orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri
örtüyü avazıyır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
745) Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
A) Buz qovuqcuğunun qoyulması
B) Damarların sklet sümüklərinə sıxılması
C) Ətrafa yuxarı vəziyyətin verilməsi
D) Damar protezinin qoyulması
E) Damara tikilməsi
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə
bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb
müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün
damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
746) Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
A) Endoskopik
B) Rentgenoloji
C) Perkusiya
D) USM-Ultra səs müayinəsi
E) Histoloji
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən
material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu
üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165
747) Metastaz nədir?
A) Şişin geriyə inkişafı
B) Şişin böyüməsi
C) Şişin parçalanması
D) Şişin böyüməməsi
E) Şişin yayılması
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır.
Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
Dostları ilə paylaş: