Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə165/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   161   162   163   164   165   166   167   168   ...   252
656) Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?
A) Sağlam tərəfə uzadılmış 
B) Yarımoturaq 
C) Oturaq 
D) Qarnı üstə uzadılmış 
E) Arxası üstə uzadılmış 
Dartan leykoplastır sarğısını sınmış qabırğalara qoyurlar. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə 
vəziyyətində onurğa sütunundan başlayıb qabaqda orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə 
yarım oturaq vəziyyətdə daşınır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305 
657) Qanın maksimal saxlanma müddəti neçə gündür?
A) 14 gün 
B) 21 gün 
C) 28 gün 
D) 7 gün 
E) 16 gün 
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163 
658) Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?
A) 4-6 oC 
B) 0, -15 oC 
C) 0, -2 oC 
D) +17, -20 oC 


E) -2, -0oC 
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-6 oC -də saxlanılır. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163 
659) Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?
A) T-şəkilli 
B) Sünbülvari 
C) Sapandvari 
D) Dairəvari 
E) Spiralvari 
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli 
yaraların müalicəsində habelə digər məqsədlərlə T-şəkilli sarğı qoyulur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307 
660) Bərk sarğılara hansı sarğı növü aiddir?
A) Yapışqan plastik 
B) Kleol 
C) Gips 
D) Torlu elastiki bint 
E) Kolloid 
Bədənin sınmış yerinə tam rahtlıq vermək üçün gips sarğılardan istifadə edilir. Ətrafı saxlayır 
yaranı ikinci infeksiya düşmədən qoyulur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.312 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin