654) Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Sıxıcı sarğı qoymaq
B) Turna qoymaq və ətrafları isitmək
C) Okkulizion sarğı qoymaq
D) Antiseptiklərlə silib sarğı qoymaq
E) Turna qoymaq və ətrafları soyutmaq
Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə
blokada edilib buz qovuğu ilə soyudulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
655) Açıq pnevmatoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Zərərçəkmişi süni tənəffüs aparatına qoşmaq
B) Dezo tipli sarğı qoymaq
C) Zərərçəkmişi arxası üstə uzatmaq
D) Okkulizion sarğı qoymaq
E) Dəri altına 1%-li Morfin məhlulu yeritmək
Hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəfüsdə iştirak edir. Plevrapulmonol
şokun qarşısını almaq üçün, hermetik okkulizyon sarğı qoyulur.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
Dostları ilə paylaş: