Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə193/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   189   190   191   192   193   194   195   196   ...   252
774) Immobilizasiya nədir?


A) Bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirmək 
B) Zədələnmiş nahiyəyə dərman maddəsini yeritmək 
C) Zədənənmiş nahiyədə sklet dartması həyata keçirmək 
D) Zədənənmiş nahiyəyə buz qoymaq 
E) Zədənənmiş nahiyədə əməliyyat aparmaq 
İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini 
hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların 
zədələnməsində, sinirlərin, damarların və yumşaq toxumaların geniş yaralanmalarında, ətraflarda 
gedən iltihabı prosseslərdə istifadə olunur. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.179 
775) Nəqliyyat immobolizasiyasında nədən istifadə olunmur?
A) Kramer şinası 
B) Pnevmatik şina 
C) Diterixs şinası 
D) Beler şinası 
E) Ləçəkvari sarğı 
İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası xəstənin daşınması 
zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana müvəqqəti olaraq maksimum sakitlik 
vermək deməkdir.Nəqliyyat immobilizasiyası ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer 
şinası,Diterixs şinasının,bəzən isə əl altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə 
həyata keçirilir.Beler şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada 
istifadə olunur. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.174 
776) Sorulmayan sintetik tikiş materialı hansıdır?
A) Poliqlekapron 
B) Lavsan 
C) Ketqut 
D) Tantal 
E) İpək 
Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan tikiş 
materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına 
lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 gün sonra 
sökülür. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.118 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin