Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix07.04.2017
ölçüsü4,94 Kb.
#13622
1   2   3   4   5   6   7   8   9   ...   16

 
 
 
 
 
Milli Ədəbiyyat və mədəniyyət portal və saytları 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
24 
 
 
Azərbaycan Yazıçılar Birliyinin Ģəbəkə resursları: 
 
http://www.azyb.net/
 
 
http://mediateka.musigi-dunya.az/
  
http://www.kitabxana.net
  – Milli Virtual Kitabxana 
http://www.edebiyyatqazeti.com/az/index.shtml
  - Ədəbiyyat qəzeti 
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?s=16
  - Mir Literaturı 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=1
  - Azərbaycan 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=2
  - Ulduz 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=4
  - Qobustan 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=3
  - Literaturni Azərbaycan 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=5
  - Körpü 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=7
  - Dünya ədəbiyyatı 
 
Əsas elektron Kitabxanalar 
 
http://preslib.az/ebooks.html
  - Prezident Kitabxanasının e-kitabxanası 
http://anl.az/
  - M.F.Axundov adına Milli Kitabxana 
http://www.csl-az.com/
  - AMEA Mərkəzi Kitabxanası 
http://www.kitabxana.net
  – Milli Virtual Kitabxana 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
25 
 
http://www.azab.az/
  - Aşıqlar Birliyi 
http://www.folklorinstitutu.com/azerb_folkloru_antologiyasi.htm
  
http://www.balalar-az.com
  - Uşaq ədəbiyyatı saytı 
http://azeri.org/
  - Betti Bleyer ABŞ 
http://azeribook.com/
  - rusca milli ədəbiyyatımız 
http://www.azadliq.org/section/virtual_library/1000.html
  
http://misra.az
  
http://luget.azeri.net/
  
http://musigi-dunya.az
  
http://yazarklub.com/
  
 
 
 
Yazıçılarımızın saytları 
  
http://nizami.az/
  
http://cavid.gen.az/
  
http://www.resulzade.org/
  
http://uzeyir.musigi-dunya.az/
  
http://ordubadi.az
  - Muzeyin saytı, amma e-kitablar yoxdur? 
http://abdullashaig.com/
  
http://cafarcabbarli.org
  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
26 
 
http://samedvurgun.com
  
www.sehriyar.sevgisi.com
  
http://rasulrza.musigi-dunya.az
  
http://www.anar.az
  
http://vahabzade.net/
  
www.xelilrza.com
      
www.cabir-novruz.az
  
http://fikretqoca.az
  
http://maksudibragimbekov.com
  
http://www.memmedaraz.az
  
http://www.firuza.nеt
  
http://www.kamalabdulla.az
  
http://xeyreddinqoca.tr.gg
  
http://www.zalimxanyaqub.com
  
http://afagmasud.blogspot.com/
  
http://www.hisaxanli.org/az/
  
http://azizajafarzade.com/
  
http://www.ejderol.net
  
www.asifata.com
  
http://h-miralamov.com
 
http://www.qeshemnecefzade.net
  
http://www.mahiraabdulla.net
  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
27 
 
http://nuranenur.net
  
http://www.nisebeyim.com/
   
http://www.hafizmirza.com/
   
www.firuza.az
   
www.fikretsadiq.az
   
www.simuzer.az
  
www.mahiraabdulla.
com  
 
Ədəbiyyatla bağlı baĢqa resurslar: 
 
http://www.525.az
  
http://www.kaspi.az/edebiyyat
 
http://dgtyb.org
   
http://www.bizimyazi.com
   
http://kultaz.com/
  
http://adyazar.az/
  
http://doqquziklim.net/
  
http://kulis.az/
  
http://ann.az/az/index.php?option=com_k2&view=itemlist&layout=category&task=category&id=342&Itemid=
575
  
http://www.azadliq.org/section/virtual_library/1000.html
  
http://www.azadliq.org/content/article/2287275.html
  
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
28 
 
 
Sosial-media və Ģəbəkə - vətəndaĢ jurnalistikası 
 
(Ġnternet jurnalistikası) 
 
Kurs Proqramı  
 
Hazırlayanı:  
 
ARGT Milli ġurasının Məclis üzvü, 
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədi, 
 Xəzər Universitəsinin müəllimi,  
www.kitabxana.net portalının rəhbıri,  
yazıçı-kulturoloq Aydın Xan (Əbilov) 
 
Ümumi məqsəd: Sosial-media və şəbəkə - vətəndaş jurnalistikası -  
 “Ġnternet  jurnalistikası”  xüsusi  kurs  dinləyicilərə  milli  və  dünya  İnternet  mediası,  şəbəkə  jurnalistikasının 
əsasları, tarixi, mövcud nəzəriyyələri haqqında bilgilər vermək, onun forma və istiqamətləri – İnternet səhifələr, 
bloqlar,  saytlar  və  portallar,  eləcə  də  elektron  KİV  –  şəbəkə  qəzet,  dərgi,  mədəniyyət,  ədəbiyyat  portalları, 
İnternet    televiziyası,  İnternet  radio,  həmçinin  ənənəvi  KİV-in  elektron  formaları  barədə  geniş  məlumatlar 
vermək,  sosial  şəbəkələr,  qlobal  və  lokal  şəbəkələşmə,  innovativ  məlumatlandırma  formaları  barədə 
informasiyalarla  təmin  etmək,  ümumdünya  informatik-texnoloji  düşüncənin  keçdiyi  yolu  öyrətmək,  onun 
incəliklərini  tanıtmaq,  yeni  nəsil  veb  –  İnternet  jurnalistikada  çalışacaq  peşəkar  kreativ-intellektualların 
yetişməsinə  çalışmaq.  İnternet  jurnalistikası  kimi  yeni  innovativ  sahəni  inkişaf  etdirmək,  fərdi  olaraq 
intellektuaı-publisistik yaradıcılığa maraq oyatmaq və b. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
29 
 
 
Kursun mərkəzində İnternet media, sosial media və şəbəkə jurnalistikasının açıq innovativ və qlobal fəlsəfəsini, 
praktik  əhəmiyyətini  öyrətmək,  eləcə  də  Azərbaycandilli  elektron  resurslarda  çalışacaq  peşəkar  şəbəkə 
jurnalistlərin indidən real olaraq fəaliyyətini dəstəkləməkdir.  
 
Kursun sonunda dinləyicilər intellektual-texnologi, şəbəkə-innovativ yaradıcılıq bilgiləri ilə tanış olmalıdırlar;  
-  İnternet  jurnalistikasının  keçdiyi  tariхi  inkişaf  mərhələlərini  bilməli,  onu  dünya  qlobal  informativ-ideoloji 
prosesləri ilə müqayisə etməyi bacarmalıdırlar. 
- Azərbaycan və dünya Qlobal İnformasiya Şəbəkəsinin – İnternetin əsas cəhətlərini öyrənməlidirlər; 
- Azərbaycan İnternet resurslarının əsas tərəflərini bilməli, tanınmış İnternet yazarların yaradıcılıq nümunələrini 
oxumalı, şəbəkə nəzəriyyəsinə aid ədəbiyyatlarla tanış olmalı, müqayisəli-tarixi təhlilə cəlb etməlidirlər. 
 

XXI əsrin jurnalistikası və KİV-i. Ənənəvi media, yazılı və elektron KİV.  İnternet – 
qlobal və lokal şəbəkələr barədə məlumatlar.  
 

Mini sayt, elektron gündəlik, virtual konfranslar, elektron və  İnternet səhifələr, bloqlar, 
saytlar və portallar, sosial şəbəkələr.  
İnformasiya cəmiyyəti, elektron hökumət, virtual dünya. İnternetin yaranma tarixi, 
inkişafı, çağdaş dövrü. Azərbaycandilli elektron resurslar və şəbəkələr.  

İnformasiya cəmiyyətində yeni media və şəbəkə jurnalistikası. Elektron resursların 
zənginləşməsində ənənəvi jurnalistikanın rolu. Peşəkar və vətəndaş şəbəkə 
jurnalistikası. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
30 
 
 
İnternet Açıq Ensiklopediyası – Vikipediya,  
http://wikipedia.org
 , onun Azərbaycan, 
türk rus, ingilis dilindəki variantları, milli dildə olan resurslarının inkişaf etdiriləsiylə 
bağlı imkanların təhlili və real işlər. 
Yeni mütaliə və yazı mədəniyyəti, elektron ədəbiyyat, e-kitab və e-yazı, SMS – MMS, 
elektron məktub, e-mail, virtual forumlar, çat yazışmaları, veb-media – müasir 
elektron-virtual ünsiyyət, informasiya paylaşması predmetləri kimi. 
 

İnternet jurnalistikası: şəbəkə qəzet, dərgi, İnternet TV və radio kimi virtual KİV-də 
jurnalistika imkanları, yeni media məkanlarında mətn, görüntü, səs və başqa formatların 
sintezi.    
Xəbər və informasiya portalları, analitik saytlar, ədəbiyyat resursları, ənənəvi qəzet, 
jurnal, TV və radioların saytları, dövlət, özəl və ictimai qurumların saytları, təhsillə 
bağlı resursları. İnternetdə yeni media orqanları, şəbəkə qəzet, TV və radiolar. 
Hipertekstuallıq, şəbəkə dili, İnternet jurnalistikasında üslublar və fərdi yanaşmalar, 
milli resurslarda Azərbaycan dilinin işlənməsi, link – keçidlərdən bəhrələnmək, 
Vikipediya – açıq İnternet ensiklopediyasında işləmək, yazıları yerləşdirmək və redaktə 
etmək imkanları. 
 

İnnovativ məlumatlandırma formaları barədə bilgilər, cəmiyyətin ayrı-ayrı təbəqələrini 
informasiyalarla təmin etmək, ümumdünya informatik-texnoloji düşüncənin keçdiyi 
yolu nəzərə almaqla, onun incəliklərini öyrənmək, yeni nəsil veb – İnternet 
jurnalistikada fəaliyyət göstərəcək peşəkar yaradıcı-intellektual mütəxəssis kimi 
formalaşmaqda internet jurnalistikasının rolu. 
Bloq və elektron gündəliklər, sosial şəbəkələrdə fərdi vətəndaş jurnalistikanın inkişafı, 
İnternet auditoriya ilə işləmək, şəbəkə istifadəçilərini toplamaq, virtual forumlarda 
fəallıq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, elektron hücumlar. 
Ənənəvi qəzet, dərgi, TV, radio kimi KİV-lərin İnternet variantlarında, saytlarında 
şəbəkə - İnternet ədəbi publisistika, tənqid, müxtəlif internet-forumlarda ictimai-mədəni 
müzakirələrin tənqidi mahiyyəti. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
31 
 
 

Müxtəlif PR aksiyaları və koporativ maraqlar sahəsində İnternet jurnalistikasının rolu. 
Müxtəlif qurumların İnternet mütəxəssisi. Veb-yazarlar və İnternet resurslarının 
redaktorlarının peşə bilgiləri. Portal  - şəbəkə redaktorluğu. Şəbəkə etika və estetikası, 
İnternetin açıq fəlsəfəsi. 
Yazılı və elektron KİV, onların şəbəkə formaları, İnternet TV və radiolarda veb-
jurnalistika. Alternativ KİV-lərin şəbəkə formatlarında millilik və bəşərilik. Kulturoloji-
estetik məsələlərin İnternetdə əksi. 
 
ƏDƏBĠYYAT siyahısı 
 
I.
 
Nəzəri ədəbiyyat 
 
1) Zaur Babayev. "Kompyuternaya jurnalistika". B., 1994. (rusca) 
2) Zaur Babayev. "Azərbaycanda İnternet jurnalistikası: tarixi perspektivləri". Dərs vəsaiti, B., 2007 
3) İ. Mazanlı. Jurnalistika və müasir dövrün qlobal problemləri. B., 2008 
4) İ. Mazanlı. Xarici ölkələrin müasir KİV sistemi. B., 2008 
5) H. Vəliyev. Yeni dünya jurnalistikası. B., 2009 
6) H. Vəliyev. Xarici ölkələrin jurnalistika tarixi. B., 2009 
7) Rizvan Qəmbərli. Jurnalistin əl kitabı. 2005-ci il, Bakı ş. 
8) Mark Briqs. "Jurnalistika 2.0". Bakı, 2010 (Tərcümə: Azər Həsrət)  
9) A.A. Kalmıkov, L.A.Koxanova. "İnternet-jurnalistika". Moskva, ―UNİTY‖ nəş. 2005 (rusca) 
10) Rasim Əliquliyev, Cəsarət Valehov, Rasim Mahmudov. ―İnternet-jurnalistikanın formalaşmasının bəzi 
aspektləri‖. Bakı, 2008. 
 
Ġngilis və rusca mənbə və vəsaitlər: 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
32 
 
 
 
1)
 
Skott E. ―Kompyuternaya texnoloqiya v jurnalistike‖. – Moskva, 1999 
2)
 
―Ot kiniq do İnterneta. Jurnalistika i literatura na rubeje novoqo  tısyaçeletiya.‖. – Moskva 2000 
3)
 
E.Reddik,  E.Kinq. ―Jurnalistika v stile onlayn‖. M., 1999 
4)
 
Rakitov A.İ. ―Filosofiya kompyuternaya revalyuçii‖. – M., 1999 
 
Elektron mənbələr: 
 
 
1)
 
Onlayn jurnalistlər üçün vəsait: 
http://mediamerkez.az/az/images/stories/docs/Jurnalistler_ucun_Online_Vesait.pdf
 
2)
 
İnternet dərsliyi:  
 
http://www.ilkaddimlar.com/internet/index.html
  
 
3)
 
  İnternet Açıq Ensiklopediyası – Vikipediya, onun Azərbaycan, türk rus, ingilis dilindəki variantları: 
http://wikipedia.org
 
 
  
 
Ġntellektual-ədəbi Ġnternet saytları: 
 
1) 
www.xariciedebiyyat.azeriblog.com
  
2) 
www.lit.az
 
3) 
www.kultaz.com
 
4) 
www.medeniyyet.net
  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
33 
 
5) 
www.kitab.az
 
6) 
www.artyazar.azeriblog.com
  
7) 
www.azyb.net
  
8) 
www.tenqid.net
  
9) 
www.adyazar.az
  
10) 
www.lib.ru
   
11) 
www.kitabxana.net
 
12) 
http://mediamerkez.az
 
13) 
http://mediamerkez.az/az/index.php?option=com_content&view=article&id=130&Itemid=133
 
 
Jurnalislərin istifadəsi üçün Ġnternet resurslar 
 
Google video 
http://video.google.com/
   
Elan portalı 
http://www.mono.az
   
Navigator.az - məlumat və axtarış sistemi Şirkətlər, mallar və xidmətlər milli universal kataloqu. 
http://www.navigator.az
   
Qovluq Pulsuz fayl yükləmə sistemi. 
http://www.qovluq.com/
  
 
Provayderlərin siyahısı: 
 
•1. Azeurotel (
http://www.azeurotel.com
)   
•2. Azerin (
http://www.azerin.com
)   
•3. Adanet (
http://www.adanet.az
)   

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
34 
 
•4. Artel (
http://www.artel.net.az
)   
•5. AzCom (
http://www.azcom.az
)   
•6. AzerSat (
http://www.azersat.net
)   
•7. Aztelekom (
http://www.aztelekom.net
)   
•8. Azeronline (
http://www.azeronline.com
)   
•9. AzStarNet (
http://www.simsiz.net
)   
•10. BakInternet (
http://www.bakinternet.net
)   
•11. QalaNet (
http://www.sinam.net
)   
•12. Catel (
http://www.catel-az.com
)   
•13. Karvan (
http://www.karvan.net
)   
•14. Bakitelecom (
http://www.lidercart.com
)   
•15. Azintex (
http://www.azintex.com
)   
•16. Kosmos-s (
http://www.oxygen.az
)   
•17. Aznetkard (
http://www.aznetkard.com
)   
•18. Uninet (
http://www.azuni.net
)   
•19. Ultra (
http://www.ultra.com.az
)    
•20. Nakhchyvan.az (
http://www.nakhchyvan.az
)   
•21. AzinternetSevis (
http://www.azeri.com
)   
•22. AzNet (
http://www.aznet.org
 )  
 
Ġnternet jurnalistika ilə bağlı baĢlıca resurslar 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
35 
 
Televiziya və radio kanalların saytları: 
 
•AzTv: 
http://www.aztv.az
  
•Lider TV: 
http://www.lidertv.com
  
•ANS:  
http://www.ans.az
   
•İTV: 
www.itv.az
   
•Space TV: 
http://www.space-az.com
  
•Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası: 
http://www.ntrc.gov.az
  
•107 Fm: 
http://www.lider.fm
  
•Anten 101 Fm: 
http://www.antenn.az
  
•Burc Fm: 
http://www.burc.fm
  
•Azadliq Radiosu: http://www.azadses.org, 
http://www.azadliq.org
  
•Odlar Yurdu Radiosu: 
http://www.radioodlaryurdu.com
  
•ATV: 
http://www.azadazerbaijan.com
  
 
Qəzet və jurnal və xəbər saytları: 
 
•«Yeni Azerbaycan» 
http://www.yeniazerbaycan.com
  
•«Respublika» 
http://www.respublica.news.az
  
•«525» 
http://www.525ci.com
  
•«Bizim Esr» 
http://www.bizimasr.media-az.com
  
•«Adalet» 
http://www.adalet-az.com
  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
36 
 
•«Azerbaycan» 
http://www.azerbaijan.news.az
  
•«Ayna» 
http://www.ayna.az
  
•«Exo» 
http://www.echo-az.com
  
•«Kaspi» 
http://www.kaspi.az
  
•«Zaman» 
http://www.zaman.com.az
  
•«Cempion» 
http://www.champion.com.az
  
•«Oxu meni» 
http://www.oxumeni.com
  
•«Бакинский рабочий» 
http://www.br.az
  
•«Зеркало» 
http://www.zerkalo.az
  
•«Наш Век» 
http://www.nashvek.media-az.com
  
•«Вышка» 
http://www.vyshka.com
  
•«Неделя» 
http://www.nedelya.az
  
•«Xeber.net» 
http://www.xeber.net
  
•«BakuTODAY.net» 
http://www.bakutoday.net
  
•«Kiv.az» 
http://www.kiv.az
  
•«Times.az» 
http://www.times.az
  
•«Day.az» 
http://www.day.az
  
•«Intellektual Mulkiyyet» 
http://www.intellect.musigi-dunya.az
  
•«Azerbaycan- IRS» 
http://www.azerbaijan-irs.com
  
•«Ekspert» 
http://www.ekspert.az
  
•«Dalga» 
http://www.hem.passagen.se/dalga
  
•«Oner» 
http://www.onerjurnali.narod.ru
  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
37 
 
•«Qanun» 
http://www.qanun-az.com
  
•«Перекресток» 
http://www.perekrestok.az
  
•«Evropa+» 
http://www.europaplus.az
 
 
http://www.milli.az
 
http://www.mediaforum.az
 
 
Ġnformasiya agentlikləri 
 
•AzerTac: 
http://www.azertag.com
  
•Turan: 
http://www.turaninfo.com
  
•Azad Inform: 
http://www.azadinform.baku-az.com
  
•Trend: 
http://www.trend-az.com
  
 
AxtarıĢ sistemləri. Kataloqlar: 
 
•AzərWeb: 
http://www.azerweb.com
  
•Azer.Net: 
http://www.azer.net
  
•Azeroo web: 
http://www.azeroo.com
  
•AzTOP: 
http://www.azeroo.com
  
•İlk10.com: 
http://www.ilk10.com
  
•SazNet: 
http://www.saznet.org
  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
38 
 
•Google.az: 
http://www.google.com
  
•Azlink.info: 
http://www.azlink.info
  
•Bakililar: 
http://www.bakililar.com
  
 
E-mail xidmətləri: 
 
•Box.az: 
http://www.box.az
  
•Mail.az: 
http://www.mail.az
  
•BakuMail: 
http://www.bakumail.com
  
•Diaspora: 
http://www.diaspora.az
  
•AzeriFun: 
http://www.azerifun.com
  
•Avrasiya: 
http://www.avrasiya.net
  
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
39 
 
 
 
 
 
 
Vüqar Haqverdiyev 
 
"Elektron Azərbaycan": vətəndaĢ hüquqlarını reallaĢdıran virtual məkan 
  
 
İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə uyğun 
formalaşdırılması zamanın tələbidir. Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal 
informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya 
inqilabı  baş verir. Bu yeni sosial-texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Bununla əlaqədar 
məqalədə elektron inqilabın hansı zərurətdən doğulduğu, informasiya cəmiyyəti quruculuğu ilə əlaqədar 
keçirilən beynəlxalq tədbirlər, inkişaf edən ölkələrin nə üçün bu yolu seçdiyi, Azərbaycanda elektron hökumətin 
yaradılması ilə bağlı görülən işlər, e-hökumətin üstünlükləri, bu sahədə olan problemlər və onların həlli yolları 
barədə oxuculara ətraflı məlumat verilir. 
 
"Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan 
 
XX əsrin sonunda bir çox ölkələr müasir dövrün çağırışına adekvat olmayan klassik dövlət idarəçiliyinin qayda 
və modellərinə yenidən baxmaq zərurəti ilə qarşılaşdılar. Hətta inkişaf etmiş ölkələrin rəhbərləri də dövlət 
idarəçiliyində bürokratiyanın rolunun aradan qaldırmaq mümkün olmadığını görərək onun qarşısının alınması 
üçün  yeni nəzarət formalarını axtarmağa başladılar. İnformasiya kommunikasiya texnologiyalarının (İKT) 
sürətlə inkişaf etdiyi və internetin geniş yayılmağa başladığı bir dövrdə bu problemin həlli üçün əsas 
addımlardan biri İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
40 
 
uyğun formalaşdırılması oldu. Texnoloji sistemin radikal dəyişiklikləri isə ictimai fəaliyyətin bütün sahələrinə 
mədəniyyətə, siyasətə, sənayeyə, kənd təsərrüfatına və s. əhəmiyyətli təsir göstərir. Belə təsirlər tarixin bəzi 
mərhələlərində elə güclü olub ki, onları texnoloji inqilab kimi qiymətləndirirlər. Hər texnoloji inqilabın 
kökündə isə Rusiya alimi A.İ.Rakitova fikrincə, bir informasiya inqilabı durur ki, o da öz növbəsində, 
cəmiyyətin keyfiyyətcə yeni texnoloji inkişaf səviyyəsinə keçməsinə zəruri şərait yaradır. Ona görə də 
sivilizasiyalı inkişafın bu və ya digər  mərhələsinin əsas fərqləndirici əlaməti dövlət quruluşunun növü ilə deyil,  
məhz dövlətin texnoloji sistemi ilə müəyyənləşdirilir.  
Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya 
şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya inqilabı baş verir. Bu yeni sosial-
texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Əvvəlki bütün elmi-texniki inqilablar kimi, cəmiyyətin 
həyatında köklü dəyişiklər edən bu inqilaba ilk yaxın olan ölkələr, o vaxtlar əhalisinin 30-50%-i internet 
istifadəçisi olan ABŞ, Fransa, İngiltərə, İtaliya, Sinqapur, Avstraliya, Almaniya və digər inkişaf etmiş ölkələr 
oldular. Onlar vətəndaşların marağını nəzərə alaraq dövlət idarəçiliyi sistemində və hökumət orqanlarında 
islahatlara başladılar. İslahatların əsasını mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi, dövlət 
məsuliyyətinin artırılması, vəsaitlərin idarə edilməsinin təkmilləşdirilməsi, bazar münasibəti elementlərinin 
tətbiqi təşkil edirdi. Bu tədbirlərlə yanaşı dövlət idarəetmə sisteminin elektron infrastrukturunun inkişaf 
etdirilməsi, inzibati idarə etmə fəaliyyətinin bir hissəsinin avtomatlaşdırılması, yəni onun "kağız dünyasından" 
rəqəmsal məkana keçirilməsi də həyata keçirilirdi. "Elektron hökumət (e-hökumət)" və ya "elektron idarəetmə"  
adlanan bu mərhələni, sadə şəkildə, yeni informasiya texnologiyalarından istifadə etməklə dövlət təşkilatları və 
vətəndaşların qarşılıqlı əlaqəsini təmin edən müəyyən kommunikasiya infrastrukturunu yaratmaq kimi izah 
etmək olar.  
Bunların nəticəsi olaraq 1993-cü ildə ABŞ hökuməti milli informasiya infrastrukturunun inkişaf etdirilməsi 
planı ilə bağlı məruzə hazırladı. (Agenda for Action) və bu məsələ ilə əlaqədar problemləri öyrənmək üçün 
İnformasiya İnfrastrukturu üzrə İşçi Qrupu (İnformation İnfrastructure Task Force) yaradıldı. 1995-ci ildə ABŞ-
da "Kağız sənəd dövriyyəsinin azaldılması haqqında" qanun qüvvəyə mindi. 1996-cı ildə isə "İnformasiya 
azadlığı haqqında" qanuna əhəmiyyətli dəyişikliklər edildi. 1994-cü ildə Avropa Cəmiyyəti Komissiyası  
"İnformasiya cəmiyyətinə Avropa yolu" iş planı, 2000-ci ildə isə yeni "Elektron Avropa" 10 illik Proqramı 
qəbul etdi. 1995-ci ildə Finlandiyada "İnformasiya cəmiyyətinə Finlandiya yolu", 1996-cı ildə isə Almaniyada 
"İnformasiya cəmiyyətinə Almaniya yolu" hökumət Proqramları hazırlandı. 1999-cu illərdə Böyük Britaniya 
hökuməti tərəfindən ölkənin beş milyon dövlət qulluqçusunu əhatə edən "Dövlət hakimiyyətinin 
modernləşdirilməsi"strateji proqramı qəbul edildi və elə həmin il Sinqapurda böyük hökumət portalı eCitizen 
Centre (www.ecitizen.gov.sg) yaradıldı. Sinqapur eCitizen Centre portalı elektron hökumətlə bağlı faktiki 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
41 
 
dünyada həyata keçirilən ilk böyük layihələrdən biri oldu. 2000-ci ilin iyul ayında Okinavada keçirilən "Böyük 
səkkizlik" (İngiltərə, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya) ölkələrinin sammitində 
"Qlobal İnformasiya Cəmiyyətinin Xartiyası" (Okinawa Charter on Global Information Society) qəbul edildi. 
Xartiyada belə bir fikir təsbit olundu ki, informasiya cəmiyyəti istiqamətində atılan addımlar insan 
sivilizasiyasının gələcəyinə aparır. Sammitdə "Böyük səkkizliyə" daxil olan dövlət rəhbərləri öz ölkələrində 
informasiya cəmiyyətinin inkişafına və informasiya bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş 
proqramların həyata keçirilməsinə hazır olduqlarını ifadə etmişdilər.   
Analoji fəaliyyətlər digər beynəlxalq birliklər tərəfindən də aparılırdı. BMT-nin himayəsi altında 2003-cü ilin 
dekabrında İsveçrənin Cenevrə şəhərində, 2005-ci ilin noyabrında isə Tunisdə İnformasiya Cəmiyyəti üzrə 
Ümumdünya Sammitləri keçirildi.  
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrə Sammitinə xüsusi olaraq 
dəvət olunmuş və dövlət başçısı  Sammitin açılışında çıxış edərək informasiya cəmiyyəti ideyasını 
dəstəklədiyini, Azərbaycanın elmi potensialının, əldə etdiyi texnoloji nailiyyətlərin biliklərə əsaslanan 
cəmiyyətin bərqərar edilməsi üçün tam kifayət etdiyini, informasiya, bilik bazarının formalaşdırılmasına, onun 
inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-
kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirildiyini xüsusi qeyd edərək, 
hazırda elektron hökumətdən elektron iqtisadiyyata qədər çox sayda konkret layihələri əhatə edən "Elektron 
Azərbaycan" dövlət proqramı üzərində iş getdiyini bildirmişdir. 
Dövlət başçısının Cenevrə Sammitində söylədiyi fikirlər bu gün artıq reallığa çevrilmişdir. İnformasiya  
cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul olunub, Azərbaycanın inkişafı 
naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə qəbul olunmuş Milli 
Strategiya uğurla həyata keçirilir və bu Strategiyanın davamı olaraq dövlət başçısının sərəncamları ilə 2004-cü 
ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2005-2007-ci 
illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci 
illər üçün rabitə və informasiya texnologiyalarının ("Elektron Azərbaycan") inkişafı və 2008-2012-ci illərdə 
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq 
edilmişdir.  "Elektron imza və elektron sənəd haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya, 
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında" və "İnformasiya əldə 
etmək haqqında" Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, "Vətəndaşlıq vəziyyəti aktlarının 
dövlət qeydiyyatı", "Elektron kargüzarlıq", "Azərbaycan dilinin informasiya məkanında işlədilməsi", "Milli 
informasiya resurslarının yaradılması", "İKT sahəsində kadr hazırlığı", "Rəqəmli bərabərsizliyin ləğvi" kimi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
42 
 
müxtəlif layihələr yerinə yetirilmiş, "Elektron elm", "Elektron kitabxana", Elektron ticarət", "Milli elektron 
sağlamlıq kartı sistemi" və digər layihələrin həyata keçirilməsi üzrə işlər isə bu gün uğurla davam etdirilir.  
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və 
İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək 
səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün keçən ilki mövzusu əlil insanların informasiya və 
kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması olmuşdur. Tədbirdə respublikamızın alim 
və mütəxəssisləri bir araya gələrək xalqımızın inkişafına xidmət edəcək informasiya cəmiyyətinin qurulması 
prosesində əlil insanların iştirakının, məhdud imkanlı vətəndaşlarımızın informasiya texnologiyalarının 
imkanlarından yararlanmasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparmış, "Təhsildə 
qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı"nın və "On-layn ödəmə sistemi"nin təqdimatları 
keçirilmişdir. 
Ümumiyyətlə, "e-hökumət" layihəsi ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata 
keçirilir. Bu işdə ümumdünya internet şəbəkəsinin imkanlarından uğurla istifadə edilir. İnternet vasitəsi ilə 
abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının 
yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının 
yerləşdirilməsi, hazırlanan qanunların, sənədlərin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planın 
layihələrinin xalqın müzakirəsinə çıxarılması, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi, 
şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online rejimində 
öyrənilməsi, elektron seçkilərin keçirilməsi və s. misal ola bilər. Bunlardan əlavə virtual kitabxanaların 
yaradılması, qəzet və jurnalların elektron variantlarının internetdə verilməsi oxucuları evdən çölə çıxmadan 
kitabxana xidmətindən yararlanmağa, gündəlik xəbərlərlə, ölkədə baş verən hadisələrlə tanış olmağa imkan 
verir.  
Beynəlxalq standartlara görə elektron hökumətin əsas funksiyaları hökumətin biznes (G2B "government-to-
business"), hökumət orqanları (G2G "government-to- government") və vətəndaşlar (G2C "government-to-
citizen") ilə qarşılıqlı əlaqəsini təmin etməkdir. Bu funksiyalar əsasən ölkə daxilindəki tələbatları ödəməyə 
yönəlmişdir. Lakin Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğunu, beynəlxalq aləmdə nüfuzunun 
durmadan artdığını, regionda xarici şirkətlər və investorlar üçün əməkdaşlıq baxımından mühüm əhəmiyyət 
kəsb etdiyini  və  internetin geniş imkanlarını nəzərə alsaq, onda aydın olar ki, ölkəmizə gəlmək istəyən, 
müştərək iş birliyi yaratmaq və yaxud, sadəcə respublikamızla maraqlanan xarici ölkə təşkilatları və 
vətəndaşları da elektron hökumətin xidmətlərinə müraciət edə bilər. Bu proses dövlət başçısının 4 mart 2009-cu 
il tarixində imzaladığı "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 
fərmanından sonra daha da sürətlənəcəyini nəzərə alsaq e-hökumət funksiyalarına hökumət və əcnəbilər (G2F 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
43 
 
"government-to-foreigner") da əlavə olunması məqsədəuyğun olar. Bu problemin həllinə isə hökumət internet 
saytlarında məlumat və xəbərlərin ana dilimizdən əlavə rus və ingilis dilində verilməsi  kömək edə bilər. 
Düzdür, bu məsələ dövlət qurumlarının saytları yaradılarkən nəzərdə tutulur, ancaq sonradan onun həlli 
istiqamətində işlər ya zəifləyir, ya da tamam unudulur. Bir çox saytların ingilis dili bölməsinə daxil olduqda, 
"Qurulmaqdadır (Under construction)" ifadəsi ilə rastlaşırıq.  
Məlumdur ki, hər yeni keyfiyyətə keçid bir sıra problemlər və çətinliklərlə üzləşir, bəzən isə ciddi krizislərlə 
müşayiət olunur. Çətinliklərə və mənfi fəsadlara rast gəlməmək üçün dövlətdən yeni mərhələyə keçid yollarını 
müəyyənləşdirən strategiyalar, proqramlar və onların uğurla həyata keçirilməsi üçün dəqiq tədbirlər planı 
hazırlamaq tələb olunur. E-hökumət dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsi olduğu üçün  onun 
qurulması da problemsiz ola bilməz. Belə problemlərdən biri e-hökumət sisteminin qurulmasının və 
saxlanılmasının çox baha başa gəlməsidir. Çünki müasir İKT vasitələrinin qiyməti çox yüksəkdir, köhnələrin isə 
almağa dəyməz. Həm də burda söhbət təkcə İKT avadanlığının alınmasından getmir. Bu avadanlığın 
quraşdırılmasına, şəbəkədə əlaqənin yaradılmasına, onlara xidmət və nəzarət edən işçi qrupuna əmək haqqı 
verilməsinə xeyli maliyyə vəsaiti tələb olunur. Bu vəsaitlərin də demək olar ki, hamısının dövlət büdcəsindən 
ödəniləcəyini nəzərə alsaq, onda bütün dünyanı bürüyən iqtisadi böhran şəraitində bunun nə qədər çətin 
olduğunu başa düşmək olar. Ona görə də dövlət büdcəsinin səmərəli sərf olunması və çəkilən xərclərin özünü 
tam doğrultması üçün atılacaq addımlar qabaqcadan planlaşdırılmalı və iqtisadi cəhətdən əsaslandırılmalıdır. E-
hökumətin mahiyyətini, dövlət, vətəndaş, biznes münasibətlərində  əldə olunacaq nailiyyətləri nəzərə alsaq, 
onun qurulmasına çəkilən xərclərin özünü tam doğrultacağına inam yaranır. Çünki səlahiyyətli orqanlarla 
ünsiyyətdə, sənədləşdirmə, qeydiyyata alma, arayış vermə və digər proseslərdə maneçilik olmayanda, şəffaflıq 
və rahatçılıq olanda, biznesin, vətəndaşın işinin keyfiyyəti, gəliri və onlara müvafiq olaraq dövlət büdcəsinə 
daxil olan vergilərin həcmi də artır. Bundan əlavə, e-hökumətin bəzi xidmətlərini pullu etmək olar. Məsələn, 
müəlliflərlə şərtləri razılaşdırılmış şəkildə, intellektual mülkiyyət məhsulları olan elektron kitablar, proqramlar
audio, video fayllar və digər materiallardan ibarət iri verilənlər bazası yaradıla bilər və vətəndaş müəyyən 
məbləğdə pul ödəməklə istədiyi materialı elektron formada öz kompyuterinə yükləyə bilər.  
İkinci problem kadrlarla bağlıdır.  
İKT vasitələrinin hər hansı bir sahəyə tətbiqi həm də bu vasitələrdən düzgün istifadə etməyi bacaran 
mütəxəssislər tələb edir. E-hökumət özü bir texnoloji sistem olduğu üçün və onun mühafizəsini, etibarlığını, 
dayanıqlığını və vaxtaşırı təkmilləşdirilməsini təmin edən yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas 
məsələlərdən biridir. Bu məsələlərin həllinə orta məktəblərdə informatika fənnindən keçirilən dərslərin sayının 
və keyfiyyətinin artırılması, ali təhsil məktəblərində güclü proqramçıların hazırlanması üçün İKT-nin həm 
texniki, həm də nəzəri problemlərini öyrədən əlavə fənlərin daxil edilməsi, xarici ölkələrin İKT ilə bağlı elmi və 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
44 
 
istehsalat müəssisələrində təhsil və staj keçmə kurslarının təşkili köməklik edə bilər. Azərbaycan 
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə ABŞ, İsveç və  
digər ölkələrin informasiya texnologiyaları üzrə tanınmış müəssisələri ilə əldə edilmiş razılaşmaya əsasən, 
hazırda həmin təşkilatlarda azərbaycanlı gənclər təhsil alır və mütəxəssislər üçün vaxtaşırı ixtisasartırma 
kursları keçirilir. 
Üçüncü problem bürokratizmin müqavimətidir. Bu problemin həlli üçün, bəzi dövlət təşkilatlarının idarəyə 
yönlü fəaliyyətindən vətəndaşların ehtiyac və problemlərinin həllinə yönəlmiş fəaliyyətə keçidi zəruridir. Yəni 
dövlət məmurları öz fəaliyyətlərində yalnız öz daxili idarə maraqlarını deyil, həm də vətəndaşların və biznesin 
maraqlarını nəzərə almalı, onlara hökumət xidmətlərinin istifadəçisi kimi baxmalı, özlərinə sərf etməyən hər işə 
maneçilik törətməməli, zəruri olmayan iş və arayış üçün onları get-gələ salmamalı, aylarla gözlətməməlidirlər. 
Ümumiyyətlə, bəzən idarəçiliyinin problemi ayrı-ayrı adamlarda (bürokratlarda) deyil, bürokratik sistemin 
özündə olur. Hamıya məlumdur ki, bəzi arayış və ya sənədləri almaq necə müşkül məsələyə çevrilir. Gərək bir 
ay qabaqcadan növbəyə yazılasan, növbə vaxtı çatandan sonra isə təzədən bir ay da alacağın sənədi gözləyəsən. 
İnformasiya əsri olan XXI əsrdə bir günlük iş üçün iki-üç ay gözləmək dövrlə heç cür uzlaşmır. Bu müddət 
ərzində həm vətəndaşın işi, həm də əsəbləri pozula bilər.  Belə vəziyyət həm də korrupsiyaya, rüşvətxorluğa 
əlverişli şərait yaradır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin «Sahibkarlıq fəaliyyəti 
subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 25 
oktyabr 2007-ci il tarixli sərəncamına əsasən respublikamızda biznesmenlər,  sahibkarlar, vergi ödəyiciləri üçün 
tətbiq edilən "vahid pəncərə" sistemi bürokratiyaya qarşı mübarizədə nümunəvi misal ola bilər. Əsas 
məlumatları bir mərkəzdə cəmləşdirən, qeydiyyat üçün lazım olan proseduraların sayını azaldan və lisenziyaları 
mərkəzləşdirilmiş qaydada verən bu sistem vətəndaşların məmurlardan asılılığını minimuma yendirməyə, 
sahibkarların işini xeyli yüngülləşdirməyə, onların vaxtına və puluna qənaət etməyə xidmət edir. Bundan əlavə 
dövlət başçısının tapşırığına əsasən ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, nazirliklərdə aparılan 
islahatlar, icra hakimiyyəti orqanlarının Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sisteminin yaradılması 
bürokratiyanın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. 
Dördüncü problem dövlət qulluqçularının İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən 
adaptasiyasındadır. E-hökumətdə sənəd və məlumatların kompyuterdə hazırlanması, təşkilatlar arasında 
əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə bağlı olduğu üçün məmurların 
informasiya texnikaları ilə işləmək bacarıqlarının olması olduqca vacib şərtdir.  Artıq heç kimə sirr deyil ki, 
kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə tapmaq şansı sıfıra 
bərabərdir. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən 
azad edilməsi barədə təklif irəli sürülmüşdür. Çünki, informasiya texnikasından istifadə edə bilməyən, 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
45 
 
informasiyalaşdırma proseslərinin mahiyyətini baş düşməyən məmur, bu proseslərdə öz rolunu da çətin ki, başa 
düşə bilər. Belə məmurlar ya innovasiyanı qəbul edib, onların aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini 
innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər. 
Beşinci problem vətəndaş iştirakının zəif olmasıdır. Hər bir vətəndaş imkan dərəcəsində yaşadığı ölkənin 
həyatında aktivlik göstərməlidir. Dövlət hiss etməlidir ki, vətəndaşlar hökumətin fəaliyyətini izləyir, onunla 
maraqlanır, dövlətə inanır və ona böyük ümidlər bağlayır. E-hökumət özü vətəndaşların marağına, onların 
həyatının yaxşılaşdırılmasına hesablanmış, eyni zamanda hələ tam sınaqdan çıxmamış bir qədər yeni 
mexanizmdir. Hər yeni sistemin, mexanizmin, proqramın mənfi və müsbət cəhətləri isə onlardan istifadə 
prosesində daha aydın üzə çıxır. Çünki, ən mükəmməl hesab edilən sistem istifadə zamanı gözlənilməz çatlar 
verə bilər. Bir çox müəlliflər öz məhsulları barədə, onlardan istifadə edənlərdən öz rəy və təkliflərini verməyi 
xahiş edirlər və onların əsasında həmin məhsulları daha da təkmilləşdirirlər. Əgər vətəndaşlar aktivlik göstərib 
dövlət qurumlarının e-hökumət xidmətlərindən daima istifadə etsələr, öz rəy və təkliflərini həmin təşkilatlara 
bildirsələr, əlbəttə ki, bu qeydlər nəzərə alınar, onların əsasında e-hökumət sistemində  təkmilləşdirilmə işləri 
daha səmərəli aparılar. Yox əgər vətəndaşlar e-hökumətə biganəlik göstərsə, onun xidmətlərindən istifadə 
etməsə, onda bu sistem öz əhəmiyyətini itirər və iflasa uğrayar. Bu problemin həlli üçün hökumət öz 
növbəsində vətəndaş iştirakının stimullaşdırılmasına səy göstərməli, informasiya cəmiyyətinin üstünlüklərini 
əhaliyə çatdıran tədbirlər həyata keçirməli və müxtəlif layihələr hazırlananda vətəndaşların mənafeyini nəzərə 
almalıdır. RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin respublika səviyyəsində birgə 
keçirdikləri "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsi, İctimai TV-də hər həftə yayımlanan, RİTN-nin 
dəstəyi ilə keçirilən "Virtual rinq" intellektual oyunu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya 
Texnologiyaları İnstitutunun təşkil etdiyi "İnformasiya cəmiyyəti" televiziya proqramı kimi digər tədbirlərin 
həyata keçirilməsi informasiya cəmiyyəti inkişafının stimullaşdırılmasında, əhalinin, xüsusən gənclərin 
maarifləndirilməsində, onların İKT ilə bağlı biliklərinin artırılmasında, vətəndaşların e-hökumət quruculuğunda 
iştirakının aktivləşdirilməsində mühüm rol oynaya bilər.   
Altıncı problem dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklinə salınması, onlara 
hüquqi statusun verilməsi, verilənlər bazasının yaradılması, hər təşkilatın özünün "elektron imzasının" təsdiq 
edilməsi və tanınmasıdır. Baxmayaraq ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan 
Respublikasının Qanunu qüvvəyə minib, Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə 
xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi qaydaları təsdiq 
edilib və bir sıra digər tədbirlər həyata keçirilib, hələ ki, bu mexanizm tam qüvvəsi ilə işə düşməyib. Bunlardan 
əlavə ümumi, məxfi, idarələrarası, mütəxəssislər, məhkəmə və hüquq orqanları üçün nəzərdə tutulmuş sənədlər 
müəyyənləşdirilməli, onların istifadəyə verilmə qaydaları  dəqiqləşdirilməlidir.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
46 
 
Bununla da vətəndaşlar üçün ən böyük problemlərdən biri olan dövlət idarələrindən sənəd alınması prosesini 
xeyli yüngülləşdirmək olar.  
Yeddinci problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. Respublikamızda dövlət qurumlarının 
informasiya sistemləri formalaşdıqca, verilənlər bazası yaradıldıqca onların təhlükəsizliyini təmin etmək, 
hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyinin əsas şərtlərindən biridir. Dövlət 
informasiyasının təhlükəsizliyi və məxfiliyi fiziki, texniki, təşkilati, struktur, həmçinin heyəti seçimlə və digər 
təhlükəsizlik tədbirləri ilə təmin edilməlidir. Xüsusi informasiyalar müvafiq olaraq iş ehtiyacı, qanunverici və 
siyasi tələbatlarla əlaqədar  yalnız qeydiyyata alınmış təşkilatlar və istifadəçilər üçün açıq olmalıdır. Xüsusi 
informasiyalara giriş şərtləri müəyyənləşdirilməli və onlara icazə yalnız bu şərtlərə uyğunluq yoxlanıldıqdan 
sonra müstəqil komissiya tərəfindən verilməlidir. Hər elektron mübadilə olunan xüsusi informasiyanın sonradan 
qanunsuz istifadə olunduğu halda onun kim tərəfindən və nə vaxt alındığını müəyyənləşdirmək üçün onların 
mütləq qeydiyyatı aparılmalıdır. Bunlardan əlavə dövlət əhəmiyyətli məlumatların şəbəkə vasitəsilə düşmən 
qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə mənfi fəsadların baş 
verməməsi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir 
tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi 
dəyərlərinə zidd saytlar bloklanmalıdır. Belə təhlükələrin qarşısının alınması beynəlxalq səviyyədə də birgə 
tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının  2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq haqqında 
Konvensiya", 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə 
olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan 
da 2008-ci il həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır.  
Səkkizinci problem informasiya bərabərsizliyidir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması, 
rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin iri şəhərlərə nisbətən zəif  inkişaf etdirilməsi, orda yaşayan 
əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam yaralanmağa imkan vermir. Elektron hökumətin əsas 
prinsiplərindən biri vətəndaşlara ölkənin hər nöqtəsindən internetə girişi təmin etməkdir. Ona görə də bütün 
respublika ərazisinin informasiya infrastrukturunun inkişaf etdirilməsi, internet provayderlərə, serverlərə hər 
bölgədə xidmət göstərməyə əlverişli şəraitin yaradılması informasiya bərabərsizliyini aradan qaldırılmasında 
əsas rol oynaya bilər. Qeyd edək ki, informasiya bərabərsizliyi problemi o qədər ciddidir ki, BMT onu 
yoxsulluqla mübarizə kontekstində həll edir. Çünki, yoxsul adamın pulu yalnız yemək içməyinə güclə çatdığı 
üçün, onun istədiyi digər şeyləri, o cümlədən İKT vasitələri almağa və internetdən istifadə etməyə  imkanı 
olmur. Ona görə də yoxsulluğun azaldılması elə rəqəmli bərabərsizliyin də aradan götürülməsinə səbəb ola 
bilər. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmiş respublikamızda yoxsulluğun azaldılması, 
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı  və yuxarıda adı çəkilən təhsil sisteminin informasiyalaşdırılması 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
47 
 
üzrə Dövlət Proqramları ölkəmizdə informasiya bərabərsizliyinin aradan qaldırılmasında çox mühüm 
əhəmiyyətə malikdir. Bu işdə internetdən istifadə qiymətlərinin aşağı salınması və İnformasiya Texnologiyaları 
Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan "Xalq kompyuter" layihəsi də mühüm rol oynaya bilər. 
Respublika ərazisinin hər yerində informasiya bərabərsizliyinin aradan götürülməsi həm də kəndlərdən şəhərə 
kompyuter biliyi tələb edən işlər axtarmaq məqsədilə gələn insan axınının qarşısını müəyyən mənada ala bilər. 
Yuxarıda göstərilənlərdən əlavə, onlardan da daha böyük bir problem olan ermənilərin torpaqlarımıza təcavüz 
etməsi, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün düşməsi, ölkəmizin bir hissəsinin işğal altında 
olması e-hökumət şəbəkəsinin bütün respublika ərazisinə tam tətbiq etməyə imkan vermir. Göründüyü kimi 
problemlər az deyil, ancaq bu problemlərin hamısını birdən həll etmək də qeyri-mümkündür. Bütün bu 
çətinliklərə baxmayaraq Azərbaycanda e-hökumət sistemi işə salınıb, hazırda əsas məsələ odur ki, o daha da 
inkişaf etdirilsin, yuxarıda qeyd olunan və digər mümkün problemlər isə dövlətimizin siyasi-iqtisadi gücü və 
beynəlxalq aləmdə qazandığı böyük nüfuzun hesabına tədricən öz müsbət həllini tapacaq.  
Dünya təcrübəsi göstərir ki, hansı ölkələr ki, informasiya texnologiyalarının inkişafı, tətbiqi və istifadəsi 
sahəsində irəlidə gedir, həmin ölkələrdə  iqtisadi artım, əhalinin əmək məhsuldarlığı, həyat və yaşayış səviyyəsi 
də yüksəkdir. Ona görə də respublikamızda bütün fəaliyyət sahələrində İKT-nin geniş tətbiqi dövlət 
orqanlarında işin keyfiyyətinin və şəffaflığının artırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına, 
vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına 
xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına, 
respublikamızın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişləndirilməsinə, 
qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradacaq və Azərbaycan 
bütün dünyana qarşısında həqiqətən vətəndaşların konstitusiya hüquqlarını gerçəkləşdirən demokratik bir 
məkan olduğunu bir daha sübut edəcək. 
 
 
 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
48 
 
 
 
 
 
Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin