Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə166/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   162   163   164   165   166   167   168   169   ...   252
661) Donor kimə deyilir?
A) Qanını və ya orqanını digər insana verən şəxsə 
B) Qan azlığı olan şəxsə 
C) Qanaxmaya meyilli şəxsə 
D) Qan köçürülən şəxsə 
E) İnfuzion maye köçürülən şəxsə 
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347 
662) Resipient kimə deyilir?
A) Qan köçürülən şəxsə 
B) Orqan və ya qanını digər insana verən şəxsə 
C) Qan itirməsi olan şəxsə 
D) Qanaxmaya meyilli şəxsə 
E) Sağalan şəxsə 
Resipiyent qan köçürülən insana (şəxsə) deyilir. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346 
663) Reinfuziya nədir?
A) Birbaşa qanın köçürülməsi 


B) Auto qanın köçürülməsi 
C) Konservləşdirilmiş qanın köçürülməsi 
D) Util qanın köçürülməsi 
E) Cift qanının köçürülməsi 
Ən çoxu bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə 
köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinəyə ehtiyac yoxdur. Stabilləşdirmək 
üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353 
664) Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədilə mütləq 
işlədilməlidir?
A) Fentanil 0,005% 
B) Lidokain 1% 
C) Analgin 50% 
D) Novakain 0,5% 
E) Atropin 0.1% 
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,1%- li atropin 
məhlulu 0,5-1 ml işlədilir. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314 
665) Yumuşaq sarğılara hansı aiddir?
A) Borulu elastiki bint 
B) Kleol 
C) Kramer şinası 
D) İmprovizə olunmuş şinalar 
E) Gips sarğısı 
Sarğı materialının daha möhkəm və etibarlılığını təmin etmək məqsədilə və dərman maddələrinin 
yara üzərində saxlanması üçün bu yumşaq sarğı növündən istifadə edilir. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.308 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin