Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C0)?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə69/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   65   66   67   68   69   70   71   72   ...   252
257) Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 0,3-0,8 
B) 1,5-2,0 
C) 1,0-1,5 
D) 0,1-0,3 
E) 0,8-1,0 
Sağlam adamda bədənin temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az 
olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar 
arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi 
aşmamalıdır. 
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82. “Çıraq “ 2008 
258) Febril bədən temperaturu hansı həddə dəyişir (C0)?
A) 36,5-37,5 
B) 38,1-39,0 
C) 36,0-37,0 
D) 37,1-38,0 
E) 39,0-41,0 
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu 
həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır. 
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998 
259) Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
A) Dərialtı 
B) Əzələdaxili 
C) Venadaxili 
D) Peroral (ağızdan) 
E) İntraspinal (onurğa kanalına) 
Dərmanlar enteral olraq 3 yolla yeridilir : dilin altına qoymaqla , ağızdan mədə-bağırsağa 
ötürülməklə, yəni peroral və düz bağırsaqdan yeritməklə. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998 
260) Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 30 
B) 5 
C) 15 
D) 10 
E) 20 
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək 
qaşığının tutumu 15 ml – dir. 


Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998 
261) Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?
A) 5 
B) 15 
C) 10 
D) 20 
E) 30 
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert 
qaşığının tutumu 10 ml – dir. 
Ədəbiyyat : C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin