M.Füzuli «Leyli və Məcnun» poemasını həzəc
bəhrində yazmış və poemada bu bəhrin altı növündən istifadə
etmişdir: məf’Ulü, məfAilün, fəUlün; məfUlü, məfAİlün,
fəUlü; məfUlü; məfAilün, fəUlAü və s.
S.Vurğunun «İstiqbal təranəsi» şeiri MəfAİlün
təfiləsinin dörd dəfə təkrarı ilə yazılmışdır:
Həyat eşqilə odlardan, alovlardan keçir insan!
Mənim yurdum da səf çəkmiş, qoşun tökmüş vüqar ilə,
Bu Odlar yurdu sirdaşdır əzəldən ilk bahar ilə.
Diqqət etsək görərik ki, 3-cü misra 15 hecadan
ibarətdir və onu əruzun tələbinə əsasən tələffüz etsək,
saitlərdən biri uzun oxunaraq misralar arasında ahəng
yaradacaqdır.
Rəməl bəhri. Rəməl əzəmət, vüqar, müntəzəm
yürümək, ritm mənasını verir. Rəməl bəhri həzəcdən sonra
Azərbaycan şeirində ən çox işlədilən bəhr hesab olunur.
Rəməlin 13 növü olduğu göstərilir. Rəməl bəhrinin əsas
təfiləsi belədir:
92
FailAtün
FailAtün FailAtün FailÜn
Qılsa vəslin şamım sübhə bərabər, yox əcəb;
Rəsmdir fəsli-bəhar olmaq bərabər ruzü şəb
Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var;
Gəlsə aliqədrlər fəqr əhli durmaqdır ədəb.
M.Füzuli
Mən cahan mülkündə mütləq, doğru halət görmədim.
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü igrarü imanü dəyanət görmədim,
Bivəfadən lacərəm təhsili hacət görmədim.
M.P.Vaqif
Rəcəz bəhri. Rəcəz sözünün mənası ərəbcədən özünü
öymək, qürur, lovğalanmaq, qoçaqlığı tərif etmək, şeiri bədii
avazla oxumaq, düşmənə qarşı istehza mənalarını verir.
Rəməl bəhrinin əsas təfiləsi aşağıdakı kimidir:
Müstəf’ilün Müstəf’ilün Müstəf’ilün Müstəf’ilün
Məndə sigar iki cahan, mən bu cahanə sığmazam
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Nəsimi
Mütəqarib bəhri. Mütəqarib sözünün lüğəvi mənası
bir-birinə yaxın olan şeylər deməkdir. Bu bəhrin 4 növü
işlədilir. Bəhrin əsas təfiləsi belədir:
93
Fə’Ulün Fə’Ulün, Fə’Ulün, Fə’Ulün
Çəkil, yol ver, at bağrı çatlatmamışıq,
Vurub yıxmışıq, tutmuşuq, atmamışıq,
Çapıb qovmuşuq, qan-tərə batmışıq,
Yığıb milləti bir yerə qatmışıq.
M.Ə.Sabir
Müzare bəhri. Müzare oxşarlıq, bənzəyən mənalarını
verir. Bu bəhrin 3 növü işlədilir. Əsas təfiləsi belədir:
məf’Ulü, fA’ilAtü, məfA’İlün, fA’ilün
Məhşər günü görəm, derəm, ol səvqaməti,
Gər onda həm görünməsə, gəl gör qiyaməti.
M.Füzuli
Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə.
M.Füzuli
Münsərih bəhri. Münsərih sözü cəld, çevik, sürətli,
axıcı, azad, sərbəst mənasında işlədilir. Bu bəhrin 2 və bəzən
4 növü olduğu göstərilir. Münsərih bəhrinin təfiləsi belədir:
Müftə’ilün fA’ilün müftə’ilün fA’ilün
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Qoysanız öz oğlumu mən salım öz halimə,
Sənətimi öyrədib, uydurum əhvalimə,
Dün bu oxutmaq sözün ərz elədim alimə…
M.Ə.Sabir
94
Kimsədə rüxsarına taqəti-nəzzarə yox,
Aşiqi öldürdü şövq, bir nəzarə çarə yox.
Bağrı bütünlər mənə tənə edərlər müdam,
Halımı şərh etməyə bir ciyəri parə yox.
M.Füzuli
Müctəs bəhri. Müctəs sözünün lüğəvi mənası kəsilmiş,
kökündən qoparılmış deməkdir. Bu bəhrin 4 növündən
Azərbaycan şeirində istifadə olunmuşdur. Ümumiyyətlə isə
müctəs bəhrinin 8 növü olduğu bildirilir. Müctəs bəhrinin
təfiləsi belədir:
MəfAilün fəilAtün məfAilün fəilAtün
Nə mülkü mal mənə çərx versə məmnunam,
Nə mülkü maldan avarə qılsa məhzunam.
Həyat sərf edübən, dərd qılmışam hasil,
Sirişki-alü rüxi-zərd qılmışam hasil.
M.Füzuli
Xəfif bəhri. Xəfif sözünün mənası yüngül, oynaq,
sürətlə hərəkət edən, çevik deməkdir. Azərbaycan əruzunda
xəfif bəhrinin yalnız iki növü işlənmişdir. Xəfifin təfiləsi
aşağıdakı kimidir:
fAilatün məfAilün fəilün
Ey könül, yarı istə, candan keç,
Səri-kuyun gözət, cahandan keç
Laməkan seyrinin əzimətin et,
95
Bu xarab olacaq məkandan keç!
M.Füzuli
Yox, yox əsla sən ölmədin dirisən,
Ən böyük qəhrəmanların birisən!
A.Səhhət
Mütədarik bəhri. Mütədarik sözünün mənası tədarük
edən, hazırlıq görən deməkdir. Mütədarik bəhrindən şeirdə
nisbətən daha az istifadə olunmuşdur. Bu bəhrin təfiləsi
aşağıdakı kimidir:
fAilün fəil fAilün fəil
Səndən əl çəkib kəsməm ülfəti
Gərçi şər ilə var məzəmməti
M.X.Zəli
Kamil bəhri. Kamil sözünün mənası mükəmməl, nöq-
sansız, tam, bitkin, təcrübəli mənalarını verir. Kamil bəhri
Ə.Cəfərin yazdığı kimi Azərbaycan əruzunda az işlənmişdir.
Azərbaycan əruzunda kamil bəhrinin iki bölümlü növündən
istifadə olunmuşdur. Bu bəhrin təfiləsi belədir:
mütəfAilün mütəfAilün mütəfAilün mütəfAilün
Yetər ey fələk bu cəfa, yetir məni-zarə sərvi-rəvanımı
Məhi-tələtilə münəvvər et dilü dideyi nigəranımı.
Sitəmin daşilə başı yarıq bədəni şikəstə Füzuliyəm
Bu əlamətilə bulur məni soran olsa namü nişanımı.
M.Fuzuli
96
Səri bəhri. Səri bəhri Azərbaycan əruzunda işlədilən
11-ci – son bəhrlərdən biridir. Səri sözünün mənası sürətli,
tez deməkdir. Bu bəhr həm də Azərbaycan əruzunda
işlədilən sadə bəhr hesab olunur. Əruzun nəzəriyyəçisi Ə.Cə-
fərin fikrincə, Azərbaycan əruzunda səri bəhri 5 təfilə
üzərində qurulmuş və iki növü ilə mövcuddur. Səri bəhrinin
təfiləsi belədir:
müftəilün müftəilün, fAilAt
Andıra qalmış nə yaman səslənir!
Söz deməyə vermir aman, səslənir!
Ox atılır, sanki kaman səslənir!
Sahəti-meydanda vurur tək səbir.
M.Ə.Sabir
97
AZƏRBAYCAN ŞEİRİNDƏ
LİRİK NÖVÜN JANRLARI
Azərbaycan ədəbiyyatının şifahi və yazılı qolu lirik
növün janrları baxımından çox zəngindir. Şifahi ədəbiyyatda
lirik növün müxtəlif, çeşidli janrlarının yaranması, hər
şeydən əvvəl, xalqımızın ulu əcdadlarının şifahi bədii
təfəkkürünün zənginliyi ilə bağlıdır. Çünki hələ yazı
olmadığı vaxtlarda belə qədim azərbaycanlılar müxtəlif
mərasimlərlə, ayinlər və rituallarla əlaqədar olaraq söz düş-
müş, mahnılar qoşmuşlar. Xalqın şifahi yaradıcılığının, bədii
təfəkkürünün məhsulu olan bu sənət nümunələri ağızdan-
ağıza, dildən-dilə keçərək daha da cilalanmış, bədii-poetik
formaya düşmüş və bu günümüzə qədər gəlib çatmışdır.
Lirik növün Azərbaycan şifahi xalq ədəbiyyatında ən
geniş yayılmış janrlarından biri bayatılardır.
Bayatı – Azərbaycan, o sıradan bütün türkdilli
xalqların şifahi ədəbiyyatında ən çox, ən geniş yayılmış şeir
şəkillərindən biridir. Bu şeir forması türkdilli xalqların
ədəbiyyatında dördlüklər kimi yaranmış və inkişaf etmişdir.
Tədqiqatçılar göstərirlər ki, bayatılar sonralar türkdilli
xalqların yazılı ədəbiyyatında yazılan rübai və tuyuqların da
meydana gəlməsində mühüm rol oynamışdır. Prof. V.Və-
liyev yazır: «Bayatı» sözünün izahı ona görə maraq doğurur
ki, türkdilli xalqların söz yaradıcılığında dördlük şeir şəkli
(bizim bayatılarımız kimi) olsa da, onlar bu mənzumələrə
«Bayatı» demirlər (türkü, xoyirat, manı, aşulə, cınıq və s. ad-
landırmışlar) ona görə də bu sözün meydana gəlmə tarixi və
izahı haqqında Azərbaycan alimləri daha çox məqalə yazmış
98
və maraqlı mülahizələr irəli sürmüşlər»
1
.
Prof. Ə.Mirəhmədov da Azərbaycan bayatıları ilə
türkdilli xalqların şifahi ədəbiyyatında yaranan dördlüklərin
forma və məzmunca eyni olduğunu göstərmişdir. Lakin onun
yazdığı kimi, bu dördlüklər həmin xalqların ədəbiyyatında
müxtəlif şəkildə adlandırılır.
«Bayatıların nə zamandan yaranmağa başladığı məlum
deyil. M.F.Körpülüzadə, Ə.Dəmirçizadə və başqa alimlər
«bayatı» terminini də «varsağı», «əfşarı» kimi mənşəcə oğuz
tayfalarının, yaxud Bayat qəbiləsinin adı ilə bağlı olduğunu
qeyd edirlər. Ə.Abid bayatını Türkiyədəki «Mani», Krımdakı
«Cınq», Kazandakı «Cır», Özbəkistandakı «Aşulə»,
Qırğızıstandakı «Qıyım öləng» və «Aysıpa»ya bərabər
tutur»
2
.
Bayatı janrının etimologiyasından bəhs edən
folklorşünaslar onu bilavasitə türkdilli xalqların oğuz
qrupunun Bayat qəbiləsinin etno-psixoloji mənşəyi ilə izah
edirlər. Odur ki, Azərbaycan bayatılarına ən yaxın və oxşar
olan Kərkük bayatıları və ya xoriyatları hesab edilir.
Bayatılar öz məzmunu, ideyası ilə bilavasitə xalqımızın
etnoqrafiyası, soykökü, adət-ənənələri, milli psixologiyası,
məişət tərzi ilə bağlıdır. Düzdür, Azərbaycan bayatılarının
konkret olaraq hansı yüzilliklərdən yarandığını, sonralar
yazıya alındığını təxmin etmək mümkün deyildir. Lakin deyə
bilərik ki, xalqımızın tarixən keçib gəldiyi minilliklərin
hadisələri, tarixi hadisələr, ictimai-siyasi olaylar, mərasimlər,
1
Вагиф Вялийев. Азярбайъан фолклору, «Маариф» няшриййаты,
Бакы, 1985, сящ. 124.
2
Ядябиййатшцнаслыг терминляри лцьяти (тяртиб едяни:
Я.Мирящмядов), Бакы, «Маариф» няшриййаты, 1988, сящ. 22.
99
rituallar bayatılarımızda özünün lakonik bədii əksini
tapmışdır. Bununla bərabər, bir sıra bayatıların məzmun və
mündəricəsinə görə hansı dövrlərdə yazıldığını asanlıqla
müəyyən etmək olur.
Məsələn:
Apardı tatar məni,
Qul eylər, satar məni.
Vəfalı dostum olsa,
Axtarıb tapar məni.
Bu bayatının məzmunundan göründüyü kimi, o, orta
yüzilliklərin tarixi hadisələri ilə əlaqədar – monqol-tatarların
Azərbaycana hücumu dövründə, onların zülmünə,
törətdikləri vəhşiliklərə etiraz kimi yaranmışdır.
Folklor nümunələrinin tarixə «yol yoldaşlığı etməsi»
fikrində bir həqiqət vardır. Təsadüfi deyildir ki, bir sıra şifahi
xalq ədəbiyyatı nümunələrinin məzmunu, ideyası əsasında
onların qələmə alındığı yüzilliyi təyin etmək mümkündür.
Aşağıdakı bayatılara diqqət edək:
Araz qalmaz axmaqdan,
Şimşək doymaz çaxmaqdan.
Gözlərimə qan damdı
O taylara baxmaqdan
***
Araz axar daşınnan,
Suyu qalxar başınnan,
Əzəli dumduruydu,
Bulandı göz yaşınnan.
100
Bu bayatıların XIX yüzillikdə – Azərbaycanın İran və
Rusiya imperiyası tərəfindən ikiyə bölünməsindən sonrakı
illərdə qələmə alınması şübhəsizdir.
Bayatıların xarakterik xüsusiyyətlərindən bəhs edən
folklorşünas V.Vəliyev yazır: «… xalqımızın həyatının elə
bir sahəsi yoxdur ki, orada bayatıların əks-sədası eşidilməsin.
Ən adi məişət məsələlərindən tutmuş, dərin fəlsəfi
düşüncələrin ümumiləşməsində, bədii-estetik zövqün
cilalanmasında bayatı naxışlarına təsadüf edirik. Bizim xalq
poeziyasında bayatı sanki gözəl bir musiqi ifaçısının
sənətkarlıqla vurduğu xallardır. Milli poeziyamızın
təkrarolunmaz inciləridir»
1
.
Vətən məhəbbəti, ana sevgisi, intim-lirik hisslərin
tərənnümü bayatılarımızda daha güclüdür. Prof. Paşa Əfən-
diyev bayatılarımızda qəriblik, həsrət, kədər, nigarançılıq
motivlərini xarici işğalçıların basqını, xalqımıza etdiyi
zülmü, əsirlikdə keçirdikləri ağır həyat tərzi ilə izah edir
2
.
Aşiqəm, dilim ağlar,
Sızıldar simim ağlar.
Sən öldün mən ağladım,
Mən ölsəm, kimim ağlar.
Aşiq, gülüm bağlaram,
Ömrüm-günüm ağlaram.
Düşdüm qərib diyara,
Oldu zülüm, ağlaram.
Bayatılarımızda anaların öz övladları, oğulları
haqqında onların narahatlıqlarını əks etdirən ən zərif, dəruni
hisslərin təsviri verilir.
Mən aşiq, dolu düşər,
1
В.Вялийев. Азярбайъан фолклору, «Маариф» няшриййаты, Бакы,
1988, сящ. 128-129.
2
П.Яфяндийев. Азярбайъан шифащи халг ядябиййаты, «Маариф»
няшриййаты, Бакы, 1981, сящ. 148.
101
Göy gurlar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.
Mən aşiq, başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Oğul ölən analar,
Durar obaşdan ağlar.
Əzizim, qızaranda,
Dan yeri qızaranda.
Analar cavanlaşar,
Oğluna qız alanda.
***
Qardaş demə, qan olar.
Yel əsər, fəğan olar.
Qardaş gələn yollara
Bacılar qurban olar.
Sevgi və məhəbbətdən bəhs edən bayatılar Azərbaycan
bayatılarının böyük bir hissəsini təşkil edir.
Əzizim, gülə bənzər,
Gülə, bülbülə bənzər.
Pəncərədən baxan qız,
Açılmış gülə bənzər.
Hətta Azərbaycan bayatılarının birində ümumiyyətlə,
bayatının bütün sözlərinin aşiqin sevgilisi ilə, yarla bağlı
olduğu göstərilir. Bu da öz növbəsində bayatıların sevgi,
102
məhəbbət hisslərini təsvir etmək üçün əlverişli bir janr
olduğunu göstərir.
Bağça bara bağlıdır,
Heyva nara bağlıdır.
Bayatının sözləri
Hamsı yara bağlıdır.
Bayatılar öz forma xüsusiyyətlərinə görə də çox
rəngarəngdir. Bayatıların böyük bir qismi bir qayda olaraq
«aşiq», «mən aşiq», «aşiqəm», «mən aşiqəm», «eləmi»,
«əzizim», «əziziyəm» sözləri ilə başlayır. Bundan başqa
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri içərisində 1-ci
misranın üç hecası buraxılmış, müraciətsiz və təqdimatsız,
cinas qafiyəli və sual intonasiyalı bayatılara da rast gəlirik
1
.
Aşiq, mən aşiq, aşiqəm təqdimatları ilə bağşlayan
bayatılar:
1
Елчин. В.Гулийев. Юзцмцз, сюзцмцз. Б. Азярняшр, 1993, сящ. 17-
19.
Aşiq dağdan aşanda,
Sular coşub daşanda.
Cənnəti alar aşiq
Yarla qucaqlaşanda
***
Aşiq, aralı olum,
Göylü, qaralı olum.
Yanında bir yer elə,
Mən də oralı olum.
***
103
Aşiqəm, gülə baxtı,
Bülbüllər gülə baxdı.
Bir gözəl gülümsədi,
Ağzından gülab axdı.
***
Mən aşiq sabah sənsiz,
Sübh sənsiz, sabah sənsiz.
Gecələr ilə dönüb.
Açılmır sabah sənsiz.
Eləmi təsdiqi ilə başlanan bayatılar:
Eləmi, nar arzular,
Güney də qar arzular.
Bircə çöhrəni göstər,
Qoy baxsın tamarzılar.
***
Eləmi, sonra yeri,
Tellərin sana yeri.
Üz qoyum üzün üstə, -
Seçilsin xına yeri.
Bayatıların poetik-şəkli xüsusiyyətlərindən bəhs edən
nəzəriyyəçilər bayatının bir qayda olaraq 4 misra və 7
hecadan ibarət olduğunu qeyd edirlər. Bayatının 1, 2 və 4-cü
misraları həmqafiyə, 3-cü misra isə sərbəst olur. Bayatıda
əsas fikir 3-cü və 4-cü misralarda bildirilsə də, 1-ci və 2-ci
misra əsas fikrin hasil olunması üçün müqəddimə – zəmin
yaradır.
Əzizim, yana dağlar,
/a/
Od düşüb yana dağlar. /a/
104
O gözələ deyin ki,
/b/
Baxsın bu yana dağlar
/a/
Azərbaycan bayatılarında cinas qafiyələrdən də istifadə
olunmuşdur:
105
Əzizim, üzüm dəydi,
Bağında üzüm dəydi.
Qiyamət qopmadı ki,
Üzüm – üzünə dəydi.
***
Əzizim, dalda yeri,
Xub yeri, dalda yeri.
İki könül bir olsa,
Taparlar dalda yeri.
Azərbaycan şifahi xalq ədəbiyyatında «aşiqəm», «mən
aşiq», «əzizinəm» və s. kimi ünvanlı bayatılarla bərabər,
konkret adresatların işlənmədiyi, təqdimatsız mücərrəd
ünvanlı bayatılara da çox rast gəlirik. Bu bayatılar müəyyən
zahiri əlamətlərinə görə cüzi şəkildə, formal olaraq
fərqlənsələr də, məzmunu etibarı ilə başqa bayatılar kimi,
estetik bədii düşüncənin bütün sferalarını əhatə edir.
Quş uçar xəstə gedər,
Hərə bir səsdə gedər.
Səni görən cavanlar,
Evinə xəstə gedər.
***
Evlərində var kilim,
Həşyəsi dilim-dilim.
Qəlbə dəyən söz desəm.
Alışsın-yansın dilim.
Azərbaycan folklorunda 1-ci misranın 3-cü və 4-cü
hecası sərbəst buraxılan bayatı-xoryatlara da rast gəlirik.
Dolu düşər,
106
Qar yağar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Yar gələr yolu düşər.
***
Havada.
Quş balalar yuvada.
Əmim oğlu sağ olsun,
Neçin gedirəm yada
Tədqiqatçılar bayatıların ideya-məzmun və forma-
struktur xüsusiyyətlərindən danışarkən, «sual intonasiyası ilə
qurulan bayatılar»dan da bəhs edirlər
1
.
Sual intonasiyası ilə qurulan bu cür bayatılarda təlqin
olunan fikir daha qabarıq və emosional şəkildə nəzərə
çatdırılır.
Qara at nalı neylər?
Qara qaş xalı neylər?
Sən kimi yarı olan,
Dövləti, malı neylər?
***
Əziziyəm, dərdinə,
Dərmanı nə, dərdi nə?!
Yar bağa qonaq etdi.
Aşiq görən dərdi nə?
***
Yaram var.
Üstə xal-xal yaram var.
Aç ürəyim başını,
Gör yanmamış haram var?!
1
Елчин, В.Гулийев. Юзцмцз, сюзцмцз, Б. Азярняшр, 1993, сящ. 18.
107
Yuxarıda dediyimiz kimi, bayatılar bir qayda olaraq 4
misradan ibarət olur. Lakin tədqiqatçılar XVII əsrin əv-
vəllərində yaşamış Azərbaycan şairləri Əmaninin və
Əzizinin bir sıra 6 misralıq şeirlərinin bayatı janrına aid
olduğunu göstərirlər. Bundan başqa Kərkük türkmənlərinin
yaratdıqları bir çox bayatı – xoryatlar da 6 misralıq şeir
formasında olur.
Bayatılar şifahi xalq ədəbiyyatı nümunələri olsa da,
yazılı ədəbiyyatda da bu janrın qiymətli örnəkləri
yaranmışdır. Şair M.Əmaninin, Əzizinin, S.İ.Xətayinin, Sarı
Aşiğin yazılı ədəbiyyatda qələmə aldığı bayatı nümunələri
buna yaxşı misal ola bilər.
Ağılar – Azərbaycan şifahi xalq şeirinin geniş yayılmış
janrlarından biri də ağılardır. Ağıları kədər və hüzn
nəğmələri adlandırmaq olar. Çünki ağılar bir qayda olaraq
yas mərasimlərində yaranır və ifa olunur. Ağılarda qəm,
kədər, qüssə, fəlakət, matəm notları çox güclü olur. Bu isə
ağıların ifa olunduğu konkret situasiya ilə bağlıdır.
Faciəvilik, dərin kədər, matəm ruhu bütün ağılar üçün aparıcı
motiv hesab olunur.
Mən bu bağa gəlmişəm,
Yağa-yağa gəlmişəm.
Götürmüşəm dərdimi,
Ağlamağa gəlmişəm.
Göydə bulud oynadı,
Gözüm yardan doymadı.
Yenicə sevişirdik,
Qanlı fələk qoymadı.
Ağıların məzmununda matəm, qüssə, kədər motivləri
güclü olsa da, təsvirin obyekti baxımından seçilirlər. Ağılarda
hər hansı bir qəhrəmanın, igidin, qərib insanın, oğulun,
qardaşın kədərli taleyi, faciəli ölümü tərənnüm edilir.
Ağacda xəzəl ağlar, Qardaş demə, qan olar,
108
Dibində gözəl ağlar.
Oğlu ölən analar,
Sərgərdan gəzər, ağlar.
Yel əsər, fəğan olar.
Qardaş gələn yollara,
Bacılar qurban olar.
Ağılar da bayatılar kimi 4 misradan və 7 hecadan ibarət
olur. Qafiyə sistemi bayatılarda olduğu kimidir:
Qürbətə gedən gəlməz,
Çarəmi edən gəlməz.
Qardaşım çoxdan gedib,
Bilmirəm nədən gəlməz.
Qərib ölüb, götürün,
Qəbrində gül bitirin.
Yazın vay xəbərini,
Anasına yetirin.
Mən aşiq, dolu düşər,
Göy gurlar, dolu düşər.
Qəbrim yol üstə qazın,
Anamın yolu düşər.
Mən aşiq, başdan ağlar,
Kirpikdən, qaşdan ağlar.
Oğlu ölən analar,
Durar obaşdan ağlar.
Ağılar ta qədim zamanlardan indiyə qədər ağıçılar
tərəfindən ifa edilir. Matəm, yas, təziyə mərasimlərinə dəvət
olunan ağıçı qadınlar ölən qəhrəmanın kimliyindən asılı
olaraq onun göstərdiyi igidliyi, yenilməzliyi, şücaəti, ağlaya-
ağlaya improvizə edirdilər.
Ağı demək məharəti xüsusi mərsiyəçilərdə daha
güclüdür. Elə indinin özündə də ölən igidin şərəfinə
düzənlənən yas mərasiminin daha emosional, daha şan-
şöhrətli keçirilməsi üçün məclisə xüsusi mərsiyəxan dəvət
olunur. Bu mərsiyəxanlarda ağı demək, konkret şəraitə
uyğun söz qoşmaq məharəti o qədər güclü olur ki, onlar ölən
qəhrəmanın, insanın ömür yolu haqqında məclisə
toplaşanlarda konkret təsəvvür yaradırlar.
Bununla belə, ağılar həmişə ənənəvi bayatı şəklində
olmayıb, bəzən «vəznsiz, zəif qafiyəli, oxşama ruhlu
109
misralardan ibarət olur». Bu tipli bayatılarda oxşama, vəsf
etmə, tərif, tərənnüm hissi, sadalama xüsusilə güclüdür.
Gümüş xəncəlli,
At bağrı çatladan,
Düşmən bağrı yaran.
Aslan ürəkli,
Şir biləkli,
Bənövşə buğlu,
Mina boylu,
Darvaza kürəkli,
Gen sinəli,
Gözü qızlar ovçusu
Dili qızlar elçisi
Balam vay!
Ağı nümunələrinə Azərbaycan dastanlarında da çox
rast gəlmək olur. Yazılı ədəbiyyatda da müxtəlif vəznli,
formalı ağı nümunələri yaranmışdır. XIX əsrdə yaşayıb
yaradan X.Natəvan gənc yaşlarında xəstəlikdən vəfat edən
oğlu Mirabbasın şərəfinə yazdığı şeirlərin hamısı ağı,
mərsiyə ruhludur. Dərin hüzn, kədər, ayrılıq, qəm-qüssə bu
şeirlərdə əsas, aparıcı mövzudur.
Ağılar nəsr yolu ilə də yaradılır. Belə ağı
nümunələrində ölən igidin qəhrəmanlıqları, ona məxsus
keyfiyyətlər nəsr dili ilə sadalama intonasiyasında verilir.
Dostları ilə paylaş: |