Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə162/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   158   159   160   161   162   163   164   165   ...   252
643) II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?
A) Bütün toxuma qatlarının və sümüyün nekrozu 
B) Dərinin hipiremiyası 
C) Dəri səthinin avazıması 
D) Bütün dərinin nekrozu 
E) Epidermisin nekrozu və suluqların əmələ gəlməsi 
Dəri avazıyır, şişir içərisində şəffaf maye olan suluqlar əmələ gəir.Sarğılar gec-gec dəyişilməli, 
donmuş yerə isidici sarğı qoyulur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287. 
644) Kəllə-beyin travmaları zamanı əsas simptom hansıdır?
A) Retroqrad amneziya 
B) Huşun itməsi 
C) Qıcolmalar 
D) Temperaturun yüksəlməsi 
E) Baş ağrıları 
Ən çox rast gəlinən forması beyin sarsıntısıdır. O yüngül orta, ağır dərəcələrə bölünür. Bütün 
formalarda xəstənin huşu pozulur. Retroqrad amneziya yaranır. Xəstədə güclü baş ağrıları, 
qulaqlarında küy, qusma, yuxunun pozulması və s. müşahidə olunur. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh.228 
645) Pnevmotoraks nədir?
A) Döş qəfəsinə qanın toplanması 


B) Döş qəfəsinə havanın daxil olması 
C) Döş qəfəsinə mayenin toplanması 
D) Hamısı 
E) Döş qəfəsinə irinin toplanması 
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır.Dəri altı küt travmalar zamanı qabırğaların 
yerini dəyişən qəlpəli sınıqları ağciyərin parenximasını və plevranı zədələyirsə bu zaman 
pnevmotoraks əmələ gəlir.Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı(klapanlı)olur. 
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233 
646) Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?
A) Oturaq sümüyünün sınığı 
B) Büzdüm sümüyünün sınığı 
C) Çanaq sümüklərinin tamlığının pozulması 
D) Qasıq qabarının sınığı 
E) Çanaq sümüklərinin tamlığının pozulmaması 
Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə sümüyün eyni 
vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və çanaqdaxili orqanlar 
zədələnir. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin