766) Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur? A) Sürünən sarğı
B) Səkkizvari sarğı
C) Spiralvari sarğı
D) T-şəkilli sarğı
E) Tısbağavari sarğı
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur:
yaxınlaşan və uzaqlaşan.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
767) Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır? A) Əməliyyat stolunda aparılır
B) Aparılmır
C) Əməliyyatdan əvvəl sanitar otağında aparılır
D) Əməliyyat ərəfəsində aparılır
E) Bir gün əvvəl aparılır
Təxirəsalınmaz əməliyyatda əməliyyat sahəsinin təmizlənməsi əməliyyat stolununda aparılır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
768) Bint sarğısı qoymazdan əvvəl tibb işçisi nəyə nəzər yetirməlidir? A) Nəbzin sayına
B) Tənəffüs aktlarının sayına
C) Bədənin hərarətinə
D) Patoloji prosesin xarakterinə
E) Arterial təzyiqə
Bint sarğısı qoymamışdan əvəl tibb bacısı patoloji prosesin xarakterinə fikir verməlidir.
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
769) Inhalyasion anesteziyada dərman maddələri hara yeridilir? A) Dəri altına
B) Əzələ daxilinə
C) Dil altına
D) Selikli qişalara
E) Tənəffüs yollarına
İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu
zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur.Ümumi anesteziyada
dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sisteminin funksiyası
müvəqqəti tormozlandırılır.
Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-
207
770) Punksiya nədir? A) Dərin yaraların və boşluqların antiseptik maddələrlə yuyulması
B) Dərman maddələrinin periferik venalara yeridilməsi
C) Boşluqların, orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsi
D) Boşluqlu orqanlara süni fistulanın qoyulması
E) Boşluqlara,orqan və toxumalara rezin borunun yeridilməsi
Punksiya boşluqların,orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsidir.Tibb bacısı
xəstəni proseduraya hazırlayır,punksiya zamanı ona verilən vəziyyəti müəyyən edir,lazımı
alətləri,dərman maddələrini hazırlayır,həkimə manipulyasiya zamanı kömək edir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.101