Ədəbiyyat: H.A.Sultanov.Bakı-1997 (səh.43)
676) Əməliyyatönü dövr hansı vaxtdan başlayır?
A) Diaqnoz qoyulan vaxtdan
B) Xəstəxanaya daxil olan vaxtdan
C) Cərrahi şöbəyə daxil olan vaxtdan
D) Xəstəlik başlanan vaxtdan
E) Əməliyyat başlanan vaxtdan
Xəstəyə diaqnoz qoyulduqdan sonra patoloji prosesin yalnız əmliyyat vasitəsilə sağalacağı məlum
olur və cərrahi şöbədə yerləşdirilir ki, əməliyyata hazırlaşsın. Bu dövr əməliyyat önü dövr adlanır.
Ədəbiyyat: Ю.А.Нестеренко «Хирургические болезни». Москва «Медицина» 1983. Səh. 96
677) Panlı əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) Əməliyyatdan 2 saat əvvəl
B) Əməliyyatdan 1 sutka əvvəl
C) əməliyat olunan gün səhər
D) İmalə olunmur
E) Əməliyyatdan əvvəlki gün axşam və əməliyyat günü səhər
Planlı əməliyyatda xəstə əməliyyatdan əvvəl tam sanitar işlənmədən keçirilir,əməliyyatdan əvəlki
gün axşam yüngül yemək verilir (kəmşirin çay, suxari, mannı sıyığı və s) sonra bağırsaqlar
təmizləyici imalə olunur həmçinin əməliyyat günü səhər yenidən təmizləyici imalə olunur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
678) Təxirəsalınmaz əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) Əməliyyatdan 6 saat əvvəl
B) Səhər, əməliyyat olunan gün
C) İmalə aparılmır.
D) Əməliyyatdan 2 saat əvvəl
E) Əməliyyatdan olunan gün
Təxirəsalınmaz əməliyyat zamanı aparılan hər bir prosedura vaxtın uzanmasına, bu da xəstənin hər
an vəziyyətinin pisləşməsinə və ölümünə səbəb olduğu üçün heç bir prosedura aparılmır.
Həmçinin təmizləyici imalə.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Dostları ilə paylaş: