771) Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur? A) Yod
B) Vazelin yağı
C) Kamfora spirti
D) Brilliyant yaşılı
E) Lassar pastası
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı
stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə
malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda
isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar
pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.403
772) Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb işçisi xəstəyə nəyi məsləhət görür? A) Ədviyyatlı qidaların qəbulu
B) Aktivləşmiş kömürün qəbulu
C) Hisə verilmiş qidaların qəbulu
D) Süd məhsullarının qəbulu
E) Mineral suların qəbulu
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş
kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.373
773) Əməliyyat sahəsi nə ilə işlənilir? A) 96%-li spirt
B) 33%-li hidrogen peroksid
C) 5%-li kalium permanqanat
D) 1:5000 furasilin
E) 0.5%-li xlorheksidin biqlyukonat
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən
təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlyukonat,yodonat və yodopironla
işlənilir.Xlorheksidin biqlyukonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin
işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu
hazırlanır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.97