Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə171/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   167   168   169   170   171   172   173   174   ...   252
683) Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?
A) Operasion blokda 
B) Təcrid palatasında 
C) Reanimasiya şöbəsində və əməliyyatdan sonrakı palatada 
D) Xəstəxanadan çıxarılır 
E) Ümumi palatada 
Əməliyyatdan sonra xəstənin vəziyyətinə dəqiq nəzarət etmək üçün, xəstə reanimasiya şöbəsinə 
yerləşdirilir və ya əməliyyatdan sonrakı palatada yerləşdirilir və monitora qoşulur ki, qan dövranı 
və tənəffüs sisteminə dəqiqliklə nəzarət olunsun. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 64 
684) Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?
A) Əməliyyatdan sonrakı dövr 
B) Əməliyyatın gedişi 
C) Əməliyyatın sonu 


D) Operativ gediş 
E) Müdaxilə 
Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya 
tamamlanması adlanır. 
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101 
685) Qarın boşluğu orqanlarında aparılan əməliyyat zamanı xəstəyə hansı vəziyyət verilir?
A) Qarnı üstə vəziyyət 
B) Arxası üstə horizontal vəziyyət 
C) Trendlenburq vəziyyəti 
D) Böyrü üstə vəziyyət 
E) Başın arxaya atılmış vəziyyəti 
Qarın boşluğunda əməliyyat aparılası zaman xəstənin ən düzgün vəziyyəti arxası üstə horizontal 
vəziyyətdir, çünki, bu zaman qarın boşluğu orqanlarının anatomik yerləşməsi və qarın divarı 
kəsildikdən sonra orqanlara daha qısa yolla çatmaq bu vəziyyəti tələb edir. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279 
686) Toxumaları aralayan alət hansıdır?
A) İtiuclu qayçı 
B) Skalpel 
C) Farabef qarmağı 
D) Koxer sıxıcısı 
E) Kəsici iynə 
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər 
genişlənsin və patoloji proses yaxşı görünsün. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin