Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Bədxassəli şişlərin radikal müalicəsi hansı mərhələdə mümkündür?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə187/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   183   184   185   186   187   188   189   190   ...   252
748) Bədxassəli şişlərin radikal müalicəsi hansı mərhələdə mümkündür?
A) II-III 
B) III-IV 
C) IV 
D) I-II 
E) III 
Bəd xassəli şişlərin radikal müalicəsi, yəni şişin ətraf toxumalar və limfa düyünləri ilə birlikdə 
götürülməsi metastaz yaranmadıqda aparılmalıdır. I stadiyada metastaz yoxdur, II stadiyada isə 


yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II stadiyada 
mümkündür. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163 
749) Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
A) Sağ qabırğaaltında daimi ağrılarla 
B) Göbək nahiyəsində küt ağrılarla 
C) Sol qalça nahiyəsində küt ağrılarla 
D) Sağ qalça çuxurunda qəfləti ağrılarla 
E) Sağ qabırqaaltında qəfləti ağrılarla 
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə 
gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kolkulyoz xolesistitdə 
tutmaşəkilli, şiddətli, qəfləti ağrılar sağ qabırğa altında başlayır. 
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234 
750) Plantoqrafiya üsulu ilə nəyi öyrənirlər?
A) Ağ ciyərlərin həyat tutumunu 
B) Köklük dərəcəsini 
C) Ətrafların ölçülərini 
D) Yastı pəncərələri 
E) Su-duz balansını 
Plantoqrafiya üsulu ilə yastı pəncəliliyə müəyyən edirlər.Bunun üçün ayaqların altı asan yuyulan 
qara rənglərlə rənglənib ağ kağız üzərinə qoyulur.Sonra dərəcələrini həkim müəyyən edir. 
Ədəbiyyat:A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(67) 
751) Mexaniki antiseptikaya aiddir:
A) Yaraya sarğı qoyulması 
B) Yaraların I-li cərrahi işlənməsi 
C) Eyni qrupdan qan köçürmək 
D) Yaraya bakteriofaq vurmaq 
E) Yaraların spirtlə dezinfeksiyası 
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi 
işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki 
işlənmə adlanır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin