Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə188/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   184   185   186   187   188   189   190   191   ...   252
752) Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?
A) Ağrısızlaşdırıcı maddələrin təyini 
B) Sedadiv maddələrin təyini 
C) Zədələnmiş ətrafın immobilizasiyası 
D) Ətrafların qızdırılması 
E) Turnanın qoyulması 
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil.
Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya 
yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz. 


Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344 
753) Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
A) Soyuq və aseptik sarğı qoymaq 
B) Massaj etmək 
C) Kəsik aparmaq 
D) İsti qoymaq 
E) Kompress etmək 
Yumşaq toxumaların zədələnməsində hematoma yaranmasın deyə həmin nahiyyəyə soyuq (buz 
qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı 
qoymaq lazımdır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366 
754) Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
A) Dezo sarğısı 
B) Səkkizvari sarğı 
C) T-şəkilli sarğı 
D) Sürünən sarğı 
E) Tısbağavari sarğı 
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298 
755) Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
A) Qurbağa vəziyyəti 
B) Qarın üstə 
C) Arxası üstə 
D) Yarım oturmuş 
E) Üzü üstə 
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqlar aralanmış, ayaqlar arasına yumşaq döşəkcə 
qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır. 
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300. 
756) Tısbağavari sarğı yuxarı ətrafın hansı zədələnmələrində qoyulur?
A) Ələ 
B) Dirsək nahiyyəsinə 
C) Bazu nahiyyəsinə 
D) Mil bilək oynağı nahiyyəsinə 
E) Barmaqlara 
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin