3 il müddətinə ;
ў
Gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və
əməliyyatlarının həcmi ardıcıl
12 aylıq dövrün istənilən ayında
(aylarında)
200.000 manatadək olan rezident müəssisənin təsisçisi və
yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri.
MƏNFƏƏT VERG
İSİ
Güzəştlər
ў
Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin
ümumi sayının azı 50%-i əlilliyi olan şəxslərdən ibarət olan istehsal
müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50% azaldılır. Bu
güzəştlərin alınması hüququ müəyyən edilərkən
işçilərin orta siyahı
sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər
müqavilələr üzrə işləyən əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq
imkanları məhdud 18 yaşınadək uşaqlar daxil edilmir.
ў
Pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi
şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği
01.01.2019-cu il tarixdən 3 il müddətinə POS-terminal vasitəsilə
nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə
uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Qeyd: Mənfəət vergisindən azad olunma və güzəşt halları
barədə ətraflı məlumatı Vergi Məcəlləsinin 106-cı
maddəsindən əldə edə bilərsiniz.
Xarici ölkədə ödənilən verginin nəzərə alınması ў
Rezidentin respublikanın hüdudlarından kənarda Azərbaycan
mənbəyindən olmayan gəlirindən ödənilmiş mənfəət vergisinin məbləği
Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.
ў
Respublikadan kənarda ödənilmiş mənfəət vergisinin məbləği həmin
mənfəətdən respublikada müəyyən edilmiş dərəcələrlə tutulan verginin
məbləğindən çox olmamalıdır.
7
TAXES.GOV.AZ | E-TAXES.GOV.AZ