Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə184/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   180   181   182   183   184   185   186   187   ...   252
735) Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?
A) Arxası üstə uzanmış və başı yana əyilmiş vəziyyətdə 
B) Yeritməklə 
C) Böyrüüstə uzanmış vəziyyətdə 
D) Qarnı üstə uzanmışvəziyyətdə 
E) Yarımoturaq vəziyyətdə 
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda əməliyyatlar zamnı aparılır. 
Anesteziyadan sonra xəstədə arterial təzyiqin aşağı düşdüyünə görə xəstələr onurğa beyin 
anesteziyasından sonra dərhal uzandırılmalıdır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62 
736) Əməlyyat ağlarının steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır?


A) Fiziki üsulla nəzarət 
B) Texniki nəzarət 
C) Kimyəvi üsulla nəzarət 
D) Bioloji müayinə üsulu 
E) Bakterioloji nəzarət 
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş 
materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət 
aparılır 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29 
737) Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
A) Formalik buxarı ilə təsir etmək 
B) Antibiotiklərdən istifadə etmək 
C) 70o-li etil spirtində saxlamaq 
D) Avtoklavlaşdırma 
E) 6%-li hidrogen-peroksid məhlulunda saxlamaq 
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya 
aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30 
738) Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhluldan istifadə olunur?
A) 10%-li natrium-xlorid 
B) Kalium-permanqanat məhlulu 
C) Hidrogen-peroksid 
D) Yodonat 
E) Pervomor 
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan 
istifadə olunur. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin