Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə170/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   166   167   168   169   170   171   172   173   ...   252
679) Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Hissəvi sanitar təmizlənmə 
B) Sanitar təmizlənmə aparılmır 
C) Tam sanitar işlənmə 
D) İmalə və əməliyyat sahəsinin işlənməsi 
E) Dərinin silinməsi və ağların dəyişdirilməsi 
Planlı əməliyyatdan əvvəl xəstə cərrahi şöbədə bir neçə gün müayinə olunduğu və əməliyyata 
hazırlandığı üçün aseptika qaydalarına tamamilə riayət olunur və tam sanitar işlənmə apaılır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279 
680) Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?


A) Bağırsaqların və sidik kisəsinin boşaldılması 
B) Tam sanitar işlənmə 
C) Dərinin silinməsi və ağların dəyişdirilməsi 
D) Hissəvi sanitar işlənmə 
E) Sanitar işlənmə aparılmır 
Fövqəladə əməliyyat o deməkir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. 
Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279 
681) Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?
A) Səhər, əməliyyat olunan gün 
B) Axşam vaxtı 
C) Əməliyyat otağında 
D) Əməliyyatdan 1 sutka əvvəl 
E) Əməliyyat stolunda 
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən təmizlənir. Tüklər 
əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə qıcıqlanma yaradır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279 
682) Növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu 
nə vaxt olmalıdır?
A) Əməliyyat günü, səhər yeməyi 
B) Əməliyyatdan əvvəlki gün saat 20.00 qədər 
C) Əməliyyatdan əvvəlki gün saat 22.00 
D) Əməliyyatdan əvvəlki gün, nahar yeməyi 
E) Əvvəlki gün ümumiyyətlə qida qəbul etmir 
Planlı əməliyyat zamanı növbəti gün saat 900- a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahar 
yeməyindən sonra saat 20.00- ə qədər yüngül yemək (kəmşirin çay suxari ilə,mannı sıyığı və 
s)yeməlidir. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin