Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
753) Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
A) Soyuq və aseptik sarğı qoymaq
B) Massaj etmək
C) Kəsik aparmaq
D) İsti qoymaq
E) Kompress etmək
Yumşaq toxumaların zədələnməsində hematoma yaranmasın deyə həmin nahiyyəyə soyuq (buz
qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı
qoymaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
754) Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
A) Dezo sarğısı
B) Səkkizvari sarğı
C) T-şəkilli sarğı
D) Sürünən sarğı
E) Tısbağavari sarğı
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
755) Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
A) Qurbağa vəziyyəti
B) Qarın üstə
C) Arxası üstə
D) Yarım oturmuş
E) Üzü üstə
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqlar aralanmış, ayaqlar arasına yumşaq döşəkcə
qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
756) Tısbağavari sarğı yuxarı ətrafın hansı zədələnmələrində qoyulur?
A) Ələ
B) Dirsək nahiyyəsinə
C) Bazu nahiyyəsinə
D) Mil bilək oynağı nahiyyəsinə
E) Barmaqlara
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
Dostları ilə paylaş: