Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
1   2   3   4   5   6   7   8   9   10   11

rədif  qafiyələrdir.  Şeirin  əsas qafiyəsindən sonra təkrar 

olunan sözlərə və ya söz qurupuna rədif rafiyə deyilir. Misra 

sonunda ahəngdar və ardıcıl surətdə  səslənən belə sözlər 

oxucunun diqqətinin konkret bir mətləb üzərində 

cəmləşməsində, bədii əsərdən nəticə çıxarmaqda mühüm rol 

oynayır. 



Dövlətü iqbalü malın axırın gördüm tamam, 

Həşmətü cahü cəlalın axırın gördüm tamam, 

Zülfü ruyü xəttü xalın axırın gördüm tamam, 

Həmdəmi-sahibcəmalın axırın gördüm tamam, 

Başadək bir hüsnü surət, qəddü qamət görmədim.  

   (M.P.Vaqif) 

 

Bəndə diqqət etsək, görərik ki, «malın», «cəlalın», 



«xalın», «sahibcəmalın» kimi möhkəm qafiyələrdən sonra 

gələn və  hər misrada təkrarlanan «axırın gördüm tamam» 

sözlər rədifdir.  

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin! 

Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!  

 (M.Ə.Sabir) 

 

Burada «əgər», «dəngəsər» sözləri qafiyə, sonra gələn 



təkar sözlər isə rədifdir. 

 

 



61

Durnaların qatarından gözlərin çəkməyən —  

   

 

 

 

o, mənəm! 

Bəli, bəli, ömrü boyu bir quş qanı tökməyən —  

   

 

 

 

o, mənəm! 

Gözlərilə gözəllərin gözlərini qoruyan —  

 

   o, 

mənəm!  

Əllərini daraq edib saçlarını darayan — 

 

   o, 

mənəm!    

 

 

    (S.Rüstəm)  

Bu  şeirdən gətirilən nümunədə «çəkməyən», «tökmə-

yən», «qoruyan», «darayan» sözləri qafiyə, sonra təkrarlanan 

«o, mənəm» ifadəsi isə rədifdir. 

Şeirdə sözlərin qafiyələnməsi yerinə görə də müxtəlifdir. 

Şeirdə misralar cüt-cüt, çarpaz və ya başqa  şəkildə 

qafiyələnə bilər. Müxtəlif  şeir  şəkillərində qafiyə quruluşu 

müxtəlifdir. Qoşmalarda qafiyə quruluşu belədir: 



Axşam-sabah, çeşmə, sənin başına (a) 

Bilirsənmi neçə canlar dolanır: (b) 

Büllur buxaq, lalə yanaq, ay qabaq,  (v) 

Şahmar zülfü pərişanlar dolanır. (b) 

 

Gördüm gözəlliyin bizə bildirir: 

(q) 

Qaş oynayır, xəstə könlüm güldürür.(q) 

İşvəyi nazınnan adama öldürür, 

(q) 

Qəmzəsində nahaq qanlar dolanır. (b) 

 

- - - - - - - - - - - - - - - - - - - - - - - - -   (d) 



- - - - - - - - - - - - - - - - - - - - - - - - -   (d) 

- - - - - - - - - - - - - - - - - - - - - - - - -  (d) 

- - - - - - - - - - - - - - - - - - - - - - - - -  (b) 


 

 

62



 

Qəzəl şeirində qafiyələnmə bir qayda olaraq belədir: a,a; 

b,a; v,d; d,a və s. 

Aşağıdakı nümunələrə nəzər salsaq, bunu daha əyani 

şəkildə görərik: 

Ay üzlü nigarım, kimə mehman olacaqsan? (a) 

Bir söylə, kimin şəninə şayan olacaqsan? (a) 

 

Şahlıq çətiri var başın üstündə bu axşam, (b) 

Ənbər çətrinlə kimə sultan olacaqsan? (a) 

 

Şəkkər demərəm mən sənə, ondan da şirinsən, (c) 

Dilbər, necə bir bəxtəvərə can olacaqsan? (a) 

 

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə, (d) 

Ey abi-həyat, sən kimə canan olacaqsan? (a) 

 

Getdin, necə bəs tab eləsin hicrə Nizami, (e) 

O xəstə ikən, sən kimə dərman olacaqsan? (a) 

(N.Gəncəvi) 

 

Ah eylədiyim sərvi-xuramanın üçündür, (a) 

Qan ağladığım qönçeyi-xəndanın üçündür. (a) 

 

Sərgəştəliyim kakili-müşkinin ucundan, (b) 

Aşüftəliyim zülfi-pərişanın üçündür. (a) 

 

Bimar tənəm nərgisi-məstin ələmindən, (c) 

Xunin ciyərim ləli-dürəfşanın üçündür. (a) 

 

 

 



63

…………………………………………. (e) 

…………………………………………. (a) 

və s. 

(M.Füzuli) 

 

İçim dalğalanır sanki bir dəniz, 

Mən bu dalğalarla qucaqlaşıram. 

Nələr düşünürəm, duya bilsəniz! 

Sanki varlığımdan uzaqlaşıram. 

(S.Vurğun) 

 

 

64



Gələndə gül fəsli, güləndə çəmən (a) 

Bir bülbül nəğməsi min könül oxşar. (q) 

Ötən bülbüllərə necə deyim mən, (a) 

İçimdə lal olmuş bülbüllər yaşar?! (q) 

 

 

 

 

 

(H.Arif) 

 

Göründüyü kimi, burada qafiyələr çarpaz şəkildə 



qurulmuşdur. 

A.Şaiqin «Şikayətlərim»  şeirində qafiyə quruluşu tam 

başqadır: 

Yenə dilsiz sükut içində bütün, (a) 

Qaralır nur saçan düşüncələrim. (b) 

Ürəyimdə sönür o qüvvələrim, (b) 

Yenə hər şey qara, cahan küskün. (a) 

 

Yenə uçmağa qanadlandım, (c) 

Onu zülm ilə qırdı bir səyyad. (q) 

Sızlaram, indi eylərəm fəryad! (q) 

Nə qədər sadə idim, aldandım! (c) 

 

Sonrakı  bəndlər d, v, v, d, i, c, c, i və s. şəkildə 



qafiyələnir. Ümumiyyətlə, götürsək, yəqin etmiş olarıq ki, 

Azərbaycan  şeiri  şəkilcə müxtəlif olduğu kimi, qafiyə 

quruluşu baxımından da çox zəngindir. 

Misra.  Şeir sənət haqqında yuxarıda dediklərimiz də 

şeirin quruluşu, struktur nəzəriyyəsini öyrənmək üçün hələ 

kifayət deyildir. Şeir sənəti, göründüyü kimi, həm yaradı-

cılığın psixologiyası, həm də daxili quruluşu baxımından çox 

mürəkkəb bir yaradıcılıq aktıdır.  Şeirin daxili struktur 

nəzəriyyəsində  əsas rol oynayan anlayışlardan biri də  mis-



radır.  Şeirin ayrılıqda götürülmüş  hər sətrinə misra deyilir. 

 

 



65

Şeirdə misra bir və ya bir neçə sözdən ibarət ola bilər. Şeirin ilk 

misrasının ölçüsü və bölgüsü qalan misralar üçün əsas ölçü və 

bölgü vahidi kimi qəbul olunur. Heca və əruz vəznində ilk mis-

ranın ahəngdar, ritmik tələffüzü də sonrakı misralarda əsas 

götürülür. Beləliklə şeirin ilk misrasında gördüyümüz ölçü sis-

temi və ritmik pauzalar sonrakı misralarda da eyni sayda və 

yerdə davam etdirilir. 

Yuxarıda dediyimiz kimi, misra bir və ya bir neçə 

sözdən ibarət ola bilər. Bu da şeirin ölçüsü, vəzni ilə bağlıdır. 

Belə ki, heca və  əruz vəznində misralar bir neçə sözdən 

ibarət olub müəyyən, bitmiş bir fikir ifadə edə bilərlər. 

Sərbəst vəznin təcrübəsi isə göstərir ki, bu vəzndə misralar 

bir sözdən də ibarət ola bilər. Lakin əsas məsələ bundan 

ibarətdir ki, hər misrada tam, bitmiş bir məna olmalıdır. 

Şeirdə müstəqil fikir, məna ifadə edən belə misralara azad, 



sərbəst misra deyilir. 

Şairin fikri, xəyalı gərək azadə ola.  

(A.Səhhət) 

 

Vətəni sevməyən insan olmaz.  

(A.Səhhət) 

 

Baxdıqca bu aləmlər edər könlümü bərbad.  

(A.Şaiq) 

 

Titrədir canımı dağlar rüzgarı.  

(S.Vurğun) 

 

Təbiət ilhama çağırır məni!  

(S.Vurğun) 

 

 

66



Burula-burula söz yazar sular.  

(B.Vahabzadə) 

Qaçmaq istəyirəm uşaqlığıma.  

(B.Vahabzadə)  

 

Ürəkdə çox gizli döyüntülər var.  

(B.Vahabzadə)  

 

İpək tellərinə çiçək taxarsan.  

(H.Arif)  

 

Bir anlıq yuxu da mənə naz satır.  

(H.Arif) 

 

Seyrinə dalanda azalır qəmim.  

(H.Arif)  

 

Göründüyü kimi, ayrı-ayrı  şairlərin  şeirlərində azad 



misra kimi gətirilən misralaın sayını artırmaq da olar. Burada 

əsas olan budur ki, azad misra, bir növ, nəsrdəki adi təsviri 

nəqli cümlələrin şeir dilindəki poetik adekvaitıdır. Yəni azad 

misralarda nəqli cümlədə olduğu kimi, bitkin bir məna olur və 

həmin  şeir misralarını  nəsr dilinə çevirəndə  məzmun, fikir 

itmir. Lakin heca vəznindən fərqli olaraq sərbəst  şeirdə azad 

misra bir neçə sətirdə verilə bilər. 

Neft daşları 

   yada 

salır 

   lövbər atmış  

 

 

 

ən nəhəng gəmini,  

Yaman heyran etdi məni.  

 

 



67

(Ə.Kərim) 

 

Şeirdə bitmiş, tam fikir ifadə edən misralardan başqa, 



daha  şairanə surətdə deyilmiş dolğun, düşündürücü və 

fəlsəfi-hikmətamiz dəyər kəsb edən misralara rast gəlirik. 

Belə misralara şeirdə  şah misra deyilir. Adətən, 

mütəxəssislər  şah misraya nümunə olaraq S.Vurğunun 

aşağıdakı misralarını nümunə gətirirlər. 

«Günəş qaranlıqla barışa bilməz!» 

 

«Soyuq məzara da zinətdir insan!» 

 

Lakin görkəmli şairlərimiz olan Nizami, Nəsimi, Füzuli, 



S.Vurğunun aforistik fikir bildirən şah misraları səviyyəsində 

olmasa da, ümumiyyətlə,  şairlərimiz öz şeirlərində dövrü, 

insanları, mühiti xarakterizə edən çox dəyərli  şah misralar 

söyləmişlər: 



Əyilməz vicdanın uca heykəli!  

(S.Vurğun) 

 

Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir.  

(H.Cavid) 

 

Hürriyyət ilə millət edər kəsbi-məali.  

(H.Cavid) 

 

Maariflə təməddün eyləmişdir aləmi-fani.  

(H.Cavid) 

 

Yox millətimin xətti bu imzalar içində.  

 

 

68



(M.Hadi) 

 

Zavallı millətimin haqqı olmada pamal!  

(A.Şaiq) 

Vətən — əcdadımızın mədfənidir.  

(A.Səhhət) 

 

Vətəni sevməyən insan olmaz.  

(A.Səhhət) 

 

Gözü buz bağlayan bulaqlar kimi, 

Soyuq adamın da qəlbi kor olur.  

(B.Vahabzadə) 

 

Qayıt, sahmana sal bu kainatı.  

(Ə.Kərim) 

 

Beyt.  Şeirin daxili quruluşunda  əsas olan nəzəri 

anlayışlaradan biri də  beytdir. Mövcud mənbələrdə beytin 

tərifinə aid fikirlərdə az da olsa, müəyyən ziddiyyətlərlərə də 

rast gəlirik. Məsələn, Mir Cəlal və P.Xəlilovun fikrincə: 

«Şeirin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir». Prof. 

C.Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: «Şeirin 

müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir». Prof. 

Ə.Mirəhmədov isə  tərtib etdiyi «Ədəbiyyatşünaslıq 

terminləri lüğəti»ndə anlayışın daha geniş  şərhini verir: 

«…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı 

qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır». 

Deyilənlərdən belə  nəticəyə  gəlmək olar ki, şeirdə  hər 

hansı iki misra yox, məna, məzmun və fikir baxımından bir-

 

 

69



birinə yaxın olan, bağlanan qoşa misralara beyt deyilir. Beyt 

şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şeirin 

müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında 

yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt 

qafiyələnir. Qəzəl və  qəsidə  şeirində ilk beytlər həmqafiyə 

olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə  də, 

formanın daxili qafiyələnmə qanunlarına tabe olur. Yuxarıda 

dediyimiz kimi, beytin misralarının cüt-cüt qafiyələnib-

qafiyələnməməsindən asılı olmayaraq, orada bitgin məna, 

fikir ifadə olunmalıdır. 



Məmləkətin dayağı ədalətdir hər zaman, 

(a) 

Ədalətlə nəsibin səadətdir hər zaman.  

(a)  

   

 

 

 

(N.Gəncəvi)  

 

Fələklərə yüksəldər hünər, cəsarət səni, (a) 

Hünərsiz alçalarsan, tapar əsarət səni.  

(a) 

   

 

 

 

(N.Gəncəvi)  

 

Göründüyü kimi, bu beytlərdə tam, bitkin fikir, məna 



ifadə edilmişdir. Qəzəl və  qəsidədə ilk beytdən sonra gələn 

beytlərin heç biri bir-biri ilə qafiyələnmir, lakin həmin 

beytlərdə də dərin məna, fikir ifadə olunur.  

Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var: (a) 

Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb. 

      (b) 

(M.Füzuli) 

 

Müasir  şeirimizdə  də misraları bir-biri ilə qafilənən və 



qafiyələnməyən beytlərə xeyli rast gəlmək mümkündür ki, 

şairlər belə beytlərdə xüsusi məna, məzmun verə bilmişlər. 



Yaşamaq şirindir, deyir hər zaman,  (a) 

 

 

70



Yaşamaq eşqilə yaradır insan!  

(a) 

 

    (S.Vurğun) 

 

O saf qəlbindəki pak məhəbbəti  

 

(a) 

Bir vaxt laylasından çalmışdır anan!  (b) 

 

    (S.Vurğun) 

Mən kəsməsəm alaqların kökünü,  

(a) 

Küsər məndən yəqin güllər, çiçəklər. (b) 

 

    (S.Rüstəm)  

 

Xəyaldan o taya mən ucalınca,  

(a) 

Yer mənə dar gəlir, göy verin mənə.   (b) 

 

    (B.Vahabzadə)  

 

Qəzəl və  qəsidələrin həmqafiyə olan ilk beytinə  mətlə 



beyti deyilir. 

Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!   (a) 

Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!  

(a) 

(M.Füzuli) 

 

Qəzəlin şərti olaraq birinci və ikinci hissəsini birləşdirib 



hissələr arasında əlaqə, vasitə yaradaraq ortada gələn beytinə 

orta beyt və ya vasitə beyti deyilir. 

Hansı bağın var bir nəxli, qədin tək barvər,  

(a) 

Hansı nəxlin hasili sibi-zənəxdanınca var?    

(b) 

(M.Füzuli) 

 

Bu qəzəldə  həqiqi gözəl, həqiqi bir məhəbbət var. 



Qəzəlin təqdim olunan üçüncü – orta beytində  şair gözəli 

bağda çoxlu meyvə  gətirən xurma ağacı ilə müqayisə edir. 

Heç bir xurma ağacının barı öz formasına görə  məşuqənin 

 

 



71

çənəsindəki çuxura – zənəxdana bənzəməz.

1

 Göründüyü 



kimi, sırf məhəbbət mövzusundan bəhs olunan qəzəlin yux-

arıdakı beyti sanki bir vasitə, əlaqə rolunda çıxış edir. 

Şeirin öz məna və  məzmununa görə  və ifadə edilən  ən 

yüksək ideya-fikir baxımından seçilən beytlərinə  şah  beyt 

deyilir. 

Qaşların yayı bir ox lütf eyləmiş hər aşiqə, 

Mən həm ondan eylərəm bir ox təmanna, ya nəsib. 

(M.Füzuli) 

 

«Qaşlarının yayı hər aşiqə bir ox lütf eyləmişdir; mən də 



ondan bir ox təmənna eyləyirəm, ya nəsib». 

«Haqqında danışılan məğrur gözəlin qaşları yaya, 

kiprikləri oxa bənzəyir. Həmin gözəl lütf göstərib, hər aşiqə 

ani və  xəfif bir nəzər salır. Aşiq də bir ox təmənnasındadır 

(yəni bir baxışın təmarzısıdır), lakin bilmir ki, bu ona nəsib 

olacaq, ya yox».

2

 

Şah beytlər yalnız qəzəl və  qəsidələrdə yox, müxtəlif 



şeirlrdə  də ola bilər.  Əsas mətləb budur ki, beytdə yüksək 

fikir, ideya ifadə olunsun. 



Bilsin ana torpaq, eşitsin Vətən, 

Müsəlləh əsgərəm, mən də bu gündən. 

 

    (S.Vurğun) 

 

Klassik  ədəbiyyatda qəzəl və ya qəsidənin son beytinə 



məqtə beyti deyilir. Məqtə beytlər qəzəlin başqa beytləri ilə 

                                                           

1

 Ятрафлы бах: Б.Бабайев. Классик ядябиййатда бащариййяляр. Ба-



кы, 2000, с.20-22 

2

  С.Ялизадя.  Шащ  бейтляр,  Азярбайъан  Дювлят  няшриййаты,  Бакы, 



1995, с.47 

 

 

72



daxilən, məzmunca bağlansa da, onun özü də  əlahiddə 

məzmun və  mənaya malik olur. Burada sənətkarın müxtəlif 

arzuları, düşüncələri öz əksini tapa bilər. Qəzəlin son 

beytində müəllif mütləq şəkildə öz adını bildirir. Ona görə də 

qəzəlin məqtə beytinə tac beyti də deyirlər. 

Hansı gülşən bülbülün derlər, Füzuli, sən kimi, 

Hansı bülbül naləsi fəryadü əfğanınca var?  

 

    (M.Füzuli) 

 

 



73

Ey nazlı vətən, mən sənə öz könlümü verdim, 

Qarşında günahkarsa, Süleymanı bağışla!  

 

    (S.Rüstəm)  

 

Müxtəlif  şəkildə yazılmış  şeirlərin, qəzəl və  qəsidələrin 



ayrı-ayrı beytlərindən başqa ədəbiyyatşünaslıqda yetim beyt 

və ya ən kiçik ölçüdə yazılmış  şeir olan fərd anlayışları da 

vardır. Yetim beytlər və  fərdlər yalnız bir beytdən ibarət 

olur. Fikir və  məzmunca dolğun yazılmış belə beytlərin ya 

müəllifi naməlum qalır, ya da konkret müəllifi olsa da belə 

sanki anonim şəkildə dillərdə əzbər olur.  



Bənd.  Şeir nəzəriyyəsində, onun poetik strukturunda 

əsas rol oynayan anlayışlardan biri də  bənddir.  Şeirin bir 

neçə misradan ibarət olub vəzn, qafiyə, ahəng, intonasiya və 

başqa poetik-estetik, bədii sintaktik xüsusiyyətlərinə görə 

bir-birinə bağlanmış, fikir-məna vəhdəti etibarı ilə bitkin 

hissəsinə və ya bölümünə bənd deyilir. 

Azərbaycan şifahi xalq şeir janrları və yazılı ədəbiyyatda 

yaranan şeirimiz başqa texniki şərtləri ilə bərabər, bəndlərin 

sayı, quruluşu baxımından da zəngindir. Yuxarıda 

dediklərimizdən başqa 

şeirin bədii tərtibində, 

kompozisiyasının bütövlüyündə, ifadənin emosionallığında, 

fikrin ritmik axarında və  təsirliliyində  bəndin mühüm əhə-

miyyəti vardır.  Şeir  şəkillərinin müəyyənləşməsində 

bənddəki misraların sayı  əsas  şərtdir. Bununla bərabər, bir 

sıra  şeir  şəkillərindəki bəndlər misraların sayı etibarı ilə 

eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin 

mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. 

Klassik  şeir janrları olan mürəbbelərin hər bəndi dörd, 

müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi 



 

 

74



misradan ibarət olmuşdur. Deməli,  şeir  şəkilləri bənddəki 

misraların sayına görə  təyin olunur. O da qeyd olunmalıdır 

ki, bəndlər iki misradan tutmuş on, on iki, on dörd və s. mis-

ralardan ibarət ola bilər. 

Qəzəl və  qəsidələrin hər bəndi iki misradan ibarət olub 

beytlər  şəklində qurulur. Qoşmaların hər bəndi bir qayda 

olaraq dörd misradan ibarət olur. 

Ey cavan qız, məndən belə gəzmə gen, - 

Mən sənin üzündə xalı sevmişəm. (a) 

Bənd olmuşam şirin-şirin sözünə,  



Şəkkər dodağından balı sevmişəm.   (a) 

 

    (M.P.Vaqif) 

 

M.P.Vaqifin müsəbbelərinin (yeddilik) hər bəndi yeddi, 



müəşşərlərinin isə  hər bəndi on misradan ibarətdir. Qeyd 

etmək lazımdır ki, xalq şeiri və klassik şeir janrlarında 

bəndlərin qafiyələnməsi tam ənənəvi qaydaya tabe tutulur. 

Müasir şeirimizdə üçlüklərdən istifadə olunur və onların 

qafiyə quruluşu da müxtəlifdir. 

Şikayətim vardır gül əllərindən,  

(a) 

Onlar ürəyimi tutub dərindən   (a) 

Necə qoparmada bilməm, şirin qız? (b) 

  

 

 

(M.Müşfiq) 

 

Könlümdə şirin nəğmələrim var, 

 

(a) 

Xoş keçdi bu yerlərdə həyatım,   (-) 

Sahilləri cənnət Xəzərim var.  

 

(a) 

 

   (S.Rüstəm) 

 

Digər bəndlərdə birinci, ikinci misralar sərbəstdir, 



 

 

75



üçüncü misra isə birinci bəndin son misrası ilə qafiyələnir. 

B.Vahabzadənin «Şəhriyara»  şeiri  beşlik  şəklində 

yazılmışdır. Qafiyə quruluşu bütün bəndlərdə eynidir: a, a, a, 

b, b, və s. 



Sən almışdın gücünü bu ocaqdan   

(a) 

Ondan dönüb, ona baxdın uzaqdan, (a) 

Qönçə ikən ayrı düşdün budaqdan   

(a) 

Heydərbaba dalınca qan ağladı…  

(b) 

Ancaq ayaq izlərini saxladı. 

  (b) 

 

Müasir  şeirimizdə  bəndlər təkcə misraların sayına və 



qafiyə sisteminə görə yox, daxili quruluşunun başqa bədii 

keyfiyyətləri baxımından da müxtəlif və rəngarəngdir.  

  

 


 

 

76



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin