Baba babazadə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix03.04.2017
ölçüsü0,96 Mb.
#13205
1   2   3   4   5   6   7   8   9   10   11

SƏRBƏST VƏZN 

 

Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz 



tərəfindən tez-tez işlədilən vəznlərdən biri də s ə r b ə s t  şeir 

vəznidir. Sərbəst  şeirin adından da göründüyü kimi, heca 

vəznində  tələb olunan texniki şərtlərə burada tam şəkildə 

əməl olunmur. Sərbəst  şeirdə yazan şair  şeirin ölçü, bölgü, 

qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu o 

demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə 

olunmur. Sadəcə olaraq, sərbəst  şeirdə qafiyə, ölçü, bölgü, 

misraların həcmi, hecaların misralardakı sayı, ahəngi 

tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca 

vəznində iki və daha artıq misralar arasında və ya çarpaz 

şəkildə  işləndiyi halda, sərbəst  şeirdə qafiyə ardıcıl  şəkildə 

deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə 

sərbəst şeirdə dalbadal da işlənə bilər.  

Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da 

müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralar-

dan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər. 

Lakin  şeirin hansı  vəzndə yazılıb yazılmamasından asılı ol-

mayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional 

təsviri  əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan 

şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına  əməl olun-

malıdır. Buradan belə  nəticəyə  gəlmək olar ki, sərbəst  şeir 

anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam 

sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst  şeirdə 

misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya, 

məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də 

qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü, 

poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazı-

 

 



77

lan şeirlər üçün əsasdır.  

Azərbaycan  şeirində  sərbəst vəznin inkişafı  əsasən 

1920-1930-cu illərdən başlayır. Lakin sərbəst  şeir yarandığı 

vaxtlardan müxtəlif mübahisələrə  səbəb olmuşdur. Sərbəst 

şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən 

zəif  şəkildə yazılmış  nəzm nümunələrini də poetik fikrin 

uğuru kimi gələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə 

kimi  şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan 

belə  sərbəst  şeir nümunələri hələ o zaman tənqid və 

ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı.  

Sərbəst  şeir sahəsində yaranan mübahisələr tamamilə 

haqlı  və  təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun, 

R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla, 

bir çox gənc yazanlar sərbəst şeirə onun adına uyğun olaraq 

tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri, 

formal cəhətlərinə  əsas önəm verən bir çox sərbəst  şeir 

yazanlarının  əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil 

nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə  məzmunsuz idi. 

Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst  şeir 

hesab olunurdu. Bütün bunlar isə  sərbəst  şeirin poetikasını 

kifayət qədər bilməməkdən, gənc  şairlərin ifrat dərəcədə 

formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi.  

Sərbəst  şeirin ilk təşəkkül dövrlərində S.Vurğun «Ap-

rel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport», 

«Ölən  şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı 

sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır. 

Lakin S.Vurğunun  şeirlərində hansı  vəzndə yazmasından 

asılı olmayaraq qüdrətli  şairin duyğularının, hisslərinin 

yüksək poetik dillə ifadəsini görürük. «Hansı  vəzndə 

yazmasından asılı olmayaraq S.Vurğunun  şeirləri həmişə 


 

 

78



coşğun bir ilhamın və odlu bir ürəyin çırpıntılarından 

yaranırdı»

1

.  


İncə bir bahar buludunu andıran  

və gəncliyi  

bir göl kimi dalğalandıran  

mavi gözlərə  

Yazdığım dastanlar. 

Vərəmli və sıtmalı gecələrimi  

günəşli gündüzlərə döndərdim. 

Bu gün məndən uzaqsınız. 

Sizi mən  

ölən  

günlərin heçliyinə  

öz əlimlə göndərdim.  

«Dürrənin səsi»,  

«Dilcan dərəsi», 

«Gözəllərim»,  

«Qəzəllərim», 

… lərim…, lərim…  

və nələrim… 

Artıq gözlərimdən uzaqlaşdınız; 

Ölən bir cahanla siz  

gülüşsüz qucaqlaşdınız…  

(S.Vurğun) 

 

S.Vurğun burada «andıran», «dalğalandıran», 



«döndərdim», «göndərdim», «səsi», «dərəsi», «Qəzəllərim», 

«lərim», «nələrim», «uzaqlaşdınız», «qucaqlaşdınız» kimi 

                                                           

1

 Ъ.Абдуллайев. Сямяд Вурьун поетикасы. Бакы, Эянълик, 1976, сящ. 



131.  

 

 



79

sözlərdən istifadə edərək, qüvvətli qafiyələr yaratmışdır. 

Əsas cəhət budur ki, şair sərbəst  şeirin formalist tərəflərinə 

uymamış, misraları, qafiyələri poetik fikrin ifadəsinə tabe 

tutmuşdur.  

Sərbəst  şeir yarandığı ilk illərdə  vəznin tələblərinə 

uyğun olaraq orada müraciət, bədii xitab, tribunluq özünü 

daha çox göstərirdi. Sərbəst şeirdə özünü göstərən bu çağırış 

ruhu, şüarçılıq daha çox ictimai-sosial tələbdən irəli gəlir və 

məzmuna çevrilirdi. Lakin hər hansı amildən asılı olmayaraq 

poetik sənətkarlıq, fikrin şairanə, obrazlı ifadəsi hər  şeydən 

əsas olmalıdır. Hələ  gənc yaşlarından fitri istedadı ilə 

parlayan S.Vurğunun sərbəst  şeirləri məhz poetik dil 

baxımından diqqəti cəlb edirdi. 



… Belə bir gündə  

mavi buludların rənginə uymaq 

və gecələrin sarımtıraq, 

Çarpışaraq görünüşündə  

həyat duymaq  

Yaramaz!.. 

Odur ki, mən  

Siniflər döyüşündən törənən  

bir əsgər kimi,  

Şeirlərimi şüarlara döndərirəm, 

Onları son döyüşün  

ilk cəbhəsinə göndərirəm.  

 

Göründüyü kimi, S.Vurğun şeirin özündə də onun şeir-



inin, sözlərinin şüarlara «döndərilməsini» etiraf edirdi. Lakin 

şeirdə  şüarçılıq, hay-küy yox, onun məzmunundan doğan 

çağırış, oyanış ruhu hiss olunur. Şairin şeirdə yaratdığı ritm, 


 

 

80



tapdığı qafiyə, bədii dildən istifadəsi diqqəti xüsusilə  cəlb 

edir. Belə ki, «mtraq» dilimizdə o qədər də aktiv 

sözdüzəldən  şəkilçi hesab olunmur. Şair bu şəkilçini «sarı» 

sifətinə artıraraq azaltma dərəcəsi yaratmış  və «sarımtraq 

gecələr» kimi təşbeh yaratmışdır. Bundan sonra isə «sarım-

traq», «uymaq», «duymaq» kimi uğurlu qafiyələr işlətmişdir. 

Şeirdə  işlənən «döndərirəm», «göndərirəm» kimi tam 

qafiyələr də ritmin vəhdətinə, məzmunun dərkinə xüsusi 

xidmət göstərir.  

Sərbəst vəzn  şeirimizdə yeni olduğu üçün bəzi gənc 

qələm sahibləri yenilik axtarmaq, yenilik yaratmaq naminə 

inadkarlıq göstərir,  şeiri eksperimentə çevirirdilər. Belə 

şeirlərdə hisslərin təsvir və  tərənnümündən daha çox 

formalizmə, abstrak düşüncəyə, rabitəsiz fikirlərə üstünlük 

verilir. Odur ki, 1920-1930 və  hətta 40-50-ci illərdə belə 

qələmə alınan sərbəst şeirlərdə ənənə və novatorluq prinsipi 

pozulur və  şeir klassik dəyərlərdən, milli-xəlqi hisslərdən 

uzaqlaşırdı. Sonralar gördüyümüz kimi, S.Vürğün sərbəst 

şeir yazmaqdan uzaqlaşmış  və  ən dəyərli  əsərlərini də heca 

vəznində yazmışdır. Tədqiqatçıların doğru qeyd etdikləri 

kimi, sərbəst şeir, demək olar, XX əsrin 50-ci illərinə qədər 

özünün tam xəlqi-milli formasını tapa bilməmişdi.  

Bir sıra sərbəst şeir yazarları sərbəst şeiri qafiyənin ol-

maması, misraların bilərəkdən sındırılması, ahəngin ol-

maması kimi başa düşürdülər. Onların bir çoxu unudurdular 

ki, sərbəst şeirdə qafiyə bədii fikrin daha vurğulu, emosional 

ifadəsi üçün gərəkli olan başlıca faktordur. Bu zaman şair 

poetik fikri qafiyələrin axınında məhdudlaşdırmır,  əksinə, 

qafiyəni fikrə tabe tutur. Hətta bəzi gənc şairlərin şeirlərində 

sərbəstlikdən sui istifadə edilərək, təfsilata,  əhvalatçılığa, 

 

 

81



uzunçuluğa yol verilirdi. Bu isə  şeiri hansı  vəzndə yazıl-

masından asılı olmayaraq zəif, sönük şəklə salırdı. Bunun 

nəticəsi idi ki, sərbəst  şeirdə yazmağa başlayan  şairlərin 

demək olar, çoxu ümumiyyətlə, bədii yaradıcılıqdan 

uzaqlaşdılar. Poetik istedadın azlığı,  şeirdə formalizm 

cəhdləri, sərbəst  şeiri tam sərbəstlik kimi anlamaq yaradı-

cılıqda uğursuzluqla nəticələndi.  

M.Müşviq sərbəst vəzndə  qələmə aldığı  şeirlərində  də 

heca vəzninin poetik xüsusiyyətlərindən müvazi şəkildə 

istifadə edirdi. O, həm sərbəst  şeirin forma cəhətlərindən 

istifadə edir, həm də, ahəng, bölgü, qafiyə baxımından  şeirdə 

axıcılıq, oynaqlıq yaradırdı: 



… Nə xoşdur bir hiss kimi qəlblərə girmək  

səssiz – sorğusuz.  

Bütün fənalıqları yıxıb devirmək  

qara-qorxusuz 

Mən qarşımda yamyaşıl çollər görürəm,  

Qeyrətli, bacarıqlı ellər görürəm. 

Görürəm o dağdakı toyu, düyünü 

yeni səhnədə. 

Görürəm Tərtərhesin köpürdüyünü  

polad dəhnədə. 

Mənimki onlardadır, onlar da ancaq  

bizə tərəfdir.  

Əvət, bu insanların şairi olmaq 

böyük şərəfdir.  

Mən bir dövrdəyəm ki, tunc qanadlanır, 

Qara daşın, mərmərin köksü atlanır,  

Boylanır qabağımda böyük bir əməl,  

ucalır başım. 

 

 

82



Fərəhlə seyr edincə, şeirimdən əvvəl  

axır göz yaşım.  

 

Sərbəst  şeirə aid yuxarıda verilən nümunələrdən də 



göründüyü kimi, ictimai həyatın tələblərinə uyğun olaraq bu 

vəzndə yazılmış  şeirlərdə tendensiyaçılıq, sinfi mübarizə 

ruhu, gələcəyə çağırış motivləri daha güclüdür. Lakin 

istedadlı  sənətkar təkcə  məzmunu tribunçuluğa,  şüarçılığa 

çevirməklə kifayətlənmir, bu ideyanın obrazlı dillə 

çatdırılmasına çalışırdılar.  

Azərbaycan  şeirində  sərbəst vəznin  ən yaxşı 

nümunələrini R.Rza yaratmışdır. Görkəmli şair hər hansı bir 

hadisəni, əhvalatı, etdiyi müşahidəni asanlıqla sərbəst  şeirin 

məzmununda verə bilirdi. Görkəmli aktyorumuz H.Ərəb-

linskinin xatirəsinə həsr etdiyi şeirində olduğu kimi: 

Danimarka prinsi  

nələr gördü, 

nələr çəkdi. 

Xəyanət riya.  

Şəhvət düşkünlüyü. 

Ümid, sevinc beşgünlüyü.  

Yazıq sənə, Hamlet,  

Yazıq, qəmli, filosof! 

Bir dəfə öldürdülər səni  

uzaq-uzaq keçmişdə. 

Bir də böyük aktyorla 

bir gündə; 

sirri açılmayan  

günah üstündə.  

 

 



 

83

Şeirdəki sənətkarlıq göz qabağında olub, açıq-aydın 



sezilir. Adi hadisəyə, hadisə ilə bağlı aldığı təəssürata R.Rza 

bədii-fəlsəfi məna vermişdir. Şeirdə istifadə olunan qafiyələr 

söz yaradıcılığı  və poetik fikrin məqamında işlənməsi 

baxımından diqqət çəkir.  Şeirdə «düşkünlüyü» sözünə 

tapılan «beşgünlüyü»  şair tərəfindən  şeirimizdə ilk dəfə 

işlədilən  ən uğurlu qafiyədir. Burada sözlər, ifadələr, 

misralardakı fikirlər məntiqi ardıcıllıqla verilir və  bədii 

mətnin tamamlanmasında, fikrin yığcam, lakonik 

verilməsində mühüm rol oynayır.  

Şeirdə yenilik, yeni söz yaratmaq, onu qafiyədə 

işlətmək, fikrin bədii-fəlsəfi yozumu, adini qeyri-adi şəkildə 

vermək R.Rzanın sərbəst  şeirlərində  ən  əsas sənətkarlıq 

xüsusiyyətidir.  Şair hamının dediyini təkrarlamır, başqa cür 

deyir, həm də gözlənilməz tərzdə deyir. Bu isə onu göstərir ki, 

şair sərbəst  şeirin imkanlarından uğurla, maksimum 

sənətkarlıqla istifadə edir. Şair yalnız sözdə, qafiyədə, 

vəzndə yox, fikirdə, onun ifa tərzində yenilik edir.  

Bəsti – Bəsti idi, 

Sürəyya – Sürəyya! 

Adları yazmaq olsa da bir sıraya, 

hər insan təkraredilməz bir fərddir.  

Nə bir-birinin eyni, 

nə surəti, nə əvəzidir.  

Bu şərtdir.  

 

Göründüyü kimi, şeirin yeddi misrasında cəmi iki 



qafiyə  işlənmişdir. «Fərddir», «şərtdir» qafiyələri poetik 

fikrin tamamlanmasında istifadə olunan ən uğurlu qafiyələr 

kimi diqqəti cəlb edir.  


 

 

84



R.Rzanın sərbəst vəzndə yazdığı şeirlərinin sənətkarlıq 

xüsusiyyətləri çoxçeşidlidir. Onun şeirləri sadəcə olaraq 

vəzndə zahiri yenilik deyil, dildə, fikirdə, fonetik 

kombinasiyalarda, bədii təsvir və ifadənin yeniliyində, no-

vatorluğundadır. Şairin şeirlərində poetik fikrin episentrində 

işlədilən qafiyələr bir-birini izləyir, səslərin alliterasiyası 

şeirə ritmik-melodik ton gətirir.  

Nə payızdı, 

nə qışdı…  

Bir çinar qurumuşdu. 

Nə suyunu kəsdilər onun,  

nə üstünə kölgə düşdü.  

Ağac ayaq üstə qurumuşdu.  

Nə yarpaqları saraldı,  

saplağı sınmış kimi.  

Nə xəzəli töküldü 

Yuvasından uçan quş kimi. 

Elə bil ki, gövdəsi üşümüşdü. 

Çinar, beş yüz ildən bir az, 

bircə yaz,  

az 

yaşadı.  

  

Müasir dövrdə  Ə.Kərim, F.Qoca, F.Sadıq və başqa 



onlarla gənc  şairlərimiz sərbəst vəzndə  ən gözəl  şeirlərini 

yazıb yaratmışlar. Lakin sərbəst vəznin sərt tələblərindən 

hamı  uğurla çıxa bilməmişdir. Çünki ənənəvi poeziya 

qanunlarını pozub onun əsasında, onun əvəzində sərbəst şeir 

yazmaq, formalistik etmək yox, novatorluq etmək deməkdir. 

Bu isə ənənəvi formada – heca vəznində yazmaqdan qat-qat 

 

 

85



çətindir.  

Ə.Kərimin «Şair» adlı şeiri həm onun özünün, həm də 

R.Rzanın sərbəst  şeirdə orijinal bir sənətkar olduğunu bir 

daha göstərir.  



 

 

86



Dünyada çoxdur şair. 

Necə sayım onların hamısını birbəbir.  

Şair var ki, ömrünü 

Başlamamış bitirir.  

Cansız əsəriylə bir, 

Ömrünü də itirir.  

Şair var ki, ümidi  

Qafiyəyə, vəznədir.  

Şair var ki, özünü 

Başqasına bənzədir. 

Amma şair də var ki,  

Zamanın doğma oğlu; 

İdrakın zirvəsindən,  

Hissin yanğınlarından  

Keçir şeirinin yolu. 

Əsrin ahəngi – vəzni, 

Müqəyyəd qafiyəsi.  

Gah qovuşan cüt ürək… 

Gah da ki, orkestrin  

Toqquşub şaqqıldayan 

Qoşa zərb alətitək… 

Belə şair də vardır: 

Onun ömrünün yolu  

Bir əbədi yazadır.  

O, sözlər sərkərdəsi, 

Fikirlər qəhrəmanı 

Şair Rəsul Rzadır.  

 

 



 

87

ƏRUZ VƏZNİ 

 

Əruz vəzni öz təşəkkül və formalaşma tarixinə görə 



qədim, çoxəsrlik bir tarixə malikdir. Əruz vəzni hələ lap 

qədimlərdə  ərəb poeziyasında meydana çıxmışdır. Bu vəzn 

Yaxın və Orta Şərq xalqlarının da ədəbiyyatında geniş 

yayılmışdır. Belə ki, əruz vəzni IX əsrdən fars, XI əsrdən 

etibarən isə türkdilli xalqların, o sıradan Azərbaycan 

ədəbiyyatının  əsas klassik vəzni kimi yaranmış  və inkişaf 

etmişdir.  

Əruz vəzni ilk dəfə VIII əsrdə  ərəb alimi Xəlil ibn 

Əhməd tərəfindən sistemləşdirilmişdir.  Əruz vəzninin 

özünəməxsus ölçüləri vardır ki, bu şeir vəzninin misraları 

həmin ölçülər əsasında qurulur. Əruz vəzninin yaranmasında 

əsas olan bu ölçülərə  təfilələr deyilir. Tədqiqatçıların qeyd 

etdiyi kimi, əruz vəzni 10 əsas təfilə ilə yaranır: fəUlün, 

fAilün, məfAİlün, fA ilAtün, müstəfilün, MüFailətün, 

MütəfAilün, məf UlAtü, fAilAtün, müstəfilün. Bu təfilələr 

də öz aralarında dəyişərək, müxtəlif düzəltmə  təfilə  əmələ 

gətirir və əruzun misralarını bölümlər üzrə təşkil edir.  

Əruzda təfilələr ayrı-ayrılıqda misranın bir bölümünü 

təşkil edir. Bu təfilələr birləşərək eyni zamanda misralarda 

gəlib yaradır. Təfilələr  əsli  və düzəltmə olmaqla iki yerə 

bölünür. Bu təfilələrin birləşməsi isə  əruz vəznində  bəhr 

yaradır. Beləliklə  də  əruzun elm aləminə 19 bəhri və 200-ə 

qədər növü məlumdur.  

Klassik Azərbaycan  şairləri də  əruz  şeirinə XI əsrdən 

başlayaraq müraciət etmiş, onun fars və türk dillərində  ən 

yaxşı nümunələrini yaratmışlar. Lakin Azərbaycan 

ədəbiyyatında  əruzun on doqquz bəhrindən yalnız on biri 


 

 

88



işlənmişdir: həzəc bəhri, rəməl bəhri, rəcəz bəhri, mütəqarib 

bəhri, müzare bəhri, münsərih bəhri, müctəs bəhri, xəfif 

bəhri, mütədarik bəhri, kamil bəhri, səri bəhri. 

Klassik Azərbaycan  şairləri Xaqani, Nizami, Nəsimi, 

Füzuli, Q.Təbrizi, Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, H.Cavid 

əruz vəznində  məzmun və formaca kamil olan ən qiymətli 

şeir nümunələrini yaratmışlar. Sonrakı dövrlərdə S.Rüstəm, 

M.Seyidzadə, S.Vurğun,  Ə.Vahid, B.Vahabzadə  və başqa 

şairlərimiz də  əruz vəznində özlərinin  ən yaxşı    şeir 

nümunələrini yazmışlar.  

Azərbaycan  ədəbiyyatında  əruz vəznində müraciət 

olunaraq onun ən yaxşı nümunələri yazıldığı kimi, bu vəznin 

müasir  ədəbiyyatşünaslığımızda nəzəri-estetik və poetik 

xüsusiyyətlərindən bəhs edən elmi tədqiqat  əsəri də 

yaranmışdır. Prof. Əkrəm Cəfərin «Əruzun nəzəri əsasları və 

Azərbaycan  əruzu» kimi fundamental tədqiqat  əsəri bu 

baxımdan  ən qiymətli bir kitabdır.  Əruz nədir sualına müx-

təlif aspektlərdən yanaşan alim bu sözün bir sıra lüğəvi və 

terminoloji mənalarını göstərir

1



Burada və başqa elmi ədəbiyyatlarda  əruz anlamını 

çadırın ortasına vurulan dirək, tərəf, Məkkə şəhərinə verilən 

adlardan biri, nahiyə, ölkənin bir hissəsi, dəvənin bir cinsi, 

bulud, dağda açılmış yol, cığır, düzgün yol mənalarında 

işləndiyi göstərilir.  Əruz terminoloji baxımdan  şeir vəzni, 

beytin birinci misrasının son bölümü, son təfiləsi 

mənalarında işlənmişdir.  

Prof.  Ə.Cəfər  əruzun lüğəvi və terminoloji 

mənalarından danışarkən yazır: «Buradan aydın olur ki, əruz 

                                                           

1

  Я.Ъяфяр.  Ярузун  нязяри  ясаслары  вя  Азярбайъан  ярузу.  Бакы, 



«Елм» няшриййаты, 1977.  

 

 



89

sözünün mənası başlanğıcdan lazımınca müəyyən deyildir. 

Nə üçün əruz vəzninin banisi Xəlil ibn Əhməd ərəb şeirinin 

vəznlərindən bəhs edən elmə əruz adını vermişdir? Bu suala 

alimlər indiyə qədər aydın cavab verməmişlər».  

Heca vəznində misralardakı hecaların sayı  əsas 

götürüldüyü halda, əruz vəznində saitlərin uzun və  qısalığı, 

bu səslərin uzun və qısa tələffüz olunması əsasdır. Məsələn, 

əruz vəznində beyti təşkil edən misranın birində 11 heca 

varsa, digərində 10 heca ola bilər. Belə halda əruz vəzninin 

tələbinə görə misradakı hecalar ya uzadılır, ya da qısaldılır. 

Deməli, əruz vəznində misralardakı hecaların bərabər olması 

mütləq əsas deyildir.  

Məsələn, M.Ə.Sabirin «Qarğa və tülkü» şeirinin bəzi 

beytlərini təşkil edən misralar 10 və 11 hecadan təşkil 

olunmuşdur.  



Pendir ağzında bir qara qarğa 



 10  



Uçaraq qondu bir uca budağa 



 11 

 

Bu misraları  ərəb dilinin qaydalarına  əsasən oxusaq, 



yəni birinci misradakı saitlərdən birini uzadaraq tələffüz 

etsək, beyt ahəngdar şəklə düşərək, vahid ritm yaranacaqdır. 

Yenə həmin şeirdən başqa bir nümunəyə diqqət edək: 

Tüklərindir ipək kimi parlaq 



 10 



Bədnəzərdən vücudun olsun iraq! 



 11 

 

Məlumdur ki, ərəb dilində saitlər uzun, orta və  qısa 



olmaqla üç cürə  tələffüz olunur. Məhz bu dilin qanunlarına 

uyğun olaraq misralardakı hecalar ya uzadılır, ya da 

qısaldılır.  

Xalq şairi Səməd Vurğunun «Vaqif» pyesində Qacarla 



 

 

90



Vaqifin deyişməsi zamanı vəzir şaha verdiyi cavabında belə 

deyir: 


Buyruq sizinkidir, adil hökmdar, 



 10 



Sizdə fəzilət də, ədalət də var. 



 11 

 

Əruz  şeirinin tələbinə  və  ərəb dilinin fonetik 



qaydalarına  əsasən də ilk misrada «hökmdar» sözündə «ü» 

saiti artırılaraq tələffüz olunmalıdır.  

Əruz vəznində misradaxili bölgü də heca vəznindən 

fərqlənir. Heca vəznində  hər söz bütöv şəkildə misradaxili 

bölgüyə düşür. Əruz vəznində isə misradaxili bölgü zamanı 

bir söz iki yerə bölünə bilər. Məsələn: 



O  gün ki, fəs   li     ya   zo lur 

Ge cə  gü  nuz   ta   ra   zo  lur 

 

Burada           (qövs) şərti olaraq qısa, 



⎯ (xətt) isə şərti 

olaraq uzun hecanı göstərir. Beləliklə, görürük ki, əruz 

vəznində misranın daxili bölgüsü zamanı sözlər iki yerə 

bölünür və uzun, qısa  şəkildə  tələffüz olunur. Diqqət etsək, 

görərik ki, yuxarıdakı nümunədə hər iki misrada uzun və qısa 

heca proporsional şəkildə, ardıcıllıqla verilir. 



Həcəz bəhri. Azərbaycan əruz şeirində ən çox işlənən 

bəhrələrdən biri həzəcdir. Həzəc sözünün lüğəvi mənası ərəb 

dilindən xoş avazla oxumaq, gözəl, ürəyəyatan deməkdir. 

Mənbələrə istinad edən Ə.Cəfər göstərir ki, ərəblərdə mahnı 

və  şərqilərin çoxu da məhz bu xüsusiyyətinə görə  həzəc 

bəhrində yazılıb ifa olunmuşdur. O da qeyd olunur ki, 

ərəblərin ahənglə oxuduqları  şeirlərin çoxu da, demək olar, 

həzəc bəhrində yazılıbmış. Son tədqiqatlarda həzəc bəhrinin 

15 növü olduğu göstərilir.  

 

 



91

Həzəc bəhrinin əsas dörd bölümlü təfiləsi belədir: 

 

Məf’Ailün Məf’Ailün Məf’Ailün Məf’Ailün 



Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb! 

Əsiri-dərdi-eşgü dağı-hicran olmasın, ya rəb! 

M.Füzuli  

 

Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz?  

Açılmaz göhçeyi-bəxtim, ümidim nəxli bər verməz.  

M.Füzuli 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin