ELİN ŞİruyəSİ, SÖZÜn sərrafi



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix14.04.2017
ölçüsü2,9 Kb.
#13987
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Niftalı GÖYÇƏLİ, 
Şair, publisist 
 
DİDAKTİK POEZİYA ZİRVƏSİNDƏ OLAN 
TÜRK ŞAİRİ SƏRRAF ŞİRUYƏ 
 
1960-cı  illərdə  –  mən  hələ  orta  məktəbdə  oxuduğum 
vaxtlarda  Göyçə  mahalında  şeirləri  dillərdə  dolaşan,  aşıq-
ların  sazında-sözündə  məclislərdə  ünlü-sədalı  səslənən 
Türk  bədii  idrak  səviyyəsində  yeri  olan  filosov  şair  Sərraf 
Şiruyənin  “Ola”  adlı  gəraylısını  xatırladım.  Bu  şeiri  o  za-
man birinci olaraq əmi oğlu Aşıq Mikayıl Yusifovdan eşit-
mişdim. Aşıq Mikayıl saz havalarının mahir ifaçısı olmaq-
la, yüksək səs diapazonuna malik sənətkar idi. O, gəraylını 
oxuyandan  sonra  şeiri  qiraətlə  təkrarlamasını  xahiş  etdim 
və onunla mən də misraları təkrar edərək iki dəfəyə əzbər-
lədim. Şeir o dərəcədə dilə və qəlbə  yatımlıdır ki, hər kəsi 
özünə  cəlb  etmək  gücündədir,  eyni  zamanda  aktuallığını 
heç zaman itirmir.  Demək olar ki, bu şeir  əbədiyaşar bədii 
nümunədir. Həmin şeiri o zaman necə əzbərləmişdim, eləcə 
də yazıram. Ola bilsin ki, haradasa bəzi dəyişiklik də nəzə-
rə çarpa bilər. 
 
Bu fələklə nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola. 
 
Söz yığasan demək üçün, 
Dost tutasan kömək üçün, 
Bu dünyanı yemək üçün
Ağlın-huşun dərin ola. 

 
155 
 
Ay Şiruyə al geyəsən, 
Yaman gözə gəlməyəsən. 
Bir deyənə beş deyəsən, 
Arxada bir nərin ola. 
 
Bu şeir lokanik formada olsa da, çox dərin fəlsəfi mə-
nalar kəsb edir. Məlumdur ki, “fələk” deyəndə insan həya-
tında təhlükələr yaradan mifik obraz nəzərdə tutulur. Şeirə 
çox qısa nəzəri yanaşma edək: Birinci bənddə fələyin oyun-
larına  tab  gətirib  qalib  gəlmək,  başın-  dərrakənin  gücü  ilə 
şeytanın şərindən qorunmaq; ikinci bənddə hikmətli sözlər 
öyrənməklə  formalaşmaq,  münasib  insanlarla  insani  key-
fiyyətlər  əsasında  ünsiyyət  qurmaq  və  ömürü  maddi-mə-
nəvi  yaşamaq; üçüncü  bənddə etibarlı, sənə  yaxın olan hə-
qiqəti  müdafiə  edənlərə  arxalanmaqla,  mərd  insanlara  gü-
vənməklə, qara guruhların cavabını vermıklə onları susdur-
maq nəzərdə tutulur...  
Bədii  ədəbiyyat  nəzəriyyəsi  baxımından  didaktika-
humanizm,  düzlük,  mərdliyin  dialektik  təqlidlərlə  təqdim 
edilməsi  Sərraf  Şiruyə  yaradıcılığında  çox  yüksəkdə  daya-
nır.  Deyərdim  ki,  hələlik  müsir  dövrümüzdə  Şiruyə  poeti-
kasına  yüksələn  ikinci  bir  şəxs  görmürəm.  Onun  yaradı-
cılığındakı şeiriyyətdə bədii lövhələr, növlər, ahəng-ritmlər 
və  s.  həm  aşıq,  həm  də  mahnı-musiqi,  muğam  notlarına 
olduqca  yatımlı  zənginlik  vardır.  Şairin  “Tamah  öldürdü” 
adlı şeirinə müraciət edək: 
 
Çoxu əməlinin oldu qurbanı. 
Bir kimsə demədi, günah öldürdü. 
Lənət də yağdırdı çoxu göylərə, 
Dedilər – yazığı Allah öldürdü. 

 
156 
 
 
 
Duyub düşünmədi adətkar vallah, 
Azdı öz yolunu hər axşam, sabah. 
Tənbəl hey söylədi: “Allaha pənah”, 
Bax, o yazığı da pənah öldürdü. 
 
Çoxu axtarmadı yaxşı-yamanı, 
Mənəmlik eyləyib verdi fərmanı. 
Axırda nəfsinin oldu qurbanı, 
Şiruyə, onu da tamah ğldürdü. 
 
Bu  qoşmada  tövsiyə  və  təşviq  olunan  hikmətlər  ibrət-
lərlə təqlid olunmuş və yaranışın Allahdan qoyulan qanun-
larının  əleyhinə  gedənlərin  aqibətinin  tezisi  verilmişdir. 
Şairin  didaktikasında  pozulmaz  qanunlar  əks  olunmuşdur. 
Bu  epik-lirik  bədii  lövhə  atalar  sözü  kimi  duyğulara  təsir 
edir: “Tənbəl hey söylədi: “Allaha pənah”, Bax, o yazığı da 
pənah öldürdü” bir zərbi misaldır.  
Sərraf Şiruyə poeziyasında məhəbbət lirikası da özünə-
məxsus  süjetli  səpkilərdən  ibarət  olmaqla,  klassik  formalı 
janrlarda  təzahür  edir  və  bu  qabiliyyərlər  də  yazarda  geniş 
dünyagörüşü,  bədii  təxəyyüllü  təfəkkür  tələb  edir.  Şairin 
yaradıcılığında  bu  baxımdan  təcnis  janrında  olan  şeirlə-
rindən birinə nəzəri yanaşma edək: 
  
Ayın yarısına yar vədə verib, 
Hesablayın görün, ay yarıdımı? 
Buludlu gecələr qoymur görünə, 
Bilinmir Ay bütöv, Ay yarıdımı. 
 

 
157 
 
Bu qəmdə yanağı sarı olacam, 
Gülün bülbülü yox, sarı olacam. 
Yar Yaxşı, mən Aşıq Sarı olacam, 
Onlar bir kam alıb, ay yarıdımı? 
 
Bir nazənin gəlir ay sinə-sinə, 
Elə bil qonubdu Ay sinəsinə. 
Töküb hörükləri ay sinəsinə
Gələn Şiruyənin ay yarıdımı? 
 
Bəli,  Sərraf  Şiruyə  həqiqətən  də  sözün  sərrafı,  hikmə-
tin,  bədii  təfəkkürun  zirvəsində  olan  Türkün  filosof  şairi-
dir... Şairə can sağlığı və bir daha xoşbəxtlik arzulayıram! 
 
www.davam.az 
27 fevral 2015-ci il 

 
158 
 
“AYRILIQ BELƏ DÜŞDÜ”  
POEMASI HAQQINDA NƏZƏRİ FİKİRLƏR 
 
Görkəmli poeziya ustadı, xalqın qəlbində didaktik şeir-
ləri  ilə  ehtiramlı  yer  tutan  filosof  şair  Sərraf  Şiruyənin 
“Ayrılıq belə düşdü” poeması oxuculara təqdim olunmaqla 
artıq böyük maraq kəsb etmişdir. Poemanın redaktoru Araz 
Yaquboğlu,  “Ön  söz”ün  müəllifi  istedadlı  gənc  şair, 
Prezident təqaütçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü 
Qılman  İman,  məsləhətçisi  İlham  Xəlilovdur.  Mən  də  bir 
oxucu  kimi kitabı  maraqla  oxudum və  poemanın  yaratdığı 
təəssüratı  yazmaq  qərarına  gəldim.  Hələlik,  mənim  də 
fikrimlə  səsləşən  və  bu  əsərə  ən  dəyərli  yanaşma  olan 
Qılman  İmanın  “Ön  söz”dəki  “Tarixin  həqiqəti,  həqiqətin 
tarixi” başlığından bir abzası olduğu kimi təqdim edək: “Bu 
gün  poeziyada  klassik  bir  ənənəsi  olan  poema  janrının  bir 
qədər gözəgörünməzliyə çəkilməsi, zamanın təbəddülatı ilə 
formalaşan,  texniki  bazasını  genişləndirən  sivil  insan 
düşüncəsinin  müəyyənləşdirdiyi  sərhəddin  imkan  xaricin-
dədir.  Ona  görə  də  poema  janrı  bu  gün  hamı  üçün  yox, 
intellektual  “təklər”  üçün  daha  önəmlidir.  Ağır  zəhmət, 
böyük istedad hesabına yazılan bütün ciddi sənət əsərləri (o 
cümlədən  poemalar)  zamansızlıq  sindiromunu  sındıraraq 
bu  gündən  çox,  gələcəyə  ən  böyük  töhfədir.  Tarixi  həqi-
qətlərin  bədii  ədəbiyyata  transfer  olunması  genetik  yadda-
şımıza  qayıdışın  ən  gözəl  vasitələrindəndir.  Tarixlə  bədii 
ədəbiyyatın  harmoniyası  həqiqətin  “vərəsəlik  hüququ”nun 
daşıyıcısıdır.  Zamanın  ən  ağır  məngənəsindən  cəsarətlə 
sivişib çıxan tarix və ədəbiyyat doğma qardaş kimi hələ də 
birlikdə addımlamaqdadır.” 

 
159 
Poemanın redaktoru Araz Yaquboğlunun əsər haqqında 
“Rzalılar nəsli” başlığı ilə verdiyi şərhlər də bu tarixi aktual 
mövzuya nəzərləri cəlb edən milli təfəkkür zərurətidir. Eyni 
zamanda,  işğal  olunmuş,  əldən  gedən  ellərimizin  yaddaş 
sənədidir. Araz Yaquboğlunun xitabı belə başlayır: 
“Ulu  diyar,  döğma  Göyçə  mahalı-  əbədi  olaraq  ədəbi 
mövzumuza çevrilən  yurd. Nə tarixin bəllidir, nə də  yaşın. 
Əslində  yaşını  da,  tarixini  də  bilirik.  Sənin  yaşın  YERin, 
GÖYün  yaşıdır. Günü bu gün də  səni araşdırır,  səni öyrə-
nir, səndən yazırıq. Zaman-zaman adını dünyaya car çəkən, 
səni  küllü-aləmə  tanıdan  ozanların,  şairlərin,  nəsillərin 
oldu.” 
Sərraf Şiruyə “Ayrılıq belə düşdü” bioqrqfik poemasını 
epik-lirik  formada  yazmaqla,  Araz  Yaquboğlunun  qeyd 
etdiyi kimi, Daşkənd nəslinin özəyini təşkil edən “Rzalılar” 
nəsili  haqqında  şəcərə  ardıcıllığını  əks  etdirən  materiallar 
əsasında qələmə almışdır. Poema həqiqətən də pafosa layiq 
Göyçə tarixinin Sərraf Şiruyə qələmindən çıxan bədii təfək-
kür nümünəsidir. 
Poema  Göyçə  mahalının  ən  qədim  kəndlərindən  olan 
Daşkəndin fiziki və mənəvi təsviri ilə başlayır: kəndin coğ-
rafi  xəritəsi,  büllur  bulaqları,  gül-çiçəkli  yaylaqları,  adlı-
sanlı insanları nəzmlə təsvir edilir. İlk bənddə olduğu kimi: 
 
Zirvələrdə dalğalanan, yellənən, 
Sən Göyçəyə bayraq idin Daşkəndim. 
Qılınc qayalara, ləngər dağlara –  
Özül idin, dayaq idin, Daşkəndim. 
  
Göyçə  mahalında  Daşkənd  yeganə  kənd  idi  ki,  kəndin 
ortasında  bir  neçə  zağa  (mağara)  varıydı  və  bu  zağalarda 
sürülər,  naxırlar  saxlanılırdı.  Sanki  bu  zağalar  təbiətin  in-

 
160 
sanlara inşa etdiyi təsərrüfat binaları idi, şairin təsvir etdiyi 
kimi: 
 
Şamoyludan Qəfərliyə yan-yana, 
Zağalar var idi-içi toyxana. 
Ta Qaraburundan Hacı Qurbana 
Çınqıl idin, yataq idin, Daşkəndim. 
  
Daşkənd  Göyçə  mahalının  Məkkəsi-Seyid  Bayram 
Ağanın müqəddəs kümbəzi yerləşdiyi məkandır. Göyçənin, 
əsasən Basarkeçər rayonunun əhalisi, hətta ermənilərdən də 
bu  müqəddəs  ocağı  ziyarət  edənlər  olurdu.  Yay  fəsli  həf-
tədə  bir-iki  yük  maşını  (QAZ-51)  dolu  başqa  kəndlərdən 
Seyid Bayram Ağanın kumbəzini ziyarətə gəlib niyyət qur-
banları  kəsirdilər.  Məni  də  beşinci  sinifdə  oxuyan  vaxtda 
anam  Seyid  Bayram  Ağanın  ziyarətinə  aparmışdı,  orada 
anamın niyyətilə mən kümbəzdən torpaq götürüb uddum... 
On  bir  yaşımda  (anamın  dediyinə  görə)  məndə  qəribə  bir 
hal var imiş. Məndən söz soruşan, sual verənin üzünə baxıb 
cavab vermirəmmiş, sanki yuxuda olan adam kimi, bir növ 
key kimi özümü aparmışam. Anam bu əlaməti xəstəlik he-
sab edib və məni ziyarətə aparıb. Sonra həmin “keylik”dən 
azad olmuşam.  
Nə  isə,  Seyid  Bayram  Ağanın  kümbəzi  haqqında  çox 
xatirələr  və  möcüzələr  var,  yazsaq,  bir  qalın  kitaba  ancaq 
yerləşər, qayıdaq mətləbə. 
Poemanın  redaktoru  Araz  Yaquboğlu  həm  də  bir  təd-
qiqatçı  kimi  Daşkəndin  köklü  nəsilindən  olan  Rzalılar  şə-
cərəsini  tərtib  etmişdir.  Hadisənin  mərkəzində  duran  möv-
zuda  Rzalının  oğlu  Məşədi  Orucun  oğullarından  əsasən 
Xəlilin oğlü Niftalının İkinci Dünya müharibəsində alman-
lara  əsr  düşməsi  və  İtaliyada  əsirlikdən  qaçıb  partizanlarla 

 
161 
almanlara qarşı vuruşduqdan sonra Türkiyə Respublikasına 
gedib orada yaşamasından bəhs olunur... 1953-cü ildə Sta-
linin ölümündən sonra Əli Xəlilov böyük qardaşı Niftalının 
sağ  qalması  və  Türkiyədə  yaşaması  xəbərini  alır...  Dox-
sanıncı  illərdə  SSRİ-nin  dağılması  və  Türkiyəyə  sərbəst 
gediş  mümkün olduqdan  sonra  Əli Xəlilov Türkiyəyə  get-
miş,  dünyasını  dəyişən  qardaşı  Niftalının  məzarını  ziyarət 
etməklə onun övladları ilə əlaqə yaratmışdır. Bu qohumluq 
əlaqəsini  Əli  Xəlilovdan  sonra  oğlu  İlham  Xəlilov  davam 
etdirməkdədir... 
Sərraf Şiruyə bu poemada bir nəslin bioqrafik təsviri ilə 
bərabər o dövrdə Göyçə mahalında yaşayan insaların insan-
lıq  keyfiyyətlərini,  yeri  gəldikcə  təbiət  gözəlliklərini  bədii 
lövhələrlə  tərənnüm  edir.  “Ayrlıq  belə  düşdü”  poeması 
Göyçənin tarixindəki bir zaman kəsiyinin epik-lirik forma-
da pafosla orijinal təqdimatıdır. Əsərin müəllifi Sərraf Şiru-
yəyə  “qələminə  sağlıq”  –  deyirik  və  belə  bir  əsərin  mey-
dana gəlməsindəki  zəhmətini  yüksək dərəcədə alqışlayırıq: 
Var ol!  
Sonda  poemanın  məsnəvi  növündəki  epiloqundan  bir 
parça ilə yazımı tamamlamaq istəyirəm. 
 
İlahiyə sitayiş 
 
Şükür kərəminə, ey Uca Tanrı, 
Məni nəzərindən salmadın ayrı. 
 
Sən mənə güc verdin, Ulu Yaradan, 
Sənin köməyinlə mən çıxdım dardan. 
 
Uzaq mənzilimi mən vurdum başa, 
Hər an mənim ilə sən oldun qoşa. 

 
162 
 
Gözümə nur verdin, sözümə qüvvət
Bu gözəl arzuya yetdim nəhayət. 
 
Sənin fəzilətin ucaltdı məni, 
Yatmışdım, qəflətdən oyatdı məni. 
 
Sənət meydanına atdı yenidən, 
Aldım təb-ilhamı ancaq ki, səndən. 
 
Salavat xətm olsun əhli-beytinə, 
Mühəmməd-Əl Mustafanın dininə. 
 
Əziz Allah, bu qüvvəti sən verdin, 
Bu tələbi, bu cürəti sən verdin. 
 
...Şükür olsun sənin məsləhətinə, 
Şükür olsun sənin hər qüdrətinə. 
 
Bir  daha  Göyçə  dilli  şair  Sərraf  Şiruyəyə  can  sağlığı, 
uzun ömür, qələm kəsəri arzulayıram!  
davam.az 
21 may 2015-ci il 

 
163 
Aygün ƏSGƏROVA
Jurnalist 
 
“KÖNLÜM GÖYÇƏNİ İSTƏR” 
  
Həyatda  mövcud  olanlar  ideyalarla  əks  olunarsa  əsl 
ədəbiyyat yaranar – deyiblər. Ürəkdən gələn söz ürəyə təsir 
edər. Bu fikirlər toplu şəklində səhifələrdə yer alaraq kitab 
formasında təqdim olunarsa, daha böyük təsirə malik olar. 
Kitab  mənəvi  dəyərlərimizdən  bəhs  edərək  kamil  və 
aqil insanların fəzilətlərindən, nadan və cahil insanların qə-
bahətlərindən söz açır. O insanın kamilliyində ən vacib gö-
rünən,  bilinən  tərəflərdən,  oxucusunu  bu  duyğulara  köklə-
yən insani naqislikdən qaçmağa, qorunmağa çağırar. 
Güman  edirəm  ki,  bu  dəfə  də  bəhs  edəcəyim  kitab  və 
müəllif  belələrindəndir.  Çünki  şeirləri  poeziya  vurğunları-
nın  dodaqlarında  el-el,  oba-oba  dolaşan  bu  şair  oxucuları-
mızda heyrət doğurmaya bilməz. 
Azərbaycan  Yazıçılar  Birliyinin  və  Azərbaycan  Jurna-
listlər Birliyinin üzvü, ”Qızıl Qələm”, ”Məmməd Araz“ və 
“H.B.Zərdabi” ali ədəbi mükafatlarının laureatı, şair, publi-
sist  Sərraf  Şiruyə  müasir  Azərbaycan  ədəbiyyatının  tanın-
mış nümayəndələrindəndir. 
Əlinə qələm aldığı ilk illərdən Azərbaycanın milli-mə-
nəvi varlığına sonsuz bir məhəbbət, onun bədii yaradıcılığı-
nın  əsas  ideya,  ağırlıq  mərkəzini  təşkil  etmişdi.  Məhz  bu 
ideya  istiqaməti  Sərraf  Şiruyə  yaradıcılığını  Azərbaycanda 
ədəbi  ictimaiyyətinin  diqqətini  özünə  cəlb  edərək,  Azər-
baycan  ədəbiyyatının  görkəmli  tədqiqatçı,  ədəbiyyat  ön-
dərləri,  şair  və  yazıçılarımız  tərəfindən  yüksək  qiymətlən-
dirmişdir. 

 
164 
Şairin ”Könlüm Göyçəni istər” kitabında böyük vətən-
daşlıq hissi ilə qələmə alınmış əsərlər əsasən Göyçə və Qa-
rabağ ərazisində baş verən hadisələr – rusların, ermənilərin 
əli  ilə  azərbaycanlıların  başına  açdıqları  oyunlar,  tarixi 
Azərbaycan  torpaqlarının  süni  yolla  erməniləşdirilməsi,  bu 
yurdun igid oğullarının mübarizəsindən bəhs edir. 
Şairin ”Könlüm Göyçəni istər” kitabında Laçın, Kəlbə-
cər, Tərtər, Göyçə adları daha çox hallandırılır. 
Şair eyni zamanda qeyd olunan hadisələrdən başqa, sırf 
öz  duyğularını  poetikləşdirib  axıcı,  rəvan  dili  ilə  oxucu-
larına çatdırır. 
Lap  körpəlikdən  qoynundan  ayrı  düşdüyü  Göyçənin 
həsrəti  Sərraf  Şiruyə  poeziyasının  ana  xəttini  təşkil  edir. 
Ömrünün bu ahıl çağında da Göyçə bizim olmadığı təqdir-
də özünü qınayır: 
 
Haqqım yoxdur bir daha sənə ana deməyə, 
Bilirəm ki, yanında dilim gödəkdi, Göyçə. 
Daha nə cəsarətim, nə də istedadım var, 
Çaldığım da yalançı zurna, tütəkdi, Göyçə. 
 
Adi insanlardan fərqli olaraq şairlər, daha kövrək, daha 
həssas olurlar. Çünki onların qəlbində Vətən eşqi, istəyi da-
ha güclü olur. Bu eşq-məhəbbət həsrətə çevriləndə söz şai-
rin sinəsində sanki bişir, öz ilahi qüvvəsini tapır. Sərraf Şi-
ruyə də el-oba həsrətini kövrək sətirlərlə bax belə tərənnüm 
edir: 
 
Tanrı, qismət eylə doğma ocağın, 
Bir dəfə başına dolanım, gəlim. 
Bağlı qollarımı çatma eyləyim, 
Od vurum oduna qalanım, gəlim. 

 
165 
 
 
…Sərraf Şiruyəyəm, al səhər olum
Ümidli, gümanlı xoş xəbər olum, 
Göz yaşlarım qədər bir zəhər olum, 
Yağının üstünə calanım, gəlim. 
 
Şairin  dağa,  dərəyə,  el-obaya,  təbiətə,  gözəlliyə,  məx-
sus şeirləri ilə yanaşı – sənin, mənim, hamımızın, ən yaralı 
yeri, bu xalqın böyük dərdi olan Qarabağla bağlı əsərləri də 
mövcuddur.  Onların  hər  biri  ideya  istiqamətində  vətənpər-
vərliyi təbliğ etməklə yanaşı, bədii dəyərinə, estetik məziy-
yətlərinə görə də yüksək sənət əsərləri sayılır. 
Kökü  keçən  əsrlərdən  başlayan,  lakin  SSRİ-nin  dağıl-
mağa  başlaması  ilə  1988-ci  ildən  alovlanan  Qarabağ  prob-
lemi  nankor  və  yaramaz  qonşularımızın  yaratdığı  Qarabağ 
iğtişaşı,  Vətənimizin  beşdə  birinin  işğalı,  bir  milyondan 
artıq  əhalinin  köçkün-qaçqın  vəziyyəti,  heç  birimizin  yad-
daşlarından  silinməməli,  əbədi  qansarımız  şəklində  qəlb-
lərdə  yaşamalıdır.  Əsərlərində  igid  döyüşçülərimizin  qəh-
rəmanlığından bəhs edən, vətənpərvərlik mövzusunda 15-ə 
yaxın  poemanı  ərsəyə  gətirən  Sərraf  Şiruyə  ”Könlüm 
Göyçəni istər” kitabında da öz ənənəsinə sadiq qalır. 
Yazdığı şeirləri, poemaları ilə gənclərimizdə yağı düş-
mənlərimizə qarşı nifrət hissini aşılayan, Azərbaycan gənc-
lərinin  vətənpərvərlik  ruhunda  tərbiyəsinə  böyük  önəm 
göstərən  Sərraf  Şiruyə  özünün  “Ağlama,  bülbül,  ağlama”, 
“Ölümdən  sonrakı  ömür”,  “Bu  ocağın  odu  sönməz”,  “Cə-
surlar”,  “İgid  ölər,  adı  qalar”,  “Ayrılığın  sonu  varmış”, 
“Tərtərin  yaralı  cəngavərləri”,  “Mən  haqqa  sığınmışam” 
adlı  kitablarında  da  eyni  əhvali-ruhiyyə  ilə  çıxış  edərək, 
geniş oxucu kütləsinin hüsnrəğbətini qazanmışdır: 

 
166 
 
 
Yoxdur hünərimiz sevinmək üçün, 
Döyüş paltarını geyinmək üçün, 
Yadlar qabağında öyünmək üçün, 
Allah, bu millətin dili qalıbmı?! 
 
Xalqına  və  torpağına  qarşı  bu  cür  rəftar  şairin  əksər 
şeirlərində özünü biruzə verir. Bəlkə elə məhz bu cür şeirlə-
rin  yazılması  və  yazılmış  hər  bir  sətirdə  oxucusuna  nə  isə 
aşılaması elə Sərraf Şiruyə böyüklüyünün öncül sübutudur. 
İnamla deyə bilərəm ki, bu cür müəlliflərin mövcudluğu və 
bu cür kitabların varlığı hər bir azərbaycanlıda sabaha olan 
ümid  və  güvənc  hissinin,  düşmən  uğrunda  qələbə  əzminin 
möhkəmliyinə xidmət edir. 
Sərraf Şiruyə cəsarətlə demək olar ki,  bizim  qəhrəman 
şairlərimizdəndir. Çünki Qarabağın o ağrılı-acılı günlərində 
indi  yeri-göyü  qırmanclayan  şeirlərini  əsgər  qabağında, 
səngər içində yazıb. Vətənpərvərlik mövzusunda yazmış ol-
duğu  poemalar  ümumxalq  həmrəyliyinə  nüfuz  edə  biləcək 
gözəl sənət əsərləridir. 
90-cı ilin o qanlı-qadalı günlərində, şair üsyan çəkərək 
azadlıq  istədiyini  bildirirdi.  Bir  nəfər  kimi  hamını  ayağa 
qalxmağa, mübarizəyə səsləyirdi: 
 
Bir ləkədi ünvanıma köləlikdə doğulduğum, 
Əsarətdə süründüyüm, yedəklərdə yıxıldığım. 
Yad neştərlə oyulduğum, öz qanımda boğulduğum, 
Unutduğum Allahımdan indi nicat diləyirəm, 
Yetər daha bu işgəncə, mən azadlıq istəyirəm. 
 

 
167 
Əsgərlər qabağındakı odlu, alovlu çıxışları, el şənliklə-
rində, toy məclislərində oxunan ürəyə yatımlı şeirləri həmi-
şə oxucu üçün, dinləyici üçün böyük ruh, mənəvi zövq ve-
rib. Ustad Ələsgərin, Səməd Vurğunun layiqli varislərindən 
olan Sərraf Şiruyə inamla demək olar ki, Azərbaycan ədəbi 
fikir  tarixində  şəriksiz  yeri  olan  tanınmış  simalardandır. 
Sovetlər  dönəmində  dissident  bir  şair  kimi  damğalanaraq 
Sərraf  Şiruyənin  kitabları  çap  olunmasa  da,  şeirləri  mü-
rəkkəbi  qurumamış  şeirsevərlərin  könlündə  yaşamış,  dilin-
də qanadlanmışdır.  
Kitabın da insan kimi ömrü olur. Kitabın taleyini insan 
yazır,  insanınkını  isə  Tanrı.  Alın  yazısı,  –  Tanrı  duası  və 
qarğışı. Kitab yazısı isə Ruhun duası və qarğışıdır, – deyib-
lər.  
Bir oxucu olaraq öz adımdan bu cür kitaba görə Sərraf 
Şiruyəyə öz minnətdarlığımı bildirirəm. ”Könlüm Göyçəni 
istər” şeirlər kitabının bundan əvvəlki əsərlər kimi öz oxu-
cularını sevindirəcəyinə ümid edirəm. 
“Kredo” qəzeti, 
20 oktyabr 2007-ci il 
 
 
  

 
168 
Faiq BALABƏYLİ, 
Şair, jurnalist 
 
VƏTƏNİN QÜRBƏTDƏ QALAN TARİXİ 
 
Tanınmış şair Sərraf Şiruyənin yeni işıq üzü görən kita-
bı belə adlanır: “Göyçədən gələn səslər”. Kitab iki hissədən 
ibarətdir. “Yurd yeri” adlanan birinci hissə “Göyçə-göyçək 
deməkdir”  deyimi  ilə  başlayır.  Şair  Sərraf  Şiruyə  əsər  bo-
yunca  oxucunun  qədim  türk  torpağı  olan,  indi  düşmən  iş-
ğalına  məruz  qalan  doğma  elə  güzar  etdirir.  “Yurd  yeri” 
poemasında zaman-zaman mənfur qonşular tərəfindən təca-
vüzə  məruz  qalan  torpaqlarımızın  gözəlliklərindən,  düş-
mənlə  mübarizəyə  qalxan  igid  oğlanlarımızın  şücaətindən 
bəhs edilir. 
Göyçə  mahalının  Daşkənd  kəndindən  və  ətraf  obalar-
dan  olan  el  ağsaqqallarının  öyüd  və  nəsihətləri,  eləcə  də 
şairin  eşitdikləri,  eyni  zamanda,  müşahidələri  kitabda  xro-
noloji  ardıcıllıqla  və  çox  böyük  ustalıqla  verilir.  Bu  əsər 
Vətənin qürbətdə qalan bir hissəsinin tarixidir. Və bu tarix 
şair qələmindən çıxdığına görə daha dəqiqdir. Burada ifrata 
varılmayıb.  Mahalın  tanınan,  sayılıb  seçilən  adamlarının 
hamısı  haqqında  ayrıca  bəhs  edilir.  Ermənilərin  millətimi-
zin  başına  gətirdiyi  müsibətləri  şair  ürək  ağrısı  ilə  qələmə 
alır. Sanki,  yaddaşımızın korşalmamasına, ətrafımızdakıla-
rın kim olmasını bir daha dərk etməyimizə çağırır. El şairi 
Aşıq  Nəcəfin  müsibətini  nəzmə  çəkən  şair,  aşığın  faciəli 
həyatına  ağı  deyirmiş  kimi,  oxucunun  qəlbində  düşmənə 
olan nifrəti birə-beş artırır. 
Düşmənlə mübarizə etmək üçün dağlara çəkilib qaçaq-
lara  qoşulan  Daşkəndli  Hacı  Rəhimin  bir  gün  kəndə  qa-
yıdaraq  erməni  generalı  Selikovun  başını  kəsməsi  səhnə-

 
169 
sinin poemada verilməsi də bu gün üçün  çox bir ibrətamiz 
haldır. 
Bugünkü nəsil bilməlidir ki, zaman-zaman düşmənə öz 
yerini  göstərən  oğullarımız  olub  və  olacaq.  Əsərdə  tarixi-
mizin bir parçası çox dolğun bir şəkildə göstərilir.  
“Göyçədən  gələn  səslər”  kitabının  ikinci  hissəsində 
“Səxa sahibi” adlı əsər yer alıb. Dumanlı nəslinin şəcərəsi 
haqda olan bu əsərdə tanınmış ziyalı və iş adamı olan Lətif 
Əsədovun xeyirxah əməllərindən bəhs olunur və onun gör-
düyü işlər  sadalanır. Bir nəslin  mənəvi zənginliklərlə  dolu 
olan, xeyirxahlıqlarla müşahidə olunan yoluna işıq salan bu 
əsəri də şair çox böyük ustalıqla qələmə alıb. Sonda onu da 
qeyd  etmək  yerinə  düşər  ki,  oxuculara  səxa  sahibi  kimi 
tanıdılan  Lətif  Əsədov  çağdaş  ədəbiyyatımızda  kifayət 
qədər  sanballı  imza  sahibi  olan  yazarların  kitablarının  işıq 
üzü görməsində də özünün səxavətini əsirgəməyib. 
Elə haqqında bəhs etdiyim bu kitab da araya-ərsəyə bu 
nəcib və xeyirxah insanın maliyyə yardımı ilə gəlib. 
“Yeni xəbər” qəzeti, №16(163), 
29 noyabr 2008-ci il 

 
170 
Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin