərq poeziyasında, eləcə də klassik
Azərbaycan şeirində lirik növün əsas janrlarından biri də
qəsidədir. Qəsidədə müəyən bir hadisə, əhvalat qəhrəman,
şəxsiyyət yüksək təntənəli üslubda tərif edilir, vəsf olunur.
Qədim dövrlərdə əsasən tərif məqsədilə yazılan qəsidələr
zaman keçdikcə ictimai həyatın daha geniş sferalarını əhatə
edir, mövzu və məzmunca zənginləşir.
Xaqaninin qəsidələrində dövrünün ayrı-ayrı
hökmdarlarının mədh olunmasına geniş yer verilməsi ilə
yanaşı, yaşadığı dövrün ictimai ziddiyyətlərini əks etdirən
qəsidələrə də rast gəlirik. Şairin məşhur «Qəsideyi-siniy-
yə»sində müxtəlif amala, əqidəyə malik iki insan obrazı
canlandırılır. İnsanları pislikdən, şər işlərdən uzaq olmağa
çağırır.
Məlumdur ki, qəsidə saray ədəbiyyatının əsas
janrlarından biridir. Qəsidənin yüksək təntənəli üslubu, şeir
dilinin ritorikliyi, mübaligəli təsvir və tərənnüm cəhəti də
məhz saray ədəbiyyatının xüsusiyyətlərindən irəli gəlir.
N.Gəncəvinin müasirlərindən olan İzəddin Şirvani təbiətin
gül açan baharı fəsli, çəməni, bağı, gül, yasəməni təsvir
134
edərkən də bundan dövrünün şahını tərif etmək məqsədi
güdmüşdür.
Çəmənə badi-səba müşkünü etdikcə nisar,
Güllərin ətri məni uyğudan etdi bidar…
Cəmşidin möhrü kimi hökmün edərdi izhar.
Zülm görmüşlər onun ədli ilə rahətdir,
Evlərində hamı azadə keçirdir ruzgar.
Elə şahdır bu müzəffər atası-hərb günü
Qaldırar çərxi-fələkdən iti şəmşiri buxar.
Atının nəli yürüş vaxtı qopardıqca şərər
Doqquzuncu fələkin sahəsi ulduzla dolar.
Afərinlər sənə şahim – göyə bir qıy vursan,
Heybətindən karıxıb dağ kimi olmaz səyyar…
O günəş rəyli, ay üzlü taxtından.
Öz xoşilə bu qulun verməmiş hicranə qərar
1
.
N.Gəncəvinin qəsidələrində sayca az olmasına
baxmayaraq, ictimai həyatın ən vacib məsələləri öz bədii,
fəlsəfi əksini tapır. «Nizaminin ictimai-fəlsəfi qəsidələri sö-
zün həqiqi mənasında yüksək ictimai-fəlsəfi lirika
nümunələri olub, şairin hökmdar və cəmiyyət, mühit və fərd,
elm və din, ağıl və zaman kimi problemlər ətrafında
düşüncələrini əks etdirir»
2
.
Qəsidənin poetik, ənənəvi xüsusiyyətlərini nəzərə alan
Nizaminin də qəsidələrində qüvvətli pavos, tərif, təntənə
hissi güclüdür. Lakin Nizami saray şairi olmadığı üçün onun
qəsidələrində şərə, pisliyə qarşı mübarizə, əxlaqi-didaktik
1
Щикмят хязиняси. «Маариф» няшриййаты, 1992, сящ. 60-61.
2
Я.Сяфярли, Х.Йусифов. Гядим вя орта ясрляр Азярбайъан ядя-
биййаты, Бакы, «Маариф», 1982.
135
motivlər çox güclüdür. Şairin «Qocalıq» qəsidəsi onun həyat
haqqında, ömür-gün, insanlıq, yaşayış haqqında
düşüncələrinin yekunudur.
Bu çəməndə qocalıqdan belim döndü kamana,
Bundan sonra bu budaqdan yetişərmi bar mana?
Ağacımdan bir kimsəyə nə meyvə var, nə kölgə,
Yarpağımı, məhsulumu, fələk verdi küləyə.
Sandığımda gövhərlərin qalmadı bəxt ulduzu!
Umudsuzluq göylərində doğdu sabah ulduzu,
Ağ tüklərdən qar yığıldı başım üstə qalandı,
Vücudum bir çardaq kimi yatmasın ah, amandı!
Mən ki səfər yolçusuyam, hörmətim var, a dostlar,
Onun üçün gözlərimdən yanağıma yaş axar.
Ömrüm keçdi, günahkarlıq qazanmışam dünyada,
Ona görə layiq oldum xəcalətli bir ada
1
.
Qəsidə şeirinin klassik nümunələrini yaradan görkəmli
sənətkarlardan biri də M.Füzulidir. Dahi şair üç dildə
qəsidənin ən yaxşı nümunələrini qələmə almışdır. Saray
şeirində yaranan qəsidələrdən fərqli olaraq Füzulinin
qəsidələrində həyata çağırış, azadfikirlilik hissləri, ictimai-
fəlsəfi motivlər çox güclüdür.
Qəsidə şeirinin poetik imkanlarından bəhs edən
qüdrətli şairin bu barədə estetik düşüncələri də maraqlıdır:
«Nəzm fənlərinin şəhərlərini fəth etmək üçün söz bayrağını
qaldırdım. Allaha şükür ki, müxtəlif dillərin açarları ilə nəzm
fənninin qapılarını açmağa başladım. Hansı qapıya ki,
çatdım, onu nəzər sahiblərinin üzünə açdım. Gah məsnəvi
üslubunun bağçasından gül-çiçək dərdim, gah qəzəl
1
Низами Эянъяви. Эянълик, Бакы, 1976, сящ. 11-12.
136
vadisində, müşk qoxulu ceyranların dalınca yüyürdüm, gah
müəmma fənnində ad çıxardım, gah da qəsidə sehri tərzində
böyük və fazil adamların ürəklərini təsxir etdim:
Məsnəvi üsuli, qəzəl sənəti
Qazanmış olsa da aləmdə şöhrət;
Lakin bir eybi var, ifratla təfrit
Nə onda dad qoymuş, nə bunda ləzzət.
Təkcə qəsidədir hər xeyir işdə
Cilvələr saçaraq sayılır sənət.
Həqiqətdə qəsidə mübhəm ifadələr meydanı və mətin
mənalar məkanıdır. Onun sətirlərinin səfləri padşahlara xütbə
mənbəridir»
1
.
Şairin Ş.İ.Xətaiyə, Ayaz paşaya, Cəfər bəyə,
Məhəmməd paşaya, Əlvənd bəyə və dövrünün başqa
sultanlarına, hakimlərinə yazdığı qəsidələrdə sarayda
yazılmış ənənəvi qəsidələrdən fərqli olaraq haqqa, ədalətə
çağırış, şərə, pisliyə qarşı mübarizə motivləri üstünlük təşkil
edir.
Qəsidələr həcm etibarı ilə qəzəllərdən çox olur. Lakin
qafiyələnmə sistemi qəzəldə olduğu kimidir. Belə ki,
qəsidənin 1-ci beyti həmqafiyə, qalan beytlərdə isə 1-ci
misra sərbəst buraxılır, 2-ci misra isə ilk beytlə həmqafiyə
olur. Qəsidənin həcmi haqqında da fikirlər müxtəlifdir. Bəzi
mənbələrdə qəsidənin həcminin 30 beytdən 90 beytə qədər
olduğunu göstərirlər. Bəzi mənbələrdə isə beytlərin sayının
20-dən 200-ə qədər olduğu göstərilir. Bu onu göstərir ki,
qəsidə üçün dəqiq, konkret bir say yoxdursa da, qəsidənin
1
Мящяммяд Фцзули. Ясярляри. 5 ъилддя. 4-ъц ъилд, Азярбайъан
ССР ЕА няшриййаты, Бакы, 1961, сящ. 27-28.
137
misralarının sayı ən azı 60-70-dən 200-ə qədər olur.
Mütəxəssislər 1000 misradan, 500 beytdən ibarət olan
qəsidələrin də olduğunu bildirirlər. Qəsidənin son beytində
və ya son beytlərin birində şairin təxəllüsü verilir.
Klassik Şərq poetikasının tələbləri nəzərə alınaraq
şairlər qəsidə yazarkən əsas mətləbə birbaşa keçməmişlər.
Şairlər əvvəlcə təbiətin, baharın, fəslin təsvirini vermişlər.
Qəsidənin bu səpkidə yazılan ilk beyti, bir növ, müqəddimə
səciyyəsi daşımışdır. Müqəddimədən sonrakı beytlər isə
şairin əsas mövzuya keçməsi üçün hazırlıq və ya bədii-
psixoloji keçid rolu oynayır. Belə beytə Girizgah deyilir.
Giriz – farsca qaçma deməkdir ki, bu da müqəddimədən,
əxlaqi, fəlsəfi və təbiət haqqındakı söhbətlərdən qaçma, əsas
mövzuya, mətləbə keçmə mənasını verir.
M.Füzulinin «Gül» qəsidəsi yuxarıda deyilənlərin
əyani sübutu üçün ən yaxşı nümunə ola bilər:
Çıxdı yaşıl pərdədən ərz eylədi rüxsar gül,
/a/
Sildi mirati-zəmiri-pakdan jəngar gül.
/a/
Cami tut, saqi ki, gülbünlər gül izah etdilər, /b/
Sən dəxi bir gülbüni-rənasan, et izhar gül!
/a/
Gəldi ol dəm ki, ola izhari-hikmət qılmağa
/v/
İnşirahi-sədr ilə sədri-səfa-əzhar gül.
/a/
Qıl, Füzuli, mədhin ol şahın ki, bağı-mədhinin /q/
Bülbülü olardı, bulsa qüdrəti-güftar gül.
/a/
Gərçi yoxdur etibarın, mədhin et izhar kim
/d/
Adəti-dövri-zamandır xara vermək bar gül.
/a/
138
Qəsidələr öz mövzusuna görə də müxtəlif olur. Dini
mövzudan bəhs edən qəsidələr minacat, peyğəmbərin
tərifinə həsr edilən qəsidələr nət, şairin özü haqqında bəhs
edilən qəsidə fəxriyyə, müqəddəs şəxslərin, qəhrəmanların
ölümü münasibətilə qəmli, kədərli ruhda yazılan qəsidələr isə
mərsiyə adlanır. Qədim və Orta əsrlərdə yaşayıb yaradan
bütün klassik şairlərimiz müxtəlif, rəngarəng mövzulardan
bəhs edən ən maraqlı qəsidə nümunələri qələmə almışlar.
Tərkibbənd – klassik Şərq və Azərbaycan şeir
şəkillərindən biridir. Tərkibbəndlərin mövzusu əsasən
məhəbbət, gözəllik və ictimai-fəlsəfi istiqamətdə olur. Bu
mövzular isə Şərq, o sıradan klassik Azərbaycan
ədəbiyyatının ənənəvi mövzularından hesab olunur. Bu
janrda şeir yazmaq, əlbəttə, hər bir şairin sənətkarlığını
göstərir. Çünki tərkibbəndə şeirdən tələb olunan poetexniki
şərtlərə əməl etmək yüksək sənətkarlıq tələb edir.
Tərkibbəndə misraların sayı 6-dan 14-ə qədər olur.
Bəzi şairlərin tərkibbəndlərinin hər bəndində misraların sayı
18-dən 24-ə qədər olur. Tərkibbənddə qafiyə quruluşu da çox
mürəkkəbdir. Belə ki, M.Füzulinin hər bəndi 6 misradan
ibarət olan tərkibbəndlərində qafiyə quruluşu əvvəldən axıra
qədər belə qurulur: hər bənddə 4 misra həmqafiyə olur,
bəndin son beyti – iki misrası isə öz aralarında sərbəst olaraq
həmqafiyə olur.
Mənəm ki, qafiyəsaları – karivani – qəməm, /a/
Müsafiri – rəhi – səhrayi – möhnətü ələməm, /a/
Həqir baxma mənə, kimsədən sağınma kəməm,
/a/
Fəgiri-padişəhasa, gədayi-möhtəşəməm,
/a/
Sirişk təxti-rəvandır mənə bu ahü ələm, /b/
139
Cəfavü cövr-mülazim, bəlavü dərd-həşəm.
/b/
Nə mülkü mal mənə çərx versə məmnunam,
/v/
Nə mülkü maldan avarə qılsa məhrunam.
/v/
Əgərçi müflisü pəstü mühəqqərü dunam,
/v/
Dəmadəm eylə xəyal eylərəm ki, Qarunam.
/v/
Könüldə nəqdi-vəfa gənci, leyk pünhani,
/q/
Gözüm xəzaneyi-ləlü kühər, vəli fani
/q/
Digər bəndlərdə də qafiyələnmə belə ardıcıllıqla davam
edir.
XIX əsr klassik şairimiz S.Ə.Şirvaninin hər bəndi 12
misradan ibarət olan tərkibbəndlərində hər bəndin 10 misrası
həmqafiyə olur. Sonuncu beytin misraları isə sərbəst olaraq
qafiyələnir. Hər bəndin sonunda sərbəst qafiyələnən bu beyt
şeirin ümumi qafiyə sistemindən ayrı olsa da, bənddəki fikrin
tamamlanmasında əsas rol oynayır. Bəndlərin sonunda
sərbəst artırılan bu beyt, bir növ, nəqarət kimi də çıxış edir.
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idi
/a/
Zövqi-didarilə könlümdə qərarım var idi.
/a/
Bir üzarı mah, zülfü müşkbarım var idi,
/a/
Ləbləri şəkkər, üzü gül tacdarım
var
idi,
/a/
Bir camalı rəşki-bağü gülüzarım var idi,
/a/
Sünbülüm, sərvim, gülüm, bağım, baharım var idi.
/a/
Bir nəri peykər, mələk rüxsar yarım var idi,
/a/
Kim hərimi – vəslinə busü kənarım var idi,
/a/
Yar vəslindən, qərəz, xoş ruzgarım var idi,
/a/
Eyləməzdim meyli-gül, ol gülüzarım var idi
/a/
140
Rəşk edib dövri-zəmanə saldi firqət aqibət,
/b/
Qoydu ol mahə məni nalani-həsrət, aqibət
/b/
Dostları ilə paylaş: |