Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Kliniki ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə174/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   170   171   172   173   174   175   176   177   ...   252
694) Kliniki ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?
A) Naşatır spirti iylədilir 
B) Ürəyin qapalı massajı aparılır 
C) Qanəvəzedici köçürülür 
D) Tənəffüs yollarının keçiriciliyi bərpa olunur, təcili olaraq eyni vaxtda ürəyin qapalı massajı 
aparılır və süni tənəffüs verilir 
E) Ağ ciyərin süni tənəffüs aparatına qoşulur 
Kliniki ölümün bioloji ölümə keçməməsi üçün ilk növbədə həyati vacib orqanların xüsusilə də 
beyin hüceyrələrinin qanla və O2 –lə təcrizatını təmin etmək lazımdır. Bu məqsədlə tənəffüs 
yollarının keçiriciliyi bərpa olunur, eyni zamanda ürəyin qapalı masajı və süni tənəffüs edilir. 
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 125 
695) Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?
A) 2 əlin barmaqları ilə 
B) Sol əlin ovucun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla 
C) Sol əlin bütün ovuc səthi ilə 
D) Təkcə sağ əllə 
E) Əlin 3 barmağı ilə 
Ürəyim vasitəli massajı zamanı döş qəfəsi içəriyə doğru 4-5 sm ekskursiya etsin deyə sol əlin 
ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. Bu təzyiq nəticəsində 
ürəyin mədəciklərindəki qan damarlara qovulur. 
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124 
696) Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik 
tədbir görülür?
A) Sistem və iynə steril olur 
B) Kiçik diametrli iynələrdən istifadə olunur 
C) Maye köçürüləcək damarlar dəyişdirilir 
D) İti uclu iynələrdən istifadə olunur 
E) Sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır 
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görədə 
sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma olmasın. 


Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin