C) 5%-li yodun spirtli məhlulu
D) Karbol turşusu
E) Pervomur
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
741) Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
A) Tiomoçevina
B) Kükürd
C)
Benzoy turşusu
D) Aspirin
E) Nişasta
Quruducu şkafda 180-2200C-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu
tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır.
Ədəbiyyat: Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42
742) Halloidlər qrupuna hansı aiddir?
A) Brilliyant yaşılı
B)
Hidrogen-peroksid
C) Furasilin
D) Metilen abısı
E) Yodonat
Yod halloid qrupuna aid olan
kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər
halloidlər qrupuna aid edilir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
743) Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
A) Qanın daxilə axması
B) Nəbzvari al rəngdə qanın axması
C) Qanın damcı ilə axması
D) Qanın
yara səthinin örtməsi
E) Qanın yavaş axması
Arteriyanın divarının zədələnməsi zamanı olan qanaxma arterial qanaxma adlanır. Arteriya
damarlarında axan qan arterial qandır ki, bu da al qırmızı rəngdədir. Həmçinin
qan ürəkdən birbaşa
arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın
xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Dostları ilə paylaş: