Məhəmməd Füzuli yaradıcılığında
bahariyyələr
Məhəmməd Füzuli XVI əsr Azərbaycan lirik şeirinin
ən qüdrətli nümayəndəsidir. Könülləri fəth edən, öz oxucusu-
na yüksək bədii zövq aşılayan, poetik üslubu ilə orijinal sə-
1
М.Ф.Ахундов. Комедийалар. Повест. Ше'рляр, Бакы, Йазычы,
1982, сящ.230-231.
158
ciyyəli Füzuli şeiri beş yüz illik zaman çərçivəsində müəllifi-
nə geniş şöhrət qazandırmış, onu qəlb şairi kimi tanıtmışdır.
Füzuli şeirini sevdirən, oxucu və dinləyicilərini ovsun-
layan ən başlıca amillərdən biri böyük şairin yaradıcılığına
xas olan lirik tərənnüm hisslərinin sonsuzluğu və rənga-
rəngliyidir. Dahi şairin poeziyasında və ümumiyyətlə, yara-
dıcılığında rast gəldiyimiz poetik əlvanlıq, yüksək bədii pa-
fos, bədii sözün oyunu ilə yaranan emosional məna çaları hər
kəsi sehrləyir, ondan asılı olmayaraq həqiqi bir sənət dünya-
sına – Füzuli dünyasına salır.
M.Füzuli yaradıcılığı üçün səciyyəvi olan cəhətlərdən
biri də təbiət təsvirlərindən məharətlə istifadə etməsidir. Bizi
əhatə edən dünya, yer, göy, ay, ulduz, gül-çiçək, bir sözlə, tə-
biətin min bir əsrarəngiz gözəlliyi onun lirikasının ilham və
mövzu mənbəyidir. Təbiət təsviri, peyzaj Füzuli lirikasında
məqsəd və vasitədir. Baharın təsviri, təbiətin oyanması, gül-
lərin açması, bülbüllərin oxuması Füzuli şeirində bədii-poe-
tik qayə kəsb edir. Şərq şeirincə baharla bağlı işlənən bu cür
təbiət təsvirlərinə bahariyyələr deyilir.
Azərbaycan ədəbiyyatında Füzulidən əvvəl də bahariy-
yələr yazılmışdır. Lakin böyük şair bahar lövhələrinin
təsvrindən daha poetik sənətkarlıqla istifadə etmişdir.
Şairin lirikası ilə tanışlıq göstərir ki, Füzuli ilk şeirlə-
rində bahariyyələrdən yox, baharla bağlı anlayışlardan, ele-
mentlərdən istifadə etmişdir. Şairin sonrakı şeirlərində və iri
həcmli epik əsərlərində isə biz klassik mənada bahariyyə şeir
formaları ilə rastlaşırıq.
Məhəmməd Füzuli yaradıcılığı üzərində aparılan müşa-
hidə və araşdırmalar göstərir ki, şair öz əsərlərində bahariy-
yələrdən konkret olaraq aşağıdakı məqsədlərlə istifadə etmiş-
159
dir:
1. Lirik təsvir və tərənnüm: gözələ müraciət, onun zahi-
ri aləmini, üz-gözünü baharla və ya onun elementləri ilə
tərifləmək, tərənnüm etmək;
2. Romantik qəhrəmanın mənəvi, daxili psixoloji əhva-
li-ruhiyyəsini vermək, portret bahariyyələr yaratmaq;
3. Baharın təsviri ilə bədii məkan və zaman yaratmaq;
4. Bahariyyələr, bahar lövhələri kompozisiya elementi
kimi;
Bahariyyələr, buradan göründüyü kimi, klassik şeirin
janrı yox, nəzm və nəsr əsərlərində yalnız epik-lirik təsvir və
tərənnüm vasitəsidir. Füzuli qəzəl, qəsidə və poemalarında
bahariyyələrdən poetik sənətkarlıqla istifadə etmişdir. Müx-
təlif şeir formalarında, poetik məqamlarda işlənməsinə bax-
mayaraq, bahar fəslini sənətkarlıqla, şairanə surətdə, yüksək
poetik dillə təsvir və tərənnüm olunması bahariyyələrin əsas
xarakterik xüsusiyyətidir. Qeyd etdiyimiz kimi, Füzuli baha-
rın, yazın ayrı-ayrı əlamətlərini tərənnüm edə-edə tədricən
bahariyyə şeir formasına müraciət etmişdir. Bu baxımdan,
şairin "Qəmdən öldüm, demədim hali-dili-zar sana" qəzəli
səciyyəvidir:
Qəmdən öldüm, demədim hali-dili-zar sana,
Ey güli-tazə, rəva görmədim azar sana.
İç meyi-nab ki, bağrından edər cümlə kəbab,
Atəşi-eşq ilə üşşaqi-ciyərxar sana.
Meyi gülgünda deyil nərgisi-məstin əksi,
Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.
160
Arizin gül-gül edibdir meyi-gülgun tabi,
Vəh ki, bir güldən açılmış neçə gülzar sana.
Bağə seyr et bu ruxi-ləl ilə kim qönçəvü gül,
Göstərə xuni-dilü dideyi-xunbar sana.
Der idim qamətinə sərv, vəli, özgə imiş,
Hərəkatü rəvişü işvəvü rəftar sana.
1
Göründüyü kimi, şair on beytlik qəzəlin altı beytində
bahariyyədən istifadə etmişdir. Lakin burada təsvir və tərən-
nüm olunan bahariyyə natamam səciyyəlidir. Daha doğrusu,
bahariyyələrin yuxarıda təsnif etdiyimiz birinci bölgüsünə
uyğun gəlir. Çünki burada bahar anlamından daha çox
konkret obyektə müraciət və onun lirik tərənnümü var. Aşiq
öz məşuqəsini tərənnüm etmək, tərifləmək üçün onu baharla
müqayisə edir.
Qəzəlin ilk beytində aşiq öz sevgilisini baharda açılan
təzə gülə bənzədir. Düzdür, o, sevdiyi məşuqədən narazıdır,
onu "hali-dili-zar", yəni həmişə ağlayan, inildəyən, ah-nalə
edib sızıldayan görübdür. Bununla belə, Füzuli qəzəlin belə
bir şikayət və qəmlə dolu olan məzmununa sanki bahar donu
geyindirmiş, bahar əhvali-ruhiyyəsi vermiş və nikbinlik ya-
ratmışdır. Burada bahar, təbiət təsvirləri əsas fon yox, gözə-
lin tərənnümü üçün bir vasitədir.
Şair, qəzəlin üçüncü beytində bahar təsvirlərindən isti-
fadə etməklə maraqlı istiarə - metafora yaratmışdır. Yəni
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты,
1992, сящ.29.
161
məşuqənin - "nərgisi-məstin" surəti qədəhdəki gül rəngli
meydə yox, aşiqin qədəh kimi açan gözlərindədir.
Füzuli dördüncü beytdə bahara aid olan "gül-gül", "me-
yi-gülgun", "bir güldən açılmış neçə gülzar" ifadələri ilə
məşuqənin üz-gözündə bahar təravəti olduğunu söyləyir, ma-
raqlı bənzətmə və müqayisə verir.
"Arizin gül-gül edibdir meyi-gülgün tabi" - deyəndə
məşuqənin yanaqlarının gül rəngli meyin təsirindən gül kimi
qızardığını söyləyir. "Bir güldən açılmış neçə gülzar sana"
dedikdə isə şair aşiqin sevgilisinin eşq meyinin təcirindən qı-
zarıb gül kimi olmuş üz-gözünü baharda açılmış gül diyarı
ilə müqayisə edir.
Bizə belə gəlir ki, şair eşq meyindən yanaqları qızaran
məşuqənin ilk məhəbbətini göstərmək istəmişdir. Daha doğ-
rusu, məşuqə ilk məhəbbətin meyindən "dadıb" onun yəqinli-
yini bilən kimi utancaqlıq hissi keçirir, qızarır, lal duyğular
həqiqi məhəbbətin təsiri ilə oyanmağa başlayır. Prof. Əlyar
Sfərlinin dediyi kimi: "Sevgilinin gözəlliyi Füzuli qəzəllərin-
də hüdudsuzdur. Bu gözəllik insanı heyrətə salır, lal edir, fə-
ləkləri yandıran ahlar çəkməyə, bahar yağışları kimi gözün-
dən yaşlar axıtmağa... səbəb olur".
1
Təhlil etdiyimiz qəzəlin sonrakı beytlərində şair gözə-
lin üzünü və dodaqlarını "qönçəvü gülə", qamətini sərvə bən-
zətmişdir. Bu beytdən çıxan nəticə budur ki, gözəlin dodaq-
ları bağda açılan gülün qönçəsi, qəddi-qaməti isə sərv ağacı-
na bənzəyir. Lakin şair aşiqin məşuqəsini bahar təravəti ilə
nə qədər bəzəsə də, onu dilə tutsa da, gözəl də asanlıqla yola
gəlmir. Bir sözlə, aşiqin nəzərində güllü-çiçəkli bahar fəslinə
1
Я.Сяфярли, Х.Йусифов. Гядим вя орта ясрляр Азярбайъан ядябий-
йаты, Бакы, "Маариф" няшриййаты, 1982, сящ.226.
162
bənzəyən məşuqə öz aşiqinin dilindən söylənənləri "kompli-
ment" kimi qəbul edir. Məşuqə ona görə aşiqinə əhəmiyyət
vermir, "xuni-dilü", "dideyi-xunbar" olub, aşiqi ilə "hərəkatü
rəvişü işvəvü rəftar" edir. Naz-qəmzə, şivə eləmək isə məşu-
qənin çoxdankı adətidir. Qəzəlin ümumi mündəricəsində isə
belə bir təzad və kontrast vardır. Üz-gözü gül kimi alışıb ya-
nan, sərv boylu, dodaqları, "qönçəvü-gülə" bənzəyən məşu-
qənin zahirində bahar təravəti hiss olunsa da, öz məhəbbəti
yolunda əzab və iztirab çəkən aşiqin əhvali-ruhiyyəsində bu
hiss olunmur.
Füzulinin qəzəllərinin ayrı-ayrı beytlərində baharla
bağlı bu cür təsvir və tərənnüm hisslərinə çox rast gəlmək
olar:
Həvayi-rövzeyi-kuyin, bahari-gülşəni canım,
Nihali-qamətin sərvim, üzarın yasəmənimdir.
1
Bu beytdə şair baharın təsviri ilə mükəmməl bənzətmə
elementindən istifadə etmişdir. Burada şair az sözlə, sözün
poetik məna yükündən sənətkarlıqla istifadə etməklə böyük
məna ifadə edə bilmişdir. Yuxarıdakı beytdə "həvayi-rövze-
yi-kuyin, bahari-gülşəni canım", "nihali-qamətin sərvim",
"üzarın yasəmənimdir" ifadələri mükəmməl bənzətmədir.
Aşiqin dilindən söylənilən qəzəlin bu beytində göstərilir ki,
sevgilisinin evinin pəncərəsindən gələn hava aşiq üçün bahar
çəmənliyinin, güllük və çiçəkliyin havası kimidir. Aşiqə də
can verən, onu yaşamağa səsləyən elə budur. Aşiq üçün
məşuqənin "nihali-qaməti", yəni cavan qaməti sərvə bənzə-
yir, üzarı-yanaqları isə ətirli yasəməndir. Göründüyü kimi,
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты,
1992, сящ.58.
163
şair bir beytdə bahar fəsli haqqında xeyli geniş təsəvvür ya-
ratmışdır.
Füzulinin şeirlərində rast gəldiyimiz baharla bağlı işlə-
dilən xitablar gözələ olunan müraciətlərdir. Bahar anlayışı
şairin yaradıcılığında həqiqi eşq, məhəbbət, gözəllik anlayış-
ları ilə eynidir. Görəsən, şairin bahara, oyanmış, gül-çiçək
açmış təbiətə bu qədər intensiv müraciət etməsinin sirri nə-
dir? Məlum olur ki, bahar dahi şair üçün həyatdır, svegidir,
ilham mənbəyidir:
Demiş hər qönçəyə aşiqliyim razın səba derlər,
El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
1
Şair burada türkdilli xalqların şifahi təfəkküründə məş-
hur olan "El ağzını tutmaq olmaz", "El ağzı, fal ağzı" aforiz-
mi və bahara aid qurduğu istiarə ilə maraqlı bədii paralel
yaratmışdır: səhər yeli baharda qönçələrin açılması xəbərini
verdiyi kimi, el ağzını tutmaq olmaz və o da bahar fəslində
baş qaldıran aşiqin məhəbbət sirrini bütün aləmə açır.
Füzulinin bahariyyə üslubunda yazılmış maraqlı əsərlə-
rindən biri də "Hansı gülşən gülbüni sərvi-xuramanınca
var?" qəzəlidir. Qəzəldə baharın təsviri ilə məşuqənin tərən-
nümü vəhdət təşkil edir.
Hansı gülşən gülbüni sərvi-xuramanınca var?
Hansı gülbün üzrə qönçə, ləli-xəndanınca var?
Hansı gülzar içrə bir gül açılır hüsnün kimi,
Hansı gül bərgi, ləbi-ləli-dürəfşanınca var?
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты, 1992,
сящ.59.
164
Hansı bağın var bir nəxli, qədin tək barvər,
Hansı nəxlin hasili sibi-zənəxdanınca var?
Hansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,
Hansı bülbülün sürudu ahü əfğanınca var?
1
1
Йеня орада, сящ.61.
165
Sırf məhəbbət mövzusundan bəhs olunan bu qəzəlin
bədii ruhuna elə bil bahar təravəti çilənmişdir. Bu qəzəldə
həqiqi gözəl, həqiqi bir məhəbbət var. Bu qəzəldə bahar nu-
ru, bahar ətri, bahar nəfəsi var, məhəbbət və baharın qovuşu-
ğu, onun poetik həlli var. Burada məhəbbət həyatdır, bahar
isə bu məhəbbətin ilham və enerji mənbəyidir. Bahar donu
geyindirilmiş bu qəzəlin bədii qayəsi, ideya-məzmunu ritorik
suallarla açıqlanır. Aşiqin dilindən deyilən bu qəzəlin birinci
beytində o nə istəyir? İstəyir ki, qoyduğu bu suallara cavab
alsın. Lakin bu ritorik sualların cavabı yoxdur, lakin aşiqin
narahatlığına, onun iztirablarına son qoyulacaq cavab şeirin
bədii qayəsidir.
Bahar gözəllikdir, hər yer güllük, çiçəklikdir, lakin heç
bir güllük və çiçəkliyin lirik qəhrəmanın sevgilisinə oxşar
nazlı-nazlı yeriyən xuraman gözəli yoxdur. Hansı gülün yeni
açılmış qönçəsini məşuqəsinin açılmış dodaqları ilə
müqayisə etmək olar? Qəzəlin ikinci beytində gözəlin hüsnü
gül bağında açılan bir gülə bənzədilir. Sevgilinin inci saçan
dil-dodaqları gülə, gül yarpaqlarına oxşadılır. Lakin bu
zaman üstünlük gözələ verilir.
Qəzəlin üçüncü beytində şair gözəli bağda çoxlu
meyvə gətirən xurma ağacı ilə müqayisə edir. Lakin heç bir
xurma ağacının barı öz formasına görə məşuqənin
çənəsindəki çuxura-zənəxdana bənzəməz.
Qəzəlin son beytindən çıxan nəticə də maraqlıdır: bu
beytdə şair-aşiq özünə müraciət edir ki, bəs hansı "gülşən
bülbülün" nəğmə oxuması aşiqin ah-naləsinə oxşar. Son
beytə qədər bütün beytlərdə aşiq üstünlüyü öz sevgilisinə
verir. Belə gözələ vurulan, ona söz düzüb-qoşan, onun
yolunda narahat olan, ah-nalə qoparan aşiq özünü baharda
166
oxuyan bülbüllə müqayisə edir. Sən demə, aşiq belə
bənzərsiz, bahar qədər gözəl və təravətli məşuqə üçün ah-
əfğan etmir, bülbül kimi oxuyur.
Göründüyü kimi, burada hər şey yenidir, orijinaldır.
Aşiq-məşuq münasibətləri, lirik-intim hisslər bahar fonunda,
təbiət təsvirləri kontekstində həll olunur.
Füzulinin qəzəllərində aşiqin öz sevgilisini gülə, sərvə
bənzətməsi, onun hüsnünə bahar donu geyindirməsi halları
çoxdur. Yəqin bahar elementlərindən, peyzaj təsvirlərindən
istifadə etməklə şair bu fəslin məhəbbət, sevgi dövranı
olduğuna işarə etmişdir. Baharda təbiət oyanıb, hər yer gül-
çiçək açan kimi aşiqin də qəlbində sevgi hissi oyanır, onun
məşuqəsi ilə məhəbbəti gül açır, daha konkret desək, lirik
qəhrəmanın qəlbində bahar fəsli var.
Aşiq oldum yenə bir tazə güli-rənayə,
Ki, salır al ilə dəm məni yüz qovğayə.
1
Yaxud da:
Ey gül, nə əcəb silsileyi-mişki-tərin var,
Vey sərv, nə xoş can alıcı işvələrin var.
2
Füzulinin qəzəllərində bu cür istiarələrlə yaradılan
portret səciyyəli bahariyyələrə çox rast gəlmək olar. Birinci
beytdə aşiq öz sevgilisini "tazə güli-rənayə, - yəni yeni gül
açan, gözəl rahiyəli bir gülə bənzədir. Aşiq isə bülbül olub
bu gülün üstündə öz nəğməsini deyə bilmir, hər an dərd
1
Щикмят хязиняси (Гядим Азярбайъан ядябиййаты мцнтяхябаты).
Тяртибчиляр: Я.Сяфярли, Х.Йусифов, Бакы, "Маариф" няшриййаты,
1992, сящ.378.
2
Йеня орада, сящ.383.
167
çəkir, iztirab çəkir, onun ucbatından "yüz qovğayə" düşür.
İkinci beytdə də aşiq məşuqəni güllə, sərv ilə müqayisə
edir. Burada məşuqə "mişki-tərə" - təzə gül açıb ətir verən
gülə bənzədilir. Lakin sərv boylu bu gözəlin də "can alıcı"
işvələri var və bu ona artıq iztirab gətirir.
Romantik peyzajın ədəbiyyatda rolu və əhəmiyyətin-
dən bəhs edən ədəbiyyatşünas N.Muradəliyevanın fikrincə,
romantik peyzaj lövhələri bədii əsərdə həmişə fəal, psixoloji
və emosional təsir oyadır. Peyzaj-lövhələr yalnız qəhrəman-
ların həyatı, daxili hissləri, əhvali-ruhiyyələri ilə birlikdə
verilir. Daha doğrusu, peyzaj-lövhələr qəhrəmanın psixoloji
qəlb aləmini açmaq üçün bir bədii-estetik vasitə rolunu
oynayır.
1
Buradan göründüyü kimi, yuxarıda etdiyimiz bölgüyə
əsasən bahariyyələrin birinci və ikinci bölgüsü lirik
qəhrəmanın obrazını yaratmaq, onu vəsf etmək, daxili-
mənəvi və psixoloji əhvali-ruhiyyəsini açmaq məqsədilə
işlədilir. Füzulinin bir sıra qəzəlləri sırf bahariyyə üslubunda
qələmə alınmışdır.
Şairin "Seyr qıl gör kim, gülüstanın nə abü-tabı var"
adlı qəzəli bu baxımdan parlaq nümunədir. Bahar əhvali-
ruhiyyəsi bu qəzəlin bədii ruhundadır. Baharın tərənnümü,
lirik qəhrəmanların davranış və hərəkətlərindəki nikbinlik
diqqəti xüsusilə cəlb edir:
Seyr qıl gör kim, gülüstanın nə abü-tabı var,
Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var.
Pənceyi-bərgi çinar etmiş mühəyya şanələr,
1
Н.Мурадялийева. Ядябиййатда романтик пейзаж, Бакы, Йазычы,
1991, сящ.131 (рус дилиндя).
168
Anlamış guya ki, sünbül kakilinin tabı var.
169
Rahət üçün fərş salmış səbzeyi-tər gülşənə,
Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.
Bulunur hər dərdə istərsən gülüstanda dəva,
Həqqəsində qönçənin guya şəfa cüllabı var.
Güldü gül, açıldı nərgis, lalə doldu, jalədən,
Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.
Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, guyiya,
Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var.
Gər Füzuli meyli-gülzar etsə fəsli-gül nola,
Ey üçün xunabeyi-dildən şərabi-nabı var.
1
Bu qəzəl bizim Şərq ədəbiyyatı üçün səciyyəvi olan sırf
klassik bahariyyədir. Qəzəlin ümumi bədii ruhunda bahar
fəslinin sözlə çəkilmiş rəsmi var. Burada baharın təbiət
mənzərəsini çəkən ən mahir tablo ustası-rəssam rəng çalar-
larından necə uyarlı istifadə edərdisə, Füzuli də sözün məna
çalarından, sözün bədii tutumundan o cür sənətkarlıqla
istifadə etmişdir. Qəzəldə baharın sözlə bədii ifadəsi, bədii
rəsmi var. Burada söz-sözə bağlanmışdır. Sözlərin deyili-
şində, misraların axarında təbiət gülür, həyat gülür və lirik
qəhrəmanların lirik-intim məhəbbət hisslərinin oyanması
üçün meydan açılır.
Qəzəlin 1-ci beytinə nəzər salaq: bahardır, seyr qıl,
tamaşa elə gör ki, gülüstanın nə gözəl təravəti var. "Güli-
sirab" ifadəsi ilə şair bahar yağışlarına işarə etmişdir. Bahar
fəslində gülün həm yarpaqlarının üstü, həm də açmış
1
М.Фцзули. Сечилмиш ясярляри, 1992, сящ.71.
170
qönçələrinin ağzında su yığılır. Şair bu təbii hadisəyə
assosiativ bədii don geydirir. Demək olar ki, qəzəlin bütün
beytlərində belə ruh hakimdir. Şeirdə baharın gəlişini elə bil
xalq da öz qalibiyyəti kimi qeyd edir. Belə xoş dövranda eyş-
işrət keçirməyin bir "əsbabı" vardır. Bəs görəsən, lirik
qəhrəman-şairin özü nə üçün kədərlidir? Nə üçün o, tökdüyü
göz yaşını özü üçün "eyş etməyə" xalis, saf şərab hesab edir?
Bahar fəslində hamı kimi, bütün sevgililər kimi, şair də öz
məşuqəsinə qovuşar. Bahariyyədən çıxan nəticə, nikbin ruh,
ideya-bədii qayə bundan ibarətdir. Şair bu bədii qayəni
vermək üçün real həyatda bahar fəslindən, bədii-estetik
anlamda bahariyyədən istifadə etmişdir.
Şairin aşağıda təqdim etdiyimiz beytini prof. Samət
Əlizadə çox maraqlı şəkildə belə təhlil və izah etmişdir:
Rüxun görgəc olur suzi-dəruni dərdi-dil hasil
Bahar əyyamı sıçrar bərqi-rəx-şəndə, səhab oynar.
Açılışı: Üzünü gördükdə dərin yanğı və ürəyin dərdi
hasil olur, - bahar günlərində parlaq şimşək sıçrar, buludlar
oynayar.
Beyt təşbehlər silsiləsi üzərində qurulmuş, insan və
təbiət qarşı-qarşıya qoyulmuşdur: gözəlin üzünün görün-
məsi,- baharın gəlişi: sinədəki yanğı-çaxan şimşək; ürəyin
dərdi-buludlar. Sevgilisinin üzünü gördükdə aşiq üçün bahar
gəlir; lakin bu onun öz baharıdır; köksü od tutub yanır,
qəlbini qəm-qüssə buludları bürüyür...
1
Füzuli "Bağə girdim, səri-kuyin anıb əfğan etdim",
"Bağə gir bülbülə ərzi-güli-rüxsar eylə" misraları ilə
1
C.Ялизадя. Шащ бейтляр, Азярбайъан Дювлят няшриййаты, Бакы,
1995, сящ.80.
171
başlanan qəzəllərində də bahariyyədən sənətkarlıqla istifadə
etmişdir.
Qeyd etdiyimiz kimi, Füzulinin bir sıra qəzəllərində
bahariyyələr bədii zaman bildirmək məsqsədilə qələmə
alınmışdır. Şairin farsca yazdığı "Bahar əyyamıdır gəlməz
nədəndir şurə bülbüllər" qəzəli bu baxımdan səciyyəvidir:
Bahar əyyamıdır gəlməz nədəndir şurə bülbüllər,
Məgər düşmüş lətafətdən könüllər şad edən güllər.
Çiçəklər ətir saçdı, nazəninlər seyri-bağ etməz,
Açılmış gülləri yekər pərişan etdi qafillər.
Əgər eşq əhli etməzsə, gözəl məhrulərə rəğbət,
Nə lazımdır bu ziynət, bu gözəllik, bu qəra tellər?
Könüllər bəs neçin gülzarə bağlanmaz bu məsimdə,
Məgər zənciri-zülfün açmamış gülşəndə sünbüllər?
Könül qönçə kimi yüzlərcə qəmlə, bax, düyünlənmiş,
Budur müşkül ki, dövran naz edir açdıqca müşküllər.
1
Bahariyyə formasında yazılmış bu qəzəl şairin başqa
bahariyyələri ilə müqayisə edilərsə, burada Füzulinin bədii
zaman yaratması aydın görünmüş olar. Bədii zaman və
məkan yaratmaq da şairin yaradıcılığında bir məqsəddir. Bu
ruhlu bahariyyələrdə şair çoxşaxəli məqsəd izləyir. Baharın
poetik tərənnümünü verir, bahar atributları ilə insan atribut-
larını eyniləşdirir. Bahar anlayışları ilə lirik qəhrəmanlara
müraciət edir və müəyyən zaman çərçivəsində müxtəlif
hadisələri bədii surətdə əks etdirir.
1
М.Фцзули.Сечилмиш ясярляри, Бакы, 1992. сящ.189.
172
M.Füzuli öz qəsidələrində də bahariyyələrdən mə-
harətlə istifadə etmişdir. Şairin "Həva ərayiş-gülzarə oldu
çəhragüşa, Bahar gülşənə geydirdi hilleyi-xəzra" beyti ilə
başlanan, habelə "Bahar", "Gül" qəsidələri bahariyyələrin
yüksək sənətkarlıqla yazılmış nümunələri baxımından
diqqəti cəlb edir.
Maraqlıdır ki, Füzulinin istər qəzəl, istərsə də qəsidə
janrında yaratdığı bahariyyələrin əsasən çoxu rəməl bəhrində
yazılmışdır.
FAil Atün, FAil Atün, FAil Atün, FA iLün. "Rəməl"
sözü ərəbcə dəvənin ləngərli yerişindən, ritm və ahəngindən
götürülmüşdür. Əzəmət, vüqar ifadə edən rəməl bəhri
buradan götürülmüşdür."
1
Füzulinin "Həva ərayisi-gülzarə oldu çöhrəgüşa"
misrası ilə başlanan qəsidəsində bahariyyə ruhu çoxdur. Yəni
burada həyat əsasən bahar fonunda təsvir və tərən-nüm
olunur. Şairin "Bahar" və "Gül" qəsidələrində isə bahariyyə
fonunda daha çox ictimai-fəlsəfi motiv verilmişdir. Təbiət və
insan gözəlliyi bu qəsidələrin əsas ideyası və məzmununu
təşkil edir. "Bahar" adlı məşhur qəsidəsində deyilir:
Qıldı dəfi-qəm dili-üşşaqdan zövqi-bahar,
Ah kim, göstərdi eşq əhlinə dövran hicri-yar.
Sakini xümxanə peyda qıldı şövqi-seyri-bağ,
Gəldi ol dəm kim, qıla biçarələr tərki-diyar.
Dustlar, əyyami-gül olsaydı həngami-sürür,
Rəd nalan dəmbədəm qılmazdı əbri-əşkbar.
1
Мир Ъялал, П.Хялилов. Ядябиййатшцнаслыьын ясаслары, "Маа-
риф" няшриййаты, Бакы, 1988. сящ.113.
173
Fəsli-gül təbində əmniyyətdən olsaydı əsər,
Qərqi-xuni-laləzar olmazdı tiği-kühsar...
1
Füzulinin "Leyli və Məcnun" poemasında da bahariy-
yələrdən poetik sənətkarlıqla istifadə olunmuşdur. Lakin
burada da şair bahariyyələrdən əvvəlcə epizodik şəkildə is-
tifadə etmişdir. Çünki belə epizodlarda baharın geniş təbiət
təsvirlərindən daha çox lirik qəhrəmanlara müraciət
məqsədilə istifadə edilmişdir. "Leyli və Məcnun"
poemasında "Bu sifəti - Məcnundur və ibtidai-möhnəti-
füzundur" fəslində verilmiş bahariyyə bu baxımdan
xarakterikdir:
Bir dilbəri-sərvqəddü gülruy,
Sərvi-xoşu gülrüxu səmənbuy
Şiirin ləbi-mənşəi-lətafət,
Rəna qədi-durduğu ilə afət...
Şəhla gözü-nərgisi pürəfsun
Ziba qaşı-nərgis üzrəgi nun
Hüsni güli-laleyi-şəfəqfam,
Zülfi xəmi-lalə üzrəgi lam...
2
Göründüyü kimi, burada bahara aid verilən anlayışlar
və təbiət təsvirləri lirik qəhrəmanın tərənnümü üçün
müqayisə ilə verilən portret-bahariyyədir. Çünki burada
baharın elementləri vasitəsilə bahar fəsli yox, daha çox lirik
qəhrəmanın özü dərk olunur: "Sərv boylu, gül üzlü bir dilbər,
gül yanaqlı, yasəmən qoxulu qəşəng bir sərv... Şəhla gözü-
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, Йазычы, 1984, сящ.137.
2
М.Фцзули. Лейли вя Мяънун, Бакы, Эянълик, 1993, сящ.119.
174
ovsunçu nərgiz, gözəl qaşı-nərgiz üstündə nun. Hüsnünün
gülü-qırmızı lalə, saçının əyrisi-lalə üstündə lam... dodağının
ləli-naz çeşməsinin suyu... O dərəcədə gözəl bir təbiət idi
ki,..."
1
"Leyli və Məcnun" poemasında "Bu Leyliyə Məcnun
güzərdə müqabil olduğudur və gün müqabilində hilali-mehri
bədri-kamil olduğudur" fəsli bədii zaman və məkan, eyni
zamanda lirik qəhrəmanın portretini yaratmaq baxımından
klassik bahariyyədir:
Bir gün ki, bahari-aləməfruz.
Vermişdi cəhanə feyzi-novruz.
Salmışdı niqab çöhrədən gül,
Çəkmişdi sürud-nalə bülbül.
Şəbnəm meyi-nabı ilə lalə.
Doldurmuş idi qızıl piyalə...
Hər yan dedilər ki: "Ey bəlakeş,
Gül çağıdır, olmagil müşəvvəş..."
2
Bu fəslin nəsr variantını vermək fikrimizi əyani şəkildə
açıqlamaq üçün daha məqsədəuyğundur:
"Bir gün dünyanı işıqlandıran bahar günəşi aləmə
novruz feyzi vermişdi, gül üzündən örtüyünü salmış, bülbül
ağlar mahnısına başlamışdı... Bir neçə vəfalı yoldaş şikəstə
Məc-nunun ağlar görüb hər yandan dedilər ki: "Ey bəlakeş,
gül çağıdır, iztirab keçirmə. Bu fəsildə adam gərək şad ola,
qayğıdan, bəla və qəmdən azad ola... Gül kimi sinəni yırtma.
Çəmən kimi torpağı yataq eləmə... Bəlkə bu növbahar fəs-
lində seyrdə sevgilinin vüsalı qismət ola". Dərdli Məcnun
1
М.Фцзули. Лейли вя Мяънун (няср вариантына чевиряни:
С.Ялийев). "Маариф" няшриййаты, Бакы, 1991, сящ.53.
2
М.Фцзули. Лейли вя Мяънун. Бакы, Эянълик, 1993, сящ.32.
175
ayağa durdu, seyr üçün səhralara baş vurdu... Gah çəmənliyə
sirr açar, gah laləyə min-min dualar edərdi... Nərgizin
gözünə nəzər salar, yarının gözünü anıb, ah edərdi... Bənöv-
şəyə könül dərdini söylərdi ki, yarını görsə ona söyləsin.
Halını bülbüllərə, möhnət və məlalını qumrulara şərh edərdi.
Hər türfə çiçək gördükcə ah çəkib, mənzil-mənzil gəzərdi,
birdən yolu bir mənzilə düşdü ki, yarı orada seyr edə idi.
Leyli, şikəstə Məcnundan əvvəl bir neçə pəri üzlü həmdəmlə
o düzənliyə güzar eləmiş, gülün, lalənin, üstünə kölgə
salmışdı. Bir yaşıllıqda yaşıl bir çadır qurmuşdu, ay çəmən-
liyin ortasında halə qurmuşdu. O çadır qönçə kimi idi, o ay
da içində gül yarpağı kimi. Leyli Məcnunla üz-üzə gəldi,
dərd seli qəm dəryasına yetişdi...
1
Əlbəttə, bu cür poetik sənətkarlıqla qurulmuş bahariyyə
şeirləri öz bədii keyfiyyətləri ilə bərabər, həm də poemanın
bədii strukturunu təşkil edən kompozisiya elementi kimi də
diqqəti cəlb edir. Belə bahar təsvirləri əsərə həm də
oxunaqlıq, gözəllik və lirik tərənnüm hisslərinin geniş şəkil-
də verilməsi üçün bədii enerji rolu oynayır. Bu isə Füzuli
yaradıcılığında ümumiyyətlə sözün potensial enerji
yükündən, məna tutumundan maksimum sənətkarlıqla isti-
fadə etməkdən irəli gəlir.
Poemada "Bu, Leylinin bahar əyyamı seyri-gülzar
etdiyidir və gülzarda muradına yetdiyidir" fəsli də
bahariyyənin yüksək poestetik təsvir və tərənnümü
baxımından diqqəti cəlb edir:
Bir gün ki, bahari-aləmaray
Zövq əhlinə oldu rahətəfzay,
1
М.Фцзули. Лейли вя Мяънун (няср варианты), "Маариф" няшрий-
йаты, Бакы, 1991, сящ.53-54.
176
Ayineyi-dövrdən gedib cəng
Dövr etdi zəmini asimanrəng.
Feyzi-şəbi-kimiya əsərdən,
Təsiri-şəmameya-səhərdən,
Açıldı xəmi-bənövşədən tab,
Şəbnəm gülə saçdı löləi-nab,
Gülzarə həva əbir tökdü,
Səhrayə ğübari-mişk çökdü.
Yağdırdı səhab jalə daşın,
Ol daş ilə yardı ğönçə başın,...
Səbzə gülə verdi mişk bacın,
Gül səbzəyə mülkünün xəracın...
1
Əlbəttə, bahariyyəni bütöv də nümunə şəklində vermək
mümkündür. Lakin diqqəti cəlb edən sözdən istifadə etmək
məharətidir. Burada nəinki sözü sözdən, hətta misranı
misradan ayırmaq çox müşküldür. Şeirdə sözlər az qala
özləri də elə bil dil açıb danışır, gül açıb ətirlənir. Təbiətin
özündə bioloji mənada təbiilik, qanunauyğunluq olduğu
kimi, şeirdə də qüvvətli bir lirizm, bədii-məntiqi ardıcıllıq və
beləliklə də baharın tam şəkildə təsvir və tərənnümü var.
"Bənövşənin əyri boynundakı büküyün açılması",
"hava gülzarı xoş qoxu tökdü", "bulut jalə daşını yağdırdı",
"qönçə o daş ilə başını yardı", "qönçə qaş-göz elədi, gül
adına min müəmma açdı", "Ruzigar yaşıllıq bəzəyi ilə yeri
göyə bənzətdi" və sair kimi bədii assosiativ tapıntılar şeirə
real, təbii həyatda olduğundan qat-qat çox cazibədarlıq,
təbiilik gətirir.
Sözlə rəsm olunan bu bahariyyədə həyat oxucu üçün
1
М.Фцзули. Лейли вя Мяънун, Бакы, Эянълик, 1993, сящ.65.
177
daha çox gerçək, təbii və obyektivdir. Füzuli bu cür
bahariyyə təsvirlərində sanki zərgər dəqiqliyi ilə "iş görür",
sözləri seçir, təbiətin həmin hadisəsinə ən uyğununu və uyar-
lısını seçir. "Bulut jalə, daşını yağdırdı", "qönçə o daş ilə
başını yardı", "qönçə qaş-göz elədi" və s. metafora və
frazeoloji ifadələr baş verən və mikroskopik müşahidə
obyekti olan təbiət hadisələridir. Füzuli isə bunları öz
pərəstişkarlarına bədii sənət mikroskopunda böyüdərək
təqdim edir. Belə şeirlərdə həm real, həm də ictimai mənada
həyat var, gözəllik var, ən başlıcası isə hamını məftun edən
cazibədar Füzuli sənəti var.
Füzulinin poemalarında bahariyyələr yuxarıda deyildiyi
kimi, həm də kompozisiya elementidir. Bu şeirlər poemanın
ideya bədii qayəsi, bədii forması ilə üzvi vəhdət təşkil edir.
"Leyli və Məcnun" poemasında sevən aşiqlərin ən yaxşı
əhvali-ruhiyyələrini, tanışlıq və görüş səhnələrini əks etdirən
bahariyyələri poemadan çıxarsaq, o zaman əsərin
kompozisiyasına xələl gələr və zəifləyər.
Şairin "Söhbətül-Əsmar" poemasında verilən bahariyyə
də bu baxımdan diqqəti çəkir:
...Çün nəşvü nüma bulub çəmənlər,
Çak etdi nəbat pirəhənlər.
Mey nəşə ilə əyan çəkdi,
Nərgis ki, göz açdı bağə girdi,
Bir baxmağılan özün itirdi.
Köçgərdan olub bənövşəyi-zar,
Bir nəşeyi meylə oldu xummar.
Qönçə yaxasını eylədi çak,
Bülbül baxuban olub fərəhnak.
Bağ içrə açıldı qırmızı gül,
178
Başladı eninü nalə bülbül.
Əlqissə, fəzalənib çəmənlər,
Xoş, tazə geyindi yasəmənlər...
1
Göründüyü kimi, bu şeirdə baharın sözlə ifadsi, bədii
tərənnümü vardır. Bahar vaxtı göy çəmənlərin göyərməsi,
nəbatın köynəyinin parçalanması, yırtılması (yetişmək
mənasında), "nərgiz gülünün göz açıb bağə girməsi (nərgizin
açılması)," "əyri boyun bənövşələrin, öz örtük və
pərdəsindən çıxması", "qönçənin yaxasının açılması", "bunu
görən bülbülün şad olması və oxuması", "yasəmənlərin təzə
geyinməsi və s. kimi metaforik ifadələr həqiqi sənətkar
qələminə məxsus təbiət təsvirləridir. Lakin bu şeirdə təbiət
emprik müşahidə ilə təsvir olunmur, təbiət cilalanmış sözlə
bəzənir və rəsm olunur, elə bil dil açıb danışır. Bülbül
Füzulinin sənət dilində oxuyur, qızılgül qönçəsi Füzulinin
bədii dili ilə açılır və ətir saçır.
Prof. Mir Cəlal yazırdı: "Füzulinin bir sıra təbiət
təsvirlərində yalnız bir aşiq ruhu deyil, böyük bir insanın
yüksək həyat zövqünü görürük. Gül, gülüstan, sərv və
sərvistan, fərdi bir eşq aləmi yox, həyatın tükənməz və gözəl
neməti kimi təsvir olunur. Bu təsvir insanı həyata, nəşəyə,
yaşamaq havasilə uçmağa çağırır. Bundan əlavə, Füzulinin
peyzajlarında təbiət gözəlliyinin ifadəsi yalnız ayrı-ayrı
ünsürlərin tərif və vəsfi ilə verilir. Bəlkə əlvan təbiət yalnız
lalədə, nərgis və ya bülbülün ilhamından ibarət qalmır.
Oxucu şeirin istiqamətilə gedərək sanki təbiət döşündə
1
М.Фцзули. Сечилмиш ясярляри, Бакы, "Шярг-Гярб" няшриййаты,
1992, сящ.316-317.
179
gəzir."
1
M.Füzulinin bahariyyələrində sənətkarlıq məsələləri
daha
ətraflı öyrənilməlidir.
Şairin yaradıcılığında
bahariyyələrin təhlili və tədqiqi Füzuli sənətinin sirlərini,
onun bədii-poetik xüsusiyyətlərini bir daha dərindən
öyrənmək üçün ətraflı bilgi verir.
Müasir şeirimizdə də yeni-yeni janrlar, formalar
yaranmaqdadır. Bunlardan biri h i m n d i r . Himn – yunan-
ca: humnos – mədh, tərif, alqış və s. mənada işlənir. İctimai-
siyasi lirikanın nümunəsi olan himnlər öz məzmununa görə,
dövlət əhəmiyyətli, inqilabi, hərbi, dini xarakterli olur. Hər
hansı bir tarixi hadisənin və qəhrəmanların şərəfinə də himn
yazıla bilər. Qədim yunanlar Apollonun, Dionisin şərəfinə
himnlər yazmışlar.
Himn insanlarda vətənpərvərlik, qəhrəmanlıq
hisslərinin formalaşmasında, bu ruhda tərbiyə olunmasında
fövqəladə əhəmiyyətə malik bir şeir şəklidir. Bunun
vasitəsilə oxucularda vətənə məhəbbət, sədaqət, onun
mənafeyinə xidmət etmək kimi ali hisslər yaranır, formalaşır.
Təntənəli mahnı mənasını verən himnlər insanlarda ən ali
vətənpərvərlik hissi olan qəhrəmanlıq xarakterinin
formalaşmasında mühüm rol oynayır.
Fransızların «Marselyoza»sının təsiri ilə xalq kütlələri
səfərbər olunmuş və nəticədə böyük Fransa inqilabı baş
vermişdir. «Marselyoza»nın ilkin adı «Reyn ordusunun hərbi
mahnısı» olmuşdur. Sonralar isə marsellilərin marşı
adlanaraq Fransanın ən populyar mahnısına çevrilmişdi.
Daha sonralar Potyenin yazdığı «Internasional» bütün
1
Мир Ъялал. Фцзул сяняткарлыьы, АДУ няшриййаты, Бакы 1958.
сящ.88.
180
dünya zəhmətkeşlərinin himninə – təntənəli mahnısına
çevrilmişdi. Keçmiş Sovet İttifaqının və ayrı-ayrı müttəfiq
respublikaların ayrıca himnləri mövcud idi. Lakin
Azərbaycan respublikası 1991-ci ildə dövlət müstəqilliyi əldə
edəndən sonra kütlələri müstəqil dövlətimiz ətrafında
səfərbər edən himnə ehtiyac duyulurdu. Çünki müstəqil
dövlətimizin əsas simvollarından olan dövlət himnimiz
dövlətçiliyimizin atributu kimi əhəmiyyətlidir.
İndi sözləri Əhməd Cavada, musiqisi Üzeyir
Hacıbəyova məxsus himnimiz müstəqil, azad, demokratik
dövlətimizin varlığının simvoludur, atributudur:
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətən!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbi meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
181
Dostları ilə paylaş: |