Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə191/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   187   188   189   190   191   192   193   194   ...   252
766) Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?
A) Sürünən sarğı 
B) Səkkizvari sarğı 


C) Spiralvari sarğı 
D) T-şəkilli sarğı 
E) Tısbağavari sarğı 
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur: 
yaxınlaşan və uzaqlaşan. 
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97 
767) Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?
A) Əməliyyat stolunda aparılır 
B) Aparılmır 
C) Əməliyyatdan əvvəl sanitar otağında aparılır 
D) Əməliyyat ərəfəsində aparılır 
E) Bir gün əvvəl aparılır 
Təxirəsalınmaz əməliyyatda əməliyyat sahəsinin təmizlənməsi əməliyyat stolununda aparılır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 
768) Bint sarğısı qoymazdan əvvəl tibb işçisi nəyə nəzər yetirməlidir?
A) Nəbzin sayına 
B) Tənəffüs aktlarının sayına 
C) Bədənin hərarətinə 
D) Patoloji prosesin xarakterinə 
E) Arterial təzyiqə 
Bint sarğısı qoymamışdan əvəl tibb bacısı patoloji prosesin xarakterinə fikir verməlidir. 
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97 
769) Inhalyasion anesteziyada dərman maddələri hara yeridilir?
A) Dəri altına 
B) Əzələ daxilinə 
C) Dil altına 
D) Selikli qişalara 
E) Tənəffüs yollarına 
İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu 
zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur.Ümumi anesteziyada 
dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sisteminin funksiyası 
müvəqqəti tormozlandırılır. 
Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-
207 
770) Punksiya nədir?
A) Dərin yaraların və boşluqların antiseptik maddələrlə yuyulması 
B) Dərman maddələrinin periferik venalara yeridilməsi 
C) Boşluqların, orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsi 
D) Boşluqlu orqanlara süni fistulanın qoyulması 
E) Boşluqlara,orqan və toxumalara rezin borunun yeridilməsi 
Punksiya boşluqların,orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsidir.Tibb bacısı 


xəstəni proseduraya hazırlayır,punksiya zamanı ona verilən vəziyyəti müəyyən edir,lazımı 
alətləri,dərman maddələrini hazırlayır,həkimə manipulyasiya zamanı kömək edir. 
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее 
профессиональное образование), Феникс, 2008 стр.101 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin