A) Sınıqları
müalicə etmək məqsədi ilə
B) Çıxıqları yerinə salmaq məqsədi ilə
C) Zədələnmiş nahiyyəni immobilizə etməq məqsədi ilə
D) Zərərçəkmişi daşımaq məqsədi ilə
E) Qanaxmanı
saxlamaq məqsədi ilə
Zərərçəkəni daşıyarkən bəzən sınmış sümük fraqmentləri yerini dəyişir bu da ətraf toxumalarının
və qan damarlarının zədələnməsinə səbəb olur. Ona görə zədələnmiş nahiyyə şinalar vasitəsi ilə
imobilizasiya olunur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 110
711) Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır?
A) Oynağa gips sarğısı
qoyulur
B) Oynağa aseptik sarğı qoyulur
C) Oynağa isti kompres qoyulur
D) Ətraf
fiksasiya olunur, ağrıkəsici preparat verilir, oynağa soyuq
kompres qoyulur
E) Çıxmış oynaq yerinə salınır
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını zədələyərək yumşaq
toxumaların arasına keçir.
Bu zaman qanaxma, ağrı, şişkinlik əməmlə gəlir, qarşısını
almaq üçün
oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya olunur və ağrıkəsici preparat verilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 104
712) Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə
olunur?
A) Sapandvari sargi
B) Yüyəntipli sarğıdan
C) Spiralvari sarğıdan
D) Səkkizvari sarğıdan
E) Qayıdan sarğıdan
Sapandvari sargı enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanılır. Bu sarğı aşağı
çənəyə, buruna, başa qoyulur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 103
713) Tısbağavari sarğı hansı nahiyələrə qoyulur?
A) Ayağa
B) Aşıq-daban oynağına
C) Boyuna
D) Bazu oynağına
E) Diz və dirsək oynaqlarına
Diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma formasından asılı olaraq yaxınlaşan
və uzaqlaşan formasıvar. Yaxınlaşan formada binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb
oynaq çüxurunda çarpazlayırlar. Uzaqlaşan formada isə əksinə.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 109
Dostları ilə paylaş: