Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13620
1   ...   6   7   8   9   10   11   12   13   14

Gürcüstan 
Cənubi  Qaqazda  yerləşir.  Şimalda  Rusiya,  şərqdə  Azərbaycan  cənubda  Ermənistan  və 
Türkiyə ilə həmsərhəddir. Paytaxtı Tbilisi şəhəridir. Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində 
yerləşir.    Ərazisi  69,700  km²,  əhalisi  isə  rəsmi  rəqəmlərə  görə,  təxminən  4.5  milyon  nəfərdir. 
Gürcüstan qədim tarixə malik bir ölkədir. Gürcüstanın tarixi qədim Koxida və İberiya krallıqlarına 
gedib çıxır.  Dünyada xristianlığı  qəbul edən 2-ci dövlət olan Gürcüstan 11-ci və 12-ci əsrlərdə ən 
qüdrətli çağını yaşamışdır. 19-cu əsrin əvvəlində Rusiyaya birləşdilib. 1918-ci ildə müstəqillik əldə 
etsə  də,  qısa  müddətdən  sonra  RSFSR    tərəfindən  işğal  olundu.  1991-ci  ildə   Gürcüstan 
müstəqilliyini əldə edib. 
Ukrayna 
Ukrayna Qara və Azov  dənizlərinin sahilində yerləşir. Onun şimali-şərqdə Rusiya, şimalda 
Belorus, qərbdə Polşa, Slovakiya və Macarıstan , cənub-qərbdə Rumıniya, Moldova və tanınmamış 
Dnestryanı ilə  sərhədləri var. Ərazisində Krım Muxtar Respublikası, 24 oblast və 2 xüsusi statuslu 
şəhər  yerləşir.  2010-cu  il  oktyabrın  1-ə  Ukraynanın  əhalisi  45  822  214  nəfər  olub.  Ondan,  şəhər 
əhalisi - 31 444 122 nəfər və ya 68,6%, kənd əhalisi - 14 378 092 nəfər və ya 31,4% təşkil edir.     
  
Azərbaycan Respublikası 
Cənubi Qafqazda
 , 
Xəzər dənizi
 hövzəsində  yerləşir.  Şimaldan 
Rusiya
 (
Dağıstan
), 
Gürcüstan

qərbdən 
Ermənistan
,  cənubdan 
İran
  
Türkiyə
 ilə  həmsərhəddir.  Azərbaycanın  anklavı  olan 
Naxçıvan Muxtar Respublikası
 
Ermənistanla
 şimal-şərqdə, 
Türkiyə
 ilə qərbdən həmsərhəddir.   
Paytaxtı  Bakı  şəhəridir.  Azərbaycan  ərazisinin  təxminən  20%-i 
Ermənistan 
Respublikası
 tərəfindən işğal edilib. 
28  May  –  Respublika  Günü
 1918-ci  ildə  müsəlman  Şərqində  ilk  dünyəvi  demokratik 
dövlət  olan 
Azərbaycan  Xalq  Cümhuriyyətinin
 yarandığı  gündür.  30  avqust  1991-ci  ildə  SSRİ 
tərkibində müttəfiq respublika statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan 
Respublikasının  dövlət  müstəqilliyinin  bərpası  haqqında"  deklarasiya,  18  oktyabr  1991-ci  il 
tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi  haqqında", Konstitusiya Aktı  qəbul 
etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır. 
Hazırda  Azərbaycan  qədim  tarix  və  mədəniyyət  irsinə  malik  dünyəvi  və  unitar  dövlət  olub,  etnik 
azərbaycanlı  çoxluğuna  sahib  ölkədir.  Azərbaycan  altı  müstəqil  türk  dövlətindən  biridir. 
Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdür. 
Azərbaycan 
GUAM
 və  Kimyəvi  silahdan  istifadə  qadağası  təşkilatlarının  təsisçilərindən 
biridir. 
1993
-cü  ilin  sentyabrından   
Müstəqil  Dövlətlər  Birliyinin
 üzvüdür. 
9  may
 
2006
-cı  ildə 
Azərbaycan 
BMT
-nin  yeni  yaradılan  insan  haqları  komitəsinə  üzv  seçilib.  Səlahiyyətli 
nümayəndəlik  19  iyul  2006-cı  ildən  başlayıb.  Azərbaycan  həmçinin 
BMT

ATƏT
, 
Avropa 
Şurası
  
NATO
-nun  sülh  naminə  tərəfdaşlıq  proqramının  üzvüdür.  Bundan  əlavə,  ölkə 
Birləşməyənlər  Hərəkatı,  Beynəlxalq  Ticarət  Təşkilatı  və  Beynəlxalq  Elektrorabitə  İttifaqında 
müşahidəçi statusuna malikdir. 
BMT  Baş  Assambleyasında  24  oktyabr  2011-ci  il  seçkiləri  zamanı  Azərbaycan  155  səs 
toplayaraq,  2012-2014-cü  illər  üçün  BMT  Təhlükəsizlik  Şurasının  10  qeyri-daimi  üzvündən  biri 
seçilib. 
 
Rüstəmova G.R. 
 

 
74 
 
Moldova 
Avropanın  cənub-şərqində  yerləşir.  Şimalda,  şərqdə  və  cənubda  Ukrayna,  qərbdə 
Rumıniya  ilə  həmsərhəddir.  1940-cı  ildə  SSRİ  tərəfindən  Rumıniyadan   qoparılmış 
Bessarbiya  torpaqlarında  yaradılmış  və  SSRİ-nin  tərkibinə  müttəfiq  respublika  statusu  ilə  daxil 
edilmişdir.  Moldovanın  Dnestr  çayından  şərqdəki  əraziləri  1991-ci  ildən  tanınmamış  Dnestryanı 
Moldova Respublikasının   nəzarətindədir. 
Elmi yeniliyi: Məqalədə GUAM-ın yaranmasının tarixi, onun məqsədləri, təşkilati strukturu, 
həmçinin əməkdaşlıq məsələləri kompleks tədqiq edilmişdir. 
Tətbiqi əhəmiyyəti: Ümumi təhlükəsizlik məkanının yaradılması üçün dünya iqtisadiyyatına 
inteqrasiyanın  gücləndirilməsi  və  əməkdaşlığın  genişləndirilməsi  və  əməkdaşlığın  genişləndiril-
məsində məqalədə verilmiş müddəalardan istifadə edilə bilər. 
 
ƏDƏBİYYAT 
1.
 
GUAM  ölkələrində  XİZ-in  inkişaf  perspektivləri  //  Xüsusi  iqtisadi  zonaların  təşkili 
problemləri və inkişaf perspektivləri / Şəfa Əliyev.  Bakı: Elm, 2008, s. 127-137 
2.
 
GUAM təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşü: Rəsmi məlumat // 
Dirçəliş – XXI əsr – 2008, №40, iyun, s.51-56 
3.
 
Оруджев  Р.,  Рамизоглу  Н.,  Вашингтон  поддержал  ГУАМ:  Госдепарнаменты  США 
выступили со специальным заявлением // Эхо – 2002, 18 июня, с.3 
 
РЕЗЮМЕ 
ГУАМ СРЕДИ СТРАН СНГ КАК ПРИМЕР ИНТЕГРAЦИИ 
Рустамова Г.Р 
 
Ключевые  слова:  интеграция,    экономическое  развитие,  государство,  экономическая 
безопасность, национальная экономика
 
В  статье    исследуется  деятельность  ГУАМ  -  международной  региональной 
организации  государств,  стоящиx  на  пути  демократического  и  экономического  развития. 
Организация    была  образована  в  1997  г.  в  Страсбурге,  еë  членами  являются  Азербайджан, 
Украина, Грузия и Молдавия 
Отмечается,  что  основной  целью  создания  этой  интеграционной    организации 
является  развитие демократии, укрепление и стабилизация  безопасности этиx государств. 
 
SUMMARY 
GUAM AS AN EXAMPLE OF INTEGRATION IN THE CIS    
Rustamova G.R 
 
Key words: integration economical development, state, economical safety, national economy 
GUAM – the organization for democracy and economic development is regional organization. 
İt  includes  Azerbaijan,  Georgia,  Ukraine,  Moldova.  GUAM  consultative  forum  was  founded  in 
Strasbourg in 1997 in the summit of the Council of Europe. İts main objectives are strengthening of 
the  democracy,  ensuring  sustainable  development  and  strengthening  international  and  regional 
security and stability. 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
12.10.2015 
 
Son variant 
01.06.2016 
 
 
Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) – MDB məkanında 
 inteqrasiyanın bariz nümunəsi kimi 
 

 
75 
 
 
UOT 334.341                     
 
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ ƏSAS QLOBAL İQTİSADİ PROBLEM KİMİ 
 
ABDULLAYEV LOĞMAN İMRAN oğlu 
Sumqayıt Dövlət Universiteti, dosent 
ƏZİZOVA KƏMALƏ VAQİF qızı 
Sumqayıt Dövlət Universiteti, baş müəllim 
e-mail: Elnare Memmedova @ box.az
 
Açar sözlər:  iqtisadi inkişaf, təbii sərvətlər, ərzaq təhlükəsizliyi, süni zülal, aqrar sektor 
Son  15-20  ildə  qlobal  problemlərin  müxtəlif  aspektləri  elmin  müxtəlif  sahələri  üzrə  ətraflı 
tədqiq  edilməkdədir.  Artıq  qloballıq  anlayışı  kompleks  elmi  istiqamət  kimi  bir  çox  təbii  və 
humanitar elmlərin tədqiqat predmetinə daxil olmuşdur. Bu mənada, qloballıq hər şeyi əhatə edən, 
iri  miqyaslı,  planetar  əhəmiyyətli  anlayış  kimi  bütün  dünyanın  və  bəşəriyyətin  taleyinə  toxunan 
problemləri özündə əhatə  edir. Özü də bu problemlərin sayı çoxalmaqdadır. Hazırda  tədqiqatçılar 
dünyanın  taleyinə  toxunan  təbii  ehtiyatlardan  səmərəli  və  kompleks  istifadə  edilməklə  alternativ 
ərzaq mənbələrinin axtarılıb  tapılması,  ərzaq təhlükəsizliyi,   dünya əhalisini ərzaqla təmin  etmək, 
düşünülmüş  siyasət  yürüdülməklə  əhali  artımı  problemlərinin  düzgün  tənzimlənməsi  və  s.  bu  cür 
problemləri qlobal problemlərdən hesab edirlər.    
 İnsan  övladının  öz  ehtiyaclarını  təbiətin  hazır  resursları  ilə ödəyərək  yaşadığı “mənimsəmə 
iqtisadiyyatı”  mərhələsindən  “istehsal  iqtisadiyyatı”  mərhələsinə keçdiyi andan ilk fəaliyyət sahəsi 
olan aqrar sektor, iqtisadiyyatın ən qədim sahəsi olmaqla uzun bir  tarixi  yol  keçmişdir. Aqrar  sektor  
fəaliyyətlərinin    iqtisadi    həyatdakı    rolunun    daim  dəyişildiyi    və  iqtisadi    inkişafın    hər    bir  
mərhələsində yeni  məzmun  kəsb  etdiyi  bu müddət  ərzində təbii  olaraq  bu  fəaliyyətlərlə bağlı  
nəzəri  baxışlar  və bir  növ  bu baxışların ümumiləşdirilərək  gerçək həyatda  reallaşdırlma  forması 
olan  iqtisadi  siyasət  doktrinaları    da    dəyişərək    inkişaf    etmiş  və  bu    günkü    səviyyəsinə  gəlib  
çatmışdır.    Bu  dəyişiklikləri  dünya  iqtisadi  inkişaf  tarixinin  üç  böyük  mərhələsi  üzrə  xarakterizə 
etmək  mümkündür:   “Birinci  dalğa”  (first  wave)  kimi  ifadə olunan,  kənd  təsərrüfatı  və təbii  
resurslara əsaslanan inkişaf mərhələsi dayanır;   İkinci  dalğa”  (second  wave)  kimi  ifadə bütövlükdə 
həmin  dövrə qədər  olan  sosial,  iqtisadi,  siyasi  və mədəni həyatı dəyişdirmiş sənayeləşmə prossesi 
iqtisadi  nəzəriyyələri  və  dövlət  siyasətini  də  bu  prossesin  sürətləndirilməsi  və  sənaye  sektorunun 
inkişaf  etdirilməsi  yolunda  aqrar  sektorun  rolunun  qiymətləndirilməsi  və  artırılması  istiqamətinə 
yönəltmişdir;      “Üçüncü  dalğa”  (third  wave)  kimi  ifadə  olunan  post-sənaye  mərhələsi:  1960-70-ci 
illərdən başlayan elmi-texniki inqilabla ortaya çıxan və 1980-ci illərdən başlayaraq liberallaşma  və 
qloballaşma  prossesləri  ilə birləşən  və digər  adı  informasiya cəmiyyəti dövrü adlanan bu mərhələ 
iqtisadi  nəzəriyyələr  və  həyata  keçirilən  iqtisadi  siyasət  mexanizmlərində  də  yeni  reallıqları  ortaya 
çıxarmışdır ki, bu aqrar sahədən də yan keçməmişdir.  
Əhalinin ərzaq təhlükəsizliyi problemi XX əsrin 70-ci illərində inkişaf etməkdə olan ölkələrdə 
baş verən sosial-iqtisadi  proseslərlə  əlaqədar olaraq dünya ictimaiyyəti tərəfindən güclü  müzakirə 
predmetinə çevrildi. O zamanlar qlobal ziddiyyət meydana gəlmişdi. İnkişaf etmiş ölkələrdə ərzaq 
məhsullarının ifrat istehsalı bir sıra 3-cü dünya ölkələrində əhalinin kütləvi aclığı və yeməməzliyi 
ilə müşayiət olunurdu. 
Bəşəriyyət yarandıgı  vaxtdan indiyə kimi onu əhatə edən təbiətə təsir göstərir. Hələ ilk ibtidai 
yaşayış dövründən insanlar ətraf mühitlə hesablaşmağa məcbur olmuşlar.  Çünki   müvafiq,əlverişli 
sığınacaq  yeri  seçmək,  ərzaq  əldə  etmək  üçün  ətraf  mühitin  xüsusiyyətlərini,    vegetasiya, 
heyvanların artıb çoxalması, miqrasiya prinsiplərini və s. öyrənmək lazım gəlmişdir. Yüz min illər 
ərzində  insanlar  təbiətin  sabit  qanunlarına  qarşı  çıxmaqla,  istər-istəməz  ətraf  mühitin  sabitliyinin 
pozulmasına  cəhd  göstərmişlər.  Bu  vəziyyət  müasir  dövrdə,  yəni  elmi-texniki  tərəqqi  əsrində 
xüsusilə kəskinləşmişdir [1]. 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
76 
 
 Təbii  sərvətlərdən    yüz  illərdən  bəri  kortəbii  istifadə  etmək  ətraf  mühitin  bütün    dünya 
miqyasında dəyişilməsinə gətirib çıxarmışdır. Məsələn, təbiətin bir milyard il ərzində yarada  bildiyi 
təbii  sərvəti  bəşəriyyət  cəmi  yüz  il  müddətində  istifadə  etmişdir.  Təbii  sərvətlərin  qənaətsiz 
istismarı, həmçinin ətraf mühit üçün “əlavə yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına 
səbəb olmuşdur. 
 Dünya əhalisini ərzaqla təmin etmək dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu mühüm 
problem  Birləşmiş  Millətlər  Təşkilatında,  Ümumdünya  müşavirələrində  dəfələrlə  müzakirə 
edilmişdir. Yer kürəsində üzvi aləmin yaradılması və sərf edilməsi yolları qlobal bir problem kimi 
dünya alimləri tərəfindən tədqiq edilmişdir. Son 15 il ərzində “dünya aclığı” problemi üzrə aparılan 
tədqiqatlardan məlumdur ki, həqiqətən indi dünya əhalisinin hər üç nəfərindən biri tam ac, biri isə 
yarımacdır.    Bununla  yanaşı,  ümumiyyətlə,  insanlar  arasında  zülal  aclığı  hökm  sürür,  müxtəlif 
fikirlər  söylənilsə  də  zülal  çatışmazlığının  labüdlüyü  mübahisə  yaratmır.    Dünyada  ərzaq 
çatışmazlığının əsas səbəblərindən biri istehsal edilən məhsulun qeyri-mütanasib bölüşdürülməsidir.   
BMT-nin məlumatına görə mövcud dünya əhalisinin ərzaq təhlükəsizliyini  təmin etmək üçün 
indi istehsal olunan məhsulun miqdarını  2 dəfə artırmaq lazımdır. 
Ərzaq probleminin yaranmasına səbəb inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının zəif 
inkişafı,  onun  birtərəfli  istiqamətdə  aparılması  və  məhsullarının  əsas  hissəsinin  ixrac  edilməsidir. 
Ərzaq probleminin həlli üçün onun kəskin olduğu ölkələrdə kənd təsərrüfatının inkişafı ekstensiv və 
intensiv  yollarla  aparılması  lazımdır.  Kənd  təsərrüfatının  ekstensiv  inkişaf  yolu  çoxlu  maliyyə 
vəsaiti tələb edir. Ona görə beynəlxalq maliyyə təşkilatlarının və inkişaf etmiş ölkələrin geri qalmış 
ölkələrə  köməyi  lazımdır.  Dünyada  kənd  təsrrüfatına    yararlı  olan  3,2-3,4  mlrd  ha  torpaqlardan 
hələlik yalnız yarısı istifadə edilir. Lakin dünyanın əksər ölkələrində intensiv yol kənd təsərrüfatının 
əsas  inkişaf  istiqaməti  kimi  qəbul  edilir.  Əkinçilik  məhsullarının  artımının  9/10  hissəsi  bunun 
hesabına olur.  
Dünya Bankının proqnozlarına görə planetin əhalisi 2025-ci  ildə 3 mlrd. nəfər artacaq. Bu, əsasən 
Asiya regionları hesabına baş verəcək. 3 mlrd. insan qlobal su ehtiyatları böhranı ilə üzləşəcək və su 
çatışmazlığından  əziyyət çəkəcək, urbanizasiya böhranı olacaqdır ki, nəticədə də  yaxın 30 ildə şəhər 
əhalisi 3 dəfə artacaq. 2020-ci ildə Afrika əhalisinin üçdə ikisi bu gün heç də iqtisadi artım müşahidə 
edilməyən  şəhərlərdə  yaşayacaqdır.  Yaxın  15  ildə  dünya  əhalisini  ərzaqla  təmin  etmək  üçün  ya 
məhsuldarlığı  3  dəfə  artırmaq,  yaxud  da  əkin  sahələrini  3  dəfə  artırmaq  lazım  gələcək,  lakin  reallıq 
budur ki, əksər kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 50%-i təşkil edəcəkdir. Yaxın 30 
ildə ərzaq məhsullarının istehsalı yalnız 2 dəfə artacaq. Deməli, demoqrafik böhran, qlobal su ehtiyatları 
böhranı, urbanizasiya probleminə ərzaq böhranı da əlavə olunacaq.  
Texniki  tərəqqinin  müasir  və  getdikcə  artan  inkişafı  ilə  əlaqədar  quru  sahənin  xeyli  hissəsi 
çirklənir və yarasızlaşır. Müasir hesablamalara görə, hər adamın orta təminatı üçün 0,4 hektar əkin 
sahəsi  lazımdır.  Dünya  əhalisini  qida-ərzaqla  təmin  etmək  üçün  yararlı  torpaq  sahələrinin 
imkanlarını azaldan əyani səbəblərdən biri də torpağın çirklənməsidir.  Beləliklə, torpaq fondundan 
səmərəli  istifadə  olunarsa,  qida  qıtlığı  azalar.  Göstərilən  faktlar  bir  daha    sübut  edir  ki,  Yer 
kürəsinin quru sahəsinin bütün  imkanlarından  hələlik hərtərəfli və səmərəli istifadə edilmir. 
 Ötən  əsrin  90-cı  illərinin  sonlarindan  başlayaraq  ərzaq  təhlükəsizliyi  qlobal  əhəmiyyətli 
problemə  çevrilmişdir.  Xeyli  vaxtdır  ki,  dünya  miqyasında  ərzaq  təhlükəsizliyi    qlobal  problem 
kimi  öz  həllini  gözləyir.  Bununla  əlaqədar  olaraq,  bəşəriyyətin  qarşısında  duran    “zülal  aclığı” 
aktual problemlərdən biridir. İnana bilmirsən ki, elm və texnikanın yüksək səviyyədə tərəqqi etdiyi 
bir dövrdə dünya əhalisinin üçdə iki hissəsi zülal aclığı çəkir.  Bugünki təlabata görə bəşəriyyətin 
heyvan mənşəli zülala olan ehtiyacı daha kəskindir. Hesablamalara görə hər adamın normal inkişafı 
üçün  gündə  50-60  qram    təbii  zülal  tələb  olunur.    Təcrübələr  göstərir  ki,  zülal  aclığı  zamanı 
orqanizmdə  ağır    keçən  və  çox  vaxt  ölümlə  nəticələnən  xəstəliklər  əmələ  gəlir  [2].  Ərzaq 
təhlükəsizliyinin  qarşısının  alınması  öz    növbəsində    zülal  aclığına  son  qoyar  və  on  milyonlarla 
insan    həyatının  qorunub  saxlanılmasında  lazımi  yardım  göstərər.  Təbii  sərvətlərin  qənaətsiz  
istismarı, həmçinin ətraf mühit üçün “əlavə  yük” sayılan tullantıların yeni-yeni əraziləri tutmasına 
səbəb olmuşdur . 
Ərzaq təhlükəsizliyi əsas qlobal iqtisadi problem kimi 
 

 
77 
 
 Hər  bir    müstəqil    ölkə  öz  əhalisini  qorumaq,  yaşatmaq  məqsədilə  onun  ərzaq  və  ekoloji 
təhlükəsizliyini təmin etməyə səy göstərir. Zəlzələ, aşınma, su daşqını, quraqlıq, müharibə və digər 
fəlakətlər  zamanı  ölkə  əhalisi  aclığa  məruz  qalmasın  deyə  dövlət  çalışır  ki,  ərzaq  və  ekoloji 
təhlükəsizliyi öncə görə bilsin və özünün  ərzaq tədarükünü hazırlasın.  Ərzaq və ekoloji problemlər 
müxtəlif elm sahələrinin köməyi ilə həll oluna bilər. İqtisadiyyat, kimya, biologiya, fizika, iqtisadi 
riaziyyat,  coğrafiya,  seleksiya  və  digər  bu  kimi  elmlər  ölkəmizdə  ərzaq  təhlükəsizliyinə  dair  öz 
töhvələrini  layiqincə yerinə yetirməlidirlər. Ərzaq təhlükəsizliyi həm siyasi, həm iqtisadi, həm də 
sosial əhəmiyyətli  xarakter daşıyır. Siyasi əhəmiyyəti ondadır ki, ölkə öz tələbatını öz gücü ilə,öz 
daxili imkanları  hesabına ödəməklə daha çox öz müstəqilliyini təmin edir, heç bir xarici dövlətdən  
ərzaq asılılığı olmadan yaşaya bilir, daha qüdrətli dövlətə  çevrilir. İqtisadi əhəmiyyəti ondadır ki, 
ölkə  özünün    daxili  ehtiyatlarını,  ərzaq  potensialını  səmərəli  istifadə  etməklə  tələbatına  uyğun  
miqdarda, ucuz və keyfiyyətli qida məhsulları istehsal edir. Ərzaq məhsullarını uzaq regionlardan 
gətirmir və böyük nəqliyyat xərcləri sərf etmir. Məhsulu anbarlarda uzun müddət yığıb saxlamağa 
ehtiyac olmur.  Sosial əhəmiyyəti də böyükdür. Əhalinin ərzaq məhsullarına olan  tələbatının  yerli 
istehsal hesabına ödənilməsi həm ölkədə əmin amanlığı yaradır, həm də əhalinin əhval-ruhiyyəsini 
yüksəldir.  İqtisadi  təhlil  göstərir  ki,  respublikamızın  mövcud  torpaq  fondundan  tam  və  səmərəli 
istifadə  edilərsə,  İlkin  mərhələdə    10  milyon,  perspektivdə  isə  10-16  milyon  əhalini  ərzaq 
məhsulları  ilə  təmin  etmək  mümkündür.  Belə  olarsa,  yəni  ərzaq  tələbatı  respublikanın  daxili 
istehsalı  hesabına  ödənilərsə,  ekoloji  təhlükə  də  qat-qat  azalar.  Hazırda  Azərbaycan  vətəndaşının 
istehlak etdiyi çörək, ət və ət məhsulları, balıq və balıq məhsulları, süd və süd məhsulları, yumurta, 
şəkər,  meyvə,  tərəvəz,  kartof  və  digər  bu  kimi  məhsulların  müəyyən  bir  hissəsinin  sözün  həqiqi  
mənasında  mənşəyi,  yəni  harada  istehsal  edilməsi  bəlli  deyil.  Bu  isə  özlüyündə  əhalinin  istehlak  
etdiyi  ərzaq məhsullarının insan orqanizmi üşün nə dərəcədə təhlükəsiz olduğuna təminat  vermir. 
Bunu  əhalinin istehlak  etdiyi müxtəlif spirtli içkilər, mineral sular, meyvə-tərəvəz şirələri  barədə 
də  demək  olar.  Dünyanın    uzaq  regionlarından,  ölkələrindən  tez  xarab  olan  məhsulların  gətirilib 
satılması  da  məqsədəuyğun  deyil.  Bu  kimi  ekoloji  təhlükənin  aradan  qaldırılmasında  daxili 
istehsalın geniş inkişaf etdirilməsi mühüm rol oynaya bilər. 
 Biosferin  tərkib  hissəsi  olan  torpaq  ekoloji  mühitin  ən  mühüm  komponentlərindən  biri 
olmaqla  təbii  ehtiyat  kimi  maddi  nemətlərin  yaradılmasında  əvəzsiz  təbii  təbiət  cismidir  [3]. 
Torpaqların mühafizəsi, onların vəziyyətinə daimi nəzarətin təşkili, bir sözlə, torpaq monitorinqinin 
yaradılması probleminin ekoloji baxımdan mühüm şərt olduğunu böyük  uzaqgörənliklə bildiyindən 
ulu  öndərimiz  Heydər  Əliyev  hələ  SSRİ  zamanında  ölkəmizə  rəhbərlik  etdiyi  dövr  ərzində 
Azərbaycan  Respublikasını  Sovetlər  İttifaqının  ən  qabaqcıl  respublikalarından  birinə  çevirmişdi. 
Heydər  Əliyevin  kənd  təsərrüfatına  göstərdiyi  qayğı  və  diqqətin  nəticəsində  taxıl,  tərəvəz, 
üzümçülük  istehsalının  ixtisaslaşdırılması  və  təmərküzləşdirilməsi  sahəsində  həyata  keçirilən 
tədbirlər  nəticəsində  olduqca  böyük  nailiyyətlər  əldə  edildi.  Həmin  illərdə  Azərbaycan 
Respublikasında  bu  günki  islahatlar  üçün  də  zəmin  yaradan  aqrar  sahənin  inkişaf  etdirilməsinin 
əsasını  qoydu.Ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycanda  əkinçilik  mədəniyyətinin  tarixini, 
torpaq-əkinçi  münasibətlərinin  daha  səmərəli  təşkilini  yaxşı  bildiyindən  ölkəmizə  ikinci  dəfə 
rəhbərliyi dövründə (1993-2003-cü illər) torpağın öz sahiblərinə pulsuz olaraq verilməsi haqqında 
qəti və tarixi qərar qəbul etdi. Nəticədə bu gün kənd təsərrüfatının sıçrayışlı inkişafını təmin edən 
torpaq  islahatları  həyata  keçirildi.  Hazırda  Heydər  Əliyev  ideyalarını  və  ictimai-siyasi  kursunu 
layiqincə  davam  etdirən  möhtərəm  prezidentimiz  İlham  Əliyev  24  noyabr  2003-cü  il  tarixində 
imzaladığı  "Azərbaycan  Respublikasında  sosial-iqtisadi  inkişafın  sürətləndirilməsi  tədbirləri 
haqqında"  fərmanı ölkəmizdə aqrar sahənin inkişafında ən yeni və dinamik inkişafın başlanğıcını 
qoydu.  Qürurla  qeyd  etmək  yerinə  düşər  ki,  əsası  ümummilli  liderimiz  Heydər  Əliyev  tərəfindən 
qoyulmuş  aqrar  islahatları  bu  gün  onun  layiqli  davamçısı  möhtərəm  prezidentimiz  cənab  İlham 
Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham 
Əliyevin imzaladığı "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına 
dair  Dövlət  Proqramı"-nın  hazırlanması  haqqında   2  may  2008-ci  il  tarixli   sərəncamını  heç 
şübhəsiz  ki,  ulu  öndərimizin  imzaladığı  sərəncamın  davamı  kimi  qiymətləndirmək  olar.  İlham 
Əliyevin təsdiq etdiyi “Dövlət Proqramı”  ərzaq təhlükəsizliyinin əsasıdır. 
Abdullayev L.İ., Əzizova K.V. 
 
 

 
78 
 
 Ölkə başçısı  bu ili kənd təsərrüfatı ili elan edib. Ərzaq bazarlarında isə tələbin böyük fərqlə 
təklifi  üstələməsi  səbəbindən  son  vaxtlar  ərzaq  mağazalarının  qiymətlərindəki  artımın  qarşısını 
almaq və əhalini ərzaq məhsulları ilə tam təmin etmək məqsədi ilə ölkə prezidentinin "2008-2015-ci 
illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət 
Proqramı"-na  aid  imzaladığı  Sərəncamla  prezidentimiz  cənab  İlham  Əliyev  kənd  təsərrüfatı 
sektorunun  qarşısında  xüsusi  vəzifələr  qoyur.  İnanırıq  ki,  möhtərəm  prezidentimiz  cənab  İlham 
Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  imzalanmış  "2008-2015-ci  illərdə  Azərbaycan 
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" ümummilli 
liderimiz Heydər Əliyev arzularının, ideyalarının davamı kimi xalqımızın gələcək rifah halının daha 
da  yaxşılaşmasında  cənab  prezidentimiz  İlham  Əliyevin  rəhbərliyi  altında  öz  müsbət  həllini 
tapmaqla ölkəmizi və insanlarımızı daha təminatlı və təhlükəsiz gələcəyə aparacaqdır [4]. 
Elmi  yeniliyi:  məqalədə  ərzaq  təhlükəsizliyi  problemlərinə  toxunulmuş,  bu  sahədə  aqrar 
sahənin rolu tədqiq edilmiş, qeyd edilən problemin həlli yolları araşdırılmışdır.  
Tətbiqi əhəmiyyəti: bütün qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olur ki, gələcəkdə ərzaq 
məhsullarının sürətlə artırılması o qədərdə real deyildir. Lakin əhalinin ərzaq məhsulları ilə təmin 
edilməsi  imkanları  da  tükənməmişdir.  Odur  ki,  ərzaq  təhlükəsizliyi  problemi  bütün  dünya 
ölkələrinin və beynəlxalq təşkilatların daim diqqət mərkəzində olmalı, bu sahədə lazımi tədbirlərin 
görülməsi davamlı xarakter daşımalıdır. Məqalədə ərzaq təhlüəkizliyi ilə bağlı yuxarıda qeyd edilən 
tədbirlər bu baxımdan əhəmiyyətlidir. 
    
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin