13 yanvar 2017-ci il, cümə
6
Ötən il Azərbaycanda səhiyyə xidmətinin yaxşılaşdırılması
istiqamətində önəmli tədbirlər həyata keçirilib
Ötən il səhiyyə sistemində görülən işlər və əldə
olunan nailiyyətlərlə də yadda qalıb. Ağsu, Zərdab,
Biləsuvar rayon mərkəzi xəstəxanalarının, o cümlədən,
Gəncədə Abbas Səhhət adına xəstəxananın açılışında
ölkə başçısı İlham Əliyev şəxsən iştirak edərək, öz xeyir-
duasını verib. Əhalinin sağlamlığının daim qayğısına qalan
Prezidentin tapşırığına uyğun olaraq, əhalinin profilaktik
müayinələri davam etdirilib.
Müayinə olunmuş əhalinin
3,3 faizində ilkin xəstəliklər
aşkar olunub, 1,47 faizi dispanser
nəzarətə alınıb, 7,32 faizi sağal-
dılıb və 0,8 faizi hospitalizasiya
olunub. 2016-cı ildə Respublika
Uşaq Stomatoloji Mərkəzində
aparılan təmir işləri başa çatdırılıb.
Hazırda Masallı, Neftçala rayon
mərkəzi xəstəxanaları kimi böyük,
çoxprofilli tibb müəssisələrində,
həmçinin Elmi-Tədqiqat Mama-
lıq və Ginekologiya İnstitutunda
təmir-tikinti işləri başa çatdırılıb və
açılışa hazırlanır. Bu il psixiatrik
tibb müəssisələrinin maddi-tex-
niki bazalarının gücləndirilməsi
istiqamətində ciddi addımlar atılıb.
Maştağada yerləşən 1 saylı Res-
publika Psixiatriya Xəstəxanasında
yeni şöbələr istifadəyə verilib,
Kürdəmir, Lənkəran rayonlararası
ruhi-əsəb xəstəxanalarının tikintisi,
o cümlədən Quba rayonlararası psi-
xonevroloji reabilitasiya mərkəzinin
təmiri yekunlaşıb.
2016-cı ildə uşaqların 81,5
faizdən çoxu müayinələrə cəlb
olunub və onlardan 5,2 faizi sağ-
lamlıq vəziyyətinə görə dispanser
qeydiyyata götürülüb, 1 faizi isə
ixtisaslaşdırılmış tibb müəssisələrinə
hospitalizasiya olunub. Həmçinin,
“Ana və uşaqların sağlamlığının
qorunması üzrə Dövlət Proqramı”
çərçivəsində, mütəmadi olaraq ana
və uşaqlara xidmət göstərən tibb
müəssisələrinin, xüsusən neonatoloji
reanimasion şöbələrin maddi-texniki
bazası gücləndirilib, dərman prepa-
ratları və tibbi texnika ilə təminatı
yaxşılaşdırılıb.
Heydər Əliyev Fondunun
prezidenti, birinci xanım Mehriban
Əliyevanın təşəbbüsü ilə tiki-
lib istifadəyə verilən Respublika
Talassemiya Mərkəzində xəstələrin
normal həyat fəaliyyətinin təmin
olunması hesabına son 10 ildə talas-
semiyadan ölüm göstəricisi 5 dəfə
azalıb. Hazırda 2800-dən artıq xəstə
bu mərkəzdə daimi müalicə alır, irsi
qan xəstəliklərinin radikal müalicə
üsulu olan sümük iliyinin transplan-
tasiyası əməliyyatı aparılır.
Ötən ilin iyun ayından nikaha
daxil olan 230 minə yaxın insanın
dövlət başçısının təşəbbüsü ilə
qan nümunəsi müayinə olunub.
Eyni zamanda, son illər strate-
ji əhəmiyyətli məsələ kimi qan
xidmətinin inkişafına xüsusi diqqət
yetirilib və əhalinin donorluğa cəlb
edilməsi işinin aktivləşdirilməsi
nəticəsində tədarük olunan qan və
onun komponentlərinin miqdarı
ilbəil artırılıb. Belə ki, 2010-cu ildə
19,5 ton qan tədarük edilmişdirsə,
2016-cı ildə bu rəqəm 36 tondan çox
olmuşdur.
Qeyd olunmalıdır ki, xro-
niki böyrək çatışmazlığından
əziyyət çəkən insanların hemodi-
aliz müalicəsi də öz həllini tapıb.
Fəaliyyətdə olan 39 mərkəzdə üç
mindən artıq xəstə hemodializ seans-
ları və müvafiq dərman vasitələrilə
tam həcmdə pulsuz təmin olunurlar.
Bu mərkəzlərdən 30-u bölgələrdə
yerləşir və belə xəstələrə hazırda
hemodializlə yanaşı, xəstəliyin
radikal müalicə üsulu olan
böyrəkköçürmə əməliyyatları da
həyata keçirilir. İndi Azərbaycanda
böyrək köçürülməsi əməliyyatı
olunmuş 848 nəfər var və dövlət
onların dərman təminatını öz üzərinə
götürüb. Həmçinin 218 mindən çox
şəkərli diabet xəstəsi, 4122 virus he-
patitli insan dövlət hesabına dərman
və özünənəzarət vasitələri ilə təmin
olunur.
Vətəndaşların səhiyyə ilə bağlı
müraciətlərinin təcili həlli məqsədilə
yaradılmış Elektron Səhiyyə
Mərkəzinə il ərzində 26 minə yaxın
insan müraciət edib. Bundan əlavə,
Azərbaycan Prezidentinin tapşırıq və
tövsiyələrini rəhbər tutaraq səhiyyə
naziri tərəfindən bu il 55 rayon və
şəhərdə vətəndaşların qəbulu təşkil
olunub, 234 müraciət edən hər bir
vətəndaş dinlənilib və müvafiq
tədbirlər görülüb.
Nazirliyin tibbi yardımın təşkili
şöbəsinin müdiri G.Poladov ötən
ildə görülən işlər barədə məlumat
verərkən bildirib ki, son illər ərzində
kadr hazırlığı sahəsində də müstəsna
əhəmiyyətli tədbirlər həyata ke-
çirilib. İl ərzində 5399 həkim və
7942 orta tibb işçisi təkmilləşdirmə
kurslarında iştirak edib, 3331 həkim
və 8608 orta tibb işçisi sertifikat alıb,
keçirilmiş imtahanlar nəticəsində
351 həkim mərkəzləşdirilmiş qay-
dada işə qəbul olunub. Onlardan
171 nəfəri respublikamızın müxtəlif
regionlarında işlə təmin ediliblər.
2015--2016-cı tədris ilində reziden-
tura təhsilini bitirən 332 həkimdən
271 nəfəri təyinatla iş yerlərinə
göndərilib.
Nazirliyin göstərdiyi elektron
xidmətlərin sayı 39-a çatdırılıb,
il ərzində 1000-dən çox müraciət
qeydə alınıb və “Vahid elektron tibb
kitabxana sistemi”nin tətbiqi başa
çatdırılıb.
İl ərzində beynəlxalq əlaqələr
sahəsində də görülən işlər davam et-
dirilib. 350 mütəxəssis və müdavim
Almaniya, Türkiyə, Rusiya, Belarus,
İspaniya, İsrail, Yaponiya və digər
ölkələrdə təşkil edilmiş kurslara
göndərilib.
Azərbaycanda səhiyyənin
inkişafında, habelə Ümumdün-
ya Səhiyyə Təşkilatına qlobal və
regional səviyyədə xidmətlərinə
görə səhiyyə naziri, professor Oqtay
Şirəliyevin təşkilatın mükafatına
layiq görülməsi ötən ilin yaddaqalan
hadisələrindəndir.
Ölkə başçısı İlham Əliyev
tərəfindən uğurla həyata keçirilən,
əhalinin yüksək rifahının təmin
olunmasına yönəldilmiş siyasət
nəticəsində səhiyyədə əldə edilmiş
güclü tərəqqi profilaktik təbabətin
inkişafına da öz bəhrəsini verib və
bu da əhalinin sağlamlığının qorun-
masına öz müsbət təsirini göstərib.
Yoluxucu xəstəliklərlə mübarizə
işində müasir strategiyalar tətbiq
olunmaqla beynəlxalq təşkilatlarla
əməkdaşlıq qurulub. Nəticədə, qonşu
ölkələrdə və ümumiyyətlə, regionda
qeyd edilən epidemioloji gərginliyə
baxmayaraq, respublikada epide-
mioloji sabitliyi qoruyub saxlamaq
mümkün olub. Bu istiqamətdə
görülən prioritet tədbirlərdən biri
uşaqların immunoprofilaktikası-
dır. Ölkə üzrə peyvənd planının
95-97 faiz yerinə yetirilməsi və
immunlaşdırma işinin mütəmadi
təkmilləşdirilməsi nəticəsində xü-
susi profilaktika vasitələri ilə idarə
olunan xəstəliklərin azaldılması üzrə
stabil dinamika əldə edilib. Belə
ki, poliomielit, difteriya, qızılca,
məxmərək, göy öskürək, epidemik
parotit xəstəlikləri ölkədə artıq
müşahidə edilmir.
Sanitar-epidemioloji nəzarət
sektorunun müdiri V.Qasımov bil-
dirib ki, həyata keçirilmiş komp-
leks qabaqlayıcı tədbirlər 2016-cı
ildə Avropa regionunun əksər
ölkələrində, xüsusən həmsərhəd
ərazilərdə ağır gedişli, yüksək ölüm
faizi ilə nəticələnən A (H1N1)
virusu epidemiyasının ölkəmizə
keçməsinin qarşısını alıb. Ötən ilin
payız-qış mövsümünün başlanması
ilə əlaqədar əhali arasında qrip və
kəskin respirator virus infeksiya-
larına qarşı profilaktik tədbirlərin,
həmçinin epidemioloji monitorinqin
gücləndirilməsi istiqamətində işlər
aparılıb, elektron proqramlar yara-
dılıb, elektron sağlamlıq kartlarına
nəzarət gücləndirilib və beynəlxalq
əlaqələr çərçivəsində mütəmadi
görüşlər keçirilib.
Səhiyyə naziri Oqtay Şirəliyev
məruzə və çıxışlarında Azərbaycan
Prezidenti İlham Əliyevin səhiyyə
və tibb sahəsinə böyük diqqət və
qayğısını daim vurğulayır. O, qeyd
edib ki, ölkədə iqtisadi böhranın
hökm sürdüyü bir dövrdə səhiyyə
sahəsində inkişaf sürətlə davam
edib. 2016-cı il ölkə səhiyyəsinin
həyatında böyük zəngin hadisələrlə
yadda qalıb və gələcəkdə daha da
səylə çalışmaq üçün əlverişli imkan
yaranıb. 2017-ci il üçün səhiyyənin
ən prioritet sahələri olan dövlət
proqramları uğurla tətbiq edilib,
bu proqramlar insanların həyatına
əhəmiyyətli təsir göstərib. Bu gün
ölkəmizdə əvvəllər əlacı olmayan
bir sıra xəstəliklər müalicə edilir,
mürəkkəb əməliyyatlar, o cümlədən
qaraciyər transplantasiyası, süni
oynaq və açıq ürək əməliyyatları
aparılır. İlin əvvəlindən indiyədək
18 nəfərə qaraciyər köçürülüb, 76
xəstəyə endoprotezləşmə əməliyyatı
aparılıb, 63 nəfərə böyrək köçürü-
lüb, 42 sümük iliyi transplantasiyası
icra edilib. Bölgələrdə baş tutan
qəbullara gələnlərin sayı azalıb.
Səhiyyə Nazirliyinin mətbuat
xidmətindən bildiriblər ki, nazir
O.Şirəliyevin əmrinə əsasən, ötən ili
fəaliyyətləri çərçivəsində yaddaqa-
lan hadisələrlə başa vuran, səhiyyə
və tibb elmi sahəsində xüsusi
xidmətlərinə görə fərqlənmiş bir sıra
tibb işçisinə “Səhiyyə əlaçısı” döş
nişanı və Fəxri diplomlar təqdim
edilib.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
Səbaillilər sosial layihələri
uğurla davam etdirirlər
Səbail Rayon İcra Hakimiyyəti
Başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə
Nümayəndəliyinin illik hesabat toplantısında 2016-
cı ildə rayonun mərkəz hissəsində həyata keçirilən
işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr
konkretləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış
edən Səbail RİHB-in dairə
üzrə nümayəndəsi Tərlan
Qasımov bildirmişdir ki, ötən
il ərazidə bir sıra zəruri abad-
lıq-quruculuq işləri həyata
keçirilmiş, sakinləri narahat
edən məsələlər yoluna qoyul-
muşdur. Mətbuat prospekti – 2
və Puşkin küçəsi – 10 ünvan-
larında yerləşən çoxmənzilli
yaşayış binalarının fasad
və dam örtüklərində əsaslı
təmir-yenidənqurma işləri
başa çatdırılmışdır. “Xəzər
Waterfront” istirahət-əyləncə
mərkəzinin, “İnterkontinental”
və “Dinamo” mehmanxana-
larının, Dövlət Təhlükəsizlik
Xidməti Səbail Rayon
İdarəsinin yeni binasının
tikintisi, İncəsənət Muzeyinin
əsaslı təmiri davam etdirilir.
Şəhidlər xiyabanında bir
sıra ictimai birlik və təsərrüfat
xidmətlərinin yerləşdiyi inzi-
bati binada cari təmir aparıl-
mış və istilik sistemi bərpa
edilmişdir. Zərifə Əliyeva
küçəsi – 26, 28 və Neftçilər
prospekti – 131 ünvanların-
da evlərin dam örtükləri
dəyişdirilmişdir. Bünyad
Sərdarov, Həsən Seyidbəyli,
Şeyx Şamil, Lermontov,
Mehdi Hüseyn, Cəfərov
qardaşları, Üzeyir Hacıbəyov,
Yusif Məmmədəliyev, Rəsul
Rza, Qoqol küçələrində
təmir-abadlıq işləri aparıl-
mış, yollara yeni asfalt qatı
salınmışdır. Üzeyir Hacıbəyov
küçəsi, Neftçilər və Parla-
ment prospektlərində, park və
istirahət bağlarında xeyli ağac
və gül kolları əkilmiş, yaşıl
kompozisiyalar yaradılmışdır.
Mahnı Teatrının qarşısında
dünya şöhrətli müğənni Rəşib
Behbudovun abidəsi ucaldıl-
mışdır.
Səbail RİHB-in müavini
Abit Əliyev Prezident İlham
Əliyevin Bakı şəhərininin
hərtərəfli inkişafına göstərdiyi
diqqət və qayğıdan söz
açmış, ötən il rayonda həyata
keçirilən sosialyönümlü
layihələr barədə məlumat
vermişdir. O qeyd etmişdir ki,
ölkə başçısının tapşırıqlarına
əsasən ərazidə bir sıra mühüm
layihələr gerçəkləşdirilir. Pay-
taxtımızı dünyanın ən gözəl
şəhərlərindən birinə çevirmək,
sakinlərin və qonaqların rahat-
lığı üçün yüksək şərait yarat-
maq yönündə görülən işlər bu
il də davam etdiriləcək.
Müzakirələrdə
problemlərdən də danışıl-
mış, sakinləri maraqlandıran
suallar cavablandırılmış,
müraciətlərlə bağlı tapşırıqlar
verilmişdir.
R.TAHİR, “Xalq qəzeti”
Bakı Ali Neft Məktəbində layihə
iştirakçıları mükafatlandırılıb
Bakı Ali Neft Məktəbində
(BANM) Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun
maliyyə dəstəyi ilə həyata keçirilmiş
“Kvant fizikası gənc alimlərin
təqdimatında” layihəsinin başa çatması
ilə əlaqədar tədbir keçirilib.
BANM-dən bildirildiyinə görə, tədbirdə bu
ali məktəbin rektoru Elmar Qasımov fondun
fəaliyyətini yüksək dəyərləndirib, gənclərə
göstərilən dəstəyə görə qurumun rəhbərliyinə
minnətdarlığını ifadə edib. Vurğulayıb ki,
müxtəlif ideya və təşəbbüslərin reallaşma-
sında fondun gənclərə kömək göstərməsi
dövlətimizin gənclər siyasətinin uğurla həyata
keçirilməsinə xidmət edir.
Müvafiq təşəbbüs haqqında ətraflı məlumat
verən layihənın rəhbəri, BANM-in tələbələrlə
iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirib ki,
layihə gənc peşəkar təlimçi-alimlərin dəstəyi
ilə ötən ilin noyabrında başlayıb və beş həftə
davam edib. Bütün təlimlər BANM-də təşkil
edilib. Layihənin təşkilat komitəsi bu ali
məktəbin tələbələrindən ibarət olub.
Sonda fəallıqları ilə fərqlənən layihə
iştirakçılarına sertifikat və hədiyyələr təqdim
edilib.
V. BAYRAMOV, “Xalq qəzeti”
“Bulla-dəniz”
yatağında yeni
qazyığma məntəqəsi
inşa edilir
Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (SOCAR) Xəzərin Azərbaycan sektorunda işlədiyi
yataqlarda hasilatın səmərəliliyinin artırılması, neft və qaz
hasilatının sabit saxlanması istiqamətində mühüm tədbirlər
həyata keçirir. Bu məqsədlə əməyin mühafizəsinin və
təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün yeni hidrotexniki
qurğular, sosial obyektlər tikilir, mövcud infrastruktur əsaslı
şəkildə təmir olunur.
Bundan əlavə, estakadalarda,
eləcə də qurudakı mədənlərdə yol
infrastrukturunun yaxşılaşdırılması
işləri prioritet istiqamət kimi daim
diqqət mərkəzində saxlanılır. SOCAR-
ın “Azneft” İstehsalat Birliyinin
strukturuna daxil olan idarələrdə
qaz-kompressor təsərrüfatının
təkmilləşdirilməsi, qurğu və avadan-
lıqların ahəngdar işinin təmin edilməsi
ilə bağlı görülən işlər də bu baxımdan
diqqət çəkir.
“Neftqaztikinti” Tresti “Azneft”
İstehsalat Birliyinin sifarişi ilə “Bulla-
dəniz” yatağındakı 2a saylı qazyığma
məntəqəsinin inşasını uğurla davam et-
dirir. Xatırladaq ki, adıçəkilən yataqda
hasil olunan karbohidrogenlərin yığıla-
raq sahilə nəql olunması məqsədilə inşa
edilən məntəqə ayrıca özül üzərində
quraşdırılacaq. Hazırda tikintisi davam
etdirilən özülün ümumi sahəsi 1900
kvadratmetrdir. İstehsalat, qaz-atqı ava-
danlığı yerləşən və məişət sahələrindən
ibarət özül dənizin 21 metr dərinliyində
yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq
seksiyası, 2 piyada körpüsü, 7 minik
və yanalma meydançası hazırlanaraq
quraşdırılmış, 36 dayaq svay vurulmuş,
blokların bir-birilə bərkidilməsi üçün
suüstü əlaqələr quraşdırılmışdır. Metal-
konstruksiyaların qaynaq-bərkidilməsi,
eləcə də konsol, məhəccər və
döşəmənin quraşdırılması işləri tamam-
lanmaq üzrədir.
“Bulla-dəniz” yatağında yerləşən
özüllərdən hasil olunan neftin, qazın
və kondensatın 2a saylı qazyığma
məntəqəsinə, oradan da sahilə nəql
olunması məqsədilə 22,174 kilometr
uzunluğunda müxtəlif diametrli texno-
loji sualtı boru kəmərlərinin çəkilməsi,
eləcə də 8 kilometrlik qaz və maye
xətlərinin yerinin dəyişdirilməsi işləri
də həyata keçiriləcəkdir. Xatırladaq
ki, obyekt istismara verildikdən sonra
“Bulla-dəniz” yatağında hasil olunan
6,9 milyon kubmetr qazın, eləcə də
1350 ton neft və kondensatın yığılaraq
sahilə nəqli təmin ediləcək.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
AMEA Mərkəzi Elmi Kitabxanası
dövri mətbuat fondunun təqdimatı keçirildi
Yanvarın 12-də Azərbaycan Milli Elmlər
Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK)
dövri mətbuat fondunun təqdimatı keçirildi.
Kitabxananın direktoru Leyla İmanova dövri
mətbuat fondunun təqdimatının əhəmiyyətindən
danışaraq bildirdi ki, Azərbaycan kitabxanaları
arasında ilk dəfə elektron resursların istifadəsinə
icazə verən müəllif hüquqları müqaviləsi MEK-də
tətbiq olunub.
Azərbaycanda olan 17 ən
qədim kitab MEK-də mühafizə
edilir. “Nəşriyyat haqqında
qanun”a islahat yönümlü
təkliflər ilk dəfə olaraq MEK
tərəfindən verilmişdir. MEK
Azərbaycan kitabxanala-
rı arasında ilk dəfə Vahid
İdarəetmə Sistemini hazırla-
yıb tətbiqinə başlayan, Milli
Rəqəmsal Yaddaş layihəsini
işlək vəziyyətə gətirən
kitabxanadır. Azərbaycanda
türkdilli mənbələrin ən
böyük e-kataloqu (94000)
MEK-dədir.
MEK-in beynəlxalq
və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Mübariz
Göyüşlü təşkil olunan
tədbirlərdə, xüsusən
təqdimatlarda geniş
ictimaiyyətin iştirak etdiyini
dilə gətirdi. O, görülən işlərin
obyektiv şəkildə işıqlandı-
rılmasında medianın ciddi
dəstəyini hiss etdiklərini
açıqladı. O, vətəndaşlara
MEK-in 24 min kvadrat-
metr ərazidə fərqli və müasir
xidmətlərin göstərilməsi,
kitabxanada olan informasiya
resurslarının təhlükəsizliyinin
təmin edilməsi üçün qiymət
dəyişikliyi etdiyini və bunun
zərurət olduğunu açıqladı.
Daha sonra kitabxananın
istifadəçilərə xidmət və nəzarət
bölməsinin əməkdaşı Roksanə
Səfərzadə çıxış edərək, MEK-
in dövri mətbuat fondu barədə
ətraflı məlumat verdi.
Mərkəzi Elmi Kitabxana-
nın kitabxana-xidmət şöbəsinin
müdiri Aygün Səfərova bildirdi
ki, MEK-də dövri mətbuat fon-
dunda sənədlərin ümumi sayı
374550-dir (jurnal – 313123,
qəzet - 2900 komplekt, ardı
davam edən nəşrlər – 58527).
MEK-də ən qədim Azərbaycan
jurnalı 1928-ci ilə, qəzet
1923-cü ilə, rus qəzeti 1905-ci
ilə, Qərbi Avropa jurnalı
1887-ci ilə, Şərq dillərində jur-
nal 1905-ci ilə aiddir. Bundan
başqa, kitabxanada Yaponiya,
Koreya, Çin jurnalları, “Türk
dili dərgisi” və Türkiyəyə aid
“Bülleten”lər saxlanılır.
Tədbirdə çıxış edən “Yeni
Azərbaycan” qəzetinin baş
redaktoru, Milli Məclisin
deputatı, siyasi elmlər dokto-
ru Hikmət Babaoğlu bildirdi
ki, Mərkəzi Elmi Kitabxana
Azərbaycanın sərvətidir. O,
hazırda məişət mədəniyyətinin
kütləvi şəkildə yayıldığı
bir məqamda MEK-in milli
yaddaşın formalaşmasında,
qorunmasında mühüm rol
oynadığını qeyd etdi. O, Yapo-
niya, Çin, Cənubi Koreya kimi
inkişaf etmiş ölkələrin ingilis-
dilli elmi jurnallarının MEK-ə
gətirilməsi üçün təşəbbüs
göstərilməsini təklif etdi.
Tədbirdə tarix elmləri
doktoru, “Mədəniyyət”
televiziya kanalının aparıcısı
Güllü Yoloğlu, “Azərbaycan”
jurnalının baş redaktoru
İntiqam Qasımzadə, Mətbuat
Şurasının İdarə Heyətinin üzvü
Yadigar Məmmədli və digər
ziyalılar çıxış edərək tədbirin
əhəmiyyətini vurğuladılar.
Sonda iştirakçıları kitab-
xananın fondları ilə tanış olub,
dövri mətbuatın saxlanıldığı
arxivə baş çəkdilər.
Anar TURAN, “Xalq qəzeti”