2
TAXES.GOV.AZ | E-TAXES.GOV.AZ
Gəlirdən xərclərin çıxılması barədə
ў
Gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı
olan bütün xərclər, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş icbari
ödənişlər gəlirdən çıxılır.
ў
Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı,
vergidən azad olunan, yaxud mənfəət vergisinə cəlb edilməyən
əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı
əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin
uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb
olunan və vergidən azad olunan, yaxud mənfəət vergisinə cəlb
edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə
çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən
çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi
gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
ў
Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən
çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən
malların (işlərin, xidmətlərin) dəyəri Vergi Məcəlləsinin tələbləri nəzərə
alınmaqla bazar qiymətləri və əlaqəli məlumatlar nəzərə alınmaqla
gəlirdən çıxılır.
ў
Gəlirdən çıxılmalı olan amortizasiya ayırmaları hər kateqoriyaya aid
olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını
həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq
dəyərinə tətbiq etməklə hesablanır.
Bu zaman mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində
istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını
müəyyənləşdirilmiş amortizasiya normalarına
Dostları ilə paylaş: