yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II stadiyada
mümkündür.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
749) Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
A) Sağ qabırğaaltında daimi ağrılarla
B) Göbək nahiyəsində küt ağrılarla
C) Sol qalça nahiyəsində küt ağrılarla
D) Sağ qalça çuxurunda qəfləti ağrılarla
E) Sağ qabırqaaltında qəfləti ağrılarla
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə
gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kolkulyoz xolesistitdə
tutmaşəkilli,
şiddətli, qəfləti ağrılar sağ qabırğa altında başlayır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234
750) Plantoqrafiya üsulu ilə nəyi öyrənirlər?
A) Ağ ciyərlərin həyat tutumunu
B)
Köklük dərəcəsini
C) Ətrafların ölçülərini
D) Yastı pəncərələri
E) Su-duz balansını
Plantoqrafiya üsulu ilə yastı pəncəliliyə müəyyən edirlər.Bunun üçün ayaqların altı
asan yuyulan
qara rənglərlə rənglənib ağ kağız üzərinə qoyulur.Sonra dərəcələrini həkim müəyyən edir.
Ədəbiyyat:A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(67)
751) Mexaniki antiseptikaya aiddir:
A) Yaraya sarğı qoyulması
B) Yaraların I-li cərrahi işlənməsi
C)
Eyni qrupdan qan köçürmək
D) Yaraya bakteriofaq vurmaq
E) Yaraların spirtlə dezinfeksiyası
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan
gec olmayaraq I-li cərrahi
işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki
işlənmə adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
Dostları ilə paylaş: