Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə128/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   124   125   126   127   128   129   130   131   ...   252
491) Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur?
A) 2-4 qr 
B) 6-8 qr 
C) 5-10 qr 
D) 4-5 qr 
E) 10-15 qr 
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir. 


Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 335 
492) Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?
A) Romb şəklində 
B) Üçbucaq formasında 
C) Oval formada 
D) Bağlı olur 
E) Dairə şəklində 
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, 12-
15 aylığında bağlanır. 
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 
2002 cтр 35 
493) Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?
A) Gündə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda 
B) Temperaturu yoxlamağa ehtiyac yoxdur 
C) Gündə 1 dəfə 
D) Həftədə 1 dəfə 
E) Günaşırı 
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri 
saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə 
gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır. 
Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15 
494) Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti 
nə qədərdir?
A) 5 günədək 
B) 2-3 saat 
C) Vaxt məhdudiyyəti yoxdur. 
D) 7 günədək 
E) 1 gün 
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit 
halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməzdən əvvəl silkələmək, həll etdikdən 
sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır. 
Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin